Heydər Əliyev fenomeni

 

Xalqımızı tarixin kəşməkəşlərindən uğurla keçirib yaşatmış, inkişafa istiqamətləndirmiş görkəmli dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyev Azərbaycan tarixində xüsusi yer tutur. Onun siyasi və dövlətçilik məktəbi müasir siyasətşünaslıqda misilsiz fenomen kimi qiymətləndirilir və öyrənilir.

Siyasət hakimiyyət uğrunda mübarizədir, çünki tarix öz yaddaşında yalnız o siyasətçiləri qiymətləndirir ki, onlar öz şəxsi ambisiyalarına yetmək, hakimiyyət əldə etmək uğrunda deyil, xalqın xoşbəxtliyi naminə mübarizə aparırlar. Bu baxımdan Azərbaycan xalqının öz taleyinin hakimi olması üçün, iqtisadi və mənəvi kamilləşməsi uğrunda ulu öndərimiz Heydər Əliyev həmişə mübarizə aparmışdır. Azərbaycan tarixinin ulu öndərimiz Heydər Əliyev dövrüsiyasi elitanın, kadr potensialının formalaşdırıldığı, xalqın dövlətçilik ənənələrinin bərpasına güclü iqtisadi və mədəni zəminin yaradıldığı, azad demokratik vətəndaş cəmiyyətinin formalaşdırılması istiqamətində ardıcıl tədbirlər görüldüyü dövr xalqın çoxəsrlilik tarixində qızıl dövr kimi səciyyələnir.

Dünya tarixində ulu öndər Heydər Əliyevdən başqa ikinci bir şəxs yoxdur ki, siyasiideoloji baxımdan bir–birindən əsaslı şəkildə fərqlənən cəmiyyətləri eyni müvəffəqiyyətlə idarə edə bilsin. O, dərin, hərtərəfli biliyə, siyasət elminin incəliklərinə bələd olmuş, unikal yaddaşa, dəmir məntiqə, böyük əməksevərliyə, özünə və başqalarına tələbkar, ən başlıcası, insanlara, xalqına sonsuz məhəbbətlə yanaşan siyasi fenomen olmuşdur.

1969–cu ilin iyulundan Azərbaycana rəhbər təyin olunmuş Heydər Əliyev SSRİ–də baş verən proseslərin hansı müstəvidə inkişaf edəcəyini uzaqgörənliklə qiymətləndirir, gələcək müstəqil dövlətin siyasiiqtisadi bazasının, kadr potensialının yaradılmasına böyük səylə çalışırdı. Ulu öndər yüksək istedadı və uğurlu siyasəti sayəsində SSRİ–də hakimiyyətin yüksək zirvələrinə qədər ucalmış və bu imkanlardan xalqının ictimaiiqtisadi tərəqqisi, milli oyanışı üçün məharətlə istifadə etmişdir.

Ulu öndər Heydər Əliyevin təşəbbüsü və siyasi iradəsi sayəsində Azərbaycanın iqtisadiyyatını yenidən qurmaq, inkişaf etdirmək üçün 1970–ci illərdə Sov. İKP MK və SSRİ Nazirlər Sovetinin 5 mühüm qərarı qəbul edildi. İqtisadiyyatda, sənayenin qabaqcıl və mütərəqqi sahələri, maşınqayırma kompleksində, kimyaneft kimyasında, əlvan metallurgiyada, neftqaz hasilatı, energetika, qara metallurgiya və dağ–mədən sənayesində texniki cəhətdən yenidənqurma prosesləri ilə eyni vaxtda struktur siyasətinin prinsipial şəkildə yeni istiqamətləri işlənib hazırlandı. Respublikanın sənaye bazası elmitexniki tərəqqi əsasında inkişaf etdirildi, zavod və fabriklərin yenidən qurulması və genişləndirilməsində yeni mərhələ başlandı. Respublikada madditexniki təchizatı yaxşılaşdırmaq üçün xaricdən texnoloji avdanlıqlar alınması üçün valyuta ilə təmin olunmaq, yeni texnologiyalarla işləməyi bacaran kadrlar hazırlamaq və s. məsələlər müvəffəqiyyətlə həll olunurdu. Ölkədə neft sənayesində kəşfiyyat işləri genişləndirilmiş, Xəzərdə 8 yeni neft yatağı, 22 neft kondensatı yatağı kəşf olunmuşdu. Neft emalı müəssisələrində neft emalı texnologiyası xeyli təkmilləşdirilmişdi. Ağır və yüngül sənayenin mühüm sahələri geniş inkişaf etdirilmişdi. 1976–cı ildə Yeni Bakı Neftayırma zavodunda, 1982–ci ildə isə Bakı Neftayırma zavodunda keyfiyyətli neft emalı üçün ELOU–AVT qurğuları inşa edildi.

