Müstəqil Azərbaycanın məhkəmə–hüquq islahatları

 

Liderlik institutu bəşər tarixində uzun təkamül və inkişaf yolu keçərək müasir mərhələyə gəlib çatmış, aktuallığını itirməmişdir. Tarix sübut edir ki, hər bir xalqın davamlı və sabit inkişaf yolunu hansısa taleyüklü mərhələdə ona rəhbərlik etmiş fenomenal keyfiyyətlərə malik lider müəyyənləşdirir. Milli özünütəsdiqin parlaq ifadəsinə çevrilmiş müstəqil dövlətçilik konsepsiyası da məhz belə fenomenal liderlərin adı ilə bağlı olur.

XX əsrdə xalqımızın yetirdiyi ən böyük şəxsiyyət olan Heydər Əliyevin müdrikliklə müəyyənləşdirdiyi yol bu gün müstəqil Azərbaycanın alternativsiz inkişaf strategiyasına çevrilmişdir. Ümummilli liderlik səviyyəsinə yüksəlmiş bu fenomen şəxsiyyət, ilk növbədə, milli dövlətçiliyin ideolojisiyasi əsaslarını mükəmməl konsepsiya halına gətirmiş, müstəqilliyimizin dönməzliyini təmin etmiş, xalqın və dövlətin söykənəcəyi təməl prinsiplərini irs olaraq formalaşdırmışdır.

Dahi rəhbər respublikaya idarəçiliyinin hər iki mərhələsində azərbaycançılığı milli ideyaya çevirmiş, müstəqilliyin möhkəmləndirilməsini, Azərbaycanın davamlı iqtisadi, hüquqi və mədəni inkişaf yoluna çıxarılmasını həmin ideyanın başlıca konturları kimi müəyyənləşdirmişdir. Bu ideya həm də respublikanın demokratik, hüquqi, dünyəvi dövlətə çevrilməsi, ərazi bütövlüyüsuverenliyinin bərpası, beynəlxalq miqyasda mənafelərinin etibarlı şəkildə qorunması kimi ümdə məqsədləri özündə ehtiva edir. Heydər Əliyevin dərin dövlətçilik təfəkkürü sayəsində həyata vəsiqə alan azərbaycançılıq ideyası hər bir vətəndaşın maraqlarını özündə ehtiva etməklə, xalqın daimi birliyində, həmrəyliyində vacib amil kimi özünü doğruldur.

Möhtərəm Prezidentimiz İlham Əliyevin 21 yanvar 2013– il tarixdə imzaladığı “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” sərəncamında deyilir: Mövcud siyasi, iqtisadisosial böhran müstəqilliyimizin ilk illərində Azərbaycanı vətəndaş müharibəsi həddinə çatdırdığı bir dövrdə Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəldiyi gün — 1993– ilin 15 iyunu tariximizə Qurtuluş Günü kimi daxil olmuşdur. Bu qurtuluş qısa bir zamanda özünü nəinki siyasətdə, həm də iqtisadiyyatda, təhsildə, mədəniyyətdə və insanların gündəlik real həyatında büruzə vermişdir”.

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan cəmiyyətində müstəqil dövlətçilik ideyalarının praktik şəkildə bərqərar olmasına fundamental əsaslar yaranmışdır. Ölkə xaosdan, vətəndaş müharibəsindən, hərc–mərclikdən, hüquqi nihilizmdən, bir sözlə, dövlətçiliyini itirmək təhlükəsindən qurtulmuşdur. 1994– ilin oktyabr, 1995–ci ilin mart hadisələrində Heydər Əliyev özünün qətiyyəti ilə Azərbaycan dövlətçiliyini ağır faciələrdən xilas etmiş, siyasi sabitliyi təmin etməklə yanaşı, demokratikhüquqi dövlət modeli konsepsiyasını da uğurla həyata keçirməyə başlamışdır.

