Azərbaycan memarlığının inkişafı Heydər Əliyevin adı ilə bağlıdır

 

Hər hansı bir sənət növündən söhbət açarkən, onun inkişafında uğurlar qazanan, sənəti dünyaya tanıtdıran klassiklərin adları yada düşür.

Ədəbiyyatda Homerdən tutmuş Hüqo, Tolstoy, Qolsuorsi, Həsən Seyidbəyli, İmran Qasımov və başqaları…

Təsviri sənətdə Mirondan tutmuş, Mikelancelo, Botiçelli, Repin, Fuad Əbdurəhmanov, Maral Rəhmanzadə və başqaları…

Musiqidə Haydn, Rossini, Raxmaninov, Şostakoviç, Qara Qarayev, Fikrət Əmirov və başqaları…

Memarlıqda İktinHollikrat, Bramante, Rastrelli, Şusev, Vesnin qardaşları, Sadiq Dadaşov, Mikayıl Hüseynov və başqaları…

Lakin memarlıq yeganə sənətdir ki, adı çəkiləndə onu yaradan müəlliflərlə bərabər, onu yaşadan dövlət adamlarının da adı çəkilir.

XX əsrin 70–ci illərindən sonra, XXI əsrin ilk illərində Azərbaycanda yaranan memarlıq əsərlərinin mövcudluğu, qiymətləndirilməsi, dünyaya tanıtdırılmasında əvəzsiz rol oynayan Heydər Əlirza oğlu Əliyev olmuşdır.

Heydər Əliyevin gənc yaşlarından memarlıq sənətinə vurğunluğu, bu ixtisasa yiyələnmək istəyi, yaradıcılıq arzuları artıq hamıya bəllidir.

Hətta orta məktəbi bitirdikdən sonra Heydər Əliyevin o vaxtlar Azərbaycan Sənaye İnstitutunda fəaliyyət göstərən memarlıq fakültəsində təhsil alması da onun bioqrafiyasının maraqlı dövrünü təşkil edir. Sonraki illər taleyin öz cızdığı planları ilə bu dahi insanın həyatına lazımi istiqamətlər verildi və yaşadığı günlərin, illərin nə ilə bağlı olmasına baxmayaraq, memarlığa olan həvəs və məhəbbət Heydər Əliyevi heç zaman tərk etmədi.

1993– ilin payızını xatırlayıram. O vaxtlar Bakının baş memarı vəzifəsində çalışırdım. Başçının müavinləri ilə bərabər hüquqda olduğum üçün, onlar kimi ayda biriki dəfə bir sutka ərzində Bakı üzrə məsul növbətçi olurdum. Növbətçilikdən sonra bizə bir gün istirahət etmək imkanı verirdilər. Belə bir istirahət günü idi ki o vaxt Bakı şəhəri icra hakimiyyətinin başçısı R.Allahverdiyev mənə zəng vurub dedi:

Saat beşdə biz sizinlə Milli Məclisdə Heydər Əliyevin yanında olmalıyıq.

Doğrusu bu məlumat məni bir qədər narahat etdi.

Ölkəyə yeni rəhbərlik gəlmişdi. Bakının başçısı da mənim üçün yeni bir insan idi. Qulağıma da səs çatmışdı ki, bir sıra idarə rəhbərləri, o cümlədən mən də tutduğumuz vəzifəni tərk etməli olacağıq. O biri tərəfdən düşünürdüm ki, mən kiməm ki işdən azad etmək üçün məni Heydər Əliyevin yanına çağırsınlar?

Saat beşdə qəbul otağına daxil olduq. Burada çoxlu dövlət adamları toplaşmışdı. Bir çoxunu tanıyırdım və tərkibdən nəticə çıxardım ki, toplantı hansısa başqa məsələ ilə bağlıdır. Yəni kadr söhbəti deyil.

Hamımızı kabinetə dəvət etdilər. Heydər Əliyev kabinetin mərkəzində durub hamı ilə birbir salamlaşırdı.