70–ci illərdə Neft–maşınqayırma zavodlarında yenidənqurma işləri aparılmış, yeni istehsal sahələri işə salınmışdı. SSRİ–də istehsal olunan neftçıxarma texnikasının yarıdan çoxunu Azərbaycan verirdi. Neft–maşınqayırma sahəsində Azərbaycan ABŞ–dan sonra dünyada ikinci yeri tuturdu. 70–80–ci illərdə Azərbaycanın təbii sərvətlərindən ölkənin öz mənafeyi üçün daha səmərəli istifadə edilməsinə xüsusi önəm verilmişdi.

70–ci illərdə respublikada cihazqayırma sənayesinin yaradılmasında köklü dəyişikliklər olmuşdu. Belə ki, 1975–ci ildə Bakı Məişət Kondisionerləri zavodu tikilib istifadəyə verilmişdi. Bakıda “Ulduzelektrik cihazqayırma, “Ozon” zavodları, Sumqayıtda məişət kompressor zavodu həyata vəsiqə almışdı.

O dövrdə Azərbaycanın vahid xalq təsərrüfatı kompleksinin mühüm sahələrindən biri olan nəqliyyatın inkişafı mühüm yer tuturdu. Respublikanın xammal ehtiyatlarından səmərəli istifadə edilməsi və iqtisadiyyatımızın tarazlı inkişafı üçün bütün istiqamətlərdə nəqliyyat şəbəkələrinin yaradılmasının zəruri əhəmiyyəti oldu. Yevlax–Balakən, Ağdam–Xankəndi, Ağstafaİcevans. dəmir yollarının istifadəyə verilməsi respublikanın ümumi dəmiryol şəbəkələrini birləşdirməklə xalq təsərrüfatı yüklərinin səmərəli daşınmasına əlverişli şərait yaratdı. Avtomobil yollarının inkişafında bərk örtüklü yolların uzunluğunu 70–80–ci illərdə 13,4 min kilometrdən 22,4 min kilometrə qədər artırmaqla əhəmiyyətli nailiyyətlər əldə edildi.

Heydər Əliyevin birinci hakimiyyəti dövründə Azərbaycanda kənd təsərrüfatının, xüsusən də pambıqçılığın, üzümçülüyün, tərəvəzçiliyin, taxılçılığın inkişafına diqqət artırıldı. Azərbaycanda kənd təsərrüfatının böyük nailiyyətlərindən biri də suvarılan torpaq sahələrinin artırılması oldu. Ölkədə mühüm əhəmiyyətə malik su təsərrüfatları yaradıldı və çoxlu kanallar çəkildi.

70–80–ci illərdə Azərbaycan iqtisadiyyatının böyük yüksəlişi ümummilli liderimiz Heydər Əliyevin şəxsi təşəbbüsü, inadlı fəaliyyəti sayəsində mümkün olmuşdu. Çünki Heydər Əliyev o zaman yaşadığımız bu günləri görürdü. Yeni Azərbaycanı hələ o vaxtdan qurmağa başlamışdı.

