DEMOKRATİK, HÜQUQİ DÖVLƏTİN YARADICISI

 

Dünya şöhrətli siyasətçi və görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti çoxəsrlik dövlətçilik tariximizdə müstəsna yer tutur. Ömrünü Azərbaycan xalqının taleyi ilə bağlayan, yüksək insani keyfiyyətlərə, dövləti idarə etmək bacarığına malik olan Heydər Əliyev bənzərsiz və müqayisəedilməz şəxsiyyət idi. Ulu öndər xalqımızın taleyində, mənəvi, siyasiictimai həyatında misilsiz rol oynamışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013– il 21 yanvar tarixli “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” Sərəncamında ulu öndərimizin Azərbaycanın müasir tarixindəki əvəzsiz rolu hərtərəfli əksini tapıb: “Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli–mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizin əsas qanunu — Konstitusiyanın qəbul edilməsi, hakimiyyətlərin bölünmə prinsipinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının formalaşdırılması Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissələridir”.

Müasir Azərbaycan tarixinin ötən əsrin altmışıncı illərinin sonlarından başlanan ən parlaq səhifələri, respublikamızda cərəyan edən proseslər, əldə etdiyimiz uğurların hamısı birbaşa Heydər Əliyevin şəxsiyyətindən qaynaqlanır. Bu dahi insan Azərbaycanı qüdrətli bir dövlət, xalqını güclü bir millət kimi formalaşdırmaq kimi son dərəcə çətin bir missiyanı öz üzərinə götürmüş və şərəflə yerinə yetirmişdir. Azərbaycan tarixinin Heydər Əliyev epoxasını təhlil edən nüfuzlu siyasətçi və tarixçilər haqlı olaraq belə bir nəticəyə gəliblər ki, dövlət müstəqilliyimizin bərpa edilməsinin tarixi 1991–ci il oktyabrın 18–dən başlansa da, əslində suverenliyimizin siyasi, sosialiqtisadihüquqi əsasları ulu öndərimizin Azərbaycana hələ birinci dəfə rəhbərlik etdiyi 1970–80–ci illərdə yaradılıb. O vaxta qədər Azərbaycan keçmiş ittifaqın geridə qalmış respublikalarından biri kimi tanınırdı. Sovet rejiminin yaratdığı maneələr, qadağalar şəraitində Heydər Əliyev çox böyük uzaqgörənliklə, cəsarətlə özündən əvvəlki stereotipləri altüst etdi. Azərbaycan iqtisadiyyatını, mədəniyyətini dirçəltdi, hüquqi islahatlar həyata keçirdi, Azərbaycan dilinin Konstitusiyamızda dövlət dili kimi təsbit olunmasına, respublikada sağlam mənəvi mühitin yaradılmasına nail oldu.

Ulu öndərin Azərbaycana birinci dəfə rəhbərliyə başladıqdan qısa müddət sonra hüquq sisteminə verdiyi ən böyük töhfələrdən biri 1959–cu ildə ləğv edilmiş Ədliyyə Nazirliyinin bərpa edilməsi oldu. Məhz Heydər Əliyevin böyük səyi nəticəsində Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti 1970–ci il oktyabrın 27–də Azərbaycan SSR Ədliyyə Nazirliyinin təsis edilməsi haqqında qərar verdibununla da Azərbaycan ədliyyə tarixində yeni mərhələnin əsası qoyuldu.

Ulu öndərimiz hələ o dövrdə Azərbaycanın inkişafı və tərəqqisi, insanların firavan yaşaması üçünmümkün idisə, hamısını etmişdi. Harada, hansı vəzifədə və şəraitdə işləməsindən asılı olmayaraq, həmişə öz xalqı ilə birlikdə idi. Onun qayğısı ilə yaşayırdı. Ulu öndərimiz Azərbaycanı tarixin ən çətin sınaqlarından məharətlə çıxararaq müstəqil dövlətimizi qurdu, onu beynəlxalq aləmdə tanıtdı. 1993– ilin iyununda dərin böhran içərisində olan ölkəni tədricən intensiv inkişaf yoluna çıxardı.

Xalqımız 1991–ci ildə əldə etdiyi dövlət müstəqilliyini o zamankı səriştəsiz iqtidarların günahı ucbatından cəmi iki il sonra yenidən itirmək təhlükəsi ilə üzləşmişdi. Bəxtimiz onda gətirdi ki, müstəqilliyimizi reallaşdıra biləcək dahi şəxsiyyət Heydər Əliyev xalqın təkid və xahişinə biganə qalmadı, Azərbaycanın kövrək müstəqilliyini qorumaq və möhkəmləndirmək kimi tarixi bir missiyanı üzərinə götürdü. Ümummilli liderimizin 1993– ildə əvvəlcə Ali Sovetin sədri, həmin ilin oktyabrında isə xalqın böyük əksəriyyətinin səsini qazanaraq dövlət başçısı seçildiyixalq qarşısında and içərək vəzifələrini həyata keçirməyə başladığı vaxtlar, hər şeydən əvvəl öz gərginliyi, dramatikliyi ilə yadda qalıb. Heydər Əliyev o vaxt demişdi: Belə bir yüksək və məsuliyyətli vəzifəni öz üzərimə götürərkən, birinci növbədə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram.

