Dəniz
neftçiləri ili uğurla
başa vurmaq əzmilə
çalışır
“28 May” NQÇİ 2012–ci il üzrə neft və qaz hasilatı üzrə tapşırıqlarını artıqlaması ilə yerinə yetirmişdir.
Neft hasilatı üzrə 4 995 800 ton plana qarşı 5 010 541 ton neft hasil edərək tapşırığa 100,3 faiz əməl olunmuşdur.
Hasil edilmiş neftin 73,2 faizi yəni 3 669 729 tonu qazlift, 26,8 faizi isə və ya 1 340 812 tonu fontan üsulu ilə çıxarılmışdır.
Kateqoriyalar üzrə neft hasilatına nəzər yetirdikdə görürük ki, 2012 –ci ildə hasil olunan neftin 95,3 faizi və ya 4 772 685 tonu keçən ildən keçən quyuların, 4,2 faizi və ya 211 103 tonu yeni quyuların və 0,5 faizi və ya 26 753 tonu isə fəaliyyətsiz fonddan daxil olan quyuların hesabına olmuşdur.
Neftin nəqlə təhvili üzrə 4 982 080 ton plana qarşı 4 992 007 ton təhvil verilərək tapşırığa 100,2 faiz əməl olunmuşdur.
6 021 939 min kubmetr qaz
hasil edilmişdir. Hasil edilən
qazın 1 072 027 min kubmetri
səmt qazı, 4 949
912 min kubmetri isə təbii qazdır.
5 227 629
min kubmetr q
az təhvil verilmişdir.
Keçən illə müqayisədə
qaz satışı
37 457 min kubmetr artmışdır
və artım tempi 0,7 faiz təşkil
etmişdir.
Bu ilin əvvəlinə
istismar quyu fondu 277 quyu olmuşdur ki, bunların 258–i fəaliyyətdə
olan quyu fondunu təşkil etmişdir. Fəaliyyətdə olan quyu fondunun 199–u neft quyusu, 59–u isə qaz–kondensat quyusu olmuşdur. Fəaliyyətdə olan neft quyularının 173–ü qazlift
üsulu ilə,
26–sı isə fontan üsulu ilə istismar olunub. Həmin dövrə fəaliyyətsiz
fondda 19 quyu olmuşdur ki, bunlardan da 16–sı neft, 3–ü qaz–kondensat quyusu olmuşdur.
Təkcə ötən il ərzində 12 yeni quyu istismara daxil edilmiş (5–i qaz, 7–si neft quyusu) və həmin quyulardan 211 103 ton
neft və 196 516 min kubmetr təbii qaz hasil edilmişdir.
Yeni quyuların 11–i qazmadan, 1–i
isə digər fondlardan təzə quyu kimi daxil
olmuşdur. Qazmadan
alınan quyuların
7–si neft, 4–ü isə
qaz— kondensat quyuları olmuşdur ki, onlardan da
müvafiq olaraq 211 103
ton neft və 157 359
min kubmetr təbii qaz hasil edilmişdir.
Fəaliyyətsiz quyu fondundan 3 neft quyusu istismara
daxil edilmiş və onlardan 26 753 ton neft hasil edilmişdir.
Fəaliyyətdə olan quyu fondunu
saxlamaq və neft hasilatını artırmaq məqsədi ilə hesabat dövründə 40 geoloji
tədbir əvəzinə
31 tədbir həyata keçirilmişdir. Bu tədbirlər
nəticəsində 145 443 ton neft hasil olunmuşdur.
Hesabat dövründə
160 texniki tədbir əvəzinə 192 texniki
tədbir həyata keçirilmiş və nəticədə 20 959 ton neft
alınmışdır. Keçən illə müqayisədə
səmərə də
334 ton çox olmuşdur.
“28 May”
NQÇİ–nin yeni texnika və texnologiyanın tətbiqi planında bir sıra tədbirlərin yerinə yetirilməsi nəzərdə tutulmuşdur
ki, bu tədbirlər
də neft hasilatının artırılmasına
yönəldilmiş tədbirlərdir.
Yataqların əksəriyyəti istismarın
son mərhələsində olduğundan, lay təzyiqinin
saxlanması və layların neftveriminin artırılması məqsədilə
laylara su vurulması üsulu tətbiq edilir. 2012–ci ildə bu məqsədlə
laylara 2 769 916 kubmetr su vurulmuş və bunun hesabına
76 866 ton neft hasil olunmuşdur.
Bundan başqa,
NQÇİ–də 3–cü təsir üsulları, yəni laylara səthi aktiv maddələrin vurulması
hesabına da 7 680 ton neft hasil olunmuşdur.
Yataqların işlənməsinə nəzarət
üçün elmi–tədqiqat
işlərinin aparılması
vacib şərtlərdəndir. Belə ki,
cari ildə bu işlər kompleks şəkildə davam etdirilmişdir.
Alınan nəticələrin interpretasiyası
aparılaraq qrafiki materiallar tərtib olunmuşdur.
