Heydər Əliyev iqtisadi modeli Azərbaycanın dinamik inkişafının təməlidir

 

Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan şəxsiyyətlər, görkəmli mütəfəkkirlər və dövlət adamları çox olmuşdur. Bunlar zamanzaman gördükləri böyük işləri və əməlləri ilə yadda qalmış və unudulmamışlar. Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının ümummilli lideri adını qazanmış şəxs yalnız görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyev olmuşdurlider səviyyəsinə yüksəlmişdir. Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında cəmləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Heç də təsadüfi deyil ki, dünyanın Atatürk, Vaşinqton, Nehru, de Qoll kimi nadir tarixi simaları sırasında Heydər Əliyev şəxsiyyəti də öz layiqli yerini tutmuşdur.

 

1993– il iyun ayının 15–də XX əsrin fenomeni, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı uçurum astanasında olan ölkəmizi, dövlətçiliyimizi xilas etdi. O gün, 1993– ilin iyununda xalqın təkidli tələbi ilə respublikaya 70–ci illərdə uzun müddət uğurla rəhbərlik edən, ölkədə əmin–amanlıq və qaydaqanun yaradanonu ən dinamik inkişaf edən ölkəyə çevirən Heydər Əliyev yenidən hakimiyyətə qayıtdı. Bununla ölkənin dağılması və məhv olması üçün xaricdən və daxildən çalışan qüvvələrin səyləri puç oldu, ölkə siyasiiqtisadi xaosdan xilas oldu. Heydər Əliyev qısa müddət ərzində hakimiyyətsizliyə son qoydu, baş qaldırmış və xalqa qan udduran separatçı qüvvələr və silahlanmış cinayətkar qruplar zərərləşdirildi və ləğv edildi, ölkə inkişaf yoluna qədəm atdı.

Dünya təcrübəsi göstərir ki, iqtisadi böhrandan çıxmaq üçün, köklü islahatlar aparmaqdaxili imkanlardan maksimum istifadə etməklə yanaşı, xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsi olduqca zəruridir və əsas amillərdən biridir.

Azərbaycan iqtisadiyyatının strateji problemlərini dərindən bilən ulu öndər Heydər Əliyev məhz bu düzgün yolu qəbul etmişdi və ölkədə investisiya mühitinin yaxşılaşdırılması sahəsində məqsədyönlü bir sıra tədbirlərin həyata keçirilməsinə nail oldu. İlk növbədə, dövlətçilik təcrübəsindən məharət və müdrikliklə istifadə edərək Heydər Əliyev respublikanın 90–cı illərin əvvələrində dağılmış və son dərəcə böhran vəziyyətə düşmüş iqtisadiyyatının bərpa və inkişaf yollarını müəyyən etdi. Heydər Əliyev ona xas olan müdriklik, uzaqgörənlik, zəngin təcrübə və ölkə iqtisadiyyatının bütün sahələrinin müqayisəli təhlili əsasında Azərbaycanın iqtisadi dirçəlişi üçün neft sənayesinin inkişafı yolunu seçmişdir. O günlər yaxşı yadımdadır. 1993– ilin avqust ayında ulu öndər Heydər Əliyev mənim Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti vəzifəsinə təyin edilməyim ərəfəsində tapşırıqlarını və göstərişlərini verərkən demişdir:Neftqaz sənayesi olduqca çətin, mürəkkəb və ölkə iqtisadiyyatı üçün ən vacib sahədir. Bu sahəyə rəhbərlik etmək şərəfdir, lakin böyük məsuliyyətdir. Sən bunu unutmamalısan. Əfsuslar olsun ki, istehsalat dağılmış vəziyyətdədir. Bizim vəzifəmiz tezliklə onun bərpasını və inkişafını təmin etməkdədir”.

Bu gün Azərbaycan xalqı ona görə xoşbəxtdir ki, onun Heydər Əliyev kimi uzaqgörən, dünya səviyyəli bir lideri olmuşdur. Doğrudan da, ulu öndər güclü, tarixi proseslərdən müdrikcəsinə baş çıxarmağı bacaran bir şəxsiyyət idi. Məhz buna görə Heydər Əliyev Azərbaycanın ən böyük təbii sərvəti olan neftqaz amillərini hərəkətə gətirdi və yeni neft strategiyasını yaradıb onun əsl memarı oldu. Bu iqtisadi konsepsiya və doktrinanın əsasını müstəqil Azərbaycanın böyük karbohidrogen ehtiyatlarını, çoxsaylı neftçilər tərəfindən yaradılmış güclü istehsalatgeniş neftqaz infrastrukturunu nəzərə almaqla xarici sərmayələrin cəlb edilməsi əsasında neft sənayesinin dirçəlişinin inkişafı üçün əlverişli siyasiiqtisadi mühitin yaradılması təşkil edirdi. Bununla əlaqədar 1993– il noyabrın 18–də Heydər Əliyev xarici şirkətlərin nümayəndələri ilə keçirilən görüşdə demişdir: “Yerin təkindəki sərvətin çıxarılıb dövlətin və xalqın mənafeyi yolunda sərf edilməsi üçün bizə xeyli vəsait, qabaqcıl texnikatexnologiya gərəkdir. Bu məsələdə isə ən səmərəli yol xarici şirkətlərlə neftin müştərək qaydada çıxarılmasıdır”.