Ümummilli lider Heydər Əliyevin 10 illik prezidentliyi dövründə demokratiya, insan hüquqlarının qorunması, siyasi, iqtisadi, mədəni və həyatımızın digər sahələrinin sürətli və dinamik inkişafının təmin edilməsi, bir sözlə, demokratik, hüquqi və dünyəvi dövlətin qurulması istiqamətində düşünülmüş və qətiyyətli addımlar atılmışdır. Prezident Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995–ci ildə qəbul edilmiş Konstitusiyamızda məhkəmə–hüquq islahatlarının əsası qoyulmuş, ölkəmizdə vətəndaş cəmiyyətinin, demokratik idarəetmə sisteminin əsasları yaradılmışdır.

Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin diqqəti və qayğısı nəticəsində məhkəmə, prokurorluqdaxili işlər orqanlarının fəaliyyəti Avropa standartlarına uyğunlaşdırılmış, əsas insan hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə mühüm tədbirlər görülmüş, həmçinin əvvəllər unudulmuş əfvetmə institutu 1995–ci ildə bərpa edilmişdir. 1995–2003– illərdə ümummilli liderimiz Heydər Əliyevin imzaladığı 32 əfv fərmanı ilə üç mindən artıq məhkum azadlığa buraxılmış, həmçinin onun təşəbbüsü ilə Milli Məclisin bu dövrdə qəbul etdiyi yeddiAmnistiya haqqında” qərarı 60 mindən artıq məhkuma şamil edilmişdir.

Hər bir demokratik cəmiyyətdə qanunçuluğun vəziyyəti ədalətli qanunların qəbulu ilə bərabər, onların icrasına nəzarətin düzgün təşkilindən, müstəqil məhkəmə hakimiyyətinin bərqərar olmasından çox asılıdır. Odur ki, ümummilli liderimiz demokratikləşmə prosesində məhkəmələrin fəaliyyətini, onun müstəsna rolunu önə çəkərək, bu sahədə hüquqi bazanın möhkəmləndirilməsinə xüsusi diqqət yetirirdi. Onun 1996–cı il 21 fevral tarixli Sərəncamı ilə yaradılmış Hüquq İslahat Komissiyası qısa müddətdə mühüm tədbirlər həyata keçirdi. Komissiya tərəfindən işlənib hazırlanmış, 1997–1998–ci illərdə qəbul edilmişKonstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında” qanunlar, 2000–ci ilin yanvarın 17–də imzalanmış “Azərbaycan Respublikasında hakim vəzifəsinə namizədlərin seçilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Fərman və digər normativhüquqi aktlar ölkəmizdə məhkəmə–hüquq sistemində əsaslı dəyişikliklərə zəmin yaratdı. Avropa ölkələrinin təcrübəsi də nəzərə alınmaqla, mütərəqqi hüquqi baza əsasında Azərbaycanda məhkəmə sisteminin müasirləşdirilməsi, hakimlərin müstəqilliyinin təmin olunması, hakim korpusunun formalaşdırılması sahəsində köklü islahatlara start verildi. Azərbaycan Respublikasının Prezidenti yanında Məhkəmə Hüquq Şurası, üçpilləli məhkəmə sistemibirinci instansiya, apelyasiya instansiyası və kassasiya instansiyası məhkəmələri yaradıldı, hakimlərin şəffaf prosedurlar əsasında test və müsabiqə yolu ilə seçilib təyin edilməsinə başlanıldı. Məhz bu dövrdən başlayaraq Azərbaycanda həbs və insan hüquqlarını məhdudlaşdıran digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi məhkəmələrin müstəsna səlahiyyətinə aid edildi.

Ulu öndər Heydər Əliyevin bizə miras qoyduğu siyasi kurs bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Həyatımızın digər sahələrində olduğu kimi, məhkəmə sisteminin təkmilləşdirilməsi, vətəndaşların məhkəmələrə inamının artırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir. Dövlətimizin başçısı İlham Əliyevin qanunvericilik təşəbbüsü əsasında 2005–ci ildə qəbul edilmiş “Məhkəmələr və hakimlər haqqında” Qanuna dəyişikliklər barədə” və “Məhkəmə–Hüquq Şurası haqqında” qanunlar xüsusi əhəmiyyət daşıyır. Məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 yanvar 2006–cı il tarixli Fərmanı isə bu sahənin inkişafında keyfiyyətcə yeni mərhələnin təməlini qoymuşdur. Qeyd etmək lazımdır ki, bu mərhələdə Bakıda və regionlarda apelyasiyainzibatiiqtisad məhkəmələrinin yaradılması, əhalinin narazılığına səbəb olan sui–istifadə, süründürməçilik hallarının aradan qaldırılması, ədalət mühakiməsinin səmərəliliyinin və vətəndaşların məhkəmələrə inamının artırılması və digər mühüm məsələlərin həlli istiqamətində çox böyük uğurlara nail olunmuşdur.

