Göyçə
elinin şair oğlu
Azərbaycanımızın kəşməkəşli tarixinə nəzər saldıqda hər dövrün özünün yetirdiyi tarixi şəxsiyyətlərin obrazlarını ya şifahi xalq ədəbiyyatından, ya salnamələrdən, yaxud bədii ədəbiyyatdan oxuyub öyrənir, bəhrələnirik. Hər dəfə mən öz tarixi şəxsiyyətlərimiz barədə məlumat topladıqda içimdə bir narazılıq hissi baş qaldırır, düşünürəm ki, görəsən biz niyə bu qədər qədirbilməzik, əsl həqiqəti deməkdən niyə çəkinirik? Axı başqa xalqlar qəsbkarlarını, zülmkarlarını bizə elə təqdim edirlər ki, deyirsən, dünyanı bu yaradıb? İllər boyu böyük qardaş dediyimiz ruslar I Pyotru Peterburqda 120–130 taxta barak tikdirdiyinə görə Qurucu Pyotr adlandırır, yazıya köçürülmə tarixi bizim “Kitabi–Dədə Qorqud” dastanlarından min il sonraya təsadüf edən “İqor polku haqqında dastan”ı dünyaya bayraq edirlər. Bizsə Azərbaycan tarixinin yazılı abidəsi olan bu möhtəşəm əsəri 2000–ci ildə Heydər Əliyev şəxsiyyətinin sayəsində YUNESKO səviyyəsində dünyaya tanıda bilirik. Bəs Azərbaycanı dünyaya tanıdan, onun çiçəklənməsinə çalışan bu dahi insanın vaxtında qədir–qiymətini bildikmi?
Ölkədəki o
vaxtkı qarışıqlıqda ulu
öndərin adını belə çəkməyə
cürət edən adam çox
az ola bilərdi. Belə
bir zamanda Heydər Əliyev
adının mərkəzdən uzaqda, döyüş bölgəsinin lap yaxınlığındakı Bərdədə
mətbuata gətirilməsi Eldar Həsənlinin
adı ilə bağlıdır. “Bütöv Türk
dünyasının babası Heydər baba”
şeiri ilə şair
sanki “xofu”, ürəklərə
çökmüş qorxunu
sındırdı, ulu öndərin parlaq obrazını poetik
dillə xalqa çatdırdı. Eldar Həsənli dahi rəhbərin
poetik obrazını elə ustalıqla
açmışdır ki, o zaman gənc olan şairin belə bir kamil şeir
yaza bilməsinə şübhə ilə
yanaşır, şeirlə xasiyyətnamə yazmaq
bacarığına şəkk edənlər də olurdu. Ancaq kimlərinsə
xoşuna gəlməsə də, bu, danılmaz həqiqət, əsl sənət
əsəri idi.
Azərbaycan
səslənir sənin adın gələndə,
Bir
ehtiram bəslənir sənin adın gələndə,
Bu
millət əzizlənir sənin adın gələndə,
Bu Vətənə, bu xalqa olmusan sipər,
baba,
Bütöv Türk dünyasının
babası Heydər baba!
Doğrudan da, xalqı fəlakətdən qurtaracaq
sipər olmaq gücünün Heydər
Əliyevə məxsus
olmasını gənc
şair necə də uzaqgörənliklə
qələmə almışdır. Ulularımız
belə yerdə deyiblər: “Ustadına bərəkallah”. Eldar Həsənlinin
tərcümeyi–halını oxuduqda onun əsl
ustadının şeir–sənət
ocağı qədim Göyçə mahalının
ustad şair və aşıqları olduğunu görüb daxili təskinlik tapır, Dədə Ələsgərin ruhunu yaşadan şairi daha dərindən başa düşürsən.
Bu sətirləri yazarkən o zamankı Milli Məclisin iclas zalında həqiqəti dediyinə görə mərhum xalq şairimiz Bəxtiyar Vahabzadəyə
yerlərdən atılan
atmacalar, təhqirlər
yadıma düşdü.
Təsəvvürümə gətirdim ki,
gənc Eldar Həsənliyə həqiqət
mayalı sətirləri
üçün nələr
deyilmiş, hansı təpkilər olmuşdu.
Eldar Həsənli o vaxt yazmışdı:
Sənin
öz əlindədir
dərdimizin çarası,
Sən gəlməsən
millətin sağalarmı
yarası?
Bir də qayıt Vətənə, Gəncə,
Bakı arası,
Öz əlinlə əkdiyin çiçəkləri dər,
baba,
Bütöv Türk dünyasının
babası Heydər baba!
1990–cı
ildə ulu öndərimiz Moskvada olanda Eldar Həsənli
başqa bir şeirində yazırdı:
Axı dünya baş əyibdi əvvəl–axır
od oğluna,
Qeyri millət qoya bilməz Heydər kimi ad oğluna,
Sinən
üstə neçə
heykəl yapdırmısan
yad oğluna,
Əcdadına niyə heykəl qoyammadın, Azərbaycan?!
Köləlikdən, əsarətdən
uzaq dayan,
Azərbaycan!
Bu şeirin o zaman
dillərdə gəzməsinin
şahidi olanlar çoxdur.
Eldar Həsənlinin
özünü dinlədikdə,
çap olunmuş şeirlərini oxuduqda onun daxili aləmindəki
qədirbilənliyin böyüklüyünə
həsəd aparmamaq olmur. Onun Göyçə mahalının adlı–sanlı
el ağsaqqallarına, elm adamlarına,
sadə əməkçilərə
həsr etdiyi şeirlərin hər birində böyüklük
var.
Bir–birindən mənalı şeirlərində
hər bir olayı olduğu kimi bədii dillə ifadə edir.
Həsənli, ömrümüz dağınıq,
sərgin,
Ötüşür həftəmiz, ayımız
gərgin.
Oğlu
əsir düşüb,
qızı didərgin
Açılmır qabağı, qaşı bu xalqın.
Xalqa canıyananlıqla
deyilmiş bu misralarda şairin ürək ağrılarını
duymamaq mümkün deyil.
Eldar Həsənlinin
qoşmalarındakı ritmiklik,
təcnislərindəki təkrarsızlıq,
şeirlərində dilin
bütün imkanlarından
istifadə etmək bacarığı diqqəti
cəlb edir.
Eldar Həsənlinin
yaradıcılığından saatlarla danışmaq, cildlərlə kitablar yazmaq olar. Sazlı–sözlü bu təkrarsız şairin xalq arasında böyük nüfuzu, hörməti vardır.
Öz təkrarolunmaz
yaradıcılığına sədaqətli şair yorulmadan yeni–yeni sənət nümunələri
yaradır. Şair qardaşımıza yeni–yeni yaradıcılıq
uğurları arzulayırıq.
Eldar NADİR,
şair–publisist
Respublika.- 2013.- 14 aprel.- S. 8.