Akademik Zərifə
Əliyevanın 90 illiyinə həsr olunmuş tədbir
Bu günlərdə Gözdən Əlil Uşaqlar üçün 5 saylı tam orta məktəbdə Bakı şəhər Gənclər və İdman İdarəsinin, Nərimanov Rayon İcra Hakimiyyətinin və Azərbaycan Qadınlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın 90 illiyinə həsr olunmuş şahmat turniri keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Şəhidlər Xiyabanını ziyarət etmiş, ümummilli lider Heydər Əliyevin və dünya şöhrətli oftalmoloq alim Zərifə Əliyevanın məzarı önünə tər çiçək dəstələri düzmüşlər. Sonra tədbir Nərimanov rayon Gözdən Əlil Uşaqlar üçün 5 saylı tam orta məktəbdə davam etdirilmişdir.
Ayrı–ayrı ictimai birliklərin, ziyalıların, məktəb şagirdlərinin, KİV nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbiri Bakı şəhər Gənclər və İdman İdarəsinin rəisi Raqif Abbasov açmış və gənclərdə intellektual biliyin artırılmasında, eləcə də Azərbaycanda şahmatın inkişafına dair Dövlət Proqramının qəbul olunmasında ölkə başçısı İlham Əliyevin böyük rolundan danışmışdır.
Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Mirzəyəv görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın 90 illiyinə həsr olunmuş şahmat turnirinin məhz Nərimanov rayonunda keçirilməsindən şərəf hissi keçirdiklərini vurğulamışdır.
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva komitə rəhbərliyi adından tədbir iştirakçılarını salamlamış və idmançılarımızın uğurlarından danışmışdır.
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Təhmiraz Tağıyev iştirakçılara və bu tədbirin təşkilatçılarına təşəkkürünü bildirmişdir. Azərbaycan Qadınlar Cəmiyyətinin sədri Bahar Qasımova qeyd etmişdir ki, keçən ilin aprel ayında da bu məktəbdə xeyriyyə marafonu təşkil olunmuş və yığılan vəsaitdən məktəbin şagirdlərinə dəstək olduq. Belə ki, AQC–nin köməyi ilə 3 nəfər gözdən əlil şagirdi İran İslam Respublikasına müalicə olunmağa göndərdik. Beynəlxalq şahmat yarışlarında bu məktəbin şagirdləri 1–ci və 2–ci yerlərə sahib olmuşlar. AQC–nin rayon şöbələri də bizə yaxından kömək edirlər. Tədbirdə millət vəkilləri Flora Qasımova və Leyla Abdullayeva çıxış etmişlər.
Sonra
Şahmat turnirinin final və mükafatlandırma mərasimi
keçirilmişdir.
Gözdən
Əlil Uşaqlar üçün 5 saylı tam orta məktəbin
şagirdlərindən Haqq Rüstəmov I, Mahir Məmmədov
II, Anar Nəbiyev isə III yerə layiq
görülmüşlər. Məktəbin istedadlı
şagirdlərinin və xalq artisti Gülyaz Məmmədovanın
ifa etdikləri rəngarəng mahnılar qonaqlarda xoş ovqat
yaratmışdır.
Rauf
İLYASOĞLU
Respublika.- 2013.- 7 aprel.- S. 4.