Ötən müddətdə Azərbaycan Prezidentinin məhkəmə və ədliyyə sisteminin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə imzaladığı ən mühüm sənədlərdən biri 2009–cu il 6 fevral tarixli Azərbaycan ədliyyəsinin inkişafına dair 2009–2013– illər üçün Dövlət Proqramıdır. Dövlət Proqramında ədliyyə orqanlarının və məhkəmələrin dinamik inkişafının təmin edilməsi, yeni informasiyakommunikasiya texnologiyalarının tətbiqi, normativhüquqimadditexniki təminatın yaxşılaşdırılması, kadr potensialının gücləndirilməsi istiqamətində mühüm tədbirlər nəzərdə tutulmuşdur. Hazırda “Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsi çərçivəsində məhkəmə fəaliyyətində, o cümlədən işlərin qeydiyyatı və hərəkətində, məhkəmə proseslərinin aparılmasında yeni texnologiyalar tətbiq olunur, məhkəmələrin madditexniki bazası yaxşılaşdırılır.

Azərbaycanda həyata keçirilən məhkəmə islahatları öz müsbət nəticəsini göstərməkdədir. Onu da vurğulamaq istərdik ki, Azərbaycanda son illərdə mülki dövriyyənin artması məhkəmələrə müraciətlərin sayının çoxalmasına səbəb olmuşdur. İş yükünün azaldılması məqsədilə hakimlərin və məhkəmə aparatı əməkdaşlarının ştat sayı 2 dəfə artırılıb.

Hüquqi dövlət quruculuğundaqanunçuluğun təmin olunmasında inzibati hüquqinzibati ədliyyə mühüm rol oynayır. Hazırda Azərbaycanda 7 regional inzibatiiqtisadi məhkəmə fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2010–cu il 22 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər” və “Məhkəmələr və hakimlər haqqında”, “Məhkəmə–Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə” qanunla yerli iqtisad məhkəmələrinin bazasında inzibatiiqtisadi məhkəmələr yaradılmış və 2011–ci ilin yanvar ayının 1–dən “Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin təsdiq edilməsi haqqında “Azərbaycan Respublikasının 30 iyun 2009–cu il tarixli qanunu ilə qəbul edilmiş Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi və “İnzibati İcraat haqqında” qanun respublika ərazisində qüvvəyə minmişdir.

Vətəndaş–məmur münasibətlərində yaranan mübahisələrin qısa zaman çərçivəsində çevik həllinə imkan verən inzibatiiqtisadi məhkəmələrin yaranması və 2011–ci il yanvarın 1–dən inzibati işlərə məhz yeni yaradılmış həmin məhkəmələrdə baxılması Azərbaycan məhkəmə sistemi üçün tamamilə yeni hadisə olmaqla bərabər, inzibati xarakterli mübahisələrin ixtisaslaşmış birinci instansiya məhkəmələri tərəfindən tam, hərtərəfli, obyektiv araşdırılmasının, ədalətlə və sırf qanuna uyğun olaraq baxılmasının təmin edilməsinə, ümumilikdə isə ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına xidmət edir.

Yeni qanunvericilik bazasının formalaşması və inzibatiiqtisadi məhkəmələrin fəaliyyəti Azərbaycanda məhkəmə–hüquq sahəsinin mütərəqqi baxımdan inkişaf istiqamətində olduğunu göstərir və respublikada həyata keçirilən məhkəmə–hüquq islahatlarının məntiqi nəticəsi olaraqİnzibati icraat haqqında” qanunun, İnzibati Prosessual Məcəllənin qüvvəyə minməsi və inzibatiiqtisadi məhkəmələrin fəaliyyətə başlaması vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı təminatların genişləndirilməsinə yönələn addım olmaqla yanaşı, insan hüquq və azadlıqlarının etibarlı qorunması istiqamətində yeni bir mərhələdir.

İnzibatiiqtisadi məhkəmələrin fəaliyyət göstərdiyi dövr ərzində məhkəmələr tərəfindən müxtəlif kateqoriyalı inzibati işlərə baxılmışdır ki, bunlar da əsasən fizikihüquqi şəxslərin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə, habelə inzibati orqanların qanunsuz qərarları və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialarla bağlı işlər olmuşdur. Təcrübə göstərir ki, artıq hüquqifiziki şəxslər inzibati orqanların hərəkətlərindən və onların qəbul etdikləri qərarlardan narazı qaldıqları təqdirdə, icraya digər orqanlara deyil, bilavasitə aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət ediriddia tələbləri əsaslı olduğu hallarda öz problemlərinin həllini də məhz məhkəmələrdə tapırlar.

