Təbiəti qorumaq hər kəsin insanlıq borcudur

 

İnsan qurmalıdır, yaratmalıdır. Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlar olasınız. Təbiətə zərər vuranlar, təbiəti çirkləndirənlər, korlayanlar cəmiyyətimizin, hamımızın düşmənidir.

 

Heydər ƏLİYEV

 

Bu gün qloballaşan dünyamız iqtisadi münasibətlərin sürətli inkişafı, insanların rifah halının yaxşılaşması ilə yanaşı, həm də ən ali varlıq sayılan bəşər övladının fəaliyyəti ilə çox böyük ekoloji problemlərlə üzləşib. Belə ki, insanların təbiətə laqeyd münasibəti nəticəsində ümumbəşəri problemə çevrilən ekoloji problem sərhəd tanımayaraq ürəyində yaşadığımız, hamımızın ortaq evi sayılan dünyamızı bütünlüklə əhatə etmiş, qarşılıqlı əlaqələrin pozulmasına səbəb olmuş və sonda dünyanı düşündürən ən aktual bir məsələyə çevrilmişdir. Sözsüz ki, elmin, texnikanın sürətlə inkişaf etməsi, bu sahədə qazanılan uğurlar, nailiyyətlər insan övladının xoş güzəranının təminatıdır. Lakin bu sürətli inkişafın qarşılığında bu gün hər birimiz ekoloji harmoniyanı pozmaqla təbiətə qarşı etdiyimiz kobud səhvlərin acı nəticələri ilə üz–üzəyik.

Rənglərimiz, dillərimiz, dinlərimiz fərqli olsa da, hamımız bir dünyada yaşayırıq. Onu mənəvi cavabdehliklə qorumaq, bəşəriyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltmək isə hər kəsin insanlıq borcudur. Əks təqdirdə, büllur kimi saf, gözəl insanların xoşbəxt yaşaması üçün yaranan Yer kürəsi dəhşətli hadisələrlə üzləşmək təhlükəsindədir. Bu baxımdan insanlarda ekoloji mədəniyyətin, sivilizasiyanın, təlimin və təhsilin formalaşması artıq günün, dövrün tələbinə çevrilmişdir. Hər kəs bu mədəniyyəti həyatın bütün sahələrinə inteqrasiya etməli, cəmiyyətin şüurunda təbiətə, onun sərvətlərinə, flora və faunasına doğma münasibət formalaşdırmalıdır. XXI əsr bütün xalqlardan mədəni inkişafın əsas istiqaməti kimi ekoloji mədəniyyətin inkişaf etdirilməsini, planetimizdə ekoloji durumun yaxşılaşdırılmasını tələb edir.

Azərbaycanda və dünyada artmaqda olan ekoloji problemlərin həlli və ətraf mühitin qorunub saxlanması mövzusunda gənc nəsli bilikləndirməyə, şagirdlərdə ekoloji ruhu inkişaf etdirməyə, ətraf mühitə qarşı onlarda həssas, müsbət münasibət formalaşdırmağa, təbii, mədəni, tarixisosialestetik dəyərləri qorumağa, şagirdlərin ekoloji biliklər haqqında nəzəri bilik və bacarıqlarını təcrübədə tətbiq edərək daha da möhkəmləndirməyə, şagirdləri gələcək elmi kəşflərə istiqamətləndirməyə xidmət edən ekologiya və təbiəti mühafizə problemlərinə həsr olunmuş Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Layihə Olimpiadası bu məqsədlə artıq neçə ildir ki, dünyamızın gələcək sahibləri olan gəncləri bir araya gətirərək insanları bu problemin həlli naminə “xoşbəxt bir dünya üçün” əl–ələ verməyə, bəşəriyyət və təbiəti barışdırmağa səsləyir.

