Qəlblərdə əbədiləşən dahi insan

 

Xalqımızın sevimliböyük oğlu ulu öndərimiz Heydər Əliyev çox mənalı bir ömür yolu keçmişdir. Hələ Sovet dövründə o, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə qədər yüksəlmiş, Sov. İKP MK Siyasi Bürosunun üzvü olmuşdur.

Respublikamızda DTK–da işləyərkən ilk azərbaycanlı general olmuşdur. 60 ilə yaxın əmək fəaliyyəti dövründə Heydər Əliyev, mübaliğəsiz demək olar ki, bir neçə 100 illik ömrə bərabər mənalı ömür yolu kemişdir.

Ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərliyi dövründə Azərbaycan 1970–ci illərdən başlayaraq SSRİ miqyasında, 1975–1977–ci illərdən isə dünyada daha geniş tanınmağa başladı. Onun həyata keçirdiyi tədbirlər artıq Azərbaycan miqyasına sığmırdı. O, Azərbaycanda İttifaq əhəmiyyətli tədbirləri uğurla həyata keçirirdi. Heydər Əliyevin həyatının Moskva dövrü ölkə miqyasında xalqımıza başucalığı gətirmişdir.

Respublikamızın hər yerində olduğu kimi, ulu öndərin respublikamıza rəhbərliyi dövründə Şəkidə də iqtisadiyyatın, sosial inkişafın yüksək mərhələsi başlandı. 1970–1982–ci illərdə çox sayda məktəblər, xəstəxanalar və digər səhiyyə müəssisələri, şəhərdə və kəndlərdə ictimai və fərdi yaşayış binaları, bütün rayon, şəhər, qəsəbə və kənd soveti icariyyə komitələri üçün inzibati binalar, Şəkinin emblemi olan İpək Birliyinin, tütünfermetasiya zavodunun fəhlələri üçün beşmərtəbəli yaşayış binaları tikilib istifadəyə verildi. 1975–ci ilin yanvar ayında Şəkidə təbii qazın ilk məşəli yandırıldı və beləliklə, şəhər və rayonun bütün kəndləri tam qazlaşdırıldı.

Rayonda kənd təsərrüfatının, o cümlədən heyvandarlığın inkişaf dövrü başlandı. Təkcə bir faktı qeyd edim ki, həmin dövrdə Şəkidə respublikada maldarlığın inkişafı üzrə kapital qoyuluşunun üçdə biri qədər əsas vəsaitlər istifadəyə verildi.

Rayonda böyük meyvəçilik, üzümçülük təsərrüfatları, emal müəssisələri və zavodlar yaradıldı. Həmin dövrdə rayonda su tikinti idarələri, “Su Tikinti Trest”i yaradıldı. Selə qarşı mühafizə tədbirləri genişləndi, genişmiqyaslı mühafizə bəndləri tikildi. Əyri çay su anbarının birinci kompleksi, Kiş çayı üzərində nəhəng körpü, Yevlax–Balakən, o cümlədən Şəki üzrə 71 kilometr uzunluğunda dəmir yolu tikilib istifadəyə verildi.

Xalqımızın təkidi, xahişi ilə Heydər Əliyevin 1993–cü ilin iyununda ikinci dəfə respublika rəhbərliyinə qayıdışı ilə Azərbaycanın başının üstünü almış təhlükələr sovuşdu. Azərbaycan öz müstəqilliyini qoruyub saxlaya inkişaf etdirə bildi.

Ulu öndər cəbhə bölgəsində atəşkəs əldə etməklə dövlət quruculuğu, silahlı qüvvələrin təşkili üçün vaxt qazandı.

1996–cı ilin dekabr ayında keçirilən Lissabon sammitindəki uğur ulu öndərin uzaqgörən siyasətinin bəhrəsi, erməni ekstremistlərinin son iki əsrdən artıq apardıqları siyasətin ifşasına yönələn tutarlı zərbə idi.

Ulu öndər dövlətçiliyimizin əleyhinə yönələn dövlət çevrilişi cəhdlərinin qarşısını qətiyyətlə aldı. Onun bir sözü ilə minlərlə insan dövlətçiliyimizin qorunmasına qalxdı.