Hər bir azərbaycanlı bu ideologiya və baxışlar sistemində özünün ictimai dəyərlər dərəcəsinə yüksəlmiş istək və arzularının dolğun ifadəsini tapır, özünü inkişaf prosesinin müşahidəçisi deyil, fəal iştirakçısı qismində görür. Yəni “Azərbaycanın davamlı inkişafının Heydər Əliyev konsepsiyası” ümummilli ideyanın təmin edilməsi ilə yanaşı, hər bir fərdin şəxsi idealının həyata keçirilməsini nəzərdə tutan prinsip və vəzifələri üzvi şəkildə əks etdirir. Əslində, Heydər Əliyev ideyalarını müstəsna edən və onun uğurunu şərtləndirən başlıca cəhətlərdən biri də məhz budur.

Böyük strateq bütün həyatı boyu haqqa, ədalətə, qanunçuluğa tapınan şəxsiyyət olduğundan, respublikada hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinə də xüsusi həssaslıqla yanaşırdı. Məhz buna görə də ictimai həyatın digər sahələrində olduğu kimi, hüquq sistemində də köklü islahatların reallaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirildi. 1995–ci ildə ümummilli liderin rəhbərliyi ilə hazırlanaraq qəbul edilmiş ilk milli Konstitusiya demokratik quruluşunhüquqi dövlətin möhkəm təməlini qoydu. Konstitusiyanın müddəalarının həyata keçirilməsi, demokratik təsisatların və qanunun aliliyi prinsipinin möhkəmləndirilməsi məqsədilə müxtəlif komissiyalar yaradıldı. Hüquqi islahatlara müstəsna əhəmiyyət verən ulu öndər Hüquqi İslahatlar Komissiyasına rəhbərliyi bilavasitə öz üzərinə götürərək bu islahatların mütəşəkkil və sürətli aparılmasını təmin etdi. Qısa müddət ərzində ölkəmizin bugünü və gələcəyi naminə son dərəcə vacib, əhəmiyyətli, habelə hüquq sisteminin mahiyyətini müəyyən edən yeni qanun və məcəllələr qəbul edildi. Bu qanunvericilik aktları beynəlxalq səviyyəli mütəxəssislər tərəfindən ekspertizadan keçirilməklə yüksək dəyərləndirildi.

İnsan haqlarının etibarlı qorunması dövlətin prioriteti kimi müəyyən edilərək respublikamız insan hüquq və azadlıqlarının təminatı sahəsində bütün əsas beynəlxalq konvensiyalara qoşuldu, 1993– ildən ölüm cəzasının icrasına veto qoyuldu. 1998–ci ildə isə Şərqdə ilk dəfə olaraq Azərbaycanda bu cəza növü tamamilə ləğv edildi, əfv və amnistiya institutları geniş tətbiq edilməyə başlandı. Ölkəmizdə insan haqlarının müdafiəsinə dair mühüm normativ aktlar qəbul olundu, bu sahədə xüsusi Dövlət Proqramı hazırlanaraq həyata keçirilməyə başlandı və İnsan hüquqları üzrə müvəkkil (ombudsman) institutu yaradıldı.

Aparılan məhkəmə–hüquq islahatı nəticəsində Konstitusiya Məhkəməsi təsis olundu, 2000–ci ildən yeni, əvvəlki məhkəmə sistemindən köklü surətdə fərqlənən və insan haqlarının müdafiəsinə daha etibarlı təminat verən üçpilləli müstəqil məhkəmə sistemi fəaliyyətə başladı. Həmin vaxtdan etibarən keçmiş sovet respublikaları arasında, demək olar ki, ilk dəfə Azərbaycanda həbs və insan hüquqlarını məhdudlaşdıran digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi məhkəmələrin müstəsna səlahiyyətinə aid edildi. Həmçinin məhkəmələr üzərində hər hansı, o cümlədən prokuror nəzarəti ləğv olundu, demokratik məhkəmə nəzarəti institutu formalaşdırıldı.