Son illər möhtəşəm yarışlara, müsabiqələrə ev sahibliyi edən paytaxtımız bugünlərdə daha bir yarışma üçün öz qapılarını dünyaya açdı. Ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr edilmiş məktəblilərin VII Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Layihə Olimpiadası Heydər Əliyev adına İdmanKonsert Kompleksində öz işinə başladı. Bu dəfə də elm, bilik və təcrübələrini bölüşmək, bir parçası olduqları dünyamızı artmaqda olan ekoloji problemlərdən xilas etmək üçün yollar axtaran dünya gəncləri yenə bir araya gəldilər. Tullantısız və ya az tullantılı, enerjiyə, suya və digər resurslara qənaət etməyə imkan verən layihələrin, ətraf mühitə mənfi təsir göstərməyən texnologiyaların tətbiqi, təbiətdən təkcə nəsə almaq deyil, eyni zamanda təbiətə nəsə vermək kimi fikirlərini bölüşmək üçün Azərbaycana toplaşdılar. Gənclər 4 fərqli kateqoriyaenerji, mühəndislik, ətraf mühitictimai fənlər kateqoriyasında çıxış edərək qlobal istiləşmə, havaya, suya, torpağa atılan radioaktiv tullantılar, süni gübrələr, ağac və yaşıllıqlara laqeyd münasibət nəticəsində çirklənmiş ətraf mühitin bu gün bəşəriyyət üçün çox ciddi bir təhlükə olduğunu öz layihələrində yüksək səviyyədə əks etdirərək bu problemlərin həlli yollarını təklif etdilər.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi, İDEA, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, İctimai TeleviziyaRadio Yayımları Şirkəti, “Çağ Öyrətim İşlətmələri Şirkəti” və “İNEPO—EUROASİYA” Ekologiya İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən Ətraf Mühitin Mühafizəsi VII Beynəlxalq Layihə Olimpiadası Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra açıq elan olundu. Tədbiri giriş sözü ilə olimpiadanın təşkilat komitəsinin sədri, “Çağ Öyrətim Şirkəti” Azərbaycan–Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Məsud Kurnaz açdı. O, artıq ənənə halını almış 7–ci dəfə keçirilən beynəlxalq olimpiadanın tarixinə qısaca nəzər salaraq dedi: “Olimpiada ildən–ilə geniş vüsət alaraq daha səciyyəli bir bilik yarışmasına çevrilir. Belə ki, 2007–ci ildə 17, 2008–ci ildə 24, 2009–cu ildə 31, 2010–cu ildə 33, 2011–ci ildə 35, 2012–ci ildə 42 ölkənin iştirak etdiyi olimpiadaya bu il Azərbaycan, Əfqanıstan, Albaniya, Belarus, BosniyaHerseqovina, Gürcüstan, İndoneziya, İran, Almaniya, İraq, İordaniya, Moldova, Qazaxıstan, Qırğızıstan, Laos, Makedoniya, Malayziya, Myanma, Nigeriya, Pakistan, Sloveniya, BelçikaUkrayna olmaqla 45 ölkədən 500–ə qədər iştirakçı qatılıb. Bu da özlüyündə ətraf mühiti qorumaq istəyənlərin artdığına əyani sübutdur. Deməli, olimpiada öz məqsədinə nail olub. Onu da qeyd edim ki, bu il olimpiadaya 45 xarici ölkədən 625 layihə təqdim olunmuşdur ki, onlardan 52–si sərgilənmək hüququ qazanmışdır. Azərbaycandan isə 180 orta məktəbdən 214 layihə təqdim olunub. Onlardan 78–i növbəti mərhələyə keçib. Bu layihələr xariciyerli münsiflər tərəfindən bir azdan qiymətləndiriləcək. Bu bir yarışmadır, qiymətləndirmə mütləqdir. Lakin mən iştirakçıların hamısını qalib hesab edirəm. Çünki təklif olunan layihələrin hamısı bir məqsədə xidmət edir: dünyamızı qorumaq, yaşıl, təmiz, bir dünya qurmaq. Bu baxımdan mən öz adımdan və şirkətimiz adından bütün iştirakçıları təbrik edironlara bu gün bu olimpiadaya təklif etdikləri layihələrini yaxın gələcəkdə həyata keçirə bilmələrini arzulayıram”.

45 ölkəni təmsil edən olimpiada iştirakçıları zala dəvət olunduqdan sonra Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadasının keçdiyi tarixi yolu əks etdirən qısametrajlı film nümayiş olundu. Sonra enerji, mühəndislik, ətraf mühitictimai fənlər kateqoriyasında qızıl, gümüş, bürünc medal qazanan gəncləri millət vəkili Qənirə Paşayeva, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alper Coşqun, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, Beynəlxalq Təhsil Mərkəzinin Təhsil Şurasının sədri Ənvər Öyrən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitseprezidenti Rəfiqə Hüseynzadə və Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov təbrik etdilər. Fərqlənən iştirakçıların bir qrupu isə sertifikatlar və qiymətli hədiyyələrlə mükafatlandırıldı.

Tədbirin sonunda söz təhsil naziri Misir Mərdanova verildi. O dedi: “Bu gün burada 45 ölkəni təmsil edən 500–ə yaxın gənc iştirak edir. İlk olaraq bu qədər rəngi, dili, dini fərqli insanı bir araya gətirən, bu olimpiadanın təşkilatçısı ideya müəllifi olanÇağ Öyrətim İşlətmələrinədərin təşəkkürümü bildirirəm. Bəli, təbii gözəllikləri sevmək, ona xidmət etmək, onu qorumaq hamının vəzifəsidir. Bu, bütün dövrlərə, bütün ölkələrə ən nəhayət, bütün insanlara aiddir. Bugünkü olimpiadanın iştirakçılarıyla, onların layihələri ilə tanış olduqca gələcək gözəl, rahat dünyamızın olacağına bir daha əmin olursan. Əgər bu gün hər biri dünyanın bir parçası olan bu gənclər əl–ələ verib dünyamızı qorumağa qalxıbsa, demək ki, dünyamız güləcək, insanlar daha rahat sağlam yaşayacaqlar. Ümidvaram ki, artıq Azərbaycanda 7–ci dəfə reallaşan “İNEPO–EUROASİYA” olimpiadası davamlı olacaq hər keçirilən olimpiada bu müqəddəs məqsədin həyata keçirilməsində mühüm mərhələ olacaqdır”.

Tədbirə Azərbaycan xalq rəqsləri incəsənət ustalarının ifasında səslənən mahnılarla yekun vuruldu.

Bu gün məktəblilərin VII Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Layihə Olimpiadası başa çatdı. Qalib olan da oldu, olmayan da. Lakin onları bir arzu birləşdirirdi: kin, nifrət, savaşdan uzaq dostluq, barış, sevgi dolu bir dünya qurmaq bu dünyanı qorumaq. Biz bu arzuya qoşuluruq deyirik: “Gəlin xoş gələcəyimizə bu gündən başlayaq: dünyamızı qoruyaq!”.

 

 

Mehparə ƏLİYEVA

 

Respublika.- 2013.- 7 aprel.- S. 4.