Ümummilli lider müasir Azərbaycan dövlətinin qurucusudur

 

Tarixi təcrübə göstərir ki, şəxsiyyət tarixi deyil, tarix şəxsiyyəti yaradır. Lakin bu da bir həqiqətdir ki, şəxsiyyət tarixi hadisələrin istiqamətini dəyişə bilər. Məhz ümummilli lider Heydər Əliyev tarixi hadisələrin istiqamətini millətimizin xeyrinə dəyişən bir şəxsiyyət olmuşdur.

Ümummilli lider Heydər Əliyev respublikamıza uzun illər rəhbərlik etmişdir. O, 14 iyul 1969–cu ildə respublika rəhbəri seçilərkən respublikamız keçmiş SSRİ–nin müttəfiq respublikaları arasında sonuncu yerlərdən birini tuturdu: sənaye istehsalı, kənd təsərrüfatı məhsullarının istehsalı və dövlətə satışı planları yerinə yetirilmir, respublikada özbaşınalıq və vəzifədən sui–istifadə hallarına yol verilir, insanlar vəzifəyə proteksiya və digər qanunsuz yollarla irəli çəkilir, hər sahədə partiya və dövlət intizamı kütləvi surətdə pozulurdu.

Azərbaycan KP MK–nın avqust (1969–cu il) Plenumunda ümummilli lider Heydər Əliyevin məruzəsində respublikada xalq təsərrüfatına və mədəni quruculuğa dövlət rəhbərliyini əsaslı surətdə yaxşılaşdırmaq, partiya və dövlət intizamını möhkəmləndirmək, kadrlara qarşı tələbkarlığı gücləndirmək və onların məsuliyyətini artırmaq xətti müəyyən olunmuşdu. Bu xətt respublika rəhbərinin sonrakı məruzə və çıxışlarında inkişaf etdirilərək, elmi surətdə əsaslandırılmış, qəbul olunmuş qərarları yerinə yetirmək və mövcud nöqsanları aradan qaldırmaq sahəsində respublikanın dövlət və təsərrüfat təşkilatlarının, əmək adamlarının fəaliyyət proqramı olmuşdur.

Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi ilk dövrdən dövlət orqanlarının fəaliyyətindəki çatışmazlıqlara və məmur özbaşınalığına qarşı ciddi mübarizəyə başladı. Azərbaycan KP MK–nın 30 dekabr 1969–cu il tarixli Büro iclasında milis orqanlarının fəaliyyətində ciddi çatışmazlıqlar haqqında məsələ müzakirə edilərək, müvafiq qərar qəbul edilmişbu qərarda məmur özbaşınalığına kəskin qiymət verilmişdir.

Ümummilli lider Heydər Əliyev respublika rəhbəri seçildikdən qısa müddət sonra bütün sahələrdə vəziyyət yaxşılığa doğru dəyişdi. Belə ki, növbəti ildən başlayaraq sənaye və kənd təssərrüfatı məhsullarının istehsalı və dövlətə satış planları artıqlaması ilə yerinə yetirildi və ilbəil bu göstəricilər yüksəlməyə başladı. İstehsal sahəsində olduğu kimi, elm, təhsil, mədəniyyət sahəsində də sıçrayışlı inkişafın əsası qoyuldu, ölkədə partiya və dövlət intizamı yüksəldi.

Heç də təsadüfi deyildir ki, ümummilli lider Heydər Əliyev 1993– il iyun ayının 15–də hakimiyyətə qayıdışından sonra imzaladığı “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğunhüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” 1994– il 9 avqust tarixli fərmanı ölkədə cinayətkarlıqla mübarizə, daxili sabitliyin təmin edilməsi, ictimai qaydaqanunun, vətəndaşların hüquqqanuni mənafelərinin qorunması işində müstəsna rol oynamışdır. Fərmanda cəmiyyətdə rüşvətxorluq və korrupsiya kimi cinayətlərin geniş yayılmasının xüsusi narahatlıq doğurması qeyd edilmişdir.

Həmin fərmanda ulu öndər Heydər Əliyev hüquq–mühafizə orqanlarından, mülkiyyət formasından asılı olmayaraq, idarə, təşkilat və müəssisə rəhbərlərindən ölkədə cinayətkarlığın qarşısının alınması üçün təsirli tədbirlər görülməsini tələb etmişdi.