Ulu öndərimiz Heydər Əliyevin banisi olduğu yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin ən fəal iştirakçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev oldu. Həmin dövrdə də möhtərəm Prezidentimizin bütün fəaliyyətinin mərkəzində özünün dəfələrlə vurğuladığı bir ideya dururdu: “Bizim məqsədimiz təkcə neft hasil etmək, onu nəql etmək, bundan vəsait əldə etməkdən ibarət deyildir. Bizim məqsədimiz neftdən gələn bütün mənfəətləri həm siyasi, həm iqtisadi, həm də başqa mənfəətləri Azərbaycan xalqının gələcək mənafeyinə, rifahına yönəltməkdən ibarətdir”.

Ulu öndər Heydər Əliyevin Azərbaycana 1993–2003– illərdə rəhbərlik etdiyi dövrdə dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə imzalanmış 21 saziş çərçivəsində xeyli işlər görülmüşdür. Bu işlərə nəhəng “Çıraq–1″ platformasının, sualtı neftqaz kəmərlərinin, Səngəçal terminalının, Bakı–Novorossiysk və Bakı–Supsa ixrac neft kəmərlərinin inşasını, özüllərin və yeni platformaların tikinti sahələrinin bərpası, borulara beton örtük çəkilməsi zavodunun, “DəQorqud”, “İstiqlal” və “Qurtuluşqazma qurğularının tikilib istifadəyə verilməsini, “İsrafil Hüseynov”, “Süleyman Vəzirov” borudüzən gəmilərinin yenidən qurulmasını, “Azərbaycan” kran gəmisinin və istehsal üçün lazım olan başqa gəmi və qurğuların təmirini və modernləşməsini aid etmək olar. İlkin Neft Layihəsi çərçivəsində Çıraq yatağında 105 metr dənizin dərinliyində qurulmuş bir dəniz qazmahasilat platforması, Səngəçaladək 24 dyümlük bir sualtı neft kəməri, Neft Daşlarınadək 16 dyümlük bir sualtı qaz kəməri, Səngəçalda neft terminalı istismara verildi, Bakı–Novorossiysk neft kəməri bərpa olundu, yeni Bakı–Supsa kəməri tikildi, Səngəçal və Supsa terminalları inşa edildi. Heydər Əliyev Xəzər dənizinin Azərbaycan sektorunun zəngin və böyük həcmdə neftqaz ehtiyatlarına malik olduğunu və Azərbaycan dövləti ilə uzunmüddətli, etibarlı görməyin mümkün olduğunu dünya ölkələrinə sübut etdi. Məhz bu məqsədlə imzalanan çoxsaylı beynəlxalq neft müqavilələrində iştirak edən və öz ölkələrini təmsil edən xarici neft şirkətlərinin coğrafi baxımından dairəsi ildən–ilə genişlənmişdir və nəticədə ABŞ, Böyük Britaniya, Norveç, Türkiyə, Rusiya, Yaponiya, Fransa, İspaniya, Belçika, Kanadabaşqa qüdrətli dövlətlərin Azərbaycana maraqları artmışdır.

Yeni neft strategiyasının mərhələ–mərhələ həyata keçirilməsi Azərbaycanın Xəzər–Qafqaz regionunda sürətlə artan rolu və beynəlxalq neft mərkəzlərinin birinə çevrilməsi ilə nəticələnmişdir. Bu səpkidə, Heydər Əliyevin Xəzərin enerjidaşıyıcılarının, o cümlədən respublikamızdan neft və qazın dünya bazarlarına ixrac olunması üçün Xəzər boru kəmərlərinin və nəql sisteminin səmərəli işlənməsi və yeni layihələrin reallaşmasının proqramı və konsepsiyası xüsusi yer tutur. Yaxşı yadımdadır ki, “Əsrin müqaviləsi”nin imzalanmasından sonra hasil olunacaq milyonlarla ton xam neftin tamamilə təhlükəsiz, siyasiiqtisadi cəhətdən məqbul variantlarla dünya bazarlarına çıxarılması kifayət qədər mübahisəli və çətin məsələlərdən biri olmuşdur.

