Qazanılan uğurlar nikbin proqnozlara əsas
verir
Öz fəaliyyətinin
beynəlxalq standartların tələbləri səviyyəsində
qurulması istiqamətində daimi məqsədli tədbirlər
həyata keçirən, 2007–ci ildən TSE–İSO–14001
standartlarını qəbul edən və sertifikat alan “Ekol Mühəndislik Xidmətləri” QSC,
2012–ci ildə TSE–İSO–9001 və TSE–İSG–OHSAS–18001
standartlarını qəbul etmiş və uyğunluq
sertifikatlarına layiq görülmüşdür. Bununla əlaqədar olaraq, beynəlxalq
standartların istehsalata tətbiq edilməsi və
işçi personalın bu standartların tələblərini
mənimsəməsi məqsədilə, EMD mütəmadi
olaraq əmək kollektivlərində maarifləndirmə tədbirlərini
həyata keçirmişdir.
2012–ci ildə QSC–nin aparıcı departamentləri ətraf
mühitin mühafizəsi və ekoloji vəziyyətin
yaxşılaşdırılması istiqamətində
qarşıda duran vəzifələrin həyata keçirilməsi
sahəsində uğurlu nəticələr əldə
etmişlər.
Ekoloji Monitorinq Departamenti (EMD) QSC–nin ekoloji siyasətinin həyata
keçirilməsi, müqavilələr əsasında
“Sifarişçi” təşkilatların istehsalat sahələrində
monitorinq işlərinin aparılması, ekoloji texniki normativ sənədlərin
işlənib hazırlanması və analitik tədqiqat
işlərini yüksək səviyyədə yerinə
yetirmişdir.
Ötən il ərzində “Azneft” İB–nin “28 May”, “Neft
Daşları”, “Abşeronneft” və N.Nərimanov adına
NQÇİ–nin mədən ərazilərində və
“Kompleks Qazma İşləri” Trestinin “Abşeron”
Qİİ–nin, “Tamponaj İdarəsi”–nin, “Qazmaservis və
Loqistika” İdarəsinin və ARDNŞ–nin Qaz Emalı Zavodunun
istehsalat sahələrində ekoloji monitorinq işləri təqvim
planına uyğun və keyfiyyətlə həyata
keçirilmişdir. Aparılmış
monitorinq işlərinin nəticələri təhlil
edilmiş və müvafiq qaydada hesabatlar hazırlanaraq
“Sifarişçi” təşkilatlara təqdim olunmuşdur.
EMD–nin
Normativ–texniki sənədlərlə iş şöbəsi
ötən il “Azneft” İB–nin “Maddi–Texniki Təchizat İdarəsi”nin,
“Tamponaj və Layların Neftveriminin Artırılması
İdarəsi”nin, “Qobustan Nəqliyyat İdarəsi”nin, “Neft
Daşları”, “28 May” və “Siyəzənneft”
NQÇİ–nin, “Bahar Enerji Əməliyyat Şirkəti”nin,
“AzGerneft” MMC–nin və “Surakhanı Oil Operation Company S.A.” Şirkətinin ekoloji normativ–texniki sənədlərinin
hazırlanması işlərini uğurla yerinə
yetirmişdir. Bu sənədlərin
işlənib hazırlanması mövcud qanunvericilik,
standartlar, rəhbər və normativ–hüquqi sənədlər,
metodiki göstərişlər və tövsiyələr nəzərə
alınmaqla, müəssisənin istehsal xarakterindən, yerləşmə
mövqeyindən asılı olaraq xüsusi tərtibatla və
plana uyğun şəkildə təşkil olunmuşdur.
Müvafiq dövrdə EMD–nin Kompleks Tədqiqatlar
Laboratoriyası (KTL) QSC–nin istehsalat sahələrində
istismar olunan təmizləyici qurğuların optimal rejimdə
işləməsini təmin etmək məqsədilə,
mütəmadi olaraq qurğuların giriş və
çıxışından götürülmüş
nümunələr üzərində analitik təhlillər
aparmış və müvafiq təkliflər vermişdir. KTL tərəfindən
“Sifarişçi” təşkilatların istehsalat sahələrində
keçirdiyi monitorinqlər zamanı
götürülmüş nümunələrin fiziki–kimyəvi
və kimyəvi analizləri aparılmış və
müvafiq hesabatlar hazırlanaraq sifarişçilərə təqdim
edilmişdir.
KTL neftlə çirklənmiş torpaqların təmizlənməsi,
neftşlam və qazma şlamının emalı sahəsində
yeni üsulların axtarılması istiqamətində tədqiqatlarını
davam etdirmiş, yerli və xarici şirkətlərin təqdim
etdiyi müxtəlif bioloji və kimyəvi preparatlar üzərində
sınaq təcrübələri keçirmişdir.
