Azərbaycanda turizmin inkişafı üçün potensial imkanlar genişdir
Azərbaycanın coğrafi mövqeyi, flora və faunasının zənginliyi,
gözəl təbiəti,
mədəni–tarixi irsi
ölkəmizdə turizmin
inkişafı üçün
böyük perspektivlər
açır. 2001–ci ildə ümummilli
lider Heydər Əliyevin təşəbbüsü
ilə müstəqil
respublikamızın Ümumdünya
Turizm Təşkilatına
tamhüquqlu üzv qəbul olunması ölkəmizin beynəlxalq
sərgilərdə iştirakını
və eləcə də belə tədbirlərə ev sahibliyi etməsini təmin etmişdir. Son illər
ərzində turizm sektorunun inkişafı və bu sahədə
işlərin tənzimlənməsinə
imkan verən hüquqi baza yaradılmış, “Turizm
haqqında”, “Turizmin təşviqi haqqında” və sair hüquqi–normativ
sənədlər qəbul
edilmişdir. Azərbaycanda əldə olunmuş sosial–iqtisadi irəliləyişlər,
əsası ulu öndərimiz tərəfindən
qoyulmuş strategiyanın
Prezident İlham Əliyev tərəfindən
uğurla həyata keçirilməsi turizm sənayesini iqtisadiyyatın
aparıcı sahələrindən
birinə çevirmişdir.
Qazanılmış nəticələr onu göstərir ki, turizm iqtisadi
əhəmiyyətinə görə
qeyri–neft bölməsi
arasında aparıcı
mövqeyə malikdir.
Dövlət başçımız
son nitqlərinin birində
demişdir: “Turizm sektoru Azərbaycanın iqtisadi potensialında mühüm yer tutacaq. İnkişaf etmiş, xüsusən
də zəngin təbiətə malik olan ölkələrin iqtisadiyyatında turizm mühüm yer tutur. Azərbaycan zəngin ölkədir,
turizmin inkişafı
üçün gözəl
yerlər vardır və biz bu imkanlardan istifadə etməliyik”.
Xüsusi vurğulamaq lazımdır
ki, “Azərbaycan Respublikasında 2010–2014–cü illərdə
turizmin inkişafına
dair Dövlət Proqramı”nın uğurlu icrası və ölkə başçımızın 2011–ci ili “Turizm ili”
elan etməsi, bu sahədə digər layihələrin həyata keçirilməsi
məhz bu sektora dövlət qayğısından xəbər
verir.
Bu sahədə ixtisaslı kadrların çalışması da
bir neçə ildir ki, diqqət
mərkəzindədir. 2006–cı ildən
respublika Mədəniyyət
və Turizm Nazirliyinin nəzdində Azərbaycan Turizm İnstitutu fəaliyyətə
göstərir, artıq
bu təhsil ocağının məzunları
şirkətlərdə işləməyə
başlamışlar. Həmçinin Azərbaycan Turizm
İnstitutunun nəzdində
Bakı Turizm Peşə Məktəbi açlımış, burada
oxuyanların sayı bu ildən 400–ə çatdırılmışdır.
Statistik rəqəmlər göstərir ki, Odlar diyarı adlanan ölkəmizə gələn turistlərin sayı ilbəil artır. “Turizm ili” elan edilən 2011–ci ildə bu sahədə
daha yüksək göstəricilər qazanılmışdır.
Məsələn, ötən
il Azərbaycana
ilk dəfə 2 milyondan
çox, daha dəqiq 2 milyon 239 min nəfər əcnəbi gəlib. Bu, 2010–cu illə müqayisədə
14 faiz çoxdur.
Respublikamıza gələn
xarici turist qaldığı müddətdə
ən azı 700 dollar
xərcləyirsə, deməli,
ümumilikdə bu sahədən 1,5 milyarddan çox gəlir götürülür.
Qeyd edək ki, beş il əvvəl ölkəmizdə
fəaliyyət göstərən
mehmanxanaların sayı
300–ə yaxın idisə,
indi paytaxtda və bölgələrdə
500–dən çox mehmanxana
fəaliyyət göstərir.
