Nümunəvi mədəniyyət ocağı

 

Sabunçu rayonu Bakının ən iri mədəniyyət mərkəzlərindən biri kimi tanınmışdır.

Sabunçu rayon MKS (Mərkəzləşdirilmiş Kitabxana Sistemi) 1992–ci ildən Bakıxanov qəsəbəsində 72.259 nəfərə mədəni xidmət göstərir.

MKS–in rayonun 10 inzibati ərazisində Sabunçu, Bakıxanov, Balaxanı, Bilgəh, Zabrat, Kürdəxanı, Maştağa, Nardaran, Pirşağı və Ramana qəsəbələrində filialları da var.

Azərbaycan Respublikası Prezidentinin 6 oktyabr 2008–ci il tarixli “Azərbaycan Respublikasında kitabxanainformasiya sahəsinin 2008–2013– illərdə inkişafı üzrə Dövlət Proqramı haqqında” sərəncamından irəli gələn tədbirlər planının 2.1.5 bəndlərinə uyğun olaraq, eyni zamanda Mədəniyyət və Turizm Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin, Maliyyə Nazirliyinin və Bakı şəhər Mədəniyyət və Turizm idarəsinin rəsmi göstərişlərinə əsasən 2011–ci ildə yaradılmış MKS 13 filialla öz fəaliyyətini daha da genişləndirmiş, xidmət sahəsində daha böyük uğurlar əldə etmişdir.

Mərkəzləşmiş kitabxananın oxucularının sayı günü–gündən artır. İndi burada oxucuların sayı 67.115 nəfəri təşkil edir. MKS–in direktoru ali ixtisas təhsilli təcrübəli mütəxəssis Nəcibə Hüseynovanın təşəbbüsü ilə son zamanlar məktəb və bağçalarla da əlaqələr qurulmuşdur. 107, 169, 80, 72, 74, 96, 309, 310 saylı məktəblər, 30, 254, 98, 40 saylı uşaq bağçaları ilə aparılan qarşılıqlı tədbirlər uşaqların milli–mənəvi və estetik tərbiyəsinin formalaşmasında mühüm rol oynamışdır.

Onu da qeyd etməliyik ki, MKS təkcə bağça və məktəblərlə deyil, eyni zamanda rayon ərazisində fəaliyyət göstərən mədəni–maarif müəssisələri ilə də əlaqəli aparır.

Bütün bu tədbirlərin nəticəsidir ki, Sabunçu MKS nəinki rayonun, eyni zamanda respublikamızın qabaqcıl kitabxana sistemlərindən biri kimi tanınır.

MKS–də kadrların düzgün seçilib yerləşdirilməsi və tərbiyə olunması sahəsində də məqsədöynlü aparılır. Yüksək ixtisaslı kadrların səmərəli fəaliyyətinin nəticəsidir ki, MKS–in filiallarında teztez müxtəlif səpkili tədbirlər, o cümlədən rayon əhalisi, qabaqcıl əmək adamları, ziyalılarla görüşlər keçirilir, onların fəaliyyəti barədə oxuculara məlumatlar verilir.

20 Yanvar, Xocalı soyqırımı, Qarabağ hadisələri ilə bağlı keçirilən mədəni–kütləvi və qeyrikitabxana tədbirləri fəalların böyük marağına səbəb olmuşdur.

Fərəhləndirici haldır ki, MKS–də səyyar və daimi sərgilərin təşkili məsələsinə də diqqət artırılmışdır. Burada il ərzində 11 daimi və səyyar sərgilər keçirilmişdir.

“M.F.Axundzadə–200″, “Satiramızın atası–M.Ə.Sabir”, “Şərqin parlaq dühası–Nizami–870″, “Yeni nəşrlər”, “Mirvarid Dilbazi–100″ adlı sərgilər, o cümlədən odlar yurdum–Vətənim Azərbaycan”, “Kitabxana işibiblioqrafiya”, “Xalq həmişə öz mədəniyyəti ilə tanınır”, “Tikdim ki izim qala” və “Yaddan çıxmaz Qarabağ” adlı daimi sərgilər, (Heydər Əliyev haqqında stend) rayon əhalisinin kütləvi baxışına və marağına səbəb olmuşdur.

Sabunçu rayon MKS–in kollektivi öz fəaliyyətini daha da genişləndirmək üçün bütün real imkanlardan istifadə edir.

 

 

Zabit CAVADOV

 

Respublika.- 2013.- 9 aprel.- S. 10.