Ulu öndərimiz Heydər Əliyevin prinsipial və qətiyyətli mövqeyi, nümayiş etdirdiyi diplomatik məharət, tərəfdaşı inandırmaq bacarığı sayəsində Azərbaycan neftinin nəqli marşrutları barədə optimal qərarlar qəbul edilmişdir. 1996–cı ilin yanvar ayında “Azərbaycan neftinin Bakı–Novorossiysk marşrutu ilə nəql edilməsi haqqında” Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında hökumətlərarası saziş imzalanmış, 1997–ci ilin oktyabr ayında həmin xətt istifadəyə verilmişdir. 1997–ci ildə isə Azərbaycan və Gürcüstan hökumətləri arasında neftin Qara dənizə çıxarılması üçün Bakı–Tbilisi–Supsa alternativ marşrutu ilə nəqlini nəzərdə tutan saziş imzalanmışdır. 1999–cu il aprelin 17–də ölkə tarixində daha bir əlamətdar hadisə baş verdi: Azərbaycan, GürcüstanUkrayna prezidentlərinin iştirakı ilə Bakı–Supsa neft kəməri, habelə Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac terminalı istismara verildi.

“Dədə Qorqud”, “İstiqlal” üzən yarımdalma qazma qurğusunun, özüqalxanQurtuluşqazma qurğusunun istismara verilməsini Azərbaycan neft sənayesinin böyük uğurlarından hesab etmək olar. Bu qazma qurğularının köməyilə “Azəri”, “Çıraq”, “Günəşli”, “Şahdəniz” yataqlarında bir neçə kəşfiyyat quyusu qazıldı. “Qarabağ”, “Əşrəfi”, “Oğuz”, “Naxçıvan”, “Abşeron”, “Qarasu”, “Lənkəran–dəniz”, “İnam” və başqa strukturlarda çoxsaylı kəşfiyyat quyusu qazıldı və bu, strukturların neftli–qazlı–kondensatlı olduğu haqqında zəngin geoloji məlumatların əldə edilməsinə imkan verdiyeni yataqların kəşfini təmin etdi.

Tarixi baxımdan ən qısa zaman ərzində irihəcmli layihələr gerçəkləşdi. 1999–cu ildə nəhəng “Şahdəniz” qazkondensat yatağı açıldı. Bu səpkidə Azərbaycan neftinin və təbii qazının Türkiyəyə Bakı–Tbilisi–Ceyhan əsas ixracboru kəməri və Cənubi Qafqaz qaz boru kəməri vasitəsilə nəqli üçün Azərbaycan–Gürcüstan–Türkiyə dövlətləri arasında əldə edilmiş razılaşmalar və imzalanmış sazişlər bu strategiyanın həyata keçirilməsinin ən önəmli addımları kimi qiymətləndirilir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin yeni neft strategiyasının ən mühüm tərkib hissələrindən biri Bakı–Tbilisi–Ceyhan ixrac boru kəmərinin çəkilişi ideyasının meydana qoyulması və onun reallığa çevrilməsidir. Bu layihənin baş memarı, onun bünövrəsini qoyan, həyata keçirilməsinə şəxsən rəhbərlik edən Heydər Əliyev olmuşdur. Bu layihə Şərq–Qərb enerji dəhlizinin əsasını təşkil edir və XXI əsrdə Azərbaycanda həyata keçirilən ən böyük layihələrdən biridir.

Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxilixarici siyasəti ilə ölkənin nüfuzunu artırmış, hərtərəfli inkişafına nail olmuş, müstəqilliyini əbədi və dönməz etmişdir. Kiçik bir ölkə Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdi. 1993– ildə müstəqil Azərbaycan Respublikasının prezidenti seçilən Heydər Əliyev siyasət aləmində çox güclü, səriştəli və təcrübəli müdrik dövlət xadimi kimi qısa bir müddət ərzində xarici siyasət sahəsində böyük dönüş yaratdı. Dünyanın aparıcı dövlətləri, inkişaf etmiş ölkələri, beynəlxalq təşkilatlar Azərbaycana ciddi diqqət yetirməyə başladılar.

