İnsan hüquq
və azadlıqlarına etibarlı təminat
Qədim yunan filosofu Aristotel “Politika” əsərində yazırdı ki, inam hər bir uğurun əsası kimi siyasi fəaliyyətin də ayrılmaz hissəsidir. Ən fərqli ictimai–iqtisadi formasiyalarda cəmiyyətin dəstəyinə iddia edən hər bir siyasi liderin ciddi–cəhdlə can atdığı yeganə meyar məhz ictimai inam olmuşdur. Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasətçi Heydər Əliyev də böyük siyasətdə qarşıya qoyduğu hədəflərə doğru irəliləyərkən təkcə daxili inamına, iti fəhminə, yüksək intellektinə və parlaq zəkasına deyil, həm də ictimai etimada əsaslanmış, ən böyük dəstəyi xalqdan almışdır. Şəxsiyyət və lider kimi miqyasının böyüklüyü ona ümummilli liderlik zirvəsini fəth etmək imkanı vermişdir. Məhz bu qeyri–adi xüsusiyyəti sayəsində ulu öndər həm də idarəçilikdə böyük uğurlara imza atmış, cəmiyyətin həlledici kəsimini arxasınca apara bilmişdir.
Ötən əsrin nüfuzlu dövlət xadimlərindən olmuş Uinston Çörçill demişdir ki, “Siyasətçi növbəti seçkilər, əsl lider isə gələcək nəsillər barədə düşünür”. Böyük siyasi liderlər üçün səciyyəvi cəhətlərdən biri də siyasi intuisiya və uzaqgörənlik, hadisələrin gedişinə təsir göstərmək və ya onu qabaqlamaq bacarığıdır. Tarixən bir çox nüfuzlu İiderlərin siyasətdə qarşıya qoyduğu məqsədlərə yetişərək uğur qazanması, rəhbərlik etdiyi kütləni, xalqı böyük fəlakət və faciələrdən hifz etməsi məhz iti fəhm, intuisiya və uzaqgörənliyin nəticəsi olmuşdur. Bu il anadan olmasının 90–cı ildönümünü qeyd etdiyimiz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də məhz belə uzaqgörən, siyasi proseslərin inkişaf trayektoriyasını duyan, çoxgedişli kombinasiyalar qurmağı bacaran, hadisələrə pozitiv təsir göstərən fenomenal şəxsiyyət idi! Heydər Əliyev məhz millətinin gələcəyini düşünən lider olaraq bütün şüurlu həyatını canından artıq sevdiyi Azərbaycanın tərəqqisinə, inkişafına həsr etmişdir. Görkəmli ABŞ politoloqu Zbiqnev Bjezinskinin dediyi kimi, “Heydər Əliyev siyasi cəhətdən möhkəm, məntiqli, zəkalı, istədiyini tez çatdıran şəxsiyyət – bir sözlə, şəksiz liderdir”.
Siyasi lideri səciyyələndirən mənəvi–əxlaqi keyfiyyətlərin idarəetmə üçün zəruriliyini Platon, Aristotel, Konfutsi kimi böyük filosoflar da nəzəriyyələrində xüsusi önə çəkmişlər. Bütün bunların fonunda ulu öndər Heydər Əliyevin mənəvi–əxlaqi cəhətdən nə qədər zəngin və kamil insan olduğu bir daha aydın görünür. Ümummilli lider istər ailədə, istərsə də dövlət idarəçiliyində və cəmiyyətdə daim milli–mənəvi, əxlaqi dəyərlərə sadiq qalmış, əsl azərbaycanlı–türk dünyagörüşünə malik olmuşdur. Böyük strateq və dövlət xadimi siyasətdə mənəvi əxlaq – sadəlik, düzgünlük, təmizlik, vicdanlılıq, ləyaqətlilik, məğrurluq, mərdlik, qorxmazlıq kimi normaları daim uca tutmuş, irəli çəkdiyi, etimad göstərdiyi kadrların da bu keyfiyyətlərə malik olmasına ciddi fikir vermişdir. Ulu öndər barışmaz, prinsipial, sərt, məsuliyyətli olduğu qədər də, humanist, tolerant, haqqa, ədalətə yüksək önəm verən, mərhəmətli, nəcib və xeyirxah şəxsiyyət idi!
