Mədəniyyət
Mərkəzi inkişaf yolundadır
Bakının Yasamal rayonu ərazisində 1984–cü ildən fəaliyyət göstərən A.M.Şərifzadə adına mədəniyyət evi nümunəvi tərbiyə ocaqlarından biridir.
Bu mərkəz fəaliyyətinin ilk günlərindən tez–tez əhali arasında, ələlxüsus uşaq və gənclər arasında olur, yeni–yeni özfəaliyyət kollektivləri yaratmaq üçün əlindən gələni edir. Elə bunun nəticəsidir ki, bu gün mərkəzdə müxtəlif istiqamətli bədii özfəaliyyət kollektivləri və dərnəklər fəaliyyət göstərir. Mərkəzin direktoru, təcrübəli mədəniyyət işçisi Zivər Əhmədova ilə söhbət edərkən bildirdi ki, “2011–2013–cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq mərkəz əsaslı təmir edilmiş və əhalinin istifadəsinə verilmişdir.
İndi
bura daha çox istedadlar cəlb olunur. Əhalinin asudə
vaxtını düzgün təşkil etmək
üçün yeni kollektivlər, dərnəklər və
xalq kollektivi fəaliyyətə başlamışdır.
Rayonun gəncləri və yeniyetmələri bacarıq və
qabiliyyətlərinə görə müxtəlif dərnəklərdə
məşğul olurlar. Mərkəzdə “Xudafərin” xalq
instrumental ansamblı, poeziya klubu, “Şəms” rəqs qrupu, rəssamlıq,
dram, “İlkin tibbi yardım” dərnəkləri, “Arzu” xalq
çalğı alətləri ansamblı, “Nur” muğam
üçlüyü ilə yanaşı, müxtəlif
kurslar fəaliyyət göstərir.
Həmin
kollektivlərin üzvləri rayonun yaşayış massivləri,
məktəbləri, orta və ali təhsil ocaqları ilə
yanaşı, respublika tədbirlərində də yaxından
iştirak edirlər.
Rəssamlıq
dərnəyinin üzvləri Azərbaycan Dövlət
İncəsənət muzeyində, Rəssamlıq
Akademiyasında olmuş, yaradıcılıq işləri
burada nümayiş etdirilmiş, tədbirlər “Space”, “AzTV”,
“Lider TV” tərəfindən
işıqlandırılmışdır.
Mərkəzin
dram dərnəyinin üzvləri Xocalı faciəsi ilə əlaqədar
keçirilən müxtəlif tədbirlərdə
iştirak etmişlər. “Xudafərin” xalq instrumental
ansamblı rayonun 52 və 53 saylı orta məktəbləri
“Arzu” və “Şəms” kollektivlərinin Milli Parkda
keçirilən “Gül” bayramı, Novruz bayramı, Türkiyədə
keçirilən “Uşaq bayramı”ndakı
çıxışı da dərin iz buraxmışdır.
“Nur” muğam üçlüyündə
çıxışları daim dinləyicilər tərəfindən
rəğbətlə qarşılanır. Belə ki, bu
üçlüyün üzvləri bədii özfəaliyyət
kollektivlərini baxış müsabiqəsindəki fəaliyyətinə
görə xüsusi diploma layiq görülmüşdür.
Özfəaliyyət
kollektivi üzvlərindən Səidə Orucova, Yadigar Nəzərli,
Sona Həsənova, Xəyal Məmmədov, “Nur”
ansamblının rəhbəri Tuqay İsmayılovun
çıxışları hər kəsin zövqünü
oxşayır.
A.M.Şərifzadə
adına Mədəniyyət Mərkəzinin kollektivi
çalışqanlığı və əməksevərliyi
nəticəsində respublikamızın ən qabaqcıl mədəni–maarif
müəssisələri sırasına
çıxarmışdır.
Zabit CAVADOV
Respublika.- 2013.- 17 aprel.- S. 16.