Sizə xidmət edən “Orli Service”
Azərbaycan
müstəqillik əldə etdikdən sonra ölkəmizin
sosial–iqtisadi vəziyyəti olduqca ağır idi. Ötən əsrin
90–cı illərinin əvvəllərində bir yandan
torpaqlarımızın bütövlüyü uğrunda
aparılan mübarizə, digər tərəfdən, dövlət
strukturları arasındakı daxili çəkişmələr
vəziyyəti gündən–günə daha da
ağırlaşdırmış, Azərbaycanı məhv
olmaq təhlükəsi ilə üz–üzə qoymuşdu.
Belə bir ağır məqamda xalqın son ümid yeri olan
ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə
gəldi. Qısa müddətdə uzaqgörənliklə,
ölkənin gələcək inkişafına nəzərdə
tutulan iqtisadi islahatlara start verildi. Aparılan gərgin və məqsədyönlü
işlər nəticəsində iqtisadi sahədəki tənəzzülün
qarşısı alındı. Ordu quruculuğuna xüsusi
diqqət yetirildi. Sahibkarlığın inkişafına
yaradılan şərait yeni–yeni müəssisələrin,
xidmət obyeklərinin işə salınmasına rəvac
verdi.
Azərbaycan
Prezidenti İlham Əliyev 2003–cü ildə ilk dəfə
dövlət rəhbəri seçildikdən sonra Heydər Əliyev
siyasi kursunu ləyaqətlə davam etdirdi. Ötən 10 ildə
qəbul edilmiş regionların sosial–iqtisadi inkişafı
dövlət proqramları, eləcə də müxtəlif
sahələrin inkişaf etdirilməsi ilə bağlı qəbul
edilmiş qanun və sərəncamların uğurla icrası
ölkəmizin böyük nailiyyətlər qazanmasına
şərait yaratmışdı. Təsadüfü deyil ki,
qazanılmış sosial–iqtisadi nailiyyətlər nüfuzlu
beynəlxalq reytinq agentliklərinin hesabatlarında da öz əksini
tapmış, “Doing Business–2013″ hesabatında mövqeyimiz
yaxşılaşmışdır. Dünya İqtisadi
Forumunun hesabatında Azərbaycan dünyanın 50 ən rəqabətqabiliyyətli
iqtisadiyyatları qrupuna daxil olmuş və son üç ildə
olduğu kimi MDB ölkələri arasında birincilik
mövqeyini qoruyub saxlamışdır
Azərbaycanda
sahibkarlığa göstərilən dövlət
qayğısından yararlanaraq fəaliyyətə başlayan
xidmət sahələrindən biri də 1999–cu ildə
yaradılmış “Orli Service” şirkətidır. 14 ildən
artıqdır ki, “Orli Service” yerli bazarda ən tələbkar
müştərilərin tələbatına uyğun
uğurla fəaliyyət göstərir. Şirkətimiz
müxtəlif səpkili tədbirlər təşkil etməkdə
geniş təcrübəyə malikdir. Bu gün “Orli” şirkətlər
qrupuna “Orli Tekstil” və “Orli Flowers” kimi şöbələr
də daxildir.
Şirkətin
əsas fəaliyyəti təşkilatçılıq və
bütün növ tədbirlərin tərtibatıdır.
Buraya təqdimatlar, ictimai və dövlət müəssisə
və təşkilatlarının, alış–veriş mərkəzlərinin
və butiklərin açılışlarının ən
yüksək səviyyədə təşkil edilməsi, toy,
ad günləri, ildönümlər, uşaq ad günləri,
korporativ ziyafətlər, konfranslar, təlimlər, gəzintilər
və başqa bu kimi mərasimlərin zövqlə tərtibatı,
təşkili və həyata keçirilməsi daxildir. Biz həyata
keçirdiyimiz bütün işlərə var qüvvəmizi
sərf edirik ki, həmin hadisələr insanlarda gələcəkdə
ən xoş xatirələrindən birinə çevrilsin.