18 oktyabr 1991–ci ildə respublikamız keçmiş SSRİ–nin süqutu ərəfəsində öz tarixi dövlət müstəqilliyini bərpa etdi. Təsadüfi deyildir ki, ümummilli lider Heydər Əliyev demişdir: “1991–ci ildə dövlət müstəqilliyini bərpa edən xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin qısamüddətli fəaliyyətinin zəngin ənənələrindən istifadə etmişbu tarixi varislik üzərində müstəqil Azərbaycan dövlətini yaratmışdır”.

Azərbaycan Respublikası 18 oktyabr 1991–ci ildə öz tarixi dövlət müstəqilliyini bərpa etsə də, müstəqilliyin ilk illəri heçhamar olmamışdır. Həmin dövrdə cərəyan edən hadisələr indiki nəslin yaxşı yadındadır: kütləvi hərc–mərclik, səriştəsizlik, qanunsuz silahlı dəstələrin özbaşınalığı, respublika iqtisadiyyatındakı durğunluqbir çox hallarda bu sahədə geriləmə baş alıb gedirdi.

Məhz bunlar 1993– ilin birinci yarısında xüsusi kəskinliyi ilə özünü göstərdi. Ən pisi o idi ki, ölkə xaos, vətəndaş müharibəsi vəziyyətinə gəlib çıxmışdı.

Belə bir vəziyyətdə xalqın təkidi ilə, o zaman hakimiyyətdə olan iqtidarın və Azərbaycan Respublikası Ali Soveti deputatlarının xahişi ilə Heydər Əliyev hakimiyyətə qayıtmağa razılıq verdi. Lakin o, birbaşa hakimiyyətə gəlmədi. O, əvvəl Gəncə şəhərinə getdi, Gəncə hadisələrinin nəticələri ilə tanış olduqdan sonra Bakıya qayıdaraq, 15 iyun 1993– il tarixdə Azərbaycan Respublikası Ali Sovetinin sədri vəzifəsinə seçildi. Bundan sonra ölkədə daxili stabilliyin bərpası üçün əsaslı tədbirlər görüldü. “Əsrin müqaviləsi” imzalandı, Bakı–Tibilisi–Ceyhan neft ixracı boru kəmərinin tikintisinə başlandı və hazırda bu neft kəməri səmərəli fəaliyyət göstərir.

Bu böyük şəxsiyyətin siyasi müdrikliyi, uzaqgörən siyasəti nəticəsində artıq əldən getməkdə olan müstəqilliyimiz, milli azadlığımız qorunub saxlandı və daha da möhkəmləndirildi. Ümummilli lider Heydər Əliyevin siyasi müdrikliyi, uzaqgörən siyasəti nəticəsində 1994– ilin oktyabr və 1995–ci ilin mart hadisələrinin—dövlət çevrilişinə cəhd cinayətlərinin qarşısı alındı. Xalqın birliyinə, dəstəyinə arxalanan ümummilli lider Heydər Əliyev Konstitusiya səlahiyyətlərindən istifadə etməklə, nəinki dövlət çevrilişinə cəhd cinayətlərinin qarşısını aldı, həm də silahlı yolla hakimiyyəti ələ keçirmək cəhdlərinə birdəfəlik son qoydu.

Heydər Əliyevin sədrliyi ilə yaradılmış komissiyanın hazırladığı Konstitusiya layihəsinin 12 noyabr 1995–ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilməsi isə müstəqillik yoluna qədəm qoymuş respublikamızın tarixində ən parlaq səhifələrindən biridir.

Konstitusiyanın preambulasında göstərilir ki, Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət quruculuğunu bəyan edir. Başqa sözlə, öz tarixi müstəqiliyini bərpa etmiş Azərbaycan Respublikası hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunu özü üçün inkişaf yolu seçmişdir.

Konstitusiyada ilk dəfə dövlət hakimiyyətinin qollara bölünməsi prinsipi öz əksini tapmışdır. Belə ki, Konstitusiyanın 7–ci maddəsinin III hissəsinə əsasən dövlət hakimiyyətinin qanunvericilik hakimiyyətinə, icra hakimiyyətinə və məhkəmə hakimiyyətinə bölünməsi prinsipi təsbit edilmişdir. Beləliklə, keçmiş sovet konstitusiyalarından fərqli olaraq ilk dəfə Konstitusiyamızda dövlət hakimiyyətinin bölgüsü prinsipi həyata keçirilmişdir.

Konstitusiyanın 158 maddəsindən 48–i, başqa sözlə, üçdə biri insan və vətəndaş hüquqları və azadlıqlarına həsr edilmişdir. Konstitusiyanın 12–ci maddəsinin I hissəsində göstərilir: “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.

Müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbulundan sonra 1996–cı ildən etibarən ölkədə hüquqi islahatlar aparılmasına başlandı.

Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının həyata keçirilməsi, demoktarik təsisastların və qanunun aliliyi prinsipinin möhkəmləndirilməsi, hüquqi islahatların aparılması sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin qarşılıqlı fəaliyyətinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 21 fevral 1996–cı il tarixli sərəncamına əsasən ölkə başçısının sədrliyi ilə Azərbaycan Respublikası Prezidentinin yanında Hüquqi İslahatlar Komissiyası yaradılmışdır.

Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbulundan sonra Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 1996–2012–ci illərdə 3030 qanun və 502 qərar qəbul edilmişdir. Həmin dövrdə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən cinayət, cinayət–prosesual məcəllələri, mülki, mülkiprosesual məcəllələri, polis haqqında, prokurorluq haqqında, vəkillik haqqında, notariat haqqında, bələdiyyələrin statusu haqqında və s. qanunlar qəbul edilmişdir.

Ümummilli lider Heydər Əliyev demişdir: “Azərbaycanda dövlətçilik möhkəmlənib, demokratik prinsiplər bərqərar olunubdur. Demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi uğurla, sürətlə həyata keçirilir”.

Ölkədə demokratik islahatlar kursu həyata keçirilməyə başladı, ilk dəfə olaraq respublikamızda üçpilləli məhkəmə sistemi yaradıldı. Artıq Azərbyacanda yeni iqtisadi sistemin formalaşdırılması, iqtisadiyyat sahəsində demokratik islahatların həyata keçirilməsi, bazar iqtisadiyyatının formalaşdırılması üçün müvafiq hüquqi baza yaradılmışdır.

Torpaqaqrar islahatlar haqqında, özəlləşdirmə, sahibkarlığın inkişafı, vergi, maliyyə–bank sisteminin yenidən qurulması, ticarətin liberallaşdırılması, inhisarçılığın aradan qaldırılması və rəqabətin inkişafı barədə, əhalinin sosial müdafiəsini təmin edən bir sıra mühüm qanunvericilik aktları qəbul edilmişdir.

1998–ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə Şərqdə, ilk dəfə olaraq, müstəsna cəza tədbiri—ölüm cəzası cinayət cəzalarının sistemindən çıxarılmış, başqa sözlə, ölüm cəzası ləğv edilmiş, bununla da ümummilli liderin humanistliyi bütün dünyada bir daha təsdiqlənmişdir.

Ölkəmizdə insan və vətəndaş hüquqları və azadlıqlarının müdafiəsi işində ümummilli lider Heydər Əliyevin 1998–ci il fevral ayının 22–də imzaladığı “İnsan və vətəndaş hüquqları və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərmanı və 18 iyun 1998–ci il tarixli sərəncamı ilə təsdiq edilmişİnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” mühüm rol oynamışdır.

Respublikamız öz müstəqiliyini bərpa etdikdən sonra xarici ölkələrlə əlaqələri genişlənmiş və dərinləşmişdir. Təsadüfi deyildir ki, 2001–ci ilin yanvar ayında, Azərbaycan Respublikası, Avropa Şurası kimi, mötəbər beynəlxalq təşkilata tamhüquqlu üzv qəbul edilmiş, Fransanın Strasburq şəhərində Avropa Şurasının iqamətgahı önündə müstəqil dövlətimizin üçrəngli bayrağının ucaldılması ümummilli lider Heydər Əliyevin apardığı uzaqgörən, məqsədyönlü, çevikmüdrik daxilixarici siyasətinin məntiqi nəticəsi hesab edilməlidir.

Son illər ölkəmizdə aparılan məhkəmə–hüquq islahatlarının tərkib hissəsi kimi penitensiar sistemin də demokratikləşdirilməsi, beynəlxalq norma və standartların tələblərinə uyğunlaşdırılması istiqamətində müsbət işlər görülmüşdür.

Ümummilli lider Heydər Əliyevin bütün həyat və fəaliyyəti, müstəqilliyimizin qorunması sahəsində yorulmaq bilmədən apardığı mübarizəsi, xüsusilə respublikamız dövlət müstəqilliyi əldə etdikdən sonra bu istiqamətdə atdığı cəsarətli addımlar nəticəsində dövlətçiliyimiz daha da möhkəmlənmiş, onun beynəlxalq nüfuzu artmışdır. Ölkəmizin ictimaisiyasi həyatının bütün sahələrində ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə köklü islahatlar, o cümlədən iqtisadi, hüquqi islahatlar həyata keçirilmişdir.

