Azərbaycanda beynəlxalq nəqliyyat layihələri uğurla həyata keçirilir

 

Azərbaycanın müasir tarixi ümummilli liderimiz, dahi şəxsiyyət və böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev bəşəriyyətin yetirdiyi ən böyük şəxsiyyətlərdəndir.

 

Ulu öndərimiz respublikamıza rəhbərliyinin bütün mərhələlərində öz xalqına sonsuz məhəbbət, sədaqət hissi ilə, qurubyaratmaq amalı ilə yaşamışdır. Özünün mənalı və zəngin həyatı boyu daim millətini, doğma vətənini düşünmüş, onun inkişafı naminə səylə çalışmış, onu üzləşdiyi çətinliklərdən xilas etmək üçün fədakarlıq göstərmişdir. Bu gün biz hamımız müstəqil Azərbaycan dövlətinin təşəkkülü, qüdrətli bir ölkə kimi dünya birliyində layiqli yer tutması üçün məhz ulu öndərimiz Heydər Əliyevə borcluyuq. Heydər Əliyevin polad iradəsi və qətiyyəti, fədakar əməyi sayəsində müasir Azərbaycanın möhkəm bünövrəsi qoyulub. Heydər Əliyev ölkənin gələcək inkişaf istiqamətlərindən danışarkən demişdir: “Müstəqil Azərbaycan Respublikasının qarşısında duran vəzifələrdən biri respublikanın dövlət quruculuğunu təşkil etməkdir. Bizim yolumuz aydındır, bunu dəfələrlə bəyan etmişik. Yolumuz demokratiya yoludur. Müstəqil Azərbaycanda demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir”.

XX yüzilliyin 70–ci illərindən başlayaraq ölkəmiz Heydər Əliyevin titanik səyləri nəticəsində inkişaf edərək özünün yeni tərəqqi mərhələsinə qədəm qoymuşdur. Təsadüfi deyil ki, ulu öndərin 1993–2003– illərdə gördüyü möhtəşəm işlər Azərbaycana rəhbərliyinin birinci dövründəki xidmətlərinin davamı kimi qiymətləndirilir. 1993– ilin kəşməkəşli iyun günlərində, xalqımızın böyük çətinliklər, qanı bahasına əldə etdiyi dövlət müstəqilliyinin, bir dövlət kimi mövcudluğunun təhlükə altında olduğu bir zamanda xalqın təkidli tələbi və xahişi ilə Naxçıvandan Bakıya gələn Heydər Əliyev ölkəsini və xalqını acınacaqlı vəziyyətdən çıxarmaq üçün təxirəsalınmaz tədbirlər gördü, qısa bir zamanda Azərbaycanı düşdüyü bu ağır bəlalardan hifz edib qorudu, dövlətçiliyimizi məhv olmaqdan, parçalanmaqdan xilas etdi. Respublikamızda hökm sürən xaosun, anarxiyanın, özbaşınalığın, dövlət çevrilişi cəhdlərinin qarşısı birdəfəlik alındı, qanunsuz silahlı dəstələr zərərsizləşdirildi və nəticədə ölkədə ictimaisiyasi sabitlik bərqərar olundu. Heydər Əliyev müstəqilliyimizi nəinki qoruyub saxladı, onu dönməz və əbədi etdi. Qısa bir dövr ərzində ölkəmizin müstəqil dövlət təsisatları yaradıldı, demokratik prinsiplər, dünyəvi dövlət quruculuğu prosesi sürətlə həyata keçirilməyə başlandı. İnsan hüquq və azadlıqlarının başlıca prinsipləri təsbit olundu, Azərbaycanın xarici siyasəti dünyanın aparıcı dövlətləri ilə milli maraqlarsiyasi perspektivlərə söykənən strateji xətlə inkişaf etməyə başladı. Heydər Əliyev öz şərəfli və möhtəşəm fəaliyyəti ilə müasir, müstəqil Azərbaycan dövlətini yaratdı, onun idarəçilik mexanizmini formalaşdırdı. Ulu öndərimiz bəyan etmişdir: “Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm. Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursaolsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Azərbaycan Respublikası bundan sonra da onun başına nə gəlirsə–gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin əsarəti altına düşməyəcək”.

Beləliklə, Azərbaycanda demokratik, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğunun əsası qoyuldu. Az bir zaman kəsiyində Heydər Əliyev ölkəmizin davamlı, dinamik inkişafı istiqamətində də islahatlar həyata keçirdi. 1994– ilin sentyabrında dünyanın aparıcı, böyük ölkələrinin şirkətləri ilə “Əsrin müqaviləsi”nin imzalanmasına nail olmaqla Azərbaycanın bugünkü və gələcək uğurlarının, iqtisadisiyasi tərəqqisinin möhkəm təməlini qoydu. Əlverişli geosiyasi məkanda, Qərblə Şərqin qovuşuğunda yerləşən ölkəmiz məhz ulu öndərin uzaqgörənliyi və müdrik siyasəti sayəsində yaranmış imkandan maksimum istifadə edərək ölkəmizin maraqlarının təmin edilməsinə, qlobal miqyasda isə regionun enerji və nəqliyyat sisteminin birləşdirilməsinə, təhlükəsizliyinə nail ola bildi.