2000–ci ildə dövlətçilik tariximizdə ilk dəfə olaraq hakimlər şəffaf prosedurlar əsasında, o cümlədən test üsulu ilə imtahanla seçildi, nəticədə hakim korpusunun 60 faizi təzələndi. Ümummilli lider Heydər Əliyev sonrakı mərhələdə də ölkə həyatının bütün sahələrində çevik və işlək mexanizmlər üzərində çoxşaxəli islahatları təmin etdi. Hüquqa və ədalətə söykənən mülki cəmiyyətin formalaşdırılması üçün, ilk növbədə, milli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması prosesi davam etdirildi. 2002–ci il avqustun 24–də keçirilən ümumxalq səsverməsi ilə (referendum) Azərbaycan Respublikası Konstitusiyasına edilmiş əlavə və dəyişiklikləri bu baxımdan xüsusi xatırlatmaq lazımdır. Həmin əlavə və dəyişikliklərin bir hissəsi də məhkəmə hakimiyyətinin fəaliyyəti ilə bağlı idi. Konstitusiyanın Apelyasiya Məhkəməsinin səlahiyyətlərini, hakimlərin seçilməsi qaydasını müəyyən edən maddəsi yeni redaksiyada verildi, prokurorluğun məhkəmə prosesində iştirakı əsasən cinayət məhkəmə icraatı ilə məhdudlaşdırıldı, Ali Məhkəmənin ümumi və ixtisaslaşdırılmış məhkəmələrin işinə nəzarət funksiyası ləğv edilərək, onun yalnız kassasiya instansiyası olması təsbit edildi.

Daha bir mühüm yeniliklə bütün məhkəmələrə, vətəndaşlara və Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinə (ombudsmana) Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ verildi. Dəyişikliyin məzmununa görə hər kəs, onun hüquq və azadlıqlarını pozan qanunvericilikicra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə, məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada Konstitusiya Məhkəməsinə şikayət verə bilər. Həyata keçirilən mütərəqqi tədbirlərin, xüsusilə məhkəmə hakimiyyətinə inamın və çatımlıq imkanlarının genişlənməsinin təzahürüdür ki, yeni məhkəmə sistemi fəaliyyətə başladıqdan sonra mülki mübahisələrlə bağlı məhkəmələrə müraciətlərin sayı 7 dəfədən çox artmışdır.

Ulu öndər Heydər Əliyevin şəxsiyyət kimi böyüklüyü həm də əsasını qoyduğu siyasəti yeni dövrün tələblərinə uyğun davam etdirə biləcək qüdrətli lider və etibarlı davamçını yetişdirməsindədir. Ədalət mühakiməsinin səmərəsinin və məhkəmə hakimiyyətinin müstəqilliyinin artırılmasına xüsusi diqqət yetirən dövlət başçısı cənab İlham Əliyevin siyasi iradəsi ilə məhkəmə sisteminin modernləşməsi prosesi cəmiyyətin inkişafına adekvat olaraq uğurla davam etdirilir. Bunun nəticəsidir ki, hazırda respublikada ədalət mühakiməsi hakimlərin müstəqilliyi təmin edilməklə, heç bir məhdudiyyət qoyulmadan, faktlara əsasən, qərəzsiz, ədalətlə və qanunlara uyğun həyata keçirilir.

Son illər hakim ştatlarının sayı 2 dəfə, məhkəmə aparatı işçilərinin sayı 75 faiz artırılmış, 20–dək yeni regional məhkəmələr — o cümlədən apelyasiya, ağır cinayətlər, inzibatiiqtisadi, hərbi məhkəmələr yaradılmış, məhkəmə infrastrukturunun yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Ölkədə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən mütərəqqi tədbirlər nüfuzlu beynəlxalq qurumların da diqqətini cəlb etmiş, Avropa İttifaqı, Avropa Şurası Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyası (CEPEJ) Azərbaycanda hakimlərin seçimi prosesini bilavasitə izləməklə ölkəmizin təcrübəsini digər Avropa dövlətlərinə örnək kimi göstərmişdir.

Ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına xidmət edən məhkəmə–hüquq islahatları 2012–ci ildə də uğurla davam etdirilmişdir. Beynəlxalq təcrübə nəzərə alınmaqla “Məhkəmələr və hakimlər haqqında”, “Məhkəmə–Hüquq Şurası haqqında” qanunlara mütərəqqi dəyişikliklər edilmişdir. Məhkəmə–Hüquq Şurasının fəaliyyət mexanizmləri təkmilləşdirilmiş, hakimlərin müstəqilliyinin əlavə təminatları müəyyən olunmuş, məhkəmə hakimiyyətinin özünüidarə funksiyaları daha da genişləndirilmişdir. Azərbaycan Ümumi Məhkəmə Hakimləri Assosiasiyası 2009–cu ildə Beynəlxalq Hakimlər Assosiasiyasına fövqəladə üzv, 2012–ci ilin noyabrında isə tamhüquqlu üzv seçilmişdir.

