MÜASİR MÜSTƏQİL AZƏRBAYCANIN MEMARI

 

“Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, isməti ilə, fədakarlığı, vətənpərvərliyi ilə, millətinə, torpağına olan hədsiz məhəbbəti ilə və gözəlliyi ilə tanınmışdır”—ulu öndər Heydər Əliyevin bu dahiyanə sözləri Azərbaycan qadınına, Azərbaycan anasına, qızına verilən layiqli qiymətdir.

Dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyəti dövründə qadın problemləri daim diqqət mərkəzində saxlanılmış və bu sahədə ardıcıl tədbirlər həyata keçirilmişdir. 1995–ci ildə Azərbaycan BMT–nin qadınlara münasibətdə hər cür ayrı–seçkiliyin ləğv olunması barədə konvensiyasına qoşulmuş, 1998–ci il yanvarın 14–də isə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. 2000–ci il martın 6–da ümummilli lider Heydər Əliyev “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” xüsusi fərman imzalamışdır. Bütün bunlar və digər qanunvericilik aktları qadınlarımızın həyatında mühüm rol oynamış, onların ictimaisiyasi proseslərdə mövqeyinirolunu daha da genişləndirmiş, Azərbaycan qadınlarının hüquqlarının qorunması, cəmiyyətdə fəallığının artırılması məqsədilə müxtəlif dövlət proqramları həyata keçirilmişdir. Bu fərman və sərəncamların verilməsi, eləcə də onların real həyatda öz əksini tapması Heydər Əliyevin Azərbaycan qadınına dərin hörmətini, onların hüquqlarının həqiqi müdafiəçisi, arzu və azadlıqlarının təminatçısı olmasına əyani sübutdur. Bu gün Azərbaycan qadını ölkədə yaradılmış sabitliyə və təhlükəsizliyə, inkişafa görə müstəqil dövlətimizin memarı ümummilli lider Heydər Əliyevə minnətdardır.

Tanınmış filosoflardan birinin məşhur kəlamı var: “Tarix şəxsiyyəti deyil, şəxsiyyət tarixi yaradır”. Bu müdrik kəlamı xatırlayanda, ilk növbədə ulu öndərimiz Heydər Əliyev yada düşür. Bütün həyatı boyu Azərbaycanın müstəqilliyi, azadlığı, hərtərəfli tərəqqisi üçün çalışan, Azərbaycanın şanlı və müasir tarixini yaradan Heydər Əliyev…

Dünyada insan üçün ən böyük nemət azadlıq, dövlət üçünsə müstəqillikdir. Əgər azad insan müstəqil dövlətdə yaşayırsa, bu xoşbəxtliyin dəyəri ölçüyəgəlməzdir. Azərbaycan xalqı üçün xoşbəxtliyin belə yüksək zirvəsinin fəthi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və vətəndaşın mənafeyinə xidmət etmiş, Azərbaycanın bütövlüyü uğrunda, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması üçün fədakarlıqla çalışmış, mümkün ola bilən hər şeyi etmişdir. Azərbaycan xalqının həyatında tarixin səhifələrinə dönmüş əlamətdar hadisələr çoxdur. Ancaq bunların ən önəmlisi Azərbaycanda dövlət müstəqilliyinin bərpasıdır… Ulu öndər Heydər Əliyev deyirdi: “Bizim böyük məsuliyyətimiz var. Biz müstəqil Azərbaycan dövləti yaradırıq və onu elə yaratmalıyıq ki, daim yaşasın, heç bir qüvvə onu heç vaxt heç bir yana əyə bilməsin, heç bir böyük dövlət gəlib bizim, Azərbaycan xalqının milli azadlığını, müstəqilliyini əlindən ala bilməsin. Azərbaycanın dövlət müstəqilliyi bizim üçün ən əziz, ən qiymətli nailiyyətdir və bu nailiyyəti—dövlət müstəqilliyimizi daim qoruyub saxlayacağıq. Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi və əbədi olması bundan da çətindir”.