Biz yaxınlaşanda Rafael müəllim məni təqdim etdi:

Elbay Qasım–zadə, Bakının baş memarıdır.

Əlimi sıxıb, ikiüç saniyə mənə diqqətlə baxandan sonra Heydər Əliyev dedi:

Biz tanışıq. Yeni Sədərəyin layihəsi. Elədirmi?

Mən bunu təsdiqləyəndən sonra qayıtdı:

Bir neçə başqa layihələrlə əlaqədar da görüşmüşdük.

—Bəli, —dedim.

Biz, həqiqətən, bir neçə layihələrlə əlaqədar 70–ci illərin axıri, 80–ci illərin əvvəllərində görüşmüşdük. İlk görüşümüz Batabatda tikilməsi planlaşdırılmış qonaq evi ilə bağlı idı. Batabat haqqında mənim müəyyən qədər təsəvvürüm var idi. İlk eskizləri Heydər Əliyevə göstərəndə onlarla diqqətlə tanış olduqdan sonra dedi:

—Relyefdən yaxşı istifadə etmisən. Görünüşü də yaxşıdır.

Layihəmin planlarına görə bəzi təkliflərini və tapşırıqlarını verdi və birdən soruşdu:

Özün Batabatda olmusanmı? Mütləq ora getmək lazımdır. Maraqlı xüsusiyyətləri və gözəl təbiəti var.

Bir məsələyə də toxundu. Hələ o dövrdə ermənilərin hiyləgərliyini görüb sərhəddə, Sədərək kəndinin yaxınlığında yeni, müasir, nümunəvi bir qəsəbənin layihəsinin hazırlanmasını da tapşırdı.

Bu tapşırıqların hamısı yerinə yetirildionun xoşuna gəldiyi üçün Heydər Əliyev memarlıqla bağlı olan məsələlərə məni cəlb etmək tapşırığını ətrafında çalışan məmurlara hələ o vaxt vermişdi.

Tikilməkdə olan Mərkəzi Komitənin yeni binasının xaricidaxili görünüşünün variantları, memarliq abidələrinin bərpası və saxlanması proqramı, bir çox başqa memarlıq layihələrinin hazırlanmasına və müzakirəsinə mən cəlb olunurdum.

Bu xatirələr hamısı bir an içində o gün gözümün qarşısından keçdi. Bu hadisələrdən 10 il keçdiyinə baxmayaraq, Heydər Əliyevin yadında qalmışdım.

Müşavirə başlandı. Müzakirələr, məsələlər birbirini dəyişirdi. Nəhayət, Respublika Sarayının andiçmə mərasiminə hazırlanması məsələsinin növbəsi çatdı.

Səhnənin eskiz layihəsi, hətta maketi belə tanınmış bir rəssam tərəfindən hazırlanmışdı. Heydər Əliyev maketi qarşısına qoyub diqqətlə onunla tanış olur və verilən izahatları dinləyirdi.

Cərgədə oturan adamlar maraq göstərərək qabağa əyilib Heydər Əliyev tərəfə baxırdilar və mən onların arxasında qalmışdım.

Birdən hiss elədim ki, yanımda oturan adam dirsəyi ilə məni itələyir. Üzümü ona çevirib gördüm ki, başı ilə Heydər Əliyev tərəfə işarə edir. Qabağa gəlib Heydər Əliyevin baxışı ilə rastlaşdım.

Ayağa qalxdım. Soruşdu:

—Nə deyə bilərsən?

İcazə alıb ona yaxınlaşdım. Maketə diqqətlə baxıb dedim:

—Peşəkarlıqla işlənib. Yaxşıdır. Lakin mən bir başqa cür edərdim.

Heç bir əlavə söz demədən qayıtdı:

Bildiyin kimi et və yerində icrasının rəhbərliyini və nəzarətini də sənə tapşırıram.