2012–ci ildə hakimliyə namizədlərin yeni qaydalarla, çoxsaylı şəffaf imtahanlar vasitəsilə seçimi davam etdirilmiş, uğur qazanmış 76 nəfər yüksək hazırlıqlı hüquqşünas hakim vəzifəsinə hazırlanmaq üçün birillik tədris kursuna cəlb olunmuşdur. ümumilikdə, son illər ərzində 311 hakim test imtahanlarında uğur qazanmaqla fəaliyyətə başlamışdır və bu da respublika üzrə hakimlərin 50 faizinin mütərəqqi üsulla seçilməsi deməkdir. Hakim vəzifəsinə yeni başlayanlar üçün təşkil olunan kursların tədris proqramında insan hüquqlarının qorunması, məhkəmə etikası, korrupsiyaya qarşı mübarizə, İnsan hüquqları üzrə Avropa Konvensiyasının tələbləri və digər aktual mövzular prioritet təşkil edir.

Xüsusi qeyd etmək istərdik ki, son illər ərzində ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında məhkəmə infrastrukturunun müasirləşdirilməsinin rolu nəzərə alınaraq bu sahədə irimiqyaslı işlər görülür, məhkəmə hakimiyyətinin yüksək statusuna uyğun olan yeni məhkəmə binaları tikilib istifadəyə verilir. Dünya Bankı ilə həyata keçirilən “Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsi çərçivəsində 2012–ci ildə Bakı şəhərinin Yasamal, Gəncə şəhərinin Nizami və Gədəbəy rayonlarının məhkəmələri üçün müasir tələblərə cavab verən yeni inzibati binalar inşa edilmişdir. Həmçinin, Sabunçu və Şəki məhkəmə komplekslərinin, Quba Rayon Məhkəməsinin yeni binalarının inşasına başlanmış, habelə bir sıra yeni məhkəmə binası layihələndirilmişdir.

Xüsusi vurğulamaq istərdim ki, ötən il ədliyyə işçilərinin peşə bayramı ərəfəsində möhtərəm Prezidentimiz İlham Əliyevin iştirakı ilə Bakı şəhərinin Yasamal Rayon Məhkəməsi üçün milli memarlıq üslubunda müasir standartlara uyğun inşa edilmiş yeni inzibati binanın açılışı olmuşdur. Cənab İlham Əliyevin məhkəmənin binası ilə tanışlıq zamanı yaradılmış şəraitdən razılığını bildirməsi, verdiyi müvafiq tövsiyə və tapşırıqları dövlət başçısının Azərbaycan ədliyyəsinə böyük etimadının, yüksək diqqət və qayğısının əyani təzahürü olmaqla hər bir ədliyyə və məhkəmə işçisi tərəfindən qürur və dərin rəğbət hissi ilə qarşılanmışdır.

Respublikamızın ən böyük yükü çox olan birinci instansiya məhkəmələrindən biri kimi Yasamal Rayon Məhkəməsi 300 minədək əhaliyə xidmət edir. Məhkəmənin 7.000 kvadratmetr sahəni əhatə edən yeni binası dörd mərtəbədən ibarət olmaqla bir çox yenilikləri ilə fərqlənir. Binada vətəndaşların müraciət imkanlarının asanlaşdırılması, məlumatlılığın və şəffaf xidmətlərin təmin edilməsi məqsədilə müasir İKT tətbiq edilmiş, əhalinin həssas təbəqələrindən olan əlil insanlar, xüsusilə də ilk dəfə olaraq gözdən əlillər üçün əlverişli şərait yaradılmışdır.

Ümumiyyətlə, yeni məhkəmə binalarının üstün cəhəti ondan ibarətdir ki, onlar inzibatiictimai zonalara bölünürlər və hər iki zonanın girişi ayrıdır. İnzibati zona hakimlər və məhkəmə işçiləri, ictimai zona isə vətəndaşlar üçün nəzərdə tutulmuşdur. Ədliyyə Nazirliyinin icra qrupu, dövlət ittihamçısı və vəkillər ictimai zonadan istifadə edirlər. Bununla da hakimlər və vətəndaşlar arasında qeyriprosessual münasibətlər məhdudlaşdırılır və onlar yalnız məhkəmə iclas zallarında görüşürlər.

