“Abşeronneft”
NQÇİ neft və qaz
hasilatını artırıb
2013–cü ilin 3 ayında “Abşeronneft” NQÇİ–də nəzərdə tutulan neft hasilatı üzrə tapşırıq 51 790 ton əvəzinə 54 513 ton, yəni 105,3 faiz yerinə yetirilmişdir, əlavə 2 723 ton artıma nail olunmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə neft hasilatı 1 808 ton artmışdır.
Neft təhvili üzrə tapşırıq 50 870 ton əvəzinə 53 723,3 ton, yəni 105,6 faiz yerinə yetirilmişdir və plandan əlavə 2 853,3 ton neft təhvil verilmişdir. Keçən illə müqayisədə neft təhvili 791,6 ton artmışdır.
Qaz hasilatı planı 101,1 faiz yerinə yetirilmişdir, plandan əlavə 126 min kubmetr artıq qaz hasil edilmişdir.
Qaz təhvili planı 101,9 faiz yerinə yetirilmişdir və plandan əlavə 127,1 min kubmetr artıq qaz təhvil verilmişdir.
“Abşeronneft” NQÇİ–də 3 ay ərzində 1 milyon 653,5 min kubmetr qaz sərfi olub. Onun 1 milyon 490 min kubmetri neftin hazırlanmasında, 123 min kubmetri idarənin struktur bölmələrinə və 40,5 min kubmetri “Azəriqaz” İB–dən alınan və sexdaxili ehtiyaclara sərf olunan yanacaq qazı olmuşdur.
2013–cü ilin 2 ayında fəaliyyətsiz fonda quyu keçməyib. 2012–ci ildə isə fəaliyyətsiz fonda 1 quyu keçib.
Hazırda Neftqazçıxarma İdarəsi
üzrə istismarda 519 quyu
var. Bunların da 7–si qaz quyusudur.
Mənimsəmədə olan quyu fondunda
15 quyu var. Bu da keçən illə müqayisədə 2 quyu çoxdur.
Bu ilin 2 ayında fəaliyyətsiz fonda quyu keçməyib.
2013–cü ilin 3 ayında
fəaliyyətsiz quyu
fondundan 6 quyu təmir edilərək istismara daxil olunmuşdur (plan—2 quyu), nəticədə 639 ton neft
hasil edilmişdir (plan—55
ton). 2012–ci ilin 3 ayında
14 quyu istismara daxil edilib və
bu quyudan 1 671 ton neft hasil edilib.
Qazmadan
2013–cü ilin 3 ayında
istismara 4 quyu daxil edilib, nəticədə
1 220 ton neft hasil edilmişdir.
Keçici fonddan 52 654 ton və planda nəzərdə tutulduğundan 2 120 ton çox
neft hasil edilmişdir. 2012–ci ilin
3 ayında keçici
fonddan 49 153 ton neft hasil edilib. Keçən illə müqayisədə bu il 3 501 ton çox
neft hasil edilib.
2013–cü ilin 3 ayında
165 texniki tədbir həyata keçirilmişdir
(plan—100 tədbir) və
bu tədbirdən 882
ton neft hasil edilmişdir (plan—480 ton). 2012–ci ilin 3 ayında 104 texniki tədbir keçirilmiş və onlardan 387 ton neft hasil olunmuşdur. Keçən illə müqayisədə
tədbirlərin sayı
61 tədbir, hasil edilən neft isə 495 ton artıb.
Bu ilin 3 ayında
16 geoloji tədbir keçirilib (plan—5 tədbir)
və bu tədbirlərdən 271 ton neft
səmərə alınıb
(plan—200 ton). 2012–ci ilin 3 ayında
8 geoloji tədbir keçirilib və bu tədbirdən 82 ton neft alınıb.
2013–cü ilin 3 ayında
14 yeraltı təmir briqadaları vasitəsilə
511 yeraltı təmir
həyata keçirilmişdir,
bu da plana
(plan—395 təmir) nisbətən
116 təmir çox olmuşdur. 2012–ci ilin
müvafiq dövründə
409 təmir olmuşdur,
keçən ilə nisbətən təmirlərin
sayı 102 təmir artıb.
2013–cü
ilin 3 ayında 10 əsaslı təmir briqadaları vasitəsilə
36 əsaslı təmir
həyata keçirilib,
bu da plandan
8 təmir çox olmuşdur. Bu göstərici
2012–ci ilin müvafiq dövrü ilə müqayisədə 14 təmir
artıb. Əsaslı
təmirdən sonra təmir olunmuş quyulardan 2 ay ərzində
340,1 ton neft hasil olunmuşdur.
2013–cü ilin 3 ayı
ərzində NQÇİ–nin ekologiya sahəsində,
təbii sərvətlərdən
səmərəli istifadə
və ətraf mühitin mühafizəsinə
dair təsdiq olunmuş tədbirlər planı üzrə xeyli işlər yerinə yetirilmişdir. 3 ay ərzində
1120 metr müxtəlif
ölçülərdə neft kollektoru, 90 metr qaz xətti,
735 metr atqı xətti təmir edilmişdir. Neftyığma məntəqəsində, sexlərdə planda nəzərdə tutulmuş
15 ədəd su və 14 ədəd nasoslar təmir edilmişdir.