Hazırda ölkə ərazisində
50–dən çox mehmanxana
inşa edilir. Təhlillər göstərir ki,
mehmanxana və bu tipli obyektlərdə
istirahət edənlərin
50 faizdən çoxu
xarici ölkə vətəndaşlarıdır. Turistlərin
çoxalması ilə
bağlı turizm şirkətlərinin də
sayı artaraq 170–ə
çatıb. Bu işlə məşğul
olan firmalar arasında rəqabət də genişlənib.
Öz işlərini qura bilməyən şirkətlər
fəaliyyətlərini dayandırırlar.
Ölkəmizə gələn əcnəbi vətəndaşların
sayının çoxalmasına
bir sıra amillər müsbət təsir göstərir. Bunlardan biri respublikamızda
keçirilən beynəlxalq
tədbirlər, festivallar,
müsabiqələr və
idman yarışlarıdır.
Məsələn, “Eurovision–2012″ mahnı müsabiqəsi bu il ölkəmizə gələn turistlərin artımında mühüm
rol oynayıb. Belə ki, müsabiqə ərəfəsində respublikamıza
gələnlərin sayı
100 mini keçmişdir. Hazırda 16 ölkənin
qatıldığı qadınlar
arasında futbol üzrə dünya çempionatının Bakıda
keçirilməsi də
bu baxımdan az əhəmiyyət
daşımır. Ümumiyyətlə, turizm üzrə mütəxəssis kimi deyə bilərəm ki, bu qəbildən
olan beynəlxalq səviyyəli möhtəşəm
tədbirlərin növbəti
illərdə də Azərbaycanda keçirilməsi
ölkəmizə turist
axınının çoxalmasına
təkan verəcəkdir.
Artıq ölkəmizdə ənənəvi yay turizmi yekunlaşmaq üzrədir. Azərbaycandan xeyli yerli vətəndaşlar xaricə
üz tutduğu kimi, ölkəmizə də kifayət qədər turist axını olub. Mədəniyyət və
turizm naziri Əbülfəs Qarayevin dediyi kimi, turizm
sahəsində bu il ölkəmizdə
keçən illə
müqayisədə 7 faiz
artım vardır. Bu, beynəlxalq standartlara
cavab verən yeni mehmanxanaların açılması və
beynəlxalq tədbirlərin
sayəsində mümkün
olub.
Statistik rəqəmlər də
indidən bu il turizm
sahəsində göstəricilərin
yüksək olacağından
xəbər verir. Belə ki, 2012–ci ilin təkcə 6 ayı ərzində Azərbaycana
gələn əcnəbi
vətəndaşların sayı
1.088.823 nəfər olub.
Bu da ötən
ilin müvafiq dövrü ilə müqayisədə 72.264 nəfər
çoxdur. Eyni zamanda,
2011–ci ilin müvafiq dövrü ilə müqayisədə 2012–ci ilin
birinci yarımili ərzində xarici ölkələrə gedən
vətəndaşlarımızın sayı 90.875 nəfər çoxdur. Respublikamıza
gələnlər sırasında
ən çox artım Gürcüstan, Rusiya, Türkiyə, Almaniya, Özbəkistan, Ukrayna, Böyük Britaniya, İran, Yaponiya, Koreya və sair ölkələrdən
müşahidə olunub.
Onu da demək
lazımdır ki, yaxın gələcəkdə
Qusar rayonundakı “Şahdağ” qış turizm kompleksi istifadəyə veriləndən
sonra bu sahədə irəliləyişin
olacağı şübhəsizdir. Çünki yerli əhali
ilə yanaşı, qış turizmi xarici vətəndaşları
da özünə cəlb edəcəkdir.
Əlbəttə, dövlət başçımızın Bakıda
və bölgələrdə
yeni mehmanxanaların açılışında iştirak
etməsi, kənd turizminin inkişafına diqqət yetirməsi Azərbaycana qarşıdakı
illərdə turist axınının daha da yüksəlməsinə
müsbət təsir
göstərəcəkdir.
Bu gün həm də Ümumdünya
Turizm Günüdür.
Bu peşə bayramı hər il sentyabrın 27–də Azərbaycanda da qeyd edilir.
Bütün həmkarlarımı bu münasibətlə təbrik edir, onlara işlərində
uğurlar arzulayıram.
Ağalar
HACIYEV,
Bakı
Səyahətlər və Ekskursiyalar
Bürosunun direktoru
Respublika .- 2012.- 27 sentyabr.- S. 5.