Dahi şəxsiyyətin görüşləri səmimi və sadə keçirdi

 

Azərbaycan bu il ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 90–cı ildönümünü təntənə ilə qeyd edir. Ümummilli liderin çox zəngin və şərəfli rəhbərliyi dövrünü xalqımız böyük istəklə, sevgi ilə yaşadır, dahi şəxsiyyətə məxsus hörmətlə yada salır. Xalqımız həyat və fəaliyyətini ölkəmizin siyasi, iqtisadi, mədəni inkişafına, Azərbaycan xalqının xöşbəxt gələcəyinə həsr etmiş bir insana olan məhəbbətini ənənəvi bayram kimi qeyd edir. Çünki bu dahi insan öz qətiyyəti və cəsarəti ilə müstəqilliyimizi əbədiləşdirmişdir, sabitlikinkişaf dövrünə silinməz möhür vurmuş, dövlətçiliyimizin əsasını daha da möhkəmləndirmişdir.

Sovetlər dönəmində Azərbaycanı kecmiş respublikalar arasında tanıdan ulu öndər müstəqillik illərində onu beynəlxalq aləmdə öz sözünü deyə bilən bir dövlət kimi tanıntmışdır. Bundan sonra respublikanın həyatında əsl dönüş, əsl tərəqqi anları başlandı. Düşünülmüş strategiya dövlətimizin nüfuzunu artırdı, dünya birliyinə qoşulmağa zəmin yaratdı və bu gün biz onun xeyrini, səmərəsini və göstərdiyi təsiri görürük. Müstəqilliyimizin və dövlətçiliyimizin əsasları 1993– ildə qoyulduqdan ta bu günə kimi Azərbaycan inkişaf yolu ilə inamla, sürətlə irəliləyir. Prezidentimiz ilham Əliyev isə ulu öndərin başladığı missiyanı çox uğurla, dönmədən davam etdirir. Beləliklə, indi hər bir sahədə dinamik inkişaf, yüksəliş vardır.

Respublikamızın həyatında geniş vüsət alan proseslərdən biri və ən başlıcası iqtisadi islahatların həyata keçirilməsi idi. Ümumiyyətlə, həyatımızın, fəaliyyət sahələrimizin hamısında bu keyfiyyət dəyişikliyi başlandı. Köklü şəkildə, müasir zəmində islahat aparıldı. Bununla da tərəqqi və inkişaf dövrünə addım atıldı. İrimiqyaslı layihələr həyata vəsiqə aldı. Hazırda Azərbaycanın regionda lider dövlətə çevrilməyi məhz bu amillərin nəticəsidir. Xalqımız bu xidməti və dönüşü heç zaman unutmur. İllər birbirini əvəz etdikcə, müdrik və uzaqgörən insanın gördüyü, həyata keçirdiyi işlər öz mənasına yeni çalarlar qatır.

Respublikamızda baş verən sürətli iqtisadi yüksəliş telekommunikasiyanın inkişafına da əməli təkan vermişdir. Onun madditexniki bazası təkmişlləşmiş, müasir səviyyədə inkişaf etmişdir. Təkcə onu vurğulamaq yerinə düşər ki, Azərbaycanın birinci telekommunikasiya peyki bu ilin əvvəlində orbitə çıxarılmışdır. Bu, tarixi hadisə, böyük nailiyyətdir. Prezidentimiz İlham Əliyev 2013– iliİnformasiyakommunikasiya texnologiyaları ilielan etmişdir. Təbii ki, bu nailiyyət ulu öndərin arzuladığı və gələcəyi öncədən görən ideyalarının məhsuludur. Dahi şəxsiyyət rabitənin sürətli inkişafının, dünya miqyası səviyyəsinə qədər yüksəlməsinə ciddi fikir verirdi. İndi hər yerdə olduğu kimi bizim rayonda da rabitə müasir səviyyədədir, tələbatı tam ödəyir. Hər bir kənd və qəsəbədə əhali rabitənin imkanlarından genbol istifadə edə bilir.

Dahi şəxsiyyət fəaliyyətinin böyük qismini republikamızın ayrı–ayrı bölgələrində əhali ilə görüşlərə həsr etmişdir. Bu görüşlər çox səmimi, isti və qarşılıqlı olurdu. O, kimlə söhbət edirdisə, onu səbrlə, təmkinlə və həddən artıq diqqətlə dinləyir, sözünü kəsmirdi. Belə halda müsahibi ürəklənib fikirlərini axıra kimi sərbəst şəkildə ifadə edə bilirdi. Tovuz rayonundakı görüşləri də belə keçirdi. İctimaiyyətlə birlikdə nəzərdə tutduğu yerləri, park və xiyabanları gəzir, söhbət edə–edə ətrafı nəzərdən keçirirdi. Bundan sonra öz sözünü deyir, göstərişlərini verir, tövsiyyəsini bildirirdi.

Ümumiyyətlə, Heydər Əliyev xalqı, zəhmət adamlarını çox sevir, onlara yüksək qiymət verirdi. Dəfələrlə Tovuzda olarkən sadə əməkçiyə göstərdiyi diqqət və qayğı indi də xatirələrdə, yaddaşlarda yaşayır, onunla dialoqda olanlar teztez həmin görüşləri söhbət zamanı xatırlayırlar. Onun böyüklüyüdahiliyi ilə yanaşı, sadəliyindən, kənd təsərrüfatının bütün sahələrini yaxşı bilməyindən söz açan tovuzlular qeyd edirlər ki, Heydər Əliyev qəlbimizdə daim yaşayır.

Ulu öndərin anadan olmasının ildönümü ərəfəsində rayonumuzun bütün kənd və qəsəbələrində, eləcə də Tovuz şəhərinin özündə iməcliklərin keçirilməsinə başlanmışdır. Bu kütləvi hərəkatda içtimai yerlərdə səliqə–sahman yaradılır, təmizlik işləri görülür. Mən təklif edərdim ki, may ayının 10–da bütün respublika üzrə iməcliklər keçirilsin. Həmin gün küçə və səkilərdə, parkxiyabanlarda idarə və müəssisələrdə, sahibkarlıqla məşğul olunan ərazilərdə təmizlik işləri aparılsın, yaşıllıqlar salınsın, ağaclara qulluq edilsin.

 

 

Yaşar İbrahimov,

Tovuz telekommunikasiya

qovşağının rəisi

 

 Respublika.- 2013.- 10 aprel.- S. 5.