Həmin dövrdə Heydər Əliyev kommunist rejiminin xalqımıza etdiyi haqsızlıqlara qarşı cəsarətlə mübarizə aparırdı, rejimin ağır təqiblərinə, xalqın çəkdiyi əzablara cavab olaraq uzaqgörən və kəskin addımlar atırdı. Xüsusən də kommunist rejiminin havadarlıq etdiyi ermənilərin Azərbaycanın hüquqlarının pozulmasına qarşı yönələn bütün cəhdlərinin qarşısı vaxtında alındı, ermənilərin 70–80–ci illərdə bir neçə dəfə qabartmış olduqları Dağlıq Qarabağın statusu məsələsi Heydər Əliyevin atmış olduğu qətiyyətli addımlar nəticəsində dəf olundu.

Ölkə rəhbəri kimi fəaliyyətə başladığı ilk günlərdən Heydər Əliyevin irəli sürdüyü və həyata keçirdiyi əsas məsələ respulikada milli dəyərlərin qorunması, ədəbiyyata, mədəniyyətə, ana dilinə qayğı olmuşdu. Heydər Əliyevin rəhbərliyi altında hazırlanmış Azərbaycan SSR–in yeni Konstitusiyasında xalqın mənəvi sərvəti olan ana dilinin qorunub saxlanması və inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan dili respublikada dövlət dili statusunu aldı.

1982–1987–ci illərdə Heydər Əliyev SSRİ rəhbərliyində Sov. İKP MK Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək vəzifələrdə çalışmışdı. Bu dövrdə Kreml rəhbərləri, xüsusən də M.Qorbaçov Heydər Əliyevi özlərinə həmişə rəqib hesab edirdilər. Buna da əsas səbəb onun azərbaycanlı olması idi, bundan da əlavə, onun zəngin, tükənməz hərtərəfli dövlət idarəçiliyi istedadının qarşısında Kremlin savadsız və səriştəsiz rəhbərlərinin acizliyi idi.

Nəhayət, 1987–ci ildə M.Qorbaçovun fitnəkar niyyətilə xalqın sevimlisi Heydər Əliyev tutduğu vəzifələrdən uzaqlaşdırıldı. Bundan Kremldə əyləşən erməni çinovnikləri və Ermənistan rəhbərliyi məharətlə istifadə etdi. Dağlıq Qarabağın statusu məsələsini nəinki qabartmaq, daha da irəli gedərək erməni fitnəkarları onu Ermənistana birləşdirmək cəhdini etdilər.

87–90–cı illər ərzində ulu öndər Heydər Əliyev Kreml rəhbərləri tərəfindən edilən təzyiqlərə baxmayaraq, xalqın qabaqcıl nümayəndələri və ziyalılarımızla sıx əlaqə saxlamış, SSRİ–nin dağılmaqda olduğu şəraitdə öz vətəni üçün çıxış yolları axtarmışdı. Öz qanuni hüquqlarının təmin olunmasını tələb edən insanların 1990–cı ilin 20 Yanvarında Sovet ordusu tanklarının altında əzildiyi, Azərbaycan rəhbərlərinin qaçıb gizləndiyi bir vaxtda Heydər Əliyev yanvarın 21–də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bütün dünyaya öz sözünü dedi. Heydər Əliyev öz çıxışında 20 Yanvar faciəsinə siyasi qiymət verərək, kütləvi qırğın törədənlərin cəzalandırılmasını tələb etdi. Bununla da Heydər Əliyev bütün təzyiqlərə baxmayaraq, daima xalqının yanında olduğunu və xalqının dərdinə şərik olduğunu göstərdi.

Təəssüf ki, millətinə köməyə gələn Heydər Əliyevə xalqı ilə birlikdə olmaq, onu düşdüyü böhrandan çıxarmağa imkan verilmədi. 1990–cı il iyulun 22–də Heydər Əliyev Naxçıvana pənah aparmalı oldu. Bu dövrdə ermənilər tərəfindən hərbi–siyasi və iqtisadi blokadaya salınmış Naxçıvan çıxılmaz vəziyyətə düşmüşdü. Son dərəcə ağır, mürəkkəb tarixi şəraitdə Heydər Əliyev siyasi istedadı, zəngin diplomatik peşəkarlığı sayəsində Naxçıvanı ağır böhrandan çıxara bildi.

