SOYQIRIMI
QURBANLARININ XATİRƏSİ EHTİRAMLA YAD OLUNMUŞDUR
Lənkəran
31 Mart–Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Lənkəranda silsilə tədbirlər keçirilmişdir.
Lənkəran Şəhər İcra Hakimiyyətinin iclas zalında 31 Mart–Azərbaycanlıların Soyqırımı Günü ılə əlaqədar ümumrayon toplantısı keçirilmişdir. Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov tədbiri giriş sözü ilə açaraq erməni millətçiləri tərəfindən xalqımıza qarşı törədilmiş etnik təmizləmə və deportasiya siyasətindən, onların “dənizdən–dənizə böyük Ermənistan” yaratmaq xülyasından, 1918–ci ilin mart qətliamından danışmışdır.
İcra başçısı azərbaycanlıların soyqırımı ilə bağlı hadisələrə ilk dəfə ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyilə siyasi–hüquqi qiymət verildiyini, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yorulmaz səyləri sayəsində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırıldığını bildirmişdir.
Sonra Lənkəran Dövlət Universitetinin tarix və fəlsəfə kafedrasının baş müəllimi Kamal Mahmudovun “31 Mart–Azərbaycanlıların Soyqırımı Günüdür” mövzusunda məruzəsi dinlənilmişdir.
Natiq qeyd etmişdir ki, 1918–ci ilin mart qırğınları zamanı təkcə Bakıda 30 min nəfər azərbaycanlının həyatına son qoyulmuş, qocalar, qadınlar və uşaqlar xüsusi qəddarlıqla qətlə yetirilmiş, qiymətli tarixi abidələrimiz məhv edilmişdir. 1918–1920–ci illərdə Azərbaycanın yüzlərlə şəhər və kəndi, o cümlədən Qarabağın dağlıq və dağətəyi hissəsində azərbaycanlıların yaşadığı 150–yə yaxın kənd xarabazara çevrilmiş, 50 mindən çox soydaşımız qətlə yetirilmişdir.
Şəhərin Heydər Əliyev Mərkəzi və Heydər Əliyev irsini araşdırma mərkəzi Lənkəran regional bürosunun birgə təşkilatçılığı ilə təşkil olunmuş tədbirdə erməni qəsbkarlarının Azərbaycan xalqına qarşı zaman–zaman törətdikləri qanlı faciələr, qətliamlar barədə ətraflı məlumat verilmişdir.
Heydər Əliyev Mərkəzinin direktoru Seyidzadə Səfiyeva, rayon Ağsaqqalar Şurasının sədr müavini Sərhad Məmmədov, Heydər Əliyev irsini araşdırma mərkəzinin rəhbəri Sevinc Hüseynova Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və digər bölgələrdə azərbaycanlıların soyqırımının xüsusi amansızlıqla həyata keçirildiyini, dinc əhalinin kütləvi surətdə qətlə yetirildiyini söyləmişlər.
Qətliamın Lənkərandan da yan ötmədiyini vurğulayan natiqlər Lənkəran şəhərində rayonun Gərmətük, Mamusta, Sütəmurdov və digər kəndlərdə ermənilərin bolşevik birləşmələrilə birgə törətdikləri qanlı faicələr haqqında konkret faktlardan söhbət açmışlar.
Eyni zamanda millətçi–separatçı ermənilər tərəfindən Dağlıq Qarabağda torpaqlarımızın 20 faizinin işğal olunması, bir milyon nəfərdən artıq soydaşımızın doğma ocaqlarından didərgin düşməsi, minlərlə insanın şəhid olması faktları bir daha xatırlatmışdır.
Rayon Ağsaqqallar Şurasının sədr müavini Sərhad Məmmədov, Mamusta kənd xəstəxanasının baş həkimi Şakir Qasımov və Lənkəran şəhər 10 saylı tam orta məktəbinin müəllimi Zəhra Abdullayeva tədbirdə çıxış edərək erməni–daşnak millətçilərinin Lənkəran şəhərində, ayrı–ayrı kəndlərdə törətdikləri qanlı qırğınlardan danışmışlar.
Lənkəran şəhərinin mərkəzində salınmış Soyqırım qurbanlarının xatirə parkında da anım mərasimi keçirilmişdir.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, rayonun hüquq–mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, pedaqoji kollektivlər, hərbi hissələrin zabitləri və əsgərləri, ictimaiyyətin nümayəndələri soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə əklil, qərənfil dəstələri qoymuş, günahsız qətlə vetirilmiş soydaşlarımızın xatirəsini dərin hüznlə yad etmişlər.
Masallı
Respublikamızın
hər yerində olduğu kimi, Masallı rayonunda da
soyqırımı qurbanlarının xatirəsi böyük
ehtiramla anılmışdır. Payonun idarə, müəssisə
və təşkilatlarında, təhsil, səhiyyə və
mədəniyyət ocaqlarında anım mərasimləri
keçirilmişdir.