2006–cı ildən Akkreditasiyadan keçmiş KTL, 2012–ci
ilin noyabr ayında növbəti dəfə Azərbaycan
Respublikasının Standartlaşdırma, Metrologiya və
Patent üzrə Dövlət Komitəsi tərəfindən
AZS İSO/İEC 17025:2009 “Sınaq və kalibrləmə
laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər”
standartına uyğun Akkreditasiya olunmuşdur.
“Ekol
Mühəndislik Xidmətləri” QSC–nin əsas fəaliyyət
sahələrindən olan, tullantıların emal edilməsi və
zərərsizləşdirilməsi layihələrini həyata
keçirən Tullantıların Emalı Departamenti (TED) də
2012–ci ili uğurlu nailiyyətlərlə
başa vurmuşdur.
QSC–nin
“Sifarişçi” təşkilatlarının müqavilə
öhdəliklərini layiqincə yerinə yetirən TED,
ötən il 6–cı sahəsində (Heydər Əliyev
adına BNEZ–nun 9–cu sexinin ərazisi) BNEZ–dan mexaniki təmizləyici
qurğulara daxil olan 10 milyon 419 min mertdən çox sənaye
çirkab sularını təmizləmiş və texnoloji
proseslər nəticəsində formalaşan 28 min 352 tona qədər
neftşlam müasir texniki vasitələrlə emal edilərək
zərərsizləşdirilmişdir. TED–nin 7–ci sahəsində
isə (“Azərneftyağ” NEZ–nun 8–ci sexinin ərazisi) 11 milyon 861
min kubmetrə qədər sənaye çirkab suları təmizlənmiş,
5 min tondan çox neftşlam emal olunaraq zərərsizləşdirilmişdir.
İl ərzində TED–nin 8–ci sahəsində bp
“Exploration (Caspian SEA) LTD–dən daxil olan 138 tondan çox ərsin
parafıni sudan və mexaniki qarışıqlardan
ayrılmışdır.
Bununla
yanaşı, 2012–ci ildə QSC–nin ayrı–ayrı
“Sifarişçi” təşkilatla bağladığı
müqavilələrə əsasən, “AA Sqervice”, AAS–ATE” MMC,
“Surakhanı Oil Operation Company S.A.”, ARDNŞ–nin Ekologiya İdarəsi,
İxtisaslaşdırılmış Dəniz Neft Donanma
İdarəsi, Dövlət Xəzər Dəniz Gəmiçiliyi,
Qaz Emalı Zavodu, “AAS–Ekol” MMC və digər təşkilatlardan
qəbul edilmiş 62 min 423 ton/m –dən çox müxtəlif
növ tullantılar (şlam, neft şlam, yağlı su və
torpaq, məişət–təsərrüfat çirkab,
axıntı suları, neftli–yağlı və mexaniki
qarışıqlı tullantılar və s.) TED tərəfindən
texnoloji reqlamentə uyğun emal edilərək zərərsizləşdirilmişdir.
2012–ci ildə TED–nin icra etdiyi prioritet ekoloji layihələrdən
biri də “Ekol Mühəndislik Xidmətləri” QSC ilə
ARDNŞ–nin Sosial İnkişaf İdarəsi arasında
bağlanmış müqaviləyə əsasən,
“Sabunçu rayonu ərazisində Bakı Olimpiya Stadionunun
tikintisi ilə əlaqədar ayrılmış ərazidən
fekal suların kənarlaşdırılması” layihəsi
olmuşdur.
Ötən il TED–nin operativ fəaliyyəti
nəticəsində layihə yüksək templə icra
edilmiş, il ərzində ərazidən 738 min metrdən
çox fekal suları kənarlaşdırılmışdır.
Hazırda layihənin icrası uğurla davam
etdirilir.
TED əvvəlki
illərdə olduğu kimi, 2012–ci ildə də istehsalatın
fasiləsizliyinin təmin edilməsi, göstərdiyi mühəndislik
xidmətlərinin səviyyəsinin daha da yüksəldilməsi
və ətraf mühitin mühafizəsi istiqamətində zəruri
tədbirlər həyata keçirmişdir. Bu məqsədlə
TED–nin 6–cı və 7–ci sahələrində mexaniki təmizləyici
qurğularda profılaktiki təmir işləri
aparılmış, yeni texnologiyaların tətbiqinə diqqət
artırılmışdır. Ötən il ARDNŞ–nin dəstəyi ilə TED–nin
çənlər parkında 4 ədəd 1000 tonluq çən
inşa edilmişdir.