Heydər Əliyev bugünkü müstəqil Azərbaycan Respublikasının təhlükəsizlik orqanının başlanğıc tarixini 1918–20–ci illərdə mövcud olmuş ilk Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı kəşfiyyat və əks–kəşfiyyat strukturundan götürməyi doğru, düzgün və çox məqsədəuyğun hesab edirdi. Ona görə də bu təqvimi 1997–ci il martın 23–də imzaladığı sərəncamla rəsmiləşdirmişdi. İndi hər il mart ayının 28–i Milli Təhlükəsizlik Orqanları Əməkdaşlarının Peşə Bayramı Günü kimi qeyd olunur. Həmin gün həm də Azərbaycan təhlükəsizlik orqanları işçilərinə dövlət səviyyəsində yüksək qayğı göstərilməsinin və fəaliyyətlərinə layiqli qiymət verilməsinin bariz təzahürüdür. İndi bu orqanda Heydər Əliyevin azərbaycançılıq məktəbini keçmiş bütöv bir nəsil formalaşmış və təhlükəsizlik orqanlarının bütün gözəl ənənələrini estafet kimi davam etdirib yaşatmağı qarşısına məqsəd qoymuşdur.

Ulu öndərimiz Heydər Əliyevin 1967–ci ildə dövlət təhlükəsizlik orqanlarına rəhbər təyin edilməsi ilə xalqımızın milli mənafeyi istiqamətində çox işlər görüldü: Azərbaycanın bir çox tanınmış ziyalıları məhz dahi rəhbərimiz Heydər Əliyevin böyük fədakarlığı nəticəsində imperiyanın cəngindən qurtula bildilər.

Heydər Əliyevin 1969–cu ildə Azərbaycanda rəhbərliyə gəlişindən sonra keçmiş SSRİ–nin hər cəhətdən geridə qalmış respublikalarından olan Azərbaycan ulu öndərin titanik fəaliyyəti nəticəsində qısa müddət ərzində, iqtisadi–sənaye, maddi rifah, sosial–mədəni, ümumiyyətlə, bütün sahələrdə sürətlə inkişaf edərək qabaqcıl yerlərdən birini tutmağa nail oldu. Yüzlərlə azərbaycanlı Sovet İttifaqının ən aparıcı ali tədris müəssisələrinə təhsil almaq üçün göndərildi. Gələcəkdə müstəqil Azərbaycanın milli ordusunun özəyini təşkil edəcək zabit korpusunun yetişdirilməsi üçün hərbi məktəblər açıldı.

Heydər Əliyev sələflərindən fərqli olaraq çalışdığı bütün vəzifələrdə, o cümlədən təhlükəsizlik orqanlarında öz fəaliyyəti ilə bu struktura bir yenilik gətirmiş, cəsarəti və xalqa sədaqəti ilə pillə–pillə yüksəlmiş, təhlükəsizlik xidmətinin də təbiətini milliləşdirmişdir. Sonralar ulu öndər Heydər Əliyev deyirdi: “Mən bu gün böyük iftixar hissi ilə deyə bilərəm ki, dövlət təhlükəsizliyi orqanlarında rəhbər vəzifələrdə işlədiyim zaman, bu orqanın başçısı olduğum zamanondan sonra Azərbaycan Respublikasının başçısı olduğum zaman Azərbaycan xalqının milli mənafeyinə əks olan heç bir tədbir görülməmişdir”.

Ötən əsrin 60–cı illərdən başlayaraq Heydər Əliyevin təşəbbüsü ilə təhlükəsizlik orqanları sistemində əməkdaşların seçilib yerləşdirilməsi işində əsas üstünlük milli kadrlara verilirdi ki, bu da həmin orqanın tərkibinin keyfiyyətcə milliləşdirilməsində əhəmiyyətli rol oynadı və hazırda Milli Təhlükəsizlik Nazirliyi Azərbaycanın müstəqilliyini və suverenliyini, xalqın mənafeyini inamla müdafiə etməkdədir. Bu gün fəxrlə demək olar ki, Milli Təhlükəsizlik Nazirliyinin keçdiyi tarixi inkişaf yolunun iki ən mühüm mərhələsi ömrünün böyük bir hissəsini, qaynar gəncliyini təhlükəsizlik orqanlarına həsr etmiş xalqımızın fədakar oğlu ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyevin adı ilə bağlıdır. Onun Dövlət Təhlükəsizlik Komitəsinin əks–kəşfiyyat şöbəsinə rəhbərlik etdiyi, sədr müavini və sədri kimi fəaliyyət göstərdiyi illər xalqın yaddaşında dövlət təhlükəsizlik orqanlarının milliləşdirilməsi, azərbaycanlı kadrların yetişdirilərək irəli çəkilməsi, gələcək müstəqil dövlətin milli təhlükəsizlik strukturları üçün real kadr potensialının yaradılması ilə yadda qalmışdır. Heydər Əliyevin bu sahədəki fəaliyyəti, eyni zamanda, müdrik bir uzaqgörənlik idi və Azərbaycan öz dövlət müstəqilliyinə qovuşduqdan, tarixi ədalət bərpa olunduqdan sonra ilk günlərdən öz təsdiqini tapdı. İstər təhlükəsizlik orqanlarında, istərsə də respublikaya rəhbərlik etdiyi vaxtlarda Heydər Əliyev təhlükəsizlik orqanlarında milliləşmə prosesinə hər zaman xüsusi diqqət yetirmişdir. Bu gün ümummilli liderin adını şərəflə və qürurla daşıyan Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının təsis olunması da məhz ulu öndərin böyük uzaqgörənliyinin bariz nümunəsidir.

