Ümummilli lider və dövlət gənclər siyasəti

 

Respublikamızda dövlət gənclər siyasətinin formalaşdırılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Məlumdur ki, gənclik hər bir millətin yaşaması, inkişafı üçün əsas təməl daşı hesab olunur. Millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtlərdən biridir. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı məhz intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsindən çox asılıdır. Bu baxımdan ölkəmizdə gənclərlə sahəsində həyata keçirilən mütərəqqi islahatlar Azərbaycan gəncliyinin hərtərəfli inkişafına zəmin yaratmış, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük əhəmiyyət kəsb etmişdir.

Sevindirici haldır ki, bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşbu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin nəticəsidir ki, Azərbaycan gəncləri indibütün sahələrdə özlərini doğruldurlar.

Ümummilli liderimiz Heydər Əliyev öz fəaliyyətində həmişə gənclərə qayğı göstərmiş, onların bir fərd kimi yetişməsinə xüsusi diqqət yetirmişdir. Ulu öndər xalqın təkidi ilə respublika rəhbərliyinə qayıtdığı ilk dövrlərdən gənclərin himayədarı kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi istiqamətində misilsiz xidmətlər göstərmişdir. Hakimiyyətə qayıtdığı ilk günlərdən başlayaraq gənclər siyasəti ilə bağlı bir çox fərman və sərəncamlar imzalayan ulu öndər gənclərin milli və vətənpərvər ruhda tərbiyəsinə həmişə böyük önəm vermişdir.

Ulu öndərin xalqımız qarşısındakı ən böyük xidmətlərindən birio idi ki, gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edir, onların imkan və bacarıqlarını yüksək qiymətləndirir, problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi diqqət yetirir, bu siyasəti müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri hesab edirdi. Böyük ehtiram hissi ilə qeyd etmək lazımdır ki, hələ ötən əsrin 70–80–ci illərində Heydər Əliyevin diqqət və qayğısı sayəsində minlərlə azərbaycanlı gənc keçmiş SSRİ–nin aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərilib. Gənc nəslə diqqət və qayğı dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən birinə çevrilib, Azərbaycan gənclərinin təşkilatlanması əsas məqsədlərdən biri kimi qarşıya qoyulub.

Tarixə nəzər saldıqda ötən əsrin 90–cı illərinin əvvəllərində dünyada, o cümlədən Azərbaycanda baş verən ictimaisiyasi hadisələr dəyişdikcə, gənclər qarşısında duran problemlər və onların həlli yolları da dəyişməyə başladı.

Təcrübəli siyasətçi və dövlət xadimi kimi bütün bunları gözəl bilən ümummilli liderimiz Heydər Əliyev gənc nəslin mütəşəkkil formada yetişdirilməsi üçün ayrı–ayrı dövlət orqanlarının gənclərlə sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə 1994– il iyulun 26–da Gənclər və İdman Nazirliyini yaratdı. Bu qurum yaradıldıqdan sonra dövlət gənclər siyasəti sahəsində mühüm işlər həyata keçirilməyə başladı, nazirliyin yerli strukturları formalaşdı, gənc nəslin mənəvi tərbiyəsi fiziki inkişafı, hüquqlarının müdafiəsi, onların beynəlxalq qurumlarda iştirakı və gənclər təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi sahəsində lazımi tədbirlər görüldü, bir sıra dövlət proqramları hazırlanaraq təsdiq edildi.

Bu siyasətin davamı olaraq 1996–cı il yanvarın 26–da ümummilli lider Heydər Əliyev tərəfindən imzalanan sərəncama əsasən 2 fevral 1996–cı il tarixində Azərbaycan Respublikası gənclərinin ilk forumu keçirildi. Bu forumun keçirilməsi ilə dövlət siyasətində gənclərə diqqət, qayğı daha da artmağa başladı.

Forum müstəqil Azərbaycan Respublikasının gəncləri qarşısında duran mühüm vəzifələrin həyata keçirilməsində ölkə gənclərinin hər bir sahədə fəal iştirak etməyə hazır olduğunu nümayiş etdirdi və gənclərlə işin nəzərəçarpacaq dərəcədə inkişafında mühüm rol oynadı.

Həmin vaxtdan etibarən 2 fevral tarixi MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilir.

Qeyd etmək lazımdır ki, 1998–ci ildə cənab İlham Əliyevin Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsində fəaliyyətə başlaması ilə ölkəmizdə idmanın bütün sahələri üzrə canlanma prosesi başladı. Bu diqqətin nəticəsi olaraq gənclər arasında idmana maraq daha da artdı, ölkəmizdə Olimpiya hərəkatı genişləndi.