2013–cü ildə də tullantıların idarə edilməsi
sahəsində qarşıda duran vəzifələrin
yüksək səviyyədə həyata keçirilməsi
üçün məqsədyönlü tədbirlər
planlaşdırmış və icrasına
başlamışdır. Hazırda Bakı
Ağ Şəhər layihəsi ərazisindəki gölməçələrin
qurudulması və çirkab suların nəqli istiqamətində
də işlər aparılır.
ARDNŞ–nin fəaliyyət sahələrində neftlə
çirklənmiş torpaqların təmizlənməsi,
torpaqların rekultivasiyası, bioremediasiyası və
yaşıllaşdırma layihələrinin həyata
keçirilməsi də “Ekol Mühəndislik Xidmətləri”
QSC–nin əsas fəaliyyət sahələrindən biridir. Bu layihələri
icra edən QSC–nin Torpaqların Rekultivasiyası Departamenti (TRD)
ötən illərdə olduğu kimi 2012–ci ildə də
qarşıda duran vəzifələrin icrası sahəsində
uğurla nailiyyətlər qazanmışdır.
Ötən
il TRD H.Z.Tağıyev adına
NQÇİ–nin 4–cü mədən ərazisində, 25 hektar
sahədə (Maştağa sahəsi) rekultivasiya işləri
aparmış və qısa müddətdə layihənin
icrasını uğurla başa
çatdırmışdır. İcra müddətində
layihə sahəsinə 205 min metrə qədər ştib və
torpaq daşınmış, ərazinin ekoloji vəziyyəti
xeyli dərəcədə
yaxşılaşmışdır.
TRD–nin həyata
keçirdiyi layihələrdən biri də Ə.C.Əmirov adına NQÇİ–nin mədən ərazisində
neftşlamın bioremediasiya layihəsi olmuşdur. Bioremediasiya prosesləri 5 hektar sahədə texnoloji
reqlamentə uyğun aparılmış və
landşaftın bərpası təmin edilərək
sifarişçiyə təhvil verilmişdir. Eyni zamanda,
TRD 2012–ci ilin I rübündə Ə. C. Əmirov adına NQÇİ–nin 3–cü mədən ərazisində
qrunt sularının qalxması nəticəsində 25 ədəd
neft quyusunun su basmış ərazilərinin torpaqlanması
işlərini də vaxtında və keyfiyyətlə yerinə
yetirmişdir. Əraziyə 19 min metrə qədər
torpaq daşınaraq quyuların ətrafının əvvəlki
vəziyyəti bərpa edilmişdir.
2012–ci ildə
TRD–nin həyata keçirdiyi prioritet layihələrdən biri
də “Bakı Ağ Şəhər” layihəsinin
“Yaşıl ada” bölgəsində köhnəlmiş neft sənaye
obyektlərindən neftşlamın çıxardması,
anbarlaşdırılması və ərazidəki neftlə
çirklənmiş torpaqların daşınması” layihəsidir.
2010–cu ildən icrasına başlanmış bu layihə
ötən ildə də yüksək templə icra
edilmiş, bir il müddətində ərazidən
631 min metrə qədər neftlə çirklənmiş
torpaq daşınmışdır. Hazırda
layihə üzrə işlər davam etdirilir. Ümumilikdə isə ötən dövr ərzində
bu ərazidən 1 milyon 500 min kubmetrə qədər neft məhsulları
ilə çirklənmiş torpaq
daşınmışdır.
TRD 2012–ci ildə “Sifarişçi” təşkilatların
yaşıllıq sahələrində bitkilərə
aqrotexniki xidmətlərin göstərilməsi işlərinin
də yüksək səviyyədə təşkil
etmişdir.
İl ərzində “Bibiheybətneft” NQÇİ–nin,
HZ.Tağıyev adına NQÇİ–nin
“Abşeronneft” NQÇİ–nin mədən ərazilərində
və ARDNŞ–nin Qaz Emalı Zavodunun ərazisində
yaşıllıq sahələrinə aqrotexniki xidmətlər
göstərilmişdir.
Ötən
il H.Z.Tağıyev adına NQÇİ–nin Qala sahəsində
11 min 330 ədəddən çox agac və kol bitkilərinə
qulluq edilmiş, il ərzində bu sahədə bitkilər
lazım olan ehtiyat qida maddələri, üzvi və mineral
gübrələr, münbit torpaq və su ilə mütəmadi
olaraq təmin olunmuş, quruyan ağaclar yenisi ilə əvəz
edilmişdir. Bütövlükdə bu sahəyə il ərzində 1 600 ədəd müxtəlif
növ ağac və kol bitkiləri (iydə, qovaq, zeytun,
oleandr, sərv və akasiya) əkilmişdir.