Hesabat ilində
quyularda hasilatın səviyyəsinin saxlanılması
məqsədilə bir
çox əsaslı
və yeraltı təmir işləri də aparılmışdır.
Bu baxımdan hesabat dövründə quyularda
80 əsaslı təmir
planına qarşı
87 əsaslı təmir,
72 yeraltı təmir planına qarşı isə 81 yeraltı təmir işləri aparılmış və nəticədə əsaslı
təmir aparılmış
quyulardan 145 109 ton, yeraltı
təmir aparılmış
quyulardan isə 36 099
ton neft hasil edilmişdir.
Avadanlıqların etibarlılığının artırılması, yenilənməsi,
müasir avadanlıqların
istehsalata tətbiqi və təhlükəsizlik
qaydalarına əməl
olunması istiqamətində
bir sıra işlər görülmüşdür.
2012–ci ildə “28 May” NQÇİ–nin sosial sahəsində
də xeyli işlər görülmüşdür.
“28 May”
NQÇİ–nin köhnə
inzibati binasında təmir işləri aparılıb və istilik sistemi ilə təchiz olunmuşdur. 2,9,15 saylı
özüllərdəki və
Neft Daşları sahəsindəki NİH və
NS–nin yaşayış
blokları əsaslı
təmir olunub, yeni mebel və
avadanlıqlarla təchiz
edilərək işçilərin
istifadəsinə verilmişdir:
2012–ci il ərzində mütəmadi
olaraq, təmirə ehtiyacı olan məişət avadanlıqları
təmir olunmuşdur.
Dəniz
özüllərinin hər
biri 1 ədəd yeni paltaryuyan maşın və 1 ədəd çörəkbişirmə
sobası ilə təmin olunmuşlar.
Bütün DDÖ–lərin yeməkxanaları
qab–qaşıqlarla təmin
edilmişdir.
“28 May”
NQÇİ–də ətraf
mühitin mühafizəsi
sahəsində 2012–ci il ərzində bir–sıra tədbirlər
həyata keçirilmişdir.
24 quyuda keçirilmiş
geoloji tədbirlər
nəticəsində 27 460 ton lay suyunun qarşısı alınmışdır. İdarənin
“Neft Daşları”nda
yerləşən sahəsində
neftin ilkin hazırlanması zamanı
ayrılan lay suları, yeni istismara verilmiş, müasir təmizləyici
qurğuda təmizlənib
utilizasiya olunmuşdur.
Dəniz
özüllərində formalaşan
məişət–təsərrüfat çirkab sularının
təmizlənməsi məqsədilə,
8, 15 və 19 saylı
özüllərdə “Topaz–75″ markalı, bioloji təmizləyici qurğular
quraşdırılmışdır.
“Baku
STEEL” MMC tərəfindən 3 136 ton qara metal qırıntısı
sahilə daşınmışdır.
Çilov adasında çirkab
sularının “KU–200″ qurğusunda bioloji üsulla təmizlənməsi
aparılmışdır. Çilov adasında il ərzində
7 200, hazırkı dövrə
qədər isə 42
200 ağac əkilmişdir.
Ağac əkilmiş
sahələr metal torla
hasarlanmış və
suvarma sistemi ilə təchiz olunmuşdur. Çilov əmtəə çənləri
parkının ətrafında
uzun müddət formalaşan çirkli gölməçələrin qurudulması
məqsədilə 7 ha ərazidə
mexaniki rekultivasiya işləri aparılmışdır.
Məişət tullantılarının utilizasiyası məqsədilə
məişət tullantıları
sobası istismara verilmişdir.
“28 May”
NQÇİ–nin əmək
kollektivi 2013–cü ildə
öz istehsalat fəaliyyətini ARDNŞ və
“Azneft” İB–nin qarşıya qoyduğu vəzifələrə uyğun
olaraq neft–qaz hasilatını sabit saxlamaq və qismən artırmaq üçün intellektual
potensialını və
daxili ehtiyat mənbələrini üzə
çıxarmaqla, beynəlxalq
standartlara söykənərək
keyfiyyətli, ətraf
mühitə ziyan vurmadan və təhlükəsiz yerinə
yetirmək əzmindədir.
Ötən ayların yekunları da deyilənlərin uğurla yerinə yetiriləcəyindən xəbər
verir. İki ayın tapşırıqları
neft hasilatı üzrə 100,6 faiz, neft təhvili
üzrə 100,65 faiz yerinə yetirən neftçilərimiz 2013–cü ilə
böyük ruh yüksəkliyi ilə başlamışdır. Qaz
hasilatı planını
102,64 faiz, qaz təhvili planını isə 100,72
faiz yerinə yetirmişlər.
Qarşıda duran məsul və şərəfli vəzifələrin yerinə
yetirilməsi 2013–cü ilin
tapşırıqlarına artıqlaması ilə əməl olunması üçün səylərimizi
bundan sonra da səfərbər edəcəyik.
Rövşən Qarayev,
“Azneft” İB–nin “28 May”
NQÇİ–nin rəisi
Respublika.- 2013.- 4 aprel.- S. 6.