Azərbaycanın ovaxtkı iqtidarının başı hakimiyyət, vəzifə uğrunda mübarizəyə qarışdığı bir vaxtda Heydər Əliyev Naxçıvanda milli müstəqilliyimizin bərpa olunması uğrunda ilk mücadiləsinə başladı. Şəxsi ambisiyalarını xalqın azadlığından üstün tutan ovaxtkı iqtidar SSRİ–nin saxlanmasına münasibət bildirmək üçün referendumun keçirilməsinə razılıq verdiyi bir vaxtda ulu öndər buna öz qəti etirazını bildirdi. Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi altında milli dövlətçilik ənənələrinin bərpasına başlanmışdı. Muxtar Respublikanın adından “sovet, sosialist” sözlərinin götürülməsi, Azərbaycan Cümhuriyyətinin üçrəngli bayrağının qəbul edilməsi Heydər Əliyevin uzaqgörən siyasi dühasından xəbər verirdi. Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Milli məclisinin fəaliyyəti ovaxtkı Azərbaycan iqtidarı üçün nümunə idi.

1991–ci il oktyabrın 18–də Azərbaycan öz müstəqilliyini bərpa etdi. Lakin 1991–1993– illər dövründə Azərbaycan qan içində çapalayırdı. Cəbhədə məğlubiyyətlər, xəyanətlər, hərc–mərclik baş alıb gedirdi. AXC liderləri arasında hakimiyyət uğrunda mübarizə getdiyi bir vaxtda Heydər Əliyevin rəhbərliyi altında vətənpərvərlər partiyası olan Yeni Azərbaycan Partiyası yarandı. Xalqın təkidli tələbi ilə Heydər Əliyevin yenidən respublika rəhbərliyinə qayıdışı ölkədə vətəndaş müharibəsi, dövlətçiliyimizin itirilməsi təhlükəsini aradan qaldırdı. Bununla da Heydər Əliyevin Vətən naminə mücadiləsində yeni dövr başlandı.

Respublikada sabitlik tam bərpa olunduqdan sonra ölkədə hüquqi, demokratik, dövlət quruculuğunu inkişaf etdirmək üçün Heydər Əliyevin rəhbərliyi ilə “Azərbaycan Respublikasının Konstitusiyası”—Əsas Qanunu 1995–ci ildə hazırlanıb qəbul edildi, azad iqtisadiyyat, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğunun hüquqi əsasları yaradıldı.

Heydər Əliyevin hakimiyyəti illərində apardığı islahatlar içərisində ordu quruculuğu böyük əhəmiyyət kəsb edirdi. Ordu quruculuğunu inkişaf etdirmək, möhkəmləndirmək və sürətləndirmək üçün “Müdafiə haqqında” qanun qəbul edildi. Bu qanundan sonra Azərbaycan ordusu günü–gündən inkişaf etdi, müasir hərbi texnika, bacarıqlı kadrlarla təchiz olundu. Silahlı qüvvələrin şəxsi heyətinin döyüş qabiliyyəti artırıldı. Heydər Əliyev Azərbaycanı dünyaya yeni, sivil prizmadan tanıtdırdı. Ulu öndərin sayəsində bizə keçmiş İttifaqın hər yerində hörmət edirdilərsə, müstəqillik əldə etdikdən sonra dünyanın hegemon dövlətləri məmləkətimizi Heydər Əliyevə görə tanıyır, onunla hesablaşırdılar.

Heydər Əliyevin neft strategiyası ölkə üçün böyük əhəmiyyət kəsb etdi. Azərbaycan iqtisadiyyatını uzun sürən böhrandan çıxardı. Neft müqavilələri əsasında respublikaya qoyulan sərmayənin bir qismi qeyrineft sektoruna yönəldilərək həmin sahələrin inkişafına kömək etdi. Heydər Əliyev zəkasının, onun gərgin, inadlı fəaliyyətinin nəticəsi olan Bakı–Tbilisi–Ceyhan əsas neft ixracı kəmərinin, həmçinin Bakı–Tbilisi–Ərzurum qaz kəmərinin region ölkələri üçün nə dərəcədə əhəmiyyət kəsb etdiyi göz qabağındadır.