2012–ci ildə TRD–nin xidmət göstərdiyi və
geniş əraziyə malik olan digər sahə “Bibiheybətneft”
NQÇİ–nin mədən ərazisindəki 3–cü
yaşıllaşdırma sahəsidir. Bu sahədə
49 min 243 ədəd ağac və kol bitkisinə qulluq göstərilmiş,
yaşıllıq sahəsi lazımı gübrələrlə
və damcı suvarma sistemləri ilə təmin edilmişdir.
Ərazidə sahəsi 320 kubmetr olan yeni istixana
kompleksi tikilərək istifadəyə verilmişdir. Hazırda istixanaya 11 minə qədər müxtəlif
bitki növləri (həmişəyaşıl oleandr, sərv,
şərq tuyası, tək göz evkalipt, milesiya, tut və
s.) əkilmişdir. Yaz mövsümündə
bu sahəyə TRD–nin istixanasında yetişdirilmiş 650 ədəd
qədər müxtəlif növ ağac
çıxarılaraq əkilmişdir. Qışa
hazırlıqla əlaqədar sahədəki damcı suvarma
sistemində profilaktiki təmir işləri başa
çatdırılmışdır.
Cari ildə ARDNŞ–nin Qaz Emalı Zavodunun ərazisinin
yaşıllaşdırma sahəsində də ağac və
kol bitkilərinə yüksək səviyyəli aqrotexniki xidmətlər
göstərmişdir. Hazırda bu sahədə 8 min 900 ədədə
qədər müxtəlif bitki növlərinə qulluq
edilir. Sahədə yeni damcı suvarma
sistemi quraşdırılmışdır.
Neft sənayesi sahələrində ekoloji vəziyyətin
yaxşılaşdırılması məqsədilə,
ARDNŞ–nin “Ekol Mühəndislik Xidmətləri” QSC
qarşısında qoyduğu vəzifələrin layiqincə
yerinə yetirilməsi istiqamətində də məqsədyönlü
tədbirlər həyata keçirilmişdir. Neftlə
çirklənmiş torpaqların və sənaye–çirkab
suların təmizlənməsi, neftşlamın emalı və
zərərsizləşdirilməsi sahələrinə yeni
texnika və texnologiyaların tətbiqinin
reallaşdırılması məqsədilə, 2012–ci ildə
qarşılıqlı əməkdaşlıq çərçivəsində
dünyanın bir çox analoji şirkətləri ilə
geniş əlaqələr yaradılmış, işgüzar
görüşlər keçirilmiş və
qarşılıqlı səfərlər edilmişdir.
Ötən
il Almaniyanın “GİCON”, “BAMAG”, “FLOTTEG AG”, “AAS”,
ABŞ–nın “ARQUS”, “Sundance Services, İNC”, “FMT”,
İtaliyanın “Deqremon”, “MARCAB CONSULTİNG”, “Mambrini”.”Foster
heeler”, Norveçin “THERMTECH”, Latviyanın “ExTerVit” biotechnology
Ltd,Baufeld–Umvvelt–Engineering GmbH”, “Geo Consultants” LLC,
İspaniyanın “EİNAR s.a. Technologiya Del Aqua” şirkətləri
ilə işgüzar görüşlər
keçirilmişdir. Görüşlərdə
ARDNŞ–nin məsul işçiləri, eləcə də
“Ekol Mühəndislik Xidmətləri” QSC–nin və Ekologiya
İdarəsinin rəhbər və mütəxəssisləri
ilə birgə geniş müzakirələr
aparılmış, yeni texnika və texnologiyaların
seçilməsi istiqamətləri müəyyən
edilmişdir.
2012–ci ildə
“Ekol Mühəndislik Xidmətləri” QSC–nin və
Hollandiyanın “AA Servicess” şirkətinin təsisçiliyi
ilə yaradılmış “AAS–EKOL ” MMC–də
tullantıların idarə olunması sahəsində üzərinə
düşən öhdəlikləri layiqincə yerinə
yetirmişdir. Ötən ildə QSC–də
texnoloji proseslərin təkmilləşdirilməsi,
maddi–texniki bazanın gücləndirilməsi, istehsalat obyektlərində
və inzibati binalarda əsaslı təmir–tikinti işlərinin
aparılması da diqqət mərkəzində olmuş və
bu sahədə məqsədyönlü işlər yerinə
yetirilmişdir.
Ramil ƏLİYEV,
“Ekol Mühəndislik Xidmətləri”
QSC–nin Baş direktoru
Respublika.- 2013.- 9 aprel.- S. 10.