2013–cü
ilin 3 ayı ərzində 47 ədəd
müxtəlif ölçülü
siyirtmə və ventillər təmir edilmişdir, 56,4 min kubmetr
lay suyu çıxarılmış
və “28 May” NQÇİ–dən
müqavilə əsasında—2,840 min kubmetr lay suyu
alınmış—111,3 min kubmetr su utilizasiya edilmişdir. Müqavilə
əsasında Xəzər
Rayon Su–Kanal Departamentindən
2,7 min kubmetr su alınmış, sosial–məişət və
istehsalat məqsədlərinə
sərf edilmişdir.
Cari ilin 3 ayı ərzində 12,5 min kubmetr
dəniz suyu götürülmüş “ƏKS–OSMOS” qurğusunda 4,2 min kubmetr təmizlənib və nasoslar vasitəsilə dörd istiqamətdə nəql edilib. İdarənin daxili imkanları
hesabına yol kənarları təmizlənib
və hamarlanıb.
2 ədəd gölməçə qurudulmuş,
ərazi məişət
və istehsalat tullantılarından təmizlənmiş
və abadlaşdırma
işləri aparılmışdır.
“Ekol Mühəndislik
Xidmətləri” QSC tərəfindən
8850 ədəd ağaca
qulluq göstərilir. İdarənin
öz gücü ilə mart ayı ərzində inzibati binasında, sex və sahələrində 600 ədəd
zeytun ağacı, 150
ədəd dekorativ ağac kolu, 700 ədəd qızılgül
kolu və 400 ədəd mövsümi gül əkilib.
Quyuların yeraltı və
cari təmiri zamanı istifadə olunan qapalı yuma qurğusu
hazırlanıb 210, 190, 340 saylı özüllərə
quraşdırılmaq üçün
qoyulub.
2013–cü ilin 3 ayı
ərzində “STANDART–2005″ MMC–yə 2 ton əlvan metal qırıntısı (alüminium)
təhvil verilmişdir. Ekologiya
İdarəsi tullantılar
mərkəzinə 0,068 ton işlənmiş təşkilati
avadanlıqları, 50 kiloqram
süzgəc, 10 kiloqram
boya qabları, 20 kiloqram lüminessensiya lampaları və 20 kiloqram yağlı və neftli əskilər təhvil verilib.
2013–cü ilin 3 ayı
ərzində Azərbaycan
Respublikası Ekologiya
və Təbii Sərvətlər Nazirliyinin
Ətraf Mühitin Mühafizəsi Departamentinin
mütəxəssisləri tərəfindən ətraf
mühitin mühafizəsi
qanunvericiliyinin tələblərinə
riayət olunması ilə əlaqədar
NQÇİ–nin sex və
sahələrində real vəziyyət
yoxlanılmışdır.
2013–cü ilin yanvar
ayında əvvəlki
illərdə olduğu
kimi, sosial məsələlərin həlli
istiqamətində NQÇİ–də xeyli işlər
görülmüşdür.
İşçilərin iş yerlərində su ilə təchizatını
yaxşılaşdırmaq məqsədilə qablaşdırılmış
su ilə təmin edilməsi davam etdirilməkdədir. Bu məqsədlə “Soyuq bulaq” MMC–dən 570 ədəd Panaqua suyu alınmış
və işçilərə
paylanmışdır.
ARDNŞ–in işçilərinə
maddi yardım verilməsi haqqında əsasnaməyə müvafiq
olaraq maddi yardımların göstərilməsi
davam etdirilmişdir.
ARDNŞ Sosial İnkişaf İdarəsinin Gigiyena və Epidemiologiya Mərkəzinin işçiləri
yanvar ayında idarənin sex və sahələrində dezinfeksiya,
deratizasiya işləri
aparmışlar.
İşçilərin məişət şəraitinin
yaxşılaşdırılması məqsədilə “Neft Daşları” NQÇİ–dən
9 ədəd konteyner alınmışdır. Onlardan 2 ədədinin
təmirinə lazım
olan materiallar alınmış və təmir işləri davam edir. Konteynerlərin içərisində istifadə etmək üçün lazım olan məişət avadanlıqlarının siyahısı
hazırlanmış və
“Azneft” İB–yə müraciət edilmişdir.
2 saylı NQÇS–nin
yeni tikilməkdə olan inzibati binasına
tələb olunan məişət avadanlıqları
və mebellər haqqında məlumat “Azneft” İB–yə göndərilmişdir.
QYƏTS–in quru sahələrində
istifadə etmək üçün 4 ədəd
2 oxlu təkərli vaqon evcik alınmışdır
və evciklərin içərisində elektrik
xətlərinin qoşulması
işləri davam etdirilir.
NQÇİ–nin inzibati
binasının ətrafında
sex və sahələrində
təmizlik və abadlıq işləri daim nəzarətdə saxlanılır. Ortaya çıxan sosial
problemlərin həll
olunması istiqamətində
fəal iştirak etməklə köməklik
göstərilir.
Müntəzəm olaraq mart ayı ərzində quru və dəniz şəraitində işləyən
işçilərlə əlaqə
saxlanmış, onların
sosial–məişət şəraitinin
yaxşılaşdırılması istiqamətində işlər
görülmüşdür.
Qarşımıza ARDNŞ–in “Azneft” İstehsalat Birliyinin rəhbərliyi tərəfindən məsul
və şərəfli
vəzifələr qoyulmuşdur. Bu vəzifələrin öhdəsindən
layiqincə gəlmək
üçün səylərimizi
bundan sonra da səfərbər edəcək, yeni neft strategiyasına töhfələr verməkdə
davam edəcəyik.
Şahmar HÜSEYNOV,
“Azneft” İB–nin “Abşeronneft”
Neft və Qazçıxarma
İdarəsinin rəisi
Respublika.- 2013.- 13 aprel.- S. 10.