Heydər Əliyev Azərbaycan Respublikası üçün Şərq–Qərb dəhlizini açdı. Böyük İpək Yolunun bərpası Azərbaycanı dünyanın bütün dövlətləri üçün açıq ölkəyə çevirdi. Böyük İpək Yolunun bərpası təkcə Azərbaycanın deyil, bütün türk dünyasının iqtisadi–mənəvi oyanışında misilsiz rol oynadı.

Heydər Əliyev fenomeninin diqqəti çəkən tərəflərindən birionun diplomatik fəaliyyətidir. Heydər Əliyev diplomatiyası beynəlxalq münasibətlər fonunda dövlətlərin Cənubi Qafqaz regionundakı siyasiiqtisadi maraqlarının Azərbaycan maraqları ilə uyğunlaşdırılması üzərində qurulmuşdu. Ulu öndərin xarici siyasəti beynəlxalq şəraitdə Azərbaycan xalqının əldə etdiyi dövlət müstəqilliyinin qorunub saxlanılmasına və möhkəmləndirilməsinə, habelə məmləkətimizin nüfuzunun artmasına istiqamətləndirilmişdir. Ölkədə daxili sabitliyin yaranmasında, demokratiyanın inkişaf etdirilməsində, neft strategiyasının həyata keçirilməsində, informasiya blokadasının yarılmasında, beynəlxalq danışıqlarda ölkə maraqlarının müdafiə olunmasında ulu öndərin qətiyyətli və zəngin dühası böyük rol oynadı.

Azərbaycanda ulu öndər Heydər Əliyevin dövlət idarəçiliyinin nəzəriyyə və təcrübəsində siyasi ideoloji idarəetmə prinsipləri əsas yer tutur. Ulu öndərin dövlət idarəçilik elmini özünün dərin zəkası, fitri istedadı, yüksək əməli fəaliyyəti ilə zənginləşdirmişdi. Onun dövlət idarəçiliyi sahəsində yaratdığı bu zəngin xəzinə, həm də Azərbaycan xalqının sərvətidir.

Ulu öndərimizin Azərbaycanın çiçəklənməsi və yüksək səviyyədə inkişaf etməsi üçün həyata keçirdiyi islahatlar təkcə iqtisadi sferanı deyil, mədəni həyatımızı da əhatə etmişdir. Azərbaycanın böyük simaları Füzulinin, Üzeyir Hacıbəyovun, Səməd Vurğunun, Cəlil Məmmədquluzadənin və digərlərinin beynəlxalq səviyyədə keçirilən yubileyləri, bir çox incəsənət adamlarının, şairlərinin yaradıcılıq gecələri məhz ulu öndərin şəxsi qayğısı, himayəsi ilə həyata keçirilmişdi.

Dövlət müstəqilliyimizin bərpasından sonra, ulu öndərin ikinci dəfə hakimiyyətə qayıdışı, on il respublikaya rəhbərliyi müasir tariximizə Heydər Əliyev epoxası kimi daxil olmuş və əsrə bərabər tutulan bu illər ərzində Azərbaycan böyük inkişaf yolu keçmiş, ictimaisiyasi, sosialiqtisadi sahələrdə böyük uğurlar qazanmışdır.

Heydər Əliyev siyasəti xalqı irəli, qələbələrə doğru aparmaq siyasətidir. Azərbaycanın gələcəyini düşünən hər bir kəs onunla fəxr etməli və onun qədrini bilməlidir. Bu gün iftixarla demək olar ki, ümummilli liderimiz Heydər Əliyevin qətiyyətlə həyata keçirdiyi daxilixarici siyasət kursu möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

 

 

Fuad MƏMMƏDOV,

Azərbaycan Tibb Univer

sitetinin baş müəllimi

 

Respublika.- 2013.- 14 aprel.- S. 3.