ÜMUMMİLLİ LİDERİMİZİN AZƏRBAYCAN GƏNCLİYİNƏ QAYĞISI

 

Azərbaycanın ictimaisiyasi, sosialiqtisadi həyatının elə bir sahəsi yoxdur ki, onun inkişafında və yüksəlişində ümummilli liderimizin əvəzsiz rolu olmasın. Ulu öndərin yeritdiyi uğurlu siyasət nəticəsində ölkədə dayanıqlı sabitlik bərqərar olmuş, dövlətin iqtisadi, siyasi və hərbi qüdrəti artmış, təhlükəsizliyə etibarlı təminat yaradılmışdır. Gənc nəsil ümummilli liderimizdən daim atalıq qayğısı görmüşdür. Uzaqgörən siyasətçi Heydər Əliyev gənclərin ölkəmizin ictimaisiyasi, mədəni həyatında layiqli yer tutması, milli kadr kimi formalaşması üçün əlindən gələni əsirgəməmişdir. Onun şərəfli ömür yolu hər bir vətənpərvər azərbaycanlı, xüsusilə də biz gənclər üçün əsl həyat məktəbidir.

Ulu öndərimiz Heydər Əliyev gənclərə böyük diqqət və qayğı göstərməklə yanaşı onların qarşısında mühüm vəzifələr qoyaraq deyirdi: “Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən, müstəqil Azərbaycan Respublikasının yaşamasına və əbədiliyinə həsr etməkdən ibarət olmalıdır”. Ötən əsrin ortalarından milli kadrların hazırlanmasına önəm verən ulu öndər müstəqillik illərində də bu məsələyə diqqətlə yanaşmış və 1 dekabr 1998–ci ildə Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının yaradılması haqqında imzaladığı sərəncamla Azərbaycanda ilk dəfə olaraq xüsusi xidmət orqanları üçün milli kadrların hazırlanması işinin əsaslı təməlini qoymuşdur. Müstəqil respublikamızda Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının yaradılması ölkənin ictimai həyatında, o cümlədən hərbi vətənpərvərlik tərbiyəsi işində çox əlamətdar bir hadisə idi. Akademiyamız gənc olmasına baxmayaraq, Azərbaycan Respublikasının ali təhsil müəssisələri arasında öz layiqli yerini tutmuş, ictimaiyyət tərəfindən həmişə yüksək qiymətləndirilmişdir.

Biz kursantlar ulu öndərin adını iftixarla daşıyan xüsusi təyinatlı ali təhsil ocağında oxuduğumuzdan qürur hissi duyur və məsuliyyətimizi dərk edirik. Bu xüsusi təyinatlı təhsil müəssisəsinin keçdiyi yolu təhlil edən MTN–in Heydər Əliyev adına Akademiyasının rəisi generalleytenant Ziya Yusif–zadə deyib: “İlk illərdə tikintiquruculuq, təşkilati və kadr məsələləri ilə əlaqədar qarşıya çıxan bir sıra çətinliklərə baxmayaraq akademiya 2000–2001–ci tədris ilindən fəaliyyətə başladı. 2005–2006–cı illər Akademiya üçün yaddaşlardan silinməyəcək tarixi hadisələrlə zəngin olmuşdur. Belə ki, 2005–ci il dekabr ayının 20–də milli təhlükəsizlik naziri generalleytenant Eldar Mahmudovun təşəbbüsü ilə MTN–in Akademiyasına möhtərəm Prezidentimiz İlham Əliyevin fərmanı ilə ümummilli liderimiz Heydər Əliyevin adı verilmişdir. 2006–cı il mart ayının 27–də isə Ali Baş Komandan İlham Əliyev Akademiyaya təşrif buyurmuş, ulu öndərimiz Heydər Əliyevin möhtəşəm abidəsini, məzmunu və nəfis tərtibatı ilə seçilən “Şöhrət” muzeyini açmış, şücaət rəmzi olanDöyüş bayrağı”nı şəxsən akademiya rəisinə təqdim etmişdir”.