Təqdirəlayiq haldır ki, yeni məhkəmə binalarında müasir İKT tətbiq edilməklə, hazırda bütün məhkəmələr arasında, o cümlədən Məhkəmə–Hüquq Şurası ilə elektron sənəd dövriyyəsi və sənədlərin avtomatlaşdırılmış idarəetmə sistemi üçün zəruri infrastruktur quraşdırılmışdır. Bundan başqa, məhkəmələrə müraciətlərin asanlaşdırılması üçün məhkəmə sisteminin vahid internet portalı yaradılmışdır. Bu portal ali, apelyasiyabirinci instansiya məhkəmələri, onların yurisdiksiyası, baxılan işlər və çıxarılan qərarlar, müraciətə əlavə edilməsi zəruri olan sənədlər, qəbul günləri və s. barədə ətraflı məlumat almaq, iddia ərizələri və digər məhkəmə sənədlərinin nümunələrini əldə etmək, həmçinin onlayn rejimində müraciət etmək və cavab almaq imkanı yaradır. Portalda bütün hakimlər barədə məlumatlar da öz əksini tapmışdır.

Bununla yanaşı, məhkəmələrdə müasir informasiyakommunikasiya texnologiyalarının tətbiqi təcrübəsinin öyrənilməsi məqsədilə bir sıra inkişaf etmiş ölkələrə səfərlər edilmiş, məhkəmələrin Vahid İnformasiya İnfrastrukturu Strategiyası hazırlanmışdır. Strategiya ölkədə fəaliyyət göstərən bütün müxtəlif instansiyalı məhkəmələri, məhkəmə özünüidarə orqanları və Ədliyyə Nazirliyi üçün əlverişli olan qarşılıqlı əlaqəli kommunikasiya sistemlərinin, avtomatlaşdırma vasitələri komplekslərinin, informasiya resurslarının yaradılmasını əhatə edir. Bu texnoloji sistem qanunvericiliyə dair məlumat bankına, məhkəmə təcrübəsinin, xüsusilə hüququn yeniinkişaf edən sahələrində ümumiləşdirilmə materiallarına çevik çıxışı təmin etməklə analitik tədqiqatların imkanlarını artırır, məhkəmə kargüzarlığının unifikasiyasına, məhkəmə sənədlərinin icrasının yüksək keyfiyyətini təmin etməyə imkan yaradır. Bundan başqa, bu sistem idarəçilik işini asanlaşdıracaq və onun vasitəsilə işlərin vəziyyəti və gedişatı (qeydiyyat, prosessual yazışmalar, statistika, arxivə vermə), hakimlərin yüküs. barədə bütün məlumatları əldə etmək mümkün olacaqdır.

Böyük yunan filosofu Platon zamanında yazırdı ki, ədalət, müdriklikgüclü hakimiyyətin bir yerdə olacağı zaman bəşəriyyət xoşbəxtliyə qovuşacaqdır. XX əsrdə xalqımızın yetirdiyi böyük şəxsiyyət, ümummilli lider Heydər Əliyev də özünün təkmil dövlətçilik konsepsiyasında bu üç dəyəri bir araya gətirməklə, müasir tariximizdə əbədiyaşarlığını təmin etmişdir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş məhkəmə–hüquq islahatları son 10 ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yüksək əzmlə, yeni dövrün gerçəkliklərinə uyğun davam etdirilir, məhkəmələrin fəaliyyətinin müasirləşdirilməsi və təkmilləşdirilməsi məsələlərinə böyük həssaslıqla yanaşılır. Əminik ki, görülmüş tədbirlər nəticəsində ədalət mühakiməsini həyata keçirən məhkəmələrin fəaliyyəti daha da təkmilləşdiriləcək, insan hüquq və azadlıqlarının təminatında bu müstəqil hakimiyyət institutunun rolu və imkanları daha da genişlənəcəkdir.

 

 

Ələddin CƏFƏROV,

Yasamal Rayon Məhkəməsinin və

Azərbaycan Respublikası Ümumi

Məhkəmə Hakimləri Assosiasiyasının sədri

 

Respublika.- 2013.- 17 aprel.- S. 9.