Müşavirədə iştirak edən nüfuzlu bir xanım deyəndə ki, icradan qabaq öz eskizlərimi ona göstərim, Heydər Əliyev dedi:

—Lazım deyil. Mən onun bacarığını bilirəm. Hər şeyi lazımi kimi edəcək.

Xanımın xoşuna gəlməsə də, məcburən razılaşdı.

10 oktyabr 1993– ildə Respublika Sarayında keçən andiçmə mərasiminin iştirakçiları bu tapşırığı nə dərəcədə müvəffəq yerinə yetirdiyimə qiymət verə bilərlər.

Heydər Əliyev isə tədbirdən sonra məni səhnə arxasına dəvət etdi, əlimi sıxıb təşəkkürünü bildirdi.

Bu kiçik bir epizoddur. Burada Heydər Əliyevin memarlığa tam ciddi münasibəti və tanıdığı, yaradıcılığına qiymət verdiyi insana inamı əyani sübut olunur.

Hər bir insanda hansısa sənət növünə maraq və məhəbbət hissi ola bilər. Mən, misal üçün, baleti çox sevirəm. Lakinmusiqi yaza bilirəm, nə də səhnədə öz məharətimi göstərə bilərəm.

Heydər Əliyev memarlığı sevməklə bərabər, onun incəliklərini bilirdi, tam peşəkarlıqla memarlıq haqqında fikir mübadiləsi apara bilirdi. Hər hansı layihənin plan cizgilərini sərbəst oxuyurdu, hərdən səhvləri görüb özünəməxsus gülüşü ilə deyirdi:

—Sən elə bilirsən yalnız sən memarsan? Mən də bunları vaxtilə öyrənmişəm. Lakin sənin baxtın işləyib ki, ömür boyu bu işlə məşğulsan. Məni isə həyat sevdiyim sənətdən bir qədər uzaqlaşdırıb. Lakin etiraf et ki, cizgilərdən başım çıxır!

O, həqiqətən, memarlıq cizgilərini tam kamilliklə oxuyurdu. Mən bunu yanında çalışdığım 8 il müddətində dəfələrlə müşahidə edirdim.

Bununla bərabər, təəssüflə qeyd edirəm ki, hətta uzun illər təcrübəsi olan həmkarlarımızın içərisində cizgilərdən başları tam çıxmayanlar da vardır.

Bir epizodu da xatırlayıram. Heydər Əliyevin tapşırığı ilə Naxçıvanda dəfn olunmuş Hüseyn Cavidin məzarı üzərində inşa olunacaq türbənin layihəsinin müsabiqəsi elan edildi. Ölkəmizin bir çox memarları və heykəltəraşları bu müsabiqəyə təkliflər hazırladı. Nümayiş materialları yerləşmiş zalda bir çox yaradıcı insanlar toplaşmışdı.

Zala Heydər Əliyev daxil oldu. Yanında o vaxtlar xarici işlər naziri vəzifəsini tutan Həsən Həsənov idi. Vəzifəsinin məsələyə heç bir aidiyyəti olmamasına baxmayaraq, Heydər Əliyev onun zövqünü, memarlığa olan həvəsini çox qiymətləndirirdi.

Zalda 30–a yaxın layihə toplanmışdır. Bunlarla bir–bir tanış olub, müəlliflərlə hər birisini müzakirə edib, hər layihənin müsbət mənfi xüsusiyyətlərini vurğulayıb, Heydər Əliyev dedi:

Çox sağ olun ki, mövzunu özünüzə doğma qəbul edib vaxt istedadınızı onun açıqlaması üçün əsirgəməmisiniz. Hüseyn Cavid şəxsiyyəti, onun yaradıcılığı, fəlsəfəsi, vətənə məhəbbəti, xalqına olan sədaqəti sizin səylərinizə layiqdir. Burada çoxlu layihələr toplanıb. Qısa bir vaxtda onlarla yaxından tanış olmaq hansısa bir qərara gəlmək çətindir. Təklif edirəm layihələr qalsın burada. Sərbəst olduğum vaxtda mən tək bir bunlara baxım bir nəticəyə gəlim. Sizə isə bir daha təşəkkürümü bildirirəm yaradıcılıqda uğurlar arzulayıram.