Heydər–xalq, xalq–Heydər vəhdəti—bu iki böyük qüvvə ölkəmizi başını bürüyən qara buludlardan xilas etdi.

Heydər Əliyev bütün xarici maneələri dəf edərəkƏsrin müqaviləsiadlanan neft strategiyasını həyata keçirməyə nail oldu. Polad iradəsindən onu heç bir qüvvə döndərə bilmədi. Onun ideyası olan bir çox xarici neft şirkətlərinin iştirakı ilə inşa edilən Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri öz bəhrələrini verməkdədir, Böyükİpək yolu”nun bərpası hazırda müvəffəqiyyətlə həyata keçirilir.

Müstəqil respublikamızın Milli Konstitusiyasının qəbul edilməsi, “Kitabi—Dədə Qorqud”un 1300 illik yubileyinin keçirilməsi, latın qrafikalı Azərbaycan əlifbasına keçid, Füzulinin 500 illik yubileyi ilə bağlı əbədiyaşar liderimizin tarixi fərmanları böyük tarixi əhəmiyyət daşıyır. Bütün türk dünyasının görkəmli lideri Heydər Əliyev həm bəşəriyyətin ən nüfuzlu siyasi xadimi kimi dərin hörmət qazanmışdı. Məhz bu böyük dühaya dərin hörmət əlaməti olaraq onun əzəmətli heykəlləri qoyulur, böyük təhsil, mədəniyyət müəssisələrinə onun adı verilir. Adına böyük parklar salınır, böyük prospektlər, küçələr s. yaradılır.

Ulu öndərin səlis danışığı, rəsmi qonaqlarla səmimi söhbəti onunla görüşən hər kəsi heyran edirdi. Azərbaycan dilinə çox yüksək qiymət verir, dilin çox zəngin dil olması haqda ürək dolusu ilə danışardı. O, azərbaycanlı olması ilə qürurla fəxr edirdi.

Ulu öndər 2002–ci ildə Şəkiyə səfər edərkən mən onu qarşılayanlar sırasındaydım. O məni görən kimi tanıdı, ayaq saxlayıb hal–əhval tutdu. Bu mənzərə yadıma düşəndə mən indi çox mütəəssir oluram. Həqiqətən o dahi insana, onda olan yaddaşa, alicənablığa heyran olmaya bilmirdin.

Mən özümü çox xoşbəxt hesab edir fəxr edirəm ki, 52 illik əmək fəaliyyətimin 22 ili ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərliyi dövrünə təsadüf etmişdir. Onun rəhbərliyi dövründə işləyən kadrlar kimi ulu öndərin üslubundan çox bəhrələnmişəm. bu təcrübə rayonumuzun digər kadrları ilə birlikdə bizim yaradıcılıq fəaliyyətimizə böyük təkan vermişdir. Gördüyümüz işlərin yaxşı nəticəsinin respublikamızın rəhbərliyi tərəfindən qiymətləndirilməsi bizi daha da ruhlandırırdı.

Bu gün Heydər Əliyev kimi dahi insan cismən həyatda olmasa da xalqımızın bir təsəllisi, bir ümid yeri vardır. Bu, ulu öndərin bizə qoyub getdiyi zəngin irsi, onun şah əsəri olan müstəqil Azərbaycan dövlətidir. Hazırda ulu öndərin siyasi kursu onun ən layiqli siyasi varisi Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam inkişaf etdirilir.

Ulu öndər Heydər Əliyev bizə Azərbaycanı yenidən bəxş etdi. qədər Azərbaycan xalqı var olacaq, ulu öndər xalqla birgə əbədi yaşayacaqdır. Dahilər ölmür, onlar ancaq məkanlarını dəyişirlər. Öz doğma xalqının qəlbində əbədi yaşayırlar. O, həmişə öz xalqı ilə olacaqdır.

 

 

Vahid QƏNİYEV,

Şəki Ağsaqqallar

Şurasının sədri,

dövlət qulluğu təqaüdçüsü

 

Respublika.- 2013.- 21 aprel.- S. 6.