Vətənə və xalqa xidmətin misilsiz nümunəsi

 

Ö lkəmiz ulu öndərin 90 illik yubileyinə hazırlaşır. Bu yubiley respublikamızda böyük təntənə ilə qeyd olunacaqdır. Ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında imzaladığı sərəncamda deyilir: “Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuşdur. Onun siyasəti nəticəsində əldə olunan misilsiz nailiyyətlər göz qabağındadır. Bu uğurlar paytaxtımızın daim yeniləşən görkəmində, şəhər və rayonlarımızın sürətlə modernləşməsində, iqtisadiyyat və elmdə, təhsil, mədəniyyət və səhiyyədə, eləcə də ictimaisiyasi həyatımızda öz əksini tapmışdır. Heydər Əliyev memarı olduğu Azərbaycan bu gün böyük tikinti meydançasını xatırladır. Yüzlərlə sənaye və infrastruktur obyektləri, məktəblər, xəstəxanalar, idman qurğuları, yaşayış evləri, inzibati binalar və digər tikililər ucaldılır, yollar salınır. “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf konsepsiyası bizim gələcək planlarımızı əks etdirməklə yanaşı, bir daha sübuta yetirir ki, Heydər Əliyevin ölkəmizin sürəkli tərəqqisini bu gün də təmin edən irimiqyaslı proqramları xalqımızın sosialiqtisadi vəziyyətinin daim yaxşılaşmasına xidmət göstərir”.

Azərbaycanın müasir tarixinin bütöv bir qərinəsi ulu öndərimizin şərəfli adı və möhtəşəm dövlətçilik fəaliyyəti ilə sıx bağlı olmuşdur. Həmin dövrdə xalqımızın əldə etdiyi nailiyyətlərdə, respublikamızın ictimaisiyasi, iqtisadi və mədəni həyatındakı bütün uğurlarda onun imzası vardır. Hələ sağlığında canlı əfsanəyə çevrilən və adı Azərbaycanın rəmzi kimi səslənən nəhəng siyasətçi və dövlət xadimi Heydər Əliyev dünyanın nadir şəxsiyyətləri sırasında əbədi yer tutur. O, müasir bəşər tarixində iki müxtəlif ictimaisiyasi quruluşda hakimiyyət zirvəsinə yüksəlməyə nail olmuş, ömrünün sonuna kimi siyasi mübarizədə yenilməz zəfər sərkərdəsi kimi tanınmışdır.

Azərbaycanın iqtisadi və mədəni tənəzzül dövrü yaşadığı 1960–cı illərin sonunda Azərbaycanın rəhbəri olmuş Heydər Əliyev dərhal öz təşəbbüskarlığı və işgüzarlığı ilə respublika həyatının bütün sahələrində dirçəlişə nail oldu ki, bu da milli şüurun oyanışı, milli ruhun yüksəlişi və mənəvi tərəqqi üçün güclü təkan idi. Onun uzaqgörən, müdrik siyasəti xalqımızı keçmiş İttifaqın ən inkişaf etmiş xalqları sırasına çıxardı. Ulu öndərimiz özünəməxsus intuisiya və məntiqlə elə həmin dövrdə Azərbaycanın gələcəyini görür, xalqımızı bu gələcəyə hazırlayır, respublikamızın iqtisadi potensialını gücləndirirdi. O illərin canlı şahidi olan orta və yaşlı nəslin nümayəndələrinin yaxşı xatirindədir ki, Azərbaycan bütün sahələrdə necə sürətlə inkişaf edirdi. Sonralar müstəqil dövlət quruculuğuna aparan yol, əslində, 1969–cu ildən Heydər Əliyevin respublika rəhbəri seçildiyi vaxtdan başlanmışdır.

1969–1982–ci illərdə respublikamızda gedən irimiqyaslı tikintiquruculuq işləri, vüsətli iqtisadi tərəqqi nəticəsində ölkəmizin nüfuzu yüksəldi, paytaxtımız Bakı dünyanın tanınmış şəhərləri sırasında özünə möhkəm yer tutdu. Milli memarlıq irsimizin dərin bilicisi olan Heydər Əliyev Bakıda tarixi ənənələri qoruyub saxlamaqla yanaşı, onun ərazisində müasir dövrün tələblərinə cavab verən yeni çoxsaylı yaşayış massivlərinin, sənaye müəssisələrinin, xidmət və idman komplekslərinin, təhsil və mədəniyyət obyektlərinin inşasına nail oldu. Həmin dövrdə yalnız paytaxtda və nisbətən iri şəhərlərdə deyil, rayon mərkəzlərində, qəsəbə və kəndlərdə də genişmiqyaslı tikintiquruculuq isləri aparılırdı. Keçmiş İttifaq dövlətinin rəhbərliyində yüksək vəzifə tutduğu dövrdə də ümummilli liderimiz doğma xalqın və məmləkətin şərəfini uca tutmaqla bərabər, Azərbaycanın sosialiqtisadi inkişafı naminə hər cür fədakarlıqlar göstərmiş, buradakı quruculuq işlərinin hərtərəfli inkişaf etməsinə dəstək vermişdir.