Hələ ötən əsrin 70–ci illərində məhkəmə, prokurorluq, daxili işlər orqanlarında həyata keçirilən köklü kadr dəyişiklikləri, təsərrüfat–iqtisadi xarakterli cinayətkarlığa qarşı mübarizənin sərtləşdirilməsi məqsədilə atılan addımları, hüquq–mühafizə orqanları əməkdaşlarının mənəvi cəhətdən sağlamlaşdırılması, qanun keşikçisi adını daşımağa layiq olmayanların orqanlardan uzaqlaşdırılması ulu öndərin cəmiyyətdə hüquq normalarının möhkəmlənməsində maraqlı olduğunu bir daha təsdiqləyir. Ali məktəblərə qəbulun şəffaflığını təmin edən, bu sahədəki əyintilərin kökünü kəsmək niyyətini cəsarətlə, qətiyyətlə gerçəkləşdirən Heydər Əliyevin səyləri ilə universitetin hüquq fakültəsi yenidən istedadlı gənclərin üzünə açılmış, burada təhsilin səviyyəsi və nizam–intizamla yanaşı, hüquqşünas kadr hazırlığı işi keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Məhz bu qətiyyətli tədbirlərin nəticəsi olaraq ozamankı Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsi əvvəlki hörmət və nüfuzunu bərpa etmiş, yüksək səviyyəli hüquqşünas kadrların hazırlığı prosesində aparıcı statusunu qorumuşdur. O illərdə bu qayğı sayəsində hüquqşünas ixtisasına yiyələnən, peşəkar hüquqşünas kimi bu gün də ölkəmizdə hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, insan hüquq və azadlıqlarının təminatı işinə töfhəsini verən insanlar öz talelərinə, peşə və karyeralarına görə məhz Heydər Əliyevə minnətdar olduqlarını birmənalı etiraf edirlər.
Dövlət idarəçiliyində, ümumilikdə, siyasi arenada uğuru təmin edən cəhətlər sırasında novatorluq və praqmatizm xüsusi yer tutur. Xaraktercə yenilikçi, təşəbbüskar liderlər həm də praqmatik keyfiyyətləri özlərində daşıyırlar. Ümummilli lider xalqın milli xüsusiyyətlərinin, özünəməxsusluğunun saxlanılması və gələcək nəsillərə çatdırılması məsələsində nə qədər mühafizəkar idisə, elmi–texniki tərəqqiyə, inkişafa, sosial–mədəni tərəqqiyə xidmət edən proqram və konsepsiyaların həyata keçirilməsində, yeni texnologiyalarının geniş tətbiqində bir o qədər yenilikçi, islahatçı, novator idi. Uİu öndərin lider kimi yenilikçilik, təşəbbüskarlıq keyfiyyətləri onun qurucu və yaradıcı, eyni zamanda maarifçi insan olmasından irəli gəlirdi. Böyük strateq Heydər Əliyev siyasətçi və lider kimi praqmatizmi isə onun reallığa adekvat qərar və proqramlar qəbul etmək, qonşu dövlətlərlə münasibətləri qarşılıqlı faydalılıq prinsipi əsasında qurmaq, gələcək naminə optimal qərarlar qəbul etmək məharətində təsdiqini tapmışdır.
Məşhur çin filosofu Konfutsinin fikridir — hər kəsin taleyini onun xarakteri müəyyən edir. Ulu öndər Heydər Əliyevin də hələ gənc yaşlarından qarşıya qoyduğu amallar uğrunda apardığı mübarizə, məqsədinə doğru inamla irəliləməsi, prinsipiallığı və qətiyyəti, özünəinamı onun sosial–psixoloji tipinə görə liderlik xüsusiyyətlərini aşkara çıxarmışdır. Gənc yaşlarından həyatının təhlükəsizlik orqanları ilə bağlanması da onun xarakter etibarilə nə qədər möhkəm, mətin və cəsarətli bir şəxsiyyət olduğunu təsdiqləyir. Şübhəsiz, şəxsiyyətə pərəstiş dövründə dövlət təhlükəsizlik orqanlarında çalışanların özlərinin həyatı da ciddi risk və təpki altında idi. Buna rəğmən, Heydər Əliyev nəinki bu riskdən çəkinməmiş, hətta reallığın imkan verdiyindən də yüksək dərəcədə xalqının mənafeyi naminə çalışmış, milli ruhlu, vətənpərvər insanların keçmiş rejimin repressiyalarından qorumuşdur.