İnzibati məhkəmələrin yaradılması, “İnzibati icraat haqqında” qanununİnzibati Prosessual Məcəllənin tətbiq edilməsi vətəndaşları inzibati orqanların qanunsuz inzibati aktlarından və hüquqazidd hərəkətlərindən (hərəkətsizliyindən) qorumaq üçün səmərəli və ədalətli mexanizm yaratmağa imkan vermişdir. Belə ki, “İnzibati icraat haqqında” qanunun qəbul edilməsi inzibati orqanların icraat qaydalarını hüquqi dövlət prinsiplərinə uyğunlaşdırmaq və şəffaflaşdırmaq, inzibati orqanların fəaliyyətinin qanuna əsaslanmasını təmin etmək, habelə vətəndaşlara və hüquqi şəxslərə inzibati orqanların onların barəsində qəbul etdiyi qərarların qanuniliyinin məhkəmə qaydasında yoxlamaq hüququ vermək məqsədi daşıyır.

İnzibati Prosessual Məcəllə isə maraqlı şəxsə inzibati akta və digər inzibati fəaliyyət formalarına qarşı hüquqi baxımdan müdafiə olunmaq, öz mövqeyini müdafiə etmək üçün daha səmərəli və təsirli hüquqi vasitələrdən istifadə etmək, iddiaçılar üçün daha geniş imkanlar verməklə yanaşı, məhkəmələrin üzərinə də böyük məsuliyyət qoyur.

Avropa İnsan Hüquqları Konvensiyasının 6–cı və 13– maddələrinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bu konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir.

İnzibati qaydada işlərə baxan hakimlər öz professional biliklərindən və qanunun onlara verdiyi imkanlardan səmərəli istifadə edərək Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının da qoşulduğu beynəlxalq konvensiyaların, Avropa İnsan Hüquqları Məhkəməsinin Presedentlərinin, İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğun, hər hansı bir maddiprosessual hüquq normalarını pozmadan onlara dəqiq riayət etməklə qanuni və əsaslı qərarlar qəbul etməyə çalışırlar.

İqtisadi islahatlar prosesində yaranan yeni mülkiyyət münasibətlərinin tənzimlənməsi və mülkiyyət hüquqlarının müdafiəsi müstəqil məhkəmə sisteminin və səmərəli ədalət mühakiməsinin zərurətini daha da artırmışdır. Məhkəmə sisteminin müasirləşdirilməsinin növbəti mərhələsinin başlıca məqsədi regionların sosialiqtisadi inkişafı şəraitində əhalinin hüquq institutlarına və hüquqi yardıma tələbatının ödənilməsi üçün regionlarda ədalət mühakiməsinin səmərəliliyinin, məhkəmə qərarlarının icra vəziyyətinin yaxşılaşdırılması və vətəndaşların məhkəmələrə inamının artırılması, məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması, yeni informasiya texnologiyalarının tətbiq edilməsi, məhkəmə aparatlarının strukturununişinin daha optimal şəkildə qurulması, texniki təchizatının yüksəldilməsi, habelə digər mühüm məsələlərin həll olunmasıdır. Sumqayıt İnzibatiİqtisadi Məhkəməsi də müvafiq ərazi yurisdiksiyası çərçivəsində idarə və ya digər mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasında yaranan iqtisadihüquqi statusundan asılı olmayaraq, şəxslər arasında yaranan inzibati mübahisələrə dair işlərə tam obyektiv baxır. Ümummilli lider Heydər Əliyev demişdir ki, hakimlər ədalət mühakiməsini həyata keçirərkən, qanunların tələblərinə dəqiq və dönmədən əməl etməli, məhkəmə fəaliyyətinin mənəvi və tərbiyəvi təsirini təmin etməli, ədalətli və qərəzsiz olmalı, hakim adına xələl gətirən hərəkətlərdən çəkinməlidir. Biz hakimlər də fəaliyyətimizdə məhz bu prinsipləri rəhbər tuturuq.

Müstəqil Azərbaycan dövləti son illər sosialiqtisadidemokratik baxımdan olduqca böyük nailiyyətlərə imza atıb. Bu, bir daha sübut edir ki, təməli görkəmli dövlət başçısı, ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş siyasi xətt, strategiya düzgündürona alternativ yoxdur.

 

 

Zaur MƏMMƏDOV,

Sumqayıt İnzibati–İqtisadi

Məhkəməsinin hakimi

 

Respublika.- 2013.- 21 aprel.- S. 4.