Akademiyamızda olarkən möhtərəm Prezident İlham Əliyev şəxsi heyət qarşısında dərin məzmunlu nitq söyləmiş və akademiyada qısa müddətdə həyata keçirilmiş quruculuq işlərini yüksək qiymətləndirmişdir. Milli təhlükəsizlik naziri generalleytenant Eldar Mahmudovun yüksək diqqət və qayğısı, MTN–in Heydər Əliyev adına Akademiyasının rəisi generalleytenant Ziya Yusif–zadənin səriştəli təşkilatçılığı sayəsində tədris prosesi yüksək səviyyədə təşkil edilmişdir. Biz gənclər üçün sevindirici haldır ki, kursantlar vətənpərvərlik və azərbaycançılıq ideologiyası ruhunda tərbiyə olunurakademiyada dərslər doğma ana dilimizdə aparılır. Şübhəsiz ki, bütün bunlar qurucusu Heydər Əliyev olan müstəqil Azərbaycanımızın bizə verdiyi geniş imkanlar nəticəsində mümkün olmuşdur.

Milli təhlükəsizlik naziri generalleytenant Eldar Mahmudovun gərgin əməyi sayəsində Akademiyamızda kursant və dinləyicilər üçün yaradılmış ideal şərait dərin və hərtərəfli biliklər qazanmağa, geniş dünyagörüşlü milli kadrlar kimi yetişməyə imkan verir. Geniş və işıqlı, hər cür texniki və əyani vəsaitlərlə təmin olunmuş auditoriyalar, fənn kabinetləri, xüsusiümumi kitabxanalar, kursantların fiziki və əməliyyat–döyüş hazırlığı üçün zəruri olan İdman və Sağlamlıq Mərkəzi, müasir tələblərə cavab verən yataqxanalar, istirahət otaqları, yeməkxanalar və klublar bizim istifadəmizdədir. Bütün bunlarla yanaşı, tədrisin keyfiyyətini yüksəltmək, eləcə də professor–müəllim heyətinin şəraitini yaxşılaşdırmaq məqsədi ilə akademiyanın kabinet və auditoriyaları müasir kompyuterlər, audiovideo texnika, proyektorlar, rabitə və digər texniki vasitələrlə də təchiz edilmişdir. Müasir informasiya texnologiyalarının və beynəlxalq informasiya resurslarının tədrisdə istifadəsini təmin etmək məqsədi ilə akademiyada yaradılmış kompyuter sinifləri internet şəbəkəsinə qoşulmuşdur.

Əməkdaşların fiziki sağlamlığını təmin etmək məqsədi ilə MTN–in İdman və Sağlamlıq Mərkəzi bizi gələcəkdə əməliyyat–xidməti fəaliyyətində də uzunmüddətli fizikipsixoloji gərginliyə tab gətirməyə, eləcə də döyüşxüsusi tapşırıqların yerinə yetirilməsi zamanı qətiyyətli olmağa hazırlayır.

MTN–in Heydər Əliyev adına Akademiyasının kursantları respublikada keçirilən idman yarışlarında yüksək nəticələr göstərdiklərinə görə müvafiq medaldiplomlarla təltif edilmişlər.

Akademiyada günün rejim qaydaları elə qurulmuşdur ki, dərs və praktiki məşğələlərdən sonra idman tədbirləri, zabit və müəllim heyəti ilə müxtəlif mövzularda aparılan elmi disputlarfikir mübadilələri, mətbuat səhifələri ilə tanışlıq, filmlərin nümayişi asudə vaxtımızın səmərəli təşkil olunmasına xidmət edir.

Kursantların asudə vaxtının səmərəli təşkili və hərbi xidmətin daha mənalı keçməsi məqsədi ilə respublikamızın paytaxtının görməli tarixi yerlərinə, muzeylərə aparılır, tanınmış alimlərlə, mədəniyyət və incəsənət xadimləri ilə görüşlər təşkil olunur. Akademiyada təşkil olunan ədəbi–bədii gecələr, yaradıcılıq müsabiqələri, idman yarışları, intellektual oyunlar, dövri mətbuatla tanışlıq, xüsusilə də ölkəmizdə və beynəlxalq aləmdə baş verən ictimaisiyasi hadisələrin müzakirəsi eyni zamanda kursantların dünyagörüşünün genişlənməsinə də təsir göstərir.