Heydər Əliyev elə bir şəxsiyyətdir ki, onun nəhəng dövlətçilik fəaliyyəti təkcə Azərbaycan xalqı üçün deyil, bütövlükdə bəşəriyyət üçün zəngin bir xəzinə, çox dəyərli bir irsdir. Öz xalqının böyük oğlu kimi o, nəinki doğma vətəninin və millətinin tərəqqisi, eləcə də Azərbaycanın dünya miqyasında layiqli yer tutması naminə hər cür fədakarlıqlar göstərmiş, həm də xalqlar arasında dostluğun, qardaşlığın möhkəmlənməsinə sanballı töhfələr vermişdir. Məhz buna görə də milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycanda yaşayan bütün insanlar buranı özlərinin doğma vətəni kimi sevir, onun ictimaisiyasi, iqtisadi–mədəni həyatında fəal iştirak edirlər. Bu, ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideyasının təntənəsi olmaqla yanaşı, respublikamızın uğurlu inkişafını təmin edən mühüm faktorlardandır.

Taleyi bu torpaqla bağlı olan hər kəs üçün Heydər Əliyevin adı və fəaliyyəti qürur, iftixar mənbəyidır. Tarixi fenomen bir şəxsiyyət kimi o, iki müxtəlif ictimaisiyasi quruluşda respublikamıza rəhbərlik etmiş, müasir Azərbaycan dövlətçiliyinin əsasını qoymuş, müstəqilliyini möhkəmləndirmişdir. Heydər Əliyev hakimiyyətə gələrkən Azərbaycan bir sıra göstəricilərə görə keçmiş İttifaqda geri qalırdı. Yaranmış vəziyyətdən çıxış yolunu Heydər Əliyev iqtisadi inkişafı təmin edən, prinsipial cəhətdən dolğun konsepsiyanın hazırlanması və icrasında gördü. Qısa müddət ərzində Azərbaycanda sənaye sahələrinin dirçəldilməsi, yenilərinin yaradılması, respublikanın enerji asılılığından qurtulması məqsədilə nəhəng neft emalı və maşınqayırma müəssisələrinin tikilib istismara verilməsi təmin olundu. Bütün sahələrdə yüksəliş ümumi iqtisadi tərəqqidə mühüm rol oynamaqla yanaşı, bölgələrdə həyat şəraitinin köklü şəkildə yaxşılaşmasına, əhalinin bolluq və firavanlıq içərisində yaşamasına imkan yaratdı. Ötən əsrin yetmiş–səksəninci illərində Heydər Əliyevin apardığı genişmiqyaslı quruculuq işləri Azərbaycanı keçmiş İttifaqın iqtisadi cəhətdən ən qabaqcıl respublikalarından birinə çevirmişdi. Həmin illərdə baş verən müsbət xarakterli radikal dəyişikliklər təkcə iqsadiyyatın deyil, cəmiyyət həyatının bütün sahələrini əhatə edirdi. Bir sözlə, Heydər Əliyevin respublikamıza rəhbərliyinin birinci dövrü müstəqil dövlət quruculuğu yolunda çox möhkəm bünövrə oldu.

Keçmiş Sovetlər İttifaqının rəhbərliyində işlədiyi beş il Heydər Əliyevin dünya siyasətçiləri sırasında önəmli yer tutmasına səbəb oldu. Azərbaycan xalqının bu böyük oğlu və qüdrətli lideri o illərdə keçmiş İttifaqın bütün xalqlarının ehtiramını və sevgisini qazanmışdı. İttifaq miqyaslı bir sıra iri sosialiqtisadi layihələrin uğurla icra edilməsində Heydər Əliyevin müstəsna xidmətləri olmuşdurbu xidmətlər həm tarixin, həm də insanların yaddaşına əbədi həkk olunmuşdur.

Hamımıza yaxşı məlumdur ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpası çox mürəkkəb iqtisadisiyasi şəraitdə baş tutmuş, onun dönməzliyinin təmin edilməsi yalnız ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərliyi sayəsində mümkün olmuşdur.