Hazırda bu islahatlar ümummilli lider Heydər Əliyev idarəçilik məktəbinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin başçılığı ilə uğurla həyata keçirilirdaha da inkişaf etdirilir.

Yaxşı yadımdadır. 1975–ci ilin oktyabr ayında respublika prokurorluq orqanlarının bir qrup əməkdaşı ilə birlikdə məni də rayon prokuroru vəzifəsinə tövsiyə etdilər. Həmin dövrün qaydaqanununa görə müstəqil vəzifəyə təqdim edilmiş namizəd Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi tərəfindən qəbul edilirsonra onun namizədliyi Mərkəzi Komitə katibliyində təsdiq olunurdu. Qəbulda təxminən 20 nəfərdən çox hüquq mühafizə orqanlarının işçisi vardı, onlardan, səhv etmirəmsə 6 nəfəri prokurorluq işçisi idi. Biz hamımız Heydər Əliyevin qəbul otağına yaxın otaqların birində gözləyirdik. O, bizi qəbul edərkən təxminən otuz dəqiqə çıxış etdi, tövsiyə və tapşırıqlarını verdi.

Qəbuldan sonra bizi katibliyin iclası keçirildiyi otağa dəvət etdilər və namizədliyimizi təsdiq etdilər.

Ümummilli lider Heydər Əliyevin qəbulunda olmaq şərəfinə ikinci dəfə 1980–ci ildə nail oldum. Həmin vaxt mənim Qutqaşın (indiki Qəbələ rayonu–İ.A.) rayon prokuroru vəzifəsinə namizədliyim irəli sürülmüşdü. Həmin vaxt ulu öndərin qəbulunda beş nəfər idik. Ümummilli lider Heydər Əliyev bizi mehriban qarşılayıb, oturmağa yer göstərdi və təxminən, iyirmi dəqiqə çıxış etdi. Çıxışının axırında dedi:

Siz rayon partiya komitəsi birinci katiblərinin köməkçilərisiniz. Lakin bu o demək deyildir ki, siz onların qanunsuz əməllərinə göz yummalısınız. Siz belə hallarda çalışın onları yoldaşcasına başa salın. Lakin bu alınmasa bizə — Mərkəzi Komitəyə müraicət edin.

Respublika rəhbərinin bu sözlərindən sonra biz yüksək əhval–ruhiyyə ilə xidmət etdiyimiz rayonlara qayıtdıq.

Ümummilli lider Heydər Əliyevin çıxışlarında, görüşlərində söylədiyi fikirlərə əsaslanaraq belə nəticəyə gəlmək olar ki, hüquqi dövlət quruculuğu yolunda respublikamızın qarşısında duran vəzifələri təxmini olaraq aşağıdakılardır: müstəqil dövlətçiliyimizin daha da möhkəmləndirilməsi və ərazi bütövlüyünün təmin edilməsi; ölkədə aparılan hüquqi islahatların uğurla başa çatdırılması; milli iqtisadiyyatımızın hərtərəfli inkişafına nail olunması, bu işdə xarici investorların geniş iştirakına şərait yaradılması; insan və vətəndaş hüquq və azadlıqlarının daha etibarlı qorunmasını təmin etmək məqsədilə demokratiyanın daha da inkişaf etdirilməsi; ölkəmizin bütün sahələrdə dünya birliyi ölkələrinə inteqrasiyasının gücləndirilməsinin təmin edilməsi; azad bazar iqtisadiyyatı şəraitində əhalinin yerləri ilə təmin olunması, iqtisadi islahatların uğurla başa çatdırılması nəticəsində əhalinin maddi rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsindən ibarətdir.

Yazını ümummilli lider Heydər Əliyevin kəlamı ilə bitirmək istəyirəm: “Bu gün böyük iftixar hissi ilə deyə bilərik ki, biz artıq öz taleyimizin, öz ölkəmizin sahibiyik və Azərbaycanın dövlət müstəqilliyi əbədidir, daimidir”.

 

 

İlham Abbasov,

Azərbaycan Respublikası Ədliyyə

Akademiyasının prorektoru—hüquq

üzrə fəlsəfə doktoru, Baş ədliyyə

müşaviri, prokurorluğun fəxri işçisi

 

Respublika.- 2013.- 17 aprel.- S. 9.