Ölkəmizə gələn turistlərin sayı ildən–ilə artır

 

Ölkəmizdə qeyrineft sektorunun əsas qollarından biri olan turizmin inkişafı hazırda iqtisadiyyatımızın prioritet istiqamətlərindən hesab olunur. Azərbaycanda bu sektorun inkişafı üçün geniş potensial imkanlar var. Təsadüfi deyil ki, dünyada mövcud olan 11 əsas iqlim qurşağından 9–u respublikamızda yerləşir. Müstəqil respublikamızda digər sahələrdə olduğu kimi, turizmin inkişafı da ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, ulu öndərin təşəbbüsü ilə Azərbaycan 2001–ci ildə Ümumdünya Turizm Təşkilatına tamhüquqlu üzv qəbul olunmuş, bu sahəni tənzimləyən hüquqi baza yaradılmış, dövlət proqramlarının icrası həyata keçirilmişdir.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev ulu öndərin bu sahədə başladığı strategiyanı uğurla davam etdirir. Dövlət başçısı turizm sektoruna dair bir sıra fərman və sərəncamlar imzalamış, regionların sosialiqtisadi inkişafına dair dövlət proqramlarına müddəalar salınmışdır. Həmçinin ölkə rəhbəri bölgələrə səfəri zamanı turizm–istirahət məkanlarının açılışında, yeni obyektlərin təməlqoyma mərasimlərində iştirak etmişdir.

“Azərbaycan Respublikasında 2010–2014– illərdə turizmin inkişafına dair Dövlət Proqramı”, 2011–ci ilinTurizm ilielan edilməsi və bu sahə ilə bağlı bir sıra əhəmiyyətli islahatların aparılması turizm sektorunun inkişafına yeni təkan vermişdir.

Ümumiyyətlə, turizm sektoru ölkəmiz üçün bir neçə cəhətdən—iqtisadiyyatın güclənməsi, bölgələrin inkişafı və Azərbaycanın bütün dünyada tanınması baxımından böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyev son nitqlərinin birində bu məsələyə diqqət çəkərək demişdir: “Turizm sahəsi həm regionların inkişafı, həm də ki, ölkənin iqtisadi potensialının möhkəmlənməsi üçün, Azərbaycanın imici, dünyaya inteqrasiyası üçün, çox mühüm bir vasitədir. Bizim çox gözəl təbiətimiz var. Bəlkə nadir ölkələrdən biriyik ki, burada istənilən təbii şərait, istənilən iqlim var”.

Son illər Azərbaycanın beynəlxalq turizm sərgilərində iştirakı, dünya turizm məkanına uğurlu inteqrasiyası, bu cür tədbirlərə ev sahibliyi etməsi öz bəhrəsini verir. Məhz bunun nəticəsidir ki, ölkəmizə əcnəbi vətəndaşların axını ildən–ilə artır. 2012–ci ildə bu sahədə ən yüksək göstərici qazanılmış, dövlət büdcəsinə xeyli vəsait daxil olmuşdur. Ötən il ölkəmizi 2 milyon 500 min xarici vətəndaş ziyarət etmişdir.

Bu il Azərbaycana daha çox turistlərin gəlişi gözlənilir. Elə aprelin 4–də Bakıda keçirilən “AİTF–2013″ Azərbaycan beynəlxalq turizm və səyahətlər sərgisi də bunu deməyə əsas verir. Qeyd edim ki, “Bakı Ekspo” sərgi və toplantı mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “İTE Group pls” və onun tərəfdaşı “İteqa Caspian” MMC–lərin təşkilatçılığı ilə “AİTF–2013″ 12–ci Azərbaycan beynəlxalq turizm və səyahətlər və 7–ci Qafqaz beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgiləri keçirilmişdir.

Aprelin 5–də isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva sərgi ilə tanış olmuşlar. Dövlətimizin başçısı və xanımı Azərbaycanla yanaşı, sərgiyə qatılan Türkiyə, İsveçrə, Almaniya, Avstriya, İndoneziya, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Sloveniya, Monteneqrosair ölkələrin turizm sənayesini əks etdirən stendləri diqqətlə izləmişlər. Ümumiyyətlə, “AİTF–2013″ sərgisinə 60–dan çox istiqaməti təqdim edən 35 ölkədən 251 şirkət qatılmışdır. İştirakçı ölkələr sərgidə turizm sənayesinin müxtəlif istiqamətlərini təqdim etmişlər. Buraya hava yolları və aviaagentliklər, turoperatorlarturizm agentlikləri, mehmanxanalar, mehmanxana şəbəkələri, sanatoriyalar, pansionatlar, habelə işgüzar səfərlərin, idman, ekoloji turizmin, eləcə də elit istirahətin təşkili ilə məşğul olan şirkətlər daxil idilər.

Sərgidəki “Azərbaycanda istirahət” bölməsi xarici qonaqlaryerli insanlar tərəfindən böyük maraqla qarşılandı. Regionlarımızın iqlim xüsusiyyətləri, təbii ehtiyatları, şəhər və rayonların ən məşhur kurort zonaları, mehmanxana və pansionatları barədə məlumatlar stendlərdə öz əksini tapmışdır. Həmçinin Xəzər dənizi sahilində yerləşən “AF Hotel Aqua Park” ailəvi istirahət kompleksinin təkcə Azərbaycanda deyil, bütövlükdə Cənubi Qafqazda analoqu olmayan mərkəz kimi fəaliyyət göstərdiyi qeyd olunmuşdur.

Həyata keçirilən tədbirlər sayəsində son illər Azərbaycana gələn turistlərin sayının ildə orta hesabla 10–11 faiz artdığı nəzərə çarpır. Məsələn, 2002–ci ildə ölkəmizə 428 min əcnəbi vətəndaş səfər etmişdisə, 2007–2008–ci illərdə bu göstərici bir milyonu üstələmiş, 2011–ci ildə turistlərin sayı 2,1 milyondan çox, 2012–ci ildə isə 2,5 milyondan çox olmuşdur.

Bir sözlə, ölkəmizdə turizm sektorunun inkişafı ilə bağlı son illər atılan addımlar öz bəhrəsini verməkdədir. Bu sahədə fəaliyyət göstərən hər bir şirkət və mütəxəssis də ölkəmizdə turizm sektorunun inkişafına öz töhfəsini əsirgəməməlidir.

 

 

Ağalar Hacıyev,

Bakı Səyahətlər və Ekskursiyalar

Bürosunun direktoru

 

Respublika.- 2013.- 18 aprel.- S. 14.