Əsl lider bütünlükdə mühitdən asılı olan adamlardan onunla seçilir ki, ətrafda baş verən hadisə və proseslərə münasibətdə passiv müşahidəçi mövqeyindən çıxış edərək biganəlik, laqeydlik göstərmir. Ulu öndər Heydər Əliyevin müstəqilliyin ilk illərində milli dövlətçiliyi qorumaq üçün nümayiş etdirdiyi qətiyyət və prinsipiallıq, bu mənada, onun həm də yüksək liderlik əzmini nümayiş etdirir. Heydər Əliyevin ümummilli lider kimi özünü təsdiq etməsinin ən başlıca amili onun ən çətin və mürəkkəb siyasi şəraitdə məsuliyyətdən boyun qaçırmaması, xalqının, dövlətinin problemlərinə biganə qalmaması olmuşdur. Heydər Əliyev fenomeninin siyasi iradəsi, düşüncəsinin dinamizmi, dünyada gedən prosesləri dərk və təhlil edib inkişaf etdirmək və siyasi davranışın ən əlverişli sxemlərini reallaşdırmaq qabiliyyəti 1993–cü ilin iyunundan etibarən Azərbaycanı xaos və anarxiya mühitindən, vətəndaş müharibəsi təhlükəsindən xilas edib, stabil inkişaf yoluna çrxarmışdır. Böyük strateq iqtisadi və hüquqi islahatların paralelliyini təmin etməklə məhz bu prinsipə əsaslanmışdır ki, hüquqi dövlət insanların birgə fəaliyyətinin təşkili və tənzimlənməsinin mühüm amili, onların qarşılıqlı münasibətlərinin qaydaya salınmasının, cəmiyyətdə nizam–intizamın və sabitliyin təmini vasitəsidir.
Vaxtilə antik yunan mütəfəkkiri və filosofu Siseron yazırdı ki, insanlar həqiqi azadlığa qovuşmaq, sərbəst yaşamaq üçün qanuna tabe olmalıdırlar. Bəşəriyyətin tarixi təkamül prosesi təsdiqləyir ki, yalnız ədalət, müdriklik, humanizm kimi ali dəyərləri şəxsiyyətində bir araya gətirməklə kamillik zirvəsinə yüksəlmiş liderlər qanuna söykənən cəmiyyət yaratmaq idealı ilə yaşamış və fəaliyyət göstərmişlər. Bu baxımdan əminliklə deyə bilərik ki, Azərbaycan xalqının demokratik–hüquqi dövlətdə yaşamaq idealının real və dayanıqlı əsaslar üzərində gerçəkləşərək əbədiləşməsi də çağdaş tariximizin unudulmaz dühası – ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1995–cü ildə ulu öndərin rəhbərliyi altında hazırlanaraq ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyasının müddəalarının üçdə birinin sırf insan hüquq və azadlıqları ilə bağlı olması ulu öndərin haqqa, ədalətə tapınan lider olduğunu bir daha təsdiqləyir. Konstitusiyada hakimiyyət bölgüsü prinsipləri dəqiq əksini tapmış, zamanın tələbilə səsləşən məhkəmə–hüquq islahatlarının həyata keçirilməsinə fundamental hüquqi zəmin yaradılmışdır.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 21 yanvar 2013–cü il tarıxli Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında sərəncamında deyilir: “Ölkəmizin əsas qanunu Konstitusiyanın qəbul edilməsi, hakimiyyətlərın bölünmə prinsipinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının formalaşdırılması Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissələridir”.
1998–ci il 1 dekabr tarixli “Məhkəmələr və hakimlər haqqında” qanunla ölkədə üçpilləli məhkəmə hakimiyyəti formalaşdırılmış, hakimlərin obyektiv və şəffaf şəkildə seçilməsi üçün Məhkəmə–Hüquq Şurası yaradılmışdır. Bu qanunun qəbulu məhkəmə orqanlarının Sovet dövründən miras qalmış köhnə funksiyalardan azad olmasına, onların fəaliyyətinin müasir dövrün tələblərinə uyğunlaşdırılmasına, bir sözlə, məhkəmələrin cəmiyyətdəki nüfuzunun möhkəmləndirilməsinə xidmət etmişdir. Dövrün tələbindən irəli gələn bu islahatlar məhkəmələrin işinin təkmilləşdirilməsinə, onların fəaliyyətində şəffaflığın geniş təminatına, hakimlərin seçilməsi qaydalarının mütərəqqi dəyərlərə uyğunlaşdırılmasına xidmət etmişdir. “Məhkəmələr və hakimlər haqqında” qanun əsasında formalaşdırılmış Azərbaycan Respublikası Prezidenti yanında Məhkəmə–Hüquq Şurası hakimliyə namizədlərin şəffaf prosedur əsasında, beynəlxalq tələblərə uyğun seçilməsi məqsədilə 2000–ci ildə ilk dəfə test üsulu ilə imtahan və müsabiqənin keçirilməsini təmin etmişdir.