Azərbaycan dövlət müstəqilliyinin dönməzliyini təmin edənə, onun müasir hüquqidemokratik dəyərlərə söykənən təsisatlarını yaradana, respublikanı ağır sosialiqtisadi böhrandan çıxarana qədər Heydər Əliyevin göstərdiyi misilsiz hünər və şücaət tarixi qəhrəmanlıq idi. Ulu öndər öz parlaq dühası və müdrikliyi sayəsində milli birliyi və həmrəyliyi bərpa edərək, vətəndaş qarşıdurmasını aradan qaldırdı, beynəlxalq əlaqələri möhkəmləndirdi, bütün sahələrdə köklü islahatlar apardı, sosialiqtisadi inkişaf üçün möhkəm təməl yaratdı. Bu tarix bizim gözlərimiz önündə yaşanmışdır, bizim hər birimizin həyatında öz müsbət izlərini qoymuşdur. Heydər Əliyevin apardığı daxilixarici siyasət millidini mənsubiyyətindən asılı olmayaraq Azərbaycanın hər bir sakininə özünü bu azad, suveren dövlətin tamhüquqlu vətəndaşı kimi hiss etməyə imkan vermiş, layiqli həyat şəraitinə qovuşması üçün geniş imkan yaratmışdır.

Ümummilli lider Heydər Əliyev siyasi hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycanın tikinti infrastrukturunun inkişafına da daim xüsusi diqqət və qayğı göstərmişdir. Ulu öndərimizin bu siyasətini möhtərəm Prezidentimiz cənab İlham Əliyev uğurla davam etdirir. Dövlətimizin başçısı tikinti kompleksinin beynəlxalq standartlara uyğun şəkildə yenidən qurulması istiqamətində görülən işləri daim nəzarətdə saxlayır.

Bu gün ölkəmizdə böyük infrastruktur layihələrı icra edilir. Həm magistral, həm də qəsəbələrarası yollar çəkilir. Şəhərlərarası yollar, kənd yolları, paytaxtda yeni qovşaqlar, körpülər, tunellər tikilir. Bu işlər şəhərimizin müxtəlif yerlərində gedir. Bakıətrafı qəsəbələrdəki yolların tikintisiböyük əhəmiyyət kəsb edir və demək olar ki, yenidən qurulur. Azərbaycan Prezidenti cənab İlham Əliyev ötən müddət ərzində ölkəmizin sosialiqtisadi inkişafının sürətləndirilməsinə nail olmuşdur. Ulu öndərin başladığı işlərin davam etdirilməsi, xüsusən milli neft strategiyasının həyata keçirilməsi, Bakı–Tbilisi–Ceyhan neft kəmərinin istismara verilməsı ölkəmizin qarşısında geniş inkişaf perspektivləri açmışdır. Dövlətimizın başçısı xalqın milli sərvəti olan neftdən əldə edilən gəlirləri bütün sahələrin inkişafına, sosial problemlərin həllinə yönəltmişdir.

Ümummilli liderimiz bu gün aramızda yoxdur. Təsəllimiz odur ki, Heydər Əliyevin sönməz ideyalarının davamçısı olan layiqli siyasi varis, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında gələcəyə addımlayırıq. Bu isə o deməkdir ki, dövlətimiz etibarlı əllərdədir. Möhtərəm Prezidentimizin təşəbbüsü rəhbərliyi ilə işlənib hazırlanmış dövlət proqramlarının icrası bütün sahələrdə misilsiz bir canlanma, işgüzarlıq ovqatı yaratmışdır. Bu vüsətli quruculuq əhval–ruhiyyəsi Dənizkənarı Bulvar İdarəsindən yan keçməyib Dənizkənarı Bulvar İdarəsi bu gün yeni inkişaf dövrünü yaşayır.

1969–cu ildə Azərbaycanda tikinti–quruculuq işləri geniş vüsət almağa başlananda bu işlər bulvara da öz müsbət təsirini göstərdi. 1993–cü ildə ulu öndərimizin ikinci dəfə hakimiyyətə qayıdışı nəticəsində Dənizkənarı Bulvarın da taleyində dönüş yarandı. Ümummilli liderin 29 dekabr 1998–ci il tarixli fərmanı ilə Dənizkənarı Bulvara Milli Park statusu verildi. Ölkə Prezidenti cənab İlham Əliyevin 10 yanvar 2008–ci il tarixli fərmanı ilə Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi yaradılıb. Bundan sonra görülən işlərin nəticəsində, demək olar ki, yaşı 100–ü ötmüş bulvarımız öz görkəmini tamamilə dəyişmişdir. Bu isə dövlətimizin diqqət qayğısı nəticəsində mümkün olmuşdur.

Azərbaycanda bu gün ümummilli liderimizin ideyaları nəinki yaşayır, hətta daha geniş şəkildə həyata keçirilir. Möhtərəm Prezidentimiz İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycanda Heydər Əliyev siyasətinə alternativ yoxdur bu siyasət respublikamızın uğurlu inkişafının əvəzsiz təminatıdır. Əminik ki, Heydər Əliyev ideyaları, əməlləri əsrlər boyu yaşayacaqdır.

 

 

Əfqan ŞAHMAROV,

Nazirlər Kabineti yanında

Dənizkənarı Bulvar İdarəsinin rəisi

 

Respublika.- 2013.- 17 aprel.- S. 10.