Heydər Əliyevin yorulmadan gərgin əməyi, fəaliyyəti, rəhbərliyi və ciddi nəzarəti sayəsində əldə olunmuş bu uğurlar, dövlətimizin daha da möhkəmlənməsi, onun müvəffəqiyyətlə dünya iqtisadiyyatına qovuşması, respublikamıza xarici sərmayələrin cəlb olunması, Xəzər regionunda Azərbaycanın ən aparıcı bir dövlətə çevrilməsi üçün möhkəm zəmin yaratmışdır. Heydər Əliyev elə bir dövlətçilik—iqtisadi modeli yaratdı ki, bu model Azərbaycanın bütün tarixi keçmişini bərpa etdiinkişaf yoluna qoydu. Bu gün fəxrlə demək olar ki, Bakı şəhəri yenidən dünyanın neft mərkəzlərindən birinə çevrilməkdədir. Bu baxımdan Xəzər dənizinin Azərbaycan sektorunda olan zəngin karbohidrogen yataqlarının kəşfi və işlənməsi sahəsində xarici neft şirkətləri ilə bağlanmış uzunmüddətli neftqaz sazişlərinin uğurla həyata keçirilməsi müstəsna əhəmiyyət kəsb edir.

Heydər Əliyev sözlərinin çəkisi və sanbalı olan, xalqı arxasınca aparmağı, auditoriyanı inandırmağı bacaran bir siyasi xadim idi. Onun ən böyük gücü dərin, həm də universal biliyində, müdrikliyində, işgüzarlığında, hökmündə, qətiyyətində, qeyriadi yaddaşında, tükənməz səbrində, müsahibini təmkinlə dinləmək bacarığında, uzaqgörənliyində, qarşısına qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, mahir diplomat olmasında, həmsöhbətinə təsir etmək gücünə malik olmasında idi. Dünyanın məşhur siyasi və dövlət xadimləri daim Heydər Əliyevə yüksək qiymət vermişlər. Şərəf hissi ilə deyə bilərəm ki, ulu öndərin xarici dövlətlərə rəsmi səfərləri çərçivəsində onun dünyanın aparıcı siyasətçiləri, tanınmış və dünya şöhrətli iqtisadi, maliyyə və biznes dairə və qurumlarının rəhbərləri ilə çoxsaylı görüşlərində Heydər Əliyevin bu keyfiyyətlərə malik olduğunu mənə görmək qismət oldu. Heydər Əliyevin Amerika Birləşmiş Ştatları, Türkiyə, İran, Rusiya, Böyük Britaniya, Fransa, Yaponiya və digər ölkələrin dövlət başçıları və ABŞ–ın AMOKO, Eksson, Mobil, Şevron, Pennzoyl, Devon, Yunocal, Frontera Resorses, Arko, Konoko, Teksako, Böyük Britaniyanın Britiş Petroleum, Şell, Remko, Monument Oyl and Gaz, Norveçin Statoyl, Kverner, Fransanın Elf Akiten, Total, İtaliyanın Agip, Eni, Rusiyanın Lukoyl, Rosneft, Slavneft, İtera, Yaponiyanın İtocu, Mitsui, Marubeni və digər neftqaz sahəsində çalışan nəhəng şirkətlərin rəhbərləri ilə sıx ikitərəfli etibarlı əlaqələrin və münasibətlərin yaradılması Azərbaycanı bütün dünyaya tanıtdırdı.

Heydər Əliyev xalqın arasında idi, sadə adamlarla görüşlərindəki səmimiliyi, mehribanlığı ona xalqın məhəbbətini daha da artırırdı. Mən bu görüşlərdən bir çoxunun şahidi olmuşam, Heydər Əliyevin rəhbərliyi altında çalışan şəxslərdən biri kimi həmişə hiss etmişəm ki, xalq onu necə böyük məhəbbətlə sevirdi.

Bir fikrimiqeyd etməyi özümə borc bilirəm. Ulu öndərin tarixi xidmətlərindən birio oldu ki, özündən sonra Azərbaycanın taleyini etibarlı əllərə tapşırdı. Bu gün ölkəmiz bu siyasətin uğurlarını hiss edir, onunla yaşayır və faydalanır. Bu siyasətin icraçısı ulu öndərimizin layiqli siyasi varisi cənab İlham Əliyevdir. Bu gün Heydər Əliyevin ideyalarını uğurla həyata keçirən Prezident İlham Əliyev ulu öndərin siyasi xəttinə həmişə sadiq olduğunu bildirir. Bunun məntiqi nəticəsidir ki, Azərbaycan bu gün çox böyük sürətlə inkişaf edir, regionda lider dövlətə çevrilib. İndi Azərbaycanla hesablaşır, dünyanın nüfuzlu beynəlxalq təşkilatları öz hesabatlarında Azərbaycanı islahatçı dövlət elan edirlər. Bütün bunlar bir daha təsdiq edir ki, ulu öndərin ideyaları ölməzdir və bu ideyalar Azərbaycanı xoşbəxt gələcəyə aparır.

 

 

Natiq Əliyev,

Azərbaycan Respublikasının sənaye və energetika naziri,

iqtisad elmləri doktoru, Beynəlxalq Mühəndislik

Akademiyasının müxbir üzvü

 

Respublika.- 2013.- 12 aprel.- S. 5.