Ümummilli lider sonrakı mərhələdə də ölkə həyatının bütün sahələrində çevik və işlək mexanizmlər üzərində çoxşaxəli islahatları təmin etmişdir. Hüquqa və ədalətə söykənən mülki cəmiyyətin formalaşdırılması üçün, ilk növbədə, milli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması prosesi davam etdirilmiş, ardıcıl surətdə həyata keçirilən köklü iqtisadi, sosial və hüquqi islahatların qayəsində insana qayğı, insan ləyaqətinə, şəxsiyyətinə hörmət prinsipi dayanmışdır.
Fransız mütəfəkkiri Jan–Jak Russo demisdir ki, dövlət onıın inkişafı ilə bağlı yeni fikir və ideyalar tükənəndə uçuruma yuvarlanır. Müstəqil Azərbaycan dövləti isə bu təhlükədən birdəfəlik qurtulmuşdur: Azərbaycanın dayanıqlı və sabit inkişafı üçün nəinki proqressiv proqram və konsepsiyalar mövcuddur, eyni zamanda, ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanaraq ölkəmizin intibahının təminatına çevrilmiş sosial–iqtisadi inkişaf strategiyası uğurlu nəticələr verir. Heydər Əliyev təkcə güclü dövlət yaratmaqla yanaşı, onu özündən sonra inamla idarə edəcək, çoxşaxəli mütərəqqi islahatların varisliyini uğurla təmin edəcək layiqli davamçı yetişdirmişdir.
Həyata keçirilən islahatlar nəticəsində məhkəmə hakimiyyətinin özünüidarə orqanı olan Məhkəmə–Hüquq Şurasının tərkibi yenilənərək əsasən hakimlərdən, eyni zamanda, ölkə Prezidentinin, Milli Məclisin, prokurorluğun, Vəkillər Kollegiyasının nümayəndələrindən ibarət formalaşdırılmışdır. Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi və onların fəaliyyəti ilə bağlı digər məsələlər bu orqanın səlahiyyətinə aid edilmişdir.
Məhkəmə hakimiyyətinin müstəqilliyinin ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında rolu nəzərə alınaraq hakimlərin müddətsiz – son yaş həddinədək təyinatı, fəaliyyətlərinin qiymətləndirilməsi və intizam məsuliyyətinə cəlb edilməsinin demokratik əsasları təsbit olunmuşdur. Korrupsiya hallarının qarşısının alınması üçün hakimlər tərəfindən vətəndaşların qəbulu qadağan edilmiş, məhkəmə qərarlarının dərci nəzərdə tutulmuş, məhkəmələrdə kargüzarlığın aparılmasının yeni, demokratik qaydaları müəyyən olunmuşdur.
Ədalət meyarının hər bir cəmiyyətdə bərqərar olması, uca tutulması tarixən qanunçuluğun keşiyində dayanan, hüququn aliliyini rəhbər tutan səlahiyyət sahiblərinin – ilk növbədə, insan taleyi ilə bağlı qərar qəbul edən hakimlərin fəaliyyətindən asılı olmuşdur. Vaxtilə böyük yunan mütəfəkkiri Sokrat hakimləri ədalət mücəssəməsi kimi səciyyələndirərək yazırdı ki, bunun üçün onların 4 şərlə əməl etməsi vacibdir: hakim nəzakətlə dinləməli, ağılla düşünməli, müdrik cavab verməli, qərəzsiz qərar qəbul edilməlidir. Son illərdə Hakimlərin Etik Davramş Kodeksinin qəbul edilməsi, məhkəmə hakimiyyətinin hazırlıqlı və mənəvi cəhətdən saf hakimlərlə komplektləşdirilməsi üzrə tədbirlərin davam etdirilməsi, bütün məhkəmələrin tərkibinin təzələnməsi məhz bu reallıqlarla şərtlənir.