Akademiyamızda təhsil alan kursantların azərbaycançılıq ideologiyası ətrafında birləşməsi və bu ruhda tərbiyə olunması, şübhəsiz ki, yüksək nizamintizam tələb edir. MTN–in Heydər Əliyev adına Akademiyasında intizamın və aparılan təlim–tərbiyə işinin nəticəsidir ki, kursantlarda öz peşəsinə sədaqət, xidməti borcunu yerinə yetirmək məsuliyyəti və hərbi peşəkarlıq keyfiyyətləri yüksək səviyyədə qurulmuşdur.

Xüsusi xidmət orqanı əməkdaşının mükəmməl, eyni zamanda hərtərəfli biliklərə yiyələnməsi və yüksək peşəkarlığı üçün vacib tələblərdən birixüsusi fənlərlə yanaşı, hüquq elmlərini, ictimaisiyasi fənləri, eyni zamanda xarici dilləri dərindən bilməsidir. Bu gün Akademiyada ingilis dilindən başqa digər xarici dillər də tədris edilir. Vaxtı ilə bunları nəzərə alan ümummilli liderimiz Heydər Əliyev bildirirdi ki, əməliyyat işçisi hərtərəfli biliyə və geniş dünyagörüşünə malik olmalıdır.

Tədrisin yüksək ixtisaslı mütəxəssislər—elmlər doktorları, professor, elmlər namizədləri, eləcə də uzun illər təhlükəsizlik orqanlarında xidmət etmiş, geniş əməliyyat biliklərinə və dünyagörüşünə yiyələnmiş təcrübəli kadrlar tərəfindən həyata keçirilməsi də bizim vətənpərvər milli kadrlar kimi yetişməyimizdə mühüm rol oynayır. Akademiyanın professor–müəllim və zabit heyəti belə bir mühüm sahədə apararkən təhsil alanların intellektual və mədəni səviyyələrinin daha da yüksəlməsinə, şəxsiyyət kimi Azərbaycan xalqının çoxəsrlik milli–mənəvi irsi əsasında formalaşmasına, milli və ümumbəşəri dəyərlərə yiyələnməsinə böyük önəm verirlər.

Siyasi səviyyəmizin yüksəlməsində, xalqa, vətənə, eləcə də dövlətə sədaqətli gənclər kimi formalaşmağımızda ən mühüm rol oynayan amillərdən biriümummilli liderimizin gənclərə örnək olan həyat yolu ilə tanışlıq və onun siyasi irsinin öyrənilməsidir. Belə ki, milli təhlükəsizlik naziri generalleytenant Eldar Mahmudovun, akademiyanın rəisi generalleytenant Ziya Yusif–zadənin kursant və dinləyicilər qarşısında dəfələrlə etdiyi çıxışlar, eyni zamanda ulu öndərimizin ömür yolunu işıqlandıran “Şöhrət” Muzeyi və digər informativ xarakterli tədbirlər bizim əməliyyat işçisi kimi milli maraqlara sədaqət ruhunda yetişməyimizdə olduqca müsbət rol oynayır.

Bütün xalqımız tərəfindən 90 illik yubileyi təntənə ilə qeyd ediləcək ümummilli lider Heydər Əliyevin milli təhlükəsizlik siyasəti və strategiyası bu gün onun siyasi varisi Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab Ali Baş Komandan əmin ola bilər ki, biz gənclər ulu öndərimizin şanlı ənənələrini daim yaşadacaq, onun əvəzsiz siyasi irsini böyük həvəslə öyrənəcək və dahi öndərimizin şah əsəri olan müstəqil Azərbaycanımıza sədaqətlə xidmət edəcək, dövlətimizin inkişafı və təhlükəsizliyi naminə əlimizdən gələni əsirgəməyəcəyik.

 

 

E.Cəfərli,

MTN–in Heydər Əliyev adına

Akademiyasının kursantı,

Heydər Əliyev adına təqaüdçü

 

Respublika.- 2013.- 23 aprel.- S. 6.