Şövqiyarla
üzbəüz
Bu gün Şəhidlər Xiyabanına gəlib Haqqa pərəstiş edənlərin məzarlarını ziyarət etdim. Hər gün bu ocağa gəlib qəhrəman oğullarımızın məzarlarına gül düzməyin, onların sükutla heyrətdə qalan baxışlarına heyranlıqdan başqa nə ad vermək olar?
Bu gün bura bir ANANİN övladına OĞUL SEVGİSİ qaytaran qadın gəlib: “Ana, üç gündən sonra qayıdacağam” – deyərək söz verən oğulun məzarına.
– Oğul, sən yalan demədin. Oğul, sən üç gündən sonra qayıtdın. Sən sözünü uca tutdun
Firuzə xanımın qəm–qüssə dolu günlərindən biridir. Onun ətrafında məyyus düşüncələrdən başqa heç nə yoxdur. Aprelin 5–i Şövqiyarın ad günüdür. Uzaqdan ANANI baxışlarımla müşayiət edirəm.
– Oğul, sabah sənin doğum günündür. Axı, Şəhidlər Xiyabanının yolunu sən tanıtmışdın. Döyüş dostunun qəbri üstündə and içəndə tanıtmışdın. Bəs nə oldu, ay Oğul? Sən sağ olsaydın, dünya bizim nə vecimizə idi ki. Sən dərdlərimə məlhəm, yaralarımı sarıyan idin. Toyların yaraşığı, hüzürlərin urvatı oğul. Səndən bir də gələrmi bu dünyaya, ay oğul?!
ANA göydən yerə qaranlıq düşdüyünün fərqinə varmır. Ananın səsi qaranlıq çökən Şəhidlər Xiyabanını başına götürüb
Allahım, bu qara örpəkli qadının fəryadına kim cavab verə bilər?! Onların ayağı Şövqiyarın məzarından kəsilmir. Şövqiyarın sol gözündən üzüaşağı yaş axır Şövqiyarın uşaqlıq dostu Rahib müəllim deyir ki, lövhənin dəfələrlə bərpa olunmasına baxmayaraq, onun gözündəki ağlar göz yaşı şrımı heç vəchlə düzəlmir.
– Sən
ürəyini verdin. Torpaq yolunda şəhid oldun. Məqsədin
vətənimizin işğaldan qurtulması, dövlətimizin
müstəqilliyi və suverenliyi idi, Şövqiyar. Bu gün
bizim güclü ordumuz var. Sərhədlərimizin müdafiəsi
təmin olunub. Sənin döyüşdüyün yerlərdə
BAYRAĞIMIZ dalğalanır. Əsgərlərimiz sənin
oxuduğun HİMNİMİZİ oxuyur. Dövlət dilimiz Azərbaycan
dilidir. Öz pul vahidimiz var. Şanlı ordumuzun Ali Baş
Komandanı İlham ƏLİYEV bu şərəfi uca tutaraq
TARİXİMİZƏ adını yazıb. Sənin xidmətlərinə
– AZƏRBAYCANIN MİLLİ QƏHRƏMANI adı verilib.
Şanlı və yaşarı adın mübarək,
QARDAŞ! – deyən dostun Rahib göz yaşlarını silir…
FİRUZƏ
ANANIN ruhunun dözdüyünə, bizim cismimiz dözmür.
On ildən artıq bir müddətdə evinin küncünə
sığınan ana sənsiz gülümsəməyib,
günəşin qızılı tellərinə baxmayıb.
“Şövqiyar
yazın gəlişinə sevinmir, çiçəklərin
açmasına baxmır” – deyib təbiətə, həyatın
aşıb–daşmasına, fəslin dəyişməsinə
özünü həsrət qoyub. Zaman da anaya təslim olub.
Haqqa layiq olan ananın saçları uca dağların zirvəsinə
bənzəyir.
1992–ci ildə
Şövqiyar könüllülərlə Qarabağa gedəndə
saçları qapqara şəvə kimi idi ananın. 1992–ci
il avqustun 27–də oğlunun savaş xəbərini aldıqdan
sonra kədər qapılarından keçən ana müdrikləşdi,
mələkləşdi.
Oğlunun
məzarı önündə dayanan qəhrəman anası
bir ömrə bərabər an yaşadı. Azərbaycanın
Milli Qəhrəmanı Şövqiyar Cəmil oğlu
Abdullayevin hərbi strateji mövqeyinin fövqündə olunca
dəyişən coğrafiyamızı göz önünə
gətirirəm. Dərbənd, Bakı, Gəncə, Tiflis,
İrəvan, Göyçə, Zəngəzur, Təbriz, Qəzvin,
Ərdəbil, Həmədan.
Şövqiyar
– dillərdə dastan, könüllərdə var olan igid! Əcnəbi
ölkələrə açılan qapılardan keçib Həccə,
Kərbəlaya, Məkkəyə gedənlər var. Mənim,
sənin, bizim Kərbəlamız buradır.
ŞÖVQİYARLARIN, ŞİRİNLƏRİN, RYADLARIN,
NADİRLƏRİN, VÜQARLARIN, TƏBRİZLƏRİN,
MÜBARİZLƏRİN vətənləşdiyi yerdir.
Qüdrət
sahibinin kərəminə şükr edən Firuzə
xanıma heyran ola bilərik, lütfə bax. Qadın
müdrikliyinin, şəhid anasının qüdrətini
görmək də bir lütfdür.
Şəhidlər
Xiyabanına yaraşan qəhrəman! Şəklini
başım üstə asdığım igidlərdən
biri. Şövqiyar özünə şeir həsr etdi, poema
yazdı, adını tariximizə, şanlı hərb
tariximizə həkk etdi. Ancaq qələmlə deyil, silahla
yazdı. Vətən sevdalı, millət sevdalı – sənin,
mənim, bizim Şövqiyarımız.
Burda,
Şəhidlər Xiyabanında xalqımızın mübarizə
tarixini yaradanlar əbədi uyuyur. ŞƏHİDLƏRİN
mübarizə tarixini yazmağın zamanı yetişib.
Şəhidlər
Xiyabanı 20–ci yüzilin QƏHRƏMANLIQ məbədidir. Ərazi
bütövlüyümüzün müdafiəsi uğrunda
aparılan qanlı döyüş meydanının unudulmaz
abidəsidir. Mənim əsərimin baş qəhrəmanı
Şövqiyar Abdullayev tənha Kreyserin komandiri olub. Onun dəmir
atı son nəfəsədək ona sadiq qalıb.
Ölümcül zərbələrdən, mərmilərin atəşlərindən
yıxılmayıb, döyüşü davam etdirib. Bax, fədakarlıq
budur! Vətən qarşısında yüksək imtahandan əla
qiymət almaq – o, bu hünəri ilə tək deyildi.
Natella Asena
Respublika.- 2013.- 5 aprel.- S. 8.