Dövlət başçısının hələ 2006–cı il 19 yanvar tarixli “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Məhkəmə–Hüquq Şurasına tövsiyələrdən biri də məhz məhkəmələrdə hakimlərin sayının artınlması ilə bağlı olmuşdur. Prezident İlham Əliyevin 2006–cı il 17 avqust tarixli “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin sayının artırılması və məhkəmələrin ərazi yurisdiksiyasının müəyyən edilməsi haqqında” fərmanı ilə respublika məhkəmələri hakimlərinin sayı 153 ştat.vahidi artırılmışdır. Fərmanın icrası ilə bağlı son illər Məhkəmə–Hüquq Şurası tərəfindən həyata keçirilən tədbirlər hakim vəzıfəsinə seçkilərin tamamilə azad, obyektiv və ədalətli keçirilməsinə, bu məsul vəzifəyə ən layiqli insanların seçilməsinə xidmət etmişdir. Ümumilikdə, ölkənin sürətli iqtisadi inkişafı ilə əlaqədar məhkəmələrin iş yükünün dəfələrlə çoxalması nəzərə alınaraq hakimlərin sayı son illər ərzində 2 dəfə, məhkəmə aparatı işçilərinin sayı isə 75 faiz artırılmış, hər bir hakimə köməkçi ştatı ayrılmışdır.
Xüsusi vurğulamaq istərdim ki, son illər Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə məhkəmələrin yeni bina və inventarla təmini, onların iş şəraitinin yaxşılaşdırılması ıstiqamətində də mühüm addımlar atılır. Bu qəbildən olan məsələlər dövlət başçısının hələ 2009–cu il 6 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009–2013–cü illər üçün Dövlət Proqramı”nda da geniş əksini tapmışdır. Dünya Bankının dəstəyi ilə Ədliyyə Nazirliyi tərəfindən uğurla həyata keçirilən” Ədliyyə sektorunun müasirləşdirilməsi” layihəsinin əhəmiyyəti bu baxımdan xüsusi vurğulanmalıdır. Layihəyə əsasən 17 yeni məhkəmə binasının tikintisi, bir çox məhkəmə binalarının əsaslı təmiri, onların texniki cəhətdən müasirləşdirilməsi, Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin ən müasir avadanlıqla təchiz edilməsi və digər tədbırlərin maliyyələşdirilməsi nəzərdə tutulur. 2009–cu il ilin mayında Bakının ən görkəmli yerlərindən birində Azərbaycan Respublikası Ali Məhkəməsinin müasir tələblərə cavab verən yeni binasının tikilib istifadəyə verilməsi də buna əyani sübutdur.
Son illər Azərbaycanda milli gəlirin artım tempi ilə siyasi–hüquqi islahatların həyata keçirilməsi prosesi mütənasiblik təşkil etməyə başlamışdır. Adambaşına düşən milli gəlirin 6000 manata, dövlət büdcəsinin gəlirlərinin 25 milyard dollara, strateji valyuta ehtiyatlarının 46 milyard manata dollara yüksəlməsi ölkə iqtidarına liberallaşma və modernləşmə istiqamətində daha qətiyyətli addımlar atmağa, vətəndaş maraqlarına xidmət edən məhkəmə–hüquq islahatlarını inamla davam etdirməyə imkan verir. Möhtərəm Prezidentimizin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Strategiyasında məhkəmə–hüquq islahatlarınının gələcək prioritetləri əksini tapmış, eyni zamanda, respublikanın yaxın perspektivdə orta inkişaf etmiş ölkədən yüksək inkişaf etmiş ölkəyə çevrilməsi məqsədi qarşıya ali məqsəd kimi qoyulmuşdur.
Haqq–ədalətə, qanuna bağlılıq bəşər sivilizasiyasının qədim dövrlərindən insanlığı səciyyələndirən, onu dünyanın ali varlığına, zinətinə çevirən ülvi keyfiyyət sayılmışdır. Yaşadığı zaman və məkandan asılı olmayaraq vicdanının səsi ilə hərəkət edən, daxilindəki həqiqət işığına boylanan, bütün varlığı ilə düzgünlüyə, ədalətə can atan böyük liderlər bütün cəmiyyətlərdə sevilib–seçiliblər. Parlaq şəxsiyyəti, yüksək mənəvi idealları ilə tanınan ulu öndər Heydər Əliyevin həyat amalı da, ilk növbədə, onun cəmiyyətə fayda verməyə, haqq–ədaləti, qanunçuluğu təmin etməyə hesablanmış fəaliyyətində təcəssümünü tapmışdır. Əminik ki, Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən məhkəmə–huquq islahatları Azərbaycanda insan hüquq və azadlıqlarının daha möhkəm əsaslarla təminatına imkan verəcəkdir.
Məhəmməd
ƏKBƏROV,
Bakı şəhəri Nizami Rayon
Məhkəməsinin sədri
Respublika.- 2013.- 11 aprel.- S. 4.