Müsabiqənin yekunlarının nəticəsində ölkəmizin tanınmış ustadları olan memar Rasim Əliyevin heykəltaraş Ömər Eldarovun layihəsi əsasında Naxçıvanda Hüseyn Cavidin məzarının üzərində möhtəşəm bir türbə inşa olundu Heydər Əliyevin iştirakı ilə onun təntənəli açılışı mərasimi keçirildi.

Heydər Əliyevin memarlıq haqqında geniş dərin biliyi var idi. Tarixi memarlıq kanonlarını, dünya şöhrətli memarlıq əsərləri haqqında geniş məlumatı, memarlıq sənətinə aid baş verən yeniliklərin öyrənilməsi–bütün bunlar bu böyük insanın gəncliyində sevdiyi sənətlə bağlılığını daha da möhkəmləndirirdi.

Memarlarla ünsiyyətdə olmağı xoşlayırdı. Onun akademik Mikayıl Hüseynovla söhbətləri bizim üçün böyük maraq mövzusu idi.

Mikayıl Hüseynovun yaradıcılığına çox yüksək qiymət verirdi. Bunu mənə özü dəfələrlə deyib. Məhz bunun nəticəsidir ki, SSRİ məkanında akademik Mikayıl Hüseynov yeganə memar idi ki Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Buna da Heydər Əliyevin birbaşa dəstəyi imkan vermişdir.

Moskvada SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışdığı dövrdə SSRİ Memarlar İttifaqının növbəti plenumunun keçirilməsi haqqında məlumat alan Heydər Əliyev toplantıda iştirak etmək arzusunu bildirir. Burada toplaşan memarlar mövcud problemləri, sənətin gələcəyi, yaradıcılığın istiqamətləndirilməsi, bir qədər məhdudlaşdırılması kimi məsələləri müzakirə edirdilər. Qeyd etmək lazımdır ki, müzakirələr çox kəskinliklə, mübahisələrlə aparılırdı.

Nəhayət, Heydər Əliyev söz istədi. Memarlar onun sənətə olan münasibətini bilərək, ona çox hörmətlə yanaşırdılar. Heydər Əliyev 45 dəqiqə davam edən çıxışında, hər hansı bir konspekdən istifadə etməyərək bütün müzakirə olunan məsələlərə münasibətini bildirdi, hətta onların həlli yollarını da açıqlayıb, zalda əyləşən sovet memarlığı sənətinin korifeylərini belə heyran etdi. İllərlə təcrübə toplamış, memarlıq haqqında formalaşmış fikirlərini başqalarından üstün tutan memarlar bir neçə an özlərini itirmiş, təəccüb hissi keçirib birdən ayağa qalxdılar atəşli alqışlar zalı sarsıtdı.

Bəli, atəşli alqışlar!

Fərq onda idi ki bu alqışlar kommunist partiyasının qurultay ssenarisində qabaqcadan nəzərdə tutulmuşatəşli alqışlardeyildi. Bu alqışlar memarların həyatlarını həsr etdikləri sənətə, dövlətin birinci rəhbərlərindən olan Heydər Əliyevin şəxsiyyətinə hörmət ciddi münasibətə verilən cavab idi.

 

 

Elbay Qasımzadə,

Azərbaycan Respublikası Memarlar

İttifaqı İdarə Heyətinin sədri,

əməkdar memar,

Şərq ölkələri beynəlxalq memarlıq

akademiyasının vitse–prezidenti,

UNESCO UİA yanında Beynəlxalq

Memarlıq Akademiyasının professor

 

Respublika.- 2013.- 19 aprel.- S. 6.