Zəngin və mənalı həyatının 25 ilini təhlükəsizlik orqanlarında xidmətə həsr etmiş, leytenant rütbəsində əməliyyat müvəkkilindən, general rütbəsində sədr vəzifəsinədək yüksəlmiş, sonra isə Az.SSR KP MK–nın birinci katibi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, müstəqil Azərbaycan Respublikasının Milli Məclisinin sədri və Prezidenti, Ali Baş Komandanı vəzifələrində işləyərkən də təhlükəsizlik orqanlarına xüsusi qayğı ilə yanaşmış, bu qurumun fəaliyyətinə daim diqqət göstərmişdir.

Milli təhlükəsizlik naziri, generalleytenant Eldar Mahmudovun bir fikrini xatırlatmaq istərdim: “Xalqımızın ən böyük sərvəti ümummilli liderimizin Azərbaycan üçün ərməğan qoyub getdiyi, dönməzliyi, əbədiliyi təmin edilmiş dövlət müstəqilliyimizdir. Təhlükəsizliyin təminatçısı olmaq, xalqa, Vətənə, dövlətə sədaqətlə xidmət etmək—Heydər Əliyev ənənələrini yaşatmaqdavam etdirmək deməkdir. Bu, vətəndaşlıq missiyasının şərəflə yerinə yetirilməsi hər birimizin, bütövlükdə hamımızın müqəddəs borcudur”.

Bu gün Milli Təhlükəsizlik Nazirliyinin bütün əməkdaşları bu şərəfli missiyanın layiqincə yerinə yetirilməsi üçün bütün bilik və bacarıqlarını səfərbər ediblər. Bununla yanaşı, Milli Təhlükəsizlik Nazirliyinin tərəfdaş ölkələrin xüsusi xidmət və təhlükəsizlik orqanları ilə geniş əməkdaşlıq əlaqələri qurması, eləcə də terrorçuluğa qarşı, transmilli cinayətkarlığın digər təhlükəli təzahürləri ilə mübarizə sahələrindəki uğurları da qeyd etməmək mümkün deyil. Ölkədə təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsində, respublikamızın əleyhinə yönəlmiş hər cür qəsdlərin qarşısının alınmasında xüsusi xidmət orqanlarının önəmli rol oynaması dahi rəhbərimiz Heydər Əliyevin və onun layiqli siyasi varisi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü fəal hüquq–mühafizə siyasəti xəttinin məntiqi davamıdır.

Heydər Əliyev azərbaycanlı olduğu ilə həmişə fəxr edirdi, özünü xoşbəxt sanırdı. Azərbaycan xalqı da, bütün dünyanın qibtə edəcəyi Heydər Əliyev kimi rəhbəri, milli lideri olduğu üçün xoşbəxt idi. İndiona görə xoşbəxtdir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu şanlı məktəbin layiqli davamçısı, möhtərəm Prezident İlham Əliyev tərəfindən möhkəm və sarsılmaz təminat yaradılmışdır.

Heydər Əliyev dühası bizim fəaliyyətimizin, nailiyyətlərimizin və uğurlarımızın ilhamvericisidir. Heydər Əliyevin milli təhlükəsizlik orqanlarında yaratdığı şanlı ənənələr indiyədək qorunub saxlanılır və layiqincə davam etdirilir. Heydər Əliyev Azərbaycan durduqca xalqının qəlbində yaşayacaq, bütün insanlar tərəfindən həmişə ən görkəmli ictimaisiyasi, dövlət xadimi və ən nəhayət, Vətənini, xalqını hədsiz məhəbbətlə sevən, ona ruhən bağlı olan bir azərbaycanlı kimi xatırlanacaq—ƏSL ƏBƏDİLƏŞMİŞ ÖMÜR İSƏ BAX ELƏ BUDUR!

 

 

Natəvan MİRVƏTOVA,

Milli Təhlükəsizlik Nazirliyinin

İdarə rəisi, general-mayor

 

Respublika.- 2013.- 21 aprel.- S. 3.