Beynəlxalq konfrans başa çatdı

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş “I beynəlxalq kimya və kimya mühəndisliyi konfransı” (CCE 2013) başa çatdı. Konfransın son iş günü Azərbaycan Dövlət Neft Akademiyasında keçirildi. Tədbirdə çıxış edən Qafqaz Universitetinin rektoru Ahmet Saniç bildirdi ki, üç gün davam edən beynəlxalq konfransa 173–ü Azərbaycan və 142–si digər xarici ölkələrdən olmaqla 315 məruzə təqdim olunmuşdur. Burada əsas məqsəd kimya və kimya mühəndisliyi sahələrində çalışan elm adamlarını və mütəxəssislərini bir araya gətirəcək elmi əməkdaşlığı təmin və inkişaf etdirməkdən ibarət olmuşdur.

 

 

G.Şahinqızı

 

Respublika.- 2013.- 21 aprel.- S. 8.