Heydər Əliyevin rəhbərliyi ilə 1995–ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin perspektiv inkişaf istiqamətlərini müəyyənləşdirdi, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi önə çəkdi. Respublikamız insan hüquq və azadlıqlarının təminatı ilə bağlı mühüm beynəlxalq konvensiyalara qoşulmuşdur. Onun 1993– ildən tətbiqinə moratorium qoyduğu ölüm hökmü 1998–ci ildən tamamilə ləğv edilmiş, bununla da Azərbaycan Şərqdə bu tarixi qərarı qəbul edən ilk ölkə olmuşdur. 2001–ci ildə isə respublikamız Avropa Şurası kimi beynəlxalq təşkilata tamhüquqlu üzv qəbul edilmişdir.

Ümummilli liderimiz Heydər Əliyevin nəhəng dövlətçilik təcrübəsi və idarəçilik qabiliyyəti ilə səciyyələnən siyasi fəaliyyəti onu bütün dünyada şöhrətli siyasi xadim kimi tanıtmışdır. Heydər Əliyev nəinki öz doğma xalqının sevimlisi olmuş, eyni zamanda dünyanın böyük dövlət başçılarının, siyasi xadimlərin, tanınmış insanların hörmət və məhəbbətini qazanmışdır. Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəl ulu öndərimizin həyat və fəaliyyətini belə dəyərləndirmişdir: “Heydər Əliyev Azərbaycanı israrlademokratik yollarla müstəqil olaraq məqsədinə çatdırmaq üçün canını sipər edib qeyrət göstərən oğuldur”. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan demişdir: “Heydər Əliyev təkcə Azərbaycanda deyil, bütün türk dünyasında tanınan və sevilən lider idi. Bir millət, iki dövlət sözü ona məxsusdur”. ABŞ, Rusiya, Gürcüstan, Ukrayna, Qazaxıstan və digər ölkələrin dövlət başçıları və tanınmış böyük şəxsiyyətləri də Heydər Əliyevi dünyanın dahi şəxsiyyəti və siyasətçisi kimi qiymətləndirmişlər.

Dahi insan Heydər Əliyev həmişə öz xalqına arxalanıb və bu haqda qürur hissi ilə demişdir: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə veribbütün uğurlarımı təmin edib”.

Ulu öndərimizin müəyyənləşdirdiyi sosialiqtisadi siyasətin əsas istiqamətlərindən biriinfrastrukturun inkişaf etdirilməsi, modernləşməsi və yenidən qurulması olmuşdur. Onun nəqliyyat sahəsində uğurla həyata keçirdiyi siyasətinin mərkəzində ölkə ərazisində beynəlxalq, tranzit dəhliz yolların, milli nəqliyyat sisteminin dünya kommunikasiya məkanına sürətli inteqrasiyası durmuşdur. Azərbaycanın beynəlxalq nəqliyyat sisteminin güclənməsi və daha da möhkəmlənməsi üçün TRASEKA, Şimal–Cənub, İPOGEYT Proqramı layihələri uğurla həyata keçirilib. Məhz onun rəhbərliyi ilə aparılan çevik siyasət sayəsində TRASEKA dəhlizi üzrə Azərbaycanın ərazisindən keçən tranzit yüklərin həcmi getdikcə artır. Heydər Əliyevin Azərbaycana hakimiyyətə qayıtmasından ötən qısa bir zamanda bütün sahələrdə olduğu kimi, dəmir yolu nəqliyyatında da böyük bir inkişaf, tərəqqi dövrü başladı. Uzaqgörən liderimiz Heydər Əliyev bilirdi ki, hər bir ölkənin iqtisadi inkişafı üçün nəqliyyat sistemi əsas amillərdən biridir. Məhz bu səbəbdən ölkə nəqliyyat sisteminin bütün sahələrinə qayğı və diqqət göstərirdi.

Əsası Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasi kurs ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illər cənab Prezidentin rəhbərliyi ilə bu sahədə qlobal islahatlar aparılmış, böyük uğurlar əldə olunmuşdur. Bu uğurlardan biri Bakı–Tbilisi–Qars dəmiryolu layihəsinin həyata vəsiqə almasıdır. Böyük çətinliklərə baxmayaraq, ölkə başçısı bu həyati əhəmiyyətli layihənin gerçəkləşdirilməsinə nail oldu. Bakı–Tbilisi–Qars dəmiryolu xəttinin inşası unikal bir hadisədir və bu dəmiryolu xəttinin istifadəyə verilməsi xalqımızın taleyində, ümumiyyətlə, regionun inkişafı üçün olduqca mühüm rol oynayacaqdır.

“Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” Prezident İlham Əliyevin imzaladığı sərəncamda da qeyd olunmuşdur ki, Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir olmasını müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuşdur. Əldə olunan bu uğurlar ölkəmizin gündən–günə inkişafında, ictimaisiyasi həyatımızın bütün sahələrində özünü bariz şəkildə göstərir.

Heydər Əliyevin parlaq ideyaları daim yaşayacaq, müstəqil Azərbaycan dövləti əbədi olacaqdır. Əbədiyaşar rəhbərin nurlu xatirəsi daim ehtiram hissi ilə yad edilir.

 

 

Vüsal SADIQOV,

Azərbaycan DY QSC–də YAP–ın

Gənclər Təşkilatının sədr müavini

 

Respublika.- 2013.- 17 aprel.- S. 12.