Fəaliyyətinin
14 ili ərzində bizim şirkət özünü ciddi,
peşəkar və mobil tərəfdaş kimi tanıda bildi.
Məhz bu keyfiyyətlərinə görə, şirkətimiz
2011–ci ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
“İlin şirkəti” adına, 2012–ci ildə “Milli Ugur
mükafatı”na layiq görülüb və “Qrand–2011″
nominasıyasında “Yaxşıların yaxşısı”,
2013–cü ildə “Caspian energy Award”ın təqdimatında tədbirlərin
təşkili üzrə “İlin şirkəti” kimi
tanınıb. Bu gün əminliklə deyə bilərik ki,
“Orli”nin əməkdaşları müxtəlif həcmli istənilən
tədbirlərin həyata keçirilməsinə təminat
verir.
Təsadüfi
deyil ki, neçə–neçə dövlət əhəmiyyətli
obyeklərin açılış mərasimlərinin təşkili
məhz bizim şirkətə etibar edilmişdir. Quba, Qazax,
Zaqatala, Qusar və Şamaxıda Olimpiya komplekslərinin
açılışları, həmçinin 9 sentyabr 2012–ci
ildə Şəkidə Heydər Əliyev Mərkəzinin və
İcra Hakimiyyəti binasının təməlqoyma mərasimi,
konserv və kərpic zavodlarının, Zaqatala şəhər
stadionunun, Qazaxdakı sement zavodunun
açılışları, Qubada keçirilən voleybol
üzrə Avropa çempionatının hazırlıq mərasimləri
şirkətimiz tərəfindən yüksək səviyyədə
həyata keçirilmişdir. Bütün tədbirlərdə
səhnələrin xüsusu tərtibatı, hava
şarları və iri şarlarla bəzədilməsi, lazer
şoular və başqa rəngarəng elementlərdən
istifadə etmişik.
Sirr deyil
ki, toy mərasimləri həyatımızın ən
yaddaqalan anlarından biridir. Bizim şırkət bu sahədə
böyük təcrübəyə malikdir və toy mərasimlərinin
təşkili maraqlı yaradıcılıq prosesidir. “Orli”nin
əməkdaşları sifarişçilərin
zövqünə uyğun ssenarilərin hazırlanması, dəbdəbəli
məclislərin, tortların, eləcə də ən
kiçik nüansların yaddan çıxarılmaması
üçün bütün lazımi hazırlıqları həyata
keçirir. Var qüvvəmizlə
çalışırıq ki, bu əlamətdar gün yeni
ailə quran gənclərin, cütlüklərin həyatında
unikal bir xatirə kimi əbədi yaşasın.
Daha bir
xidmətimiz isə ad günləri və yubileylərin təşkil
edilməsidir. Ad günü və ya illik yubileylərdə hər
şey sizin üçün və yalnız sizin
üçün nəzərdə tutulur.
Çalışırıq ki, həmin günün əsas qəhrəmanı
olaraq tədbir iştirakçılarının diqqəti
yalnız sizə yönəlsin.
İnsan
həyatında elə anlar olur ki, həmin günün
xüsusilə yaddaqalan olmasını istəyir. Şirkətimizin
işçiləri böyüklər üçün ad
günlərini elə təşkil edir ki, gözləmədiyiniz,
əlçatmaz saydıqlarınız belə gerçəkləşir.
Ad günü münasibətilə sizi təbrik edənlər
müxtəlif hədiyyələr alaraq gözəl anlar
yaşatmağa çalışırlar. Həmin gün həyatdan
zövq almaq istədiyin vaxt, bir yandan da hazırlıq işləri
ilə məşğul olmaq, doğrudan da, sizə əlavə
yük və qayğılar yaradır. Bizim təklif etdiyimiz
xidmətlər isə bayram təşkilinə əlavə
vaxt ayırmaqdan sizi qurtarar, həyatınızın ən
gözəl günlərindən birini şən və
qayğısız keçirməyə şərait yaradar.