Mərasimlərdə
erməni şovinistlərinin öz məkrli niyyətlərinə
çatmaq üçün hər vasitəyə əl
atdıqları, xalqımıza qarşı analoqu olmayan dəhşətli
cinayətlər törətdikləri qeyd olunmuşdur. Natiqlərin
çıxışlarında Azərbaycan müstəqilliyini
bərpa etdikdən sonra xalqımıza qarşı
aparılmış soyqırımı siyasətinə
müvafiq hüquqi qiymət verildiyi, ümummilli lider Heydər
Əliyevin 1998–ci il martın 26–da imzaladığı fərmanla
31 martın Azərbaycanlıların Soyqırımı
Günü kimi qeyd olunduğu vurğulanmışdır.
Masallı
şəhərinin mərkəzində salınmış
xatirə parkında Azərbaycanlıların
Soyqırımı Günü ilə əlaqədar
ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə
Masallı Rayon İcra Hakimiyyətinin başçısı
Rafil Hüseynov, Milli Məclisin üzvü Nəriman Əliyev,
rayonun hüquq–mühafizə orqanlarının, idarə,
müəssisə və təşkilatlarının rəhbərləri,
əmək kollektivlərinın nümayəndələri,
ağsaqqallar, ziyalılar, şagirdlər və minlərlə
rayon sakini iştirak etmişlər.
Tədbir
iştirakçıları faciə qurbanlarının abidəsi
önünə gül dəstələri düzərək
onların xatirəsinə dərin ehtiramlarını
bildirmiş, şəhidlərin ruhuna dualar səslənmişdir.
Sonra
Masallı Şəhər Gənclər Mərkəzində
azərbaycanlıların soyqırımına həsr
olunmuş əbədi–bədii kompozisiya nümayiş
olunmuşdur.
Lerik
Rayon
icra hakimiyyətinin iclas zalında 31 Mart–Azərbaycanlıların
Soyqırımı Günü ilə bağlı mərasim
keçirilmişdir.
Tədbiri
Lerik Rayon İcra Hakimiyyətinin başçısı
Rövşən Bağırov açmış, son iki əsrdə
ermənilər tərəfindən xalqımıza
qarşı həyata keçirilən etnik təmizləmə,
deportasiya və soyqınmından
danışmışdır. İcra başçısı
bildirmişdir ki, XIX əsrin əvvəllərindən
başlayaraq tarixi Azərbaycan torpaqları olan Qarabağa və
Zəngəzura ermənilər
köçürülmüş, demoqrafik vəziyyət zorla
dəyişdirilmişdir.
1905
və 1918–ci illərdə azərbaycanlılara qarşı
kütləvi qırğınlar törədilmiş, 1920–ci
ildə Zəngəzur Ermənistana verilmiş, Dağlıq
Qarabağa muxtariyyət statusunun verilməsi təmin
edilmişdir. 1948–1953–cü illərdə sovet rəhbərliyinin
qərarı ilə yüz minlərlə soydaşımız
indiki Ermənistan ərazisindəki əzəli yurdlarından
deportasiya olunmuş, 1988–ci ildə erməni millətçiləri
mərkəzin və xarici havadarlarının köməyilə
Dağlıq Qarabağın zorla Ermənistana birləşdirilməsi
üçün hərbi əməliyyatlara
başlamış, torpaqlanmızın 20 faizini işğal edərək
1 milyona yaxın azərbaycanlını qaçqın və məcburi
köçkün vəziyyətinə salmışlar. 1992–ci
ilin fevralında erməni hərbi birləşmələri
Xocalı şəhərini yerlə–yeksan etmiş, dinc əhaliyə
qarşı misli görünməmiş soyqırımı
aktı törətmişlər.
Xalqımızın
böyük oğlu, görkəmli dövlət xadimi Heydər
Əliyeyin 1993–cü ilin iyun ayında xalqın təkidli tələbi
ilə hakimiyyətə qayıdışından sonra ermənilərin
tarix boyu xalqımıza qarşı törətdiyi təcavüz,
soyqırımı siyasətinə siyasi–hüquqi qiymət
verilmişdir.
İcra
başçısı ümummilli liderin siyasi kursunu uğurla
davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin
rəhbərliyilə Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə çatdırılması, erməni
millətçilərinin soyqırımı siyasətinin
ifşası istiqamətində ardıcıl tədbirlərin
həyata keçirildiyini bildirmişdir.
Rayon
icra hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova
azərbaycanlıların soyqırımı ilə
bağlı ətraflı məruzə etmişdir.
Yeni
Azərbaycan Partiyası Lerik rayon təşkilatının sədri
Elxan Qənbərov, rayon veteranlar şurasının sədri
Hidayət Bəşirov, peşə liseyinin direktoru
Hüseynbala Əliyev çıxışlarında erməni
şovinistlərinin Azərbaycan xalqının başına gətirdikləri
müsibətləri, qətliamları unutmamağı, hadisələri
olduğu kimi gələcək nəsillərə
çatdırmağı söyləmişlər.
Əlisəfa HƏSƏNOV
Respublika.- 2013.- 2 aprel.- S. 7.