Müasir tələblərə uyğun kadr hazırlığı diqqət mərkəzindədir

 

Əsas məramı savadlı, müasir biliklərə yiyələnmiş mütəxəssislərin hazırlanması olan təhsil ocaqlarından biri də Azərbaycan Memarlıq və İnşaat Universitetidir. Universitetimizin kollektivi əsası umummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən təhsil siyasətini dəstəkləyir və bu siyasətin həyata keçməsində öz layiqli töhfəsini verir.

Bütün sahələrdə olduğu kimi tikinti sektorunda da sürətli inkişaf göz önündədir. Bu tempi lazımi səviyyədə saxlamaqonu daha da inkişaf etdirmək üçün yüksək ixtisaslı miitəxəssislərə ehtiyac duyulur. Tikinti sahələri üçün mühəndis hazırlayan universitetimizdə tələbələrin tədris almaları üçün hər cür şərait yaradılmışdır.

Millət vəkili, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova ali təhsil ocağının rəhbəri kimi həmişə öz ziyalı prizmasından çıxış edərək təhsilin keyfiyyətinə müsbət təsir göstərəcək mütərəqqi metodların tətbiqini daim dəstəkləyir və onların reallaşması üçün şərait yaradır.

Universitet rəhbərliyinin əsas işi, yüksək ixtisaslı mütəxəssislərin hazırlanması yolunda vacib amillərdən sayılan madditexniki bazanın gücləndirilməsi və professor–müəllim kontingentinin potensialından maksimum səmərəli istifadə edilməsidir. Kadr siyasətində isə gənclərin universitetə işə cəlb olunmasına böyük önəm verilir.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin fakültələri sırasında bizim fakültənin də xüsusi çəkisi var. Fakültəmiz 1997–ci ildə Mexanikləşdirmə və Avtomatlaşdırma adı ilə yaranmışdır. 2013– ilin mart ayından yeniMexanikaİnformasiya texnologiyaları adı altında fəaliyyət göstərir. Burada müxtəlif istiqamətlər üzrə mülki və sənaye, hidrotexnikimeliorasiya, nəqliyyat tikintilərində texnoloji proseslərin müasir texniki vasitələrlə mexanikləşdirilməsi, avtomatlaşdırılması və bu sahələrə xidmət edən maşm, mexanizm, avadanlıqların və avtomatik idarəetmə sistemlərinin düzgün seçilməsi, təhlükəsiz idarə olunması, səmərəli istismarı, informasiya texnologiyaları və telekommunikasiyanın istifadə mərkəzləri ilə məşğul olan yüksək ixtisaslı mütəxəssislər hazırlanır.

Hazırda fakültəmizdə 700–ə yaxın tələbə və magistr təhsil alır. Respublika iqtisadiyyatının müxtəlif sahələri üçün dörd ixtisas üzrə (texnoloji maşınlar və avadanlıqlar mühəndisliyi; informasiya texnologiyaları və sistemləri mühəndisliyi; proseslərin avtomatlaşdırılması mühəndisliyi; mexanika mühəndisliyi) mütəxəssis hazırlığı həyata keçirilir. Fakültənin nəzdində beş kafedra fəaliyyət göstərir.

Fakültənin ixtisas kafedraları tərəfindən inşaat, yolmeliorasiya maşınlarının etibarlı və fasiləsiz işini təmin edən servisin təşkili, yarımkeçirici elementlər üzərində yaddaş elementlərinin qurulması, inşaat maşınlarında dinamiki yükün optimallaşdırılması və onların detallarının elektrokimyəvi korroziyadan mühafizə olunması, texnoloji proseslərin identifıkasiyasının adekvatlığı və nəzarətin dəqiqliyinin yüksəldilməsində informasiya texnologiyalarmm yaradılması istiqamətlərində elmi–tədqiqat işləri aparılır.

Universitetin, eyni zamanda, fakültəmizin bütün kafedra və ixtisaslaşdırılmış auditoriyaları yüsək sürətli internetlə təmin olunmuş və 100–ə yaxın müasir tələblərə cavab verən kompyuterlərlə, xüsusı mühazirə auditoriyaları isə mühazirələrin elektron üsulla aparılması üçün proyektorelektron lövhələrlə təchiz olunmuşdur. Bu isə öz növbəsində mühazirələrin daha keyfiyyətli və maraqlı keçirilməsinə şərait yaradır. Ən müasir cihaz və avadanlıqlarla təchiz olunmuş yeni tədris laboratoriyaları yaradılmış və tələbələrin istifadəsinə verilmişdir. Bir sözlə, respublika gənclərinin yüksək biliklərə yiyələnərək istehsalatda öz sözünü deyəcək mütəxəssis olmaları üçün fakültəmizdə geniş imkanlar var.

Tələbələrin yay təcrübələri “Bakı şəhər tikinti–mexanikləşdirmə” ASC–də, AMEA–nın Kibernetikaİnformasiya texnologiyaları institutunda, ARDNŞ–nin inşaattikinti trestlərində keçirilir. Fakültəmizin ABŞ–ın MiçiqanArizona, Cənubi Koreyanın – Koreya Universiteti (Seul), Türkiyənin – Ege Universiteti (İzmir), – Qaradəniz Texniki Universiteti (Trabzon), Rusiyanın İrkutsk Dövlət Universitetis. müxtəlif ölkələrin tədris müəssisələri ilə geniş əlaqələri var.

Bir neçə ildir ki, universitetimizdə imtahanlar yeni və mütərəqqi üsullarlaelektron test və yazılı monitorinq üsulları ilə keçirilir. Bu məqsədlə kafedraların təcrübəli professor və müəllimləri elektron imtahanlarının keçirilməsi üçün bütün fənlər üzrə test bankları hazırlamışlar. Bu isə öz növbəsində imtahanların daha obyektiv keçirilməsini təmin edir. Hazırda universitetimizdə imtahanların keçirilməsi üçün müasir kompyuterlər və müşahidə kameraları ilə təchiz olunmuş imtahan zalları fəaliyyət göstərir. Bundan əlavə baş verə biləcək neqativ halların qarşısının vaxtında alınması və daxil olan şikayətlərə operativ baxılması üçün bütün sessiya müddətində “Qaynar xətt” fəaliyyət göstərir.

Ölkə rəhbərliyinin gənc mütəxəssislərin hazırlığı ilə bağlı qarşıya qoyduğu vəzifələrin öhdəsindən gəlmək üçün Mexanikaİnformasiya Texnologiyaları fakültəsinin kollektivi yüksək fəallıq göstərir və məsuliyyət hissi ilə çalışır.

 

 

Akif Qasımov,

Az.MİU–nun Mexanika İnformasiya

Texnologiyaları fakültəsinin dekanı

 

Respublika.- 2013.- 6 aprel.- S. 8.