Uşaq
bayramlarının, onların ad günlərinin təşkili
daha çox diqqət tələb edir. Uşaqların nəyi
daha çox sevməsi, hər şeyi onların istəyinə
uyğun hazırlamaq heç də asan məsələ deyil.
Elə buna görə də biz uşaqların ad günü
mərasimlərini təşkil edərkən müxtəlif
ssenarilər hazırlayır, nağıl qəhrəmanları
ilə görüşlər, onların fərdi istəkləri
nəzərdən keçirilir.
Bizim
kollektivimiz uşaq doğum günlərindən başqa
onların uşaq bağçası və ya məktəbi
bitirmələri, sifarişçinin istəyinə uyğun
digər əlamətdar hadisələrin təşkilini də
yüksək peşəkarlıqla tamamlamağa təminat
verir. Nağıl qəhrəmanları, klounlar, sehrbazlar, kukla
teatrının aktyorlarının ifasında maraqlı səhnəciklər,
dəniz quldurları və neçə–neçə
sürprizlər xidmətlərimizə xüsusi bir
şirinlik qatır.
Təqdimatların
təşkili sizin şirkətin öz məhsul və xidmətlərini
təqdim etmək üçün əlverişli bir
şansdır. Təqdimatlar və konfranslar olduqca ciddi bir
işdir və bu sahədə peşəkarların köməyi
olmadan uğur qazanmaq asan deyil. Bizim şirkətin belə tədbirlərin
təşkili işində də təcrübəsi
böyükdür. Şirkətimiz müştərilər
qarşısında götürdüyü öhdəliklərə
həmişə məsuliyyətlə yanaşır.
“Orli
Service”in strukturuna daxil olan “Orli Flowers” restoran, ofis, ticarət
zalları, toy karvanlarının çiçəklərlə
bəzədilməsini həyata keçirir. Obyektlərin
çiçəklərlə bəzədilməsi bir bayram
ovqatı yaradır, onun zərif forma və rəngləri,
bir–birindən fərqli ətri toplaşanlara xüsusi zövq
verir.
Toy mərasimlərinin çiçəkli dizaynı haqqında xüsusi danışmaq istəyirəm. Otaq təntənəli, parlaq, unikal şəkildə gül ilə bəzədilir. Ümumilikdə istənilən obyektlərin çiçəklərlə bəzədilməsi xidmətlərimizdə xüsusi bir yer tutur.
“Orli
Service”in strukturuna daxil olan qurumlardan digəri isə “Orli
Tekstil”dir. İstənilən şirkət əməkdaşları
üçün geyim formaları, gödəkçələr
tikən bizim işçilər öncə iş şəraiti,
brendin dizaynı, ofisin rənglənməsi və digər
faktorlara diqqət yetirirlər. Yalnız bundan sonra geyimlərin
forması və rəngi sifarişçi ilə
razılaşdırılaraq geyimlər hazırlanır.
Bundan
başqa, ofis və şirkətlər üçün
xüsusi dizayna malik yaraşıqlı pərdələr,
restoranlar üçün stol örtükləri, xidməti
işçilərin geyimlərini zövqlə
hazırlayırıq.
Azərbaycan
bu gün sürətlə inkişaf edir. Bütün sahələrdə
hiss edilən bu inkişaf insanların həyat səviyyəsinə
də müsbət təsir göstərir. Bu baxımdan bizim
təklif etdiyimiz xidmətlərdən gələcəkdə
əhalinin böyük bir qisminin istifadə etməsi gözlənilir.
Bundan sonra da işimizi hər an təkmilləşdirərək
tətbiq etdiyimiz yeniliklərlə xalqımıza göstərdiyimiz
xidmətlərin çeşidini artırmaq niyyətindəyik.
Lali
Palaqaşvili,
“Orli Service” şirkətinin Baş
direktoru
Respublika.- 2013.- 14 aprel.- S. 8.