Həmin dövrdən başlayaraq Azərbaycan Respublikası gənclərinin forumu mütəmadi olaraq keçirilməyə başladı və gənclərin II forumu 1999–cu ildə keçirildi. Gənclərə xüsusi diqqət ayıran ulu öndər Heydər Əliyevin bu forumda gənclərə ünvanladığı tarixi əhəmiyyətli müraciətini xatırlamaq yerinə düşərdi: “Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifə düşür, bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır, siz müstəqil Azərbaycanın XXI əsrdə yaradanlarısınız, quranlarısınız, inkişaf etdirənlərisiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq.” Bu sözlərlə ulu öndər gəncliyə olan sonsuz etimadını, diqqətini ifadə etməklə bərabər, həm də Azərbaycan gəncliyinin üzərinə böyük vəzifələr düşdüyünü diqqətə çatdırırdı.

Həyata keçirilən tədbirlərin davamı olaraq 2003– il oktyabrın 13–də keçirilmiş Azərbaycan gənclərinin üçüncü forumu əvvəlki forumlardan ötən dövr ərzində görülmüş işlərin layiqincə qiymətləndirilməsi və gənclərə azərbaycançılıq məfkurəsinin aşılanması yollarını müəyyənləşdirərək qərarların yerinə yetirilməsi üçün ölkənin bütün qüvvələrini səfərbər etməsi ilə diqqəti cəlb etdi.

2001–ci ildən başlayaraq mütəmadi şəkildə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə xaricdə təhsil alan və məzun olmuş azərbaycanlı gənclərin Beynəlxalq forumu keçirilməyə başladı. 2012–ci ilədək 10 dəfə keçirilmiş bu Forum azərbaycanlı gənclərin xarici ölkələrdə əldə etdikləri təcrübələri bölüşmək, ölkəmizin inkişafı üçün birlikdə çalışma əzmlərini inkişaf etdirmək, gənclər arasında canlı ünsiyyəti və informasiya mübadiləsini təşkil etmək baxımından mühüm işlər gördü.

Ümummilli lider Heydər Əliyevin gənclər siyasətini uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyevin 2006–cı ildə imzaladığı Gənclər və İdman Nazirliyinin yenidən təşkil edilməsi haqqında fərman da mühüm hadisə oldu. Dövlətin gənclərlə bağlı siyasətinin uğurla həyata keçirilməsində bu mühüm addımın çox böyük rola malik olması hər an hiss olunmaqdadır. Gənclərin sağlam böyüməsi yolunda atılan bu addımla bütün sahələrdə olduğu kimi, idman sahəsində də böyük irəliləyişlər əldə olundu.

Ölkəmizdə məqsədyönlü şəkildə həyata keçirilən işlərin nəticəsi olaraq bu gün müasir Azərbaycan gəncliyi yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkə rəhbəri tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin düzgünlüyünü bu sahədə qazanılmış uğurlu nəticələr də təsdiqləyir.

Azərbaycan Respublikası Prezidentinin 2005–ci il 30 avqust tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005–2009–cu illər)” dövlət gənclər siyasətinin həyata keçirilməsi yolunda mühüm fəaliyyət sənədi olmuşdur. Həmin Dövlət Proqramının icrası nəticəsində dövlət gənclər siyasətinin prioritet sahələrində müsbət dəyişikliklər baş vermiş və müəyyən uğurlar əldə olunmuşdur. Gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində davamlı aparılmış, istedadlı və yaradıcı gənclərə dövlət qayğısı genişləndirilmişdir. Məşğulluq sahəsində beynəlxalq təcrübəyə və gənclərin təşəbbüskarlığına əsaslanan fəaliyyətlər inkişaf etdirilmiş, regionlarda yaşayan gənclərin fəallığını stimullaşdıran tədbirlər həyata keçirilmişdir. Ölkənin ictimaisiyasi həyatında gənclərin yaxından iştirakı üçün lazımi şərait yaradılmış və bu sahədə irəliləyişlərə nail olunmuşdur. Dövlətin qayğısı sayəsində gənclər təşkilatlarının dövlət gənclər siyasətində iştirakını təmin edən hüquqları genişləndirilmiş, onların layihə və proqramlarına mütəmadi dəstək verilmişdir. Beynəlxalq əməkdaşlıq sahəsində gənclər təşəbbüskarlıq və davamlı fəaliyyət nümayiş etdirmişlər.

Bütün bunlarla yanaşı ölkə gənclərinin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında tarixi–mədəni irsimizə, milli–mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, cəmiyyətin ictimaisiyasi, sosialiqtisadi və mədəni həyatında onların intellektual və yaradıcı potensiallarının ümummilli məsələlərin həllinə yönəldilməsi müasir dövrün tələbi olaraq qalırdı.

Buna görə də gəncliyin inkişafında növbəti mərhələnin təmin edilməsi məqsədilə bu sahədə yeni bir Dövlət Proqramının həyata keçirilməsi zərurəti yaranmışdır.

Bunu nəzərə alan möhtərəm Prezidentimiz İlham Əliyev gənclərə göstərilən dövlət qayğısının davamı kimi 2011–ci il 7 iyul tarixli növbəti bir Sərəncamı ilə “Azərbaycan gəncliyi 2011–2015–ci illərdə Dövlət Proqramı”nı təsdiq etdi.

Bu proqramın əsas məqsədi Azərbaycan Respublikasında gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosialiqtisadi problemlərinin həllini təmin etməkdir.

Bütün bunlara əsasən böyük inamla demək olar ki, ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasəti gələcək nəslin intellektual səviyyəsinin artmasında da olduqca mühüm rol oynayır. Təhsil sahəsində aparılan islahatlar da gənclər siyasətinin ən vacib istiqamətlərindən biridir. Gənclərin maariflənməsinə, savadlanmasına, elmi inkişafına göstərilən xüsusi diqqət və qayğının davamı olaraq “2007–2015–ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində tələbələrin dünyanın məşhur universitetlərində təhsil almaq üçün göndərilməsi xüsusi ilə təqdirəlayiqdir. “Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında”, “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında” Prezident fərmanları bu istiqamətdə atılan mühüm addımlardandır.

Gənclərin həlli vacib olan problemlərinin aradan qaldırılması, onların cəmiyyət həyatında fəal iştirakının təmin olunması, milli–mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi üçün də dövlət səviyyəsində bütün zəruri işlər görülür. “Bədən tərbiyəsi və idman haqqında”, “Gənclər siyasəti haqqında” qanunlar, habelə ötən dövrdə ulu öndərin təşəbbüsü ilə qəbul edilərək uğurla icra olunmuş “Gənc ailə” proqramı, “Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi haqqında”, “İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadis. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən Dövlət Proqramı”, “Ordudan tərxis olunmuş gənclərin məşğulluğu” Dövlət Proqramı da bu qəbildəndir.

Prezident İlham Əliyev tərəfindən 2007–ci ilin “Gənclər ilielan edilməsi gənclərə ölkə Prezidenti tərəfindən böyük önəm verilməsinin növbəti sübutu kimi xalqımız tərəfindən yüksək qiymətləndirilmişdir.

Təqdirəlayiq haldır ki, ölkəmizdə gənclər siyasəti bu günuğurla həyata keçirilir. Azərbaycan əhalisinin 2,9 milyonuya 31,4 faizi gənclərdən ibarətdir. Sosial həyatın bütün sferalarına nəzər saldıqda görürük ki, orada gənclər çoxluq təşkil edir. Təbii ki, bu, dövlət başçımızın gənc kadrların irəli çəkilməsi ilə bağlı qarşıya qoyduğu vəzifənin reallaşmasının nəticəsidir.

Respublikamızın Prezidenti cənab İlham Əliyev ümummilli liderimizin ideyalarını ləyaqətlə davam etdirərək təhsilimizin inkişafına, təhsil müəssisələrinin madditexniki bazasının möhkəmlənməsinə böyük diqqət yetirir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO–nun, İSESKO–nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva bu gün Azərbaycan təhsilinin qayğıkeşidir.

Gənclərimiz daima ümummilli liderimiz Heydər Əliyevə bəslədikləri səmimi inam və məhəbbət hisslərini bu gündavam etdirərək onun kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevə bəsləyir, onu haqlı olaraq dəstəkləyirlər.

Heç də təsadüfi deyildir ki, Prezident İlham Əliyev öz çıxışlarının birində “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram” deməklə gənclərə olan xoş münasibətini ifadə etmişdir.

Təbii ki bu münasibət qarşılıqlı etimaddaninamdan irəli gəlir. Çünki gənclərimiz də dövlət qayğısını daim hiss edərək öz uğurları ilə onlara göstərilən böyük etimadı doğrultmaq istəyirlər.

Hesab edirik ki, bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclərimiz müstəqil Azərbaycanın daha da çiçəklənməsi naminə bütün güclərini səfərbər etməli, təhsil sahəsində yüksək nailiyyətlər əldə etməli, vətənin inkişafı üçün səylə çalışmalı, öz siyasətində onlara arxalanan ölkə Prezidentinin etimadını öz əməli fəaliyyətləri ilə həmişə doğrultmalıdırlar.

 

 

Nailə Məmmədova,

Bakı şəhəri, 250 saylı tam orta

məktəbin müəllimi

 

Respublika.- 2013.- 23 aprel.- S. 9.