Bibiheybət
neftçiləri ulu öndərin yubileyini ləyaqətlə
qarşılayırlar
Bu gün Azərbaycan iqtisadiyyatı öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Həyata keçirilən irimiqyaslı layihələr, dövlət proqramları ölkəmizin inkişafına təkan verməkdədir.
Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013–cü ilin birinci rübünün sosial–iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasdakı dərin məzmunlu nitqində ölkə başçısı demişdir: “Onu da deməliyəm ki, iqtisadi islahatlar, eyni zamanda mötəbər beynəlxalq qurumlar tərəfindən də qeyd edilir. Azərbaycan o ölkələrdəndir ki, öz daxili imkanlarına söykənir, öz iqtisadi və siyasi inkişafını özü təmin edir. İqtisadi sahədə seçdiyimiz kurs beynəlxalq qurumlar tərəfindən də qiymətləndirilir”.
Heç şübhəsiz ki, bu yüksək qiymət ölkəmizdə dönmədən həyata keçirilməkdə olan möhtəşəm iqtisadi islahatların bəhrəsidir.
Biz neftçilər hesab edirik ki, güclü, qüdrətli Azərbaycan quruculuğunda, iqtisadi inkişafda bizim də payımız var. İdarəmizin neftçiləri ulu öndər Heydər Əliyevin 90 illik yubileyini yüksək göstəricilər, əmək nailiyyətləri ilə qarşılamaq üçün səylərini getdikcə artırır, qüvvələrini səfərbər edirlər.
Neft və qaz hasilatını artıran “qara qızıl” ustalarımız vaxtaşırı iməciliklər keçirir, ağac və gül kolları əkir, ətrafı yaşıllaşdırır, ekologiyaya öz töhfələrini verirlər. Təmizlik, abadlıq, quruculuq işləri geniş vüsət almışdır. Mədən və sexlər, istehsalat sahələri təmir olunur, inzibati binalar yenidən qurulur və ən müasir avadanlıqlarla təmin olunur.
İstehsalatda qazanılan uğurlar da sevindiricidir. Təkcə bu
ilin ötən üç ayının yekunları çox nikbin proqnozlara əsas verir.
Qeyd etdiyimiz
dövrdə neft və qaz hasilatı
və təhvili tapşırıqları artıqlaması
ilə yerinə yetirilib. Neft hasilatı planına 105,2 faiz əməl olunub. Üç ayın neft təhvili tapşırıqları
da 105,2 faiz
yerinə yetirilib. Bu müddət ərzində
1 milyon 140 min kubmetrə
qarşı 1 milyon
597 min kub metr qaz hasil olunub.
Nəzərdə tutulan 930 min kubmetrə
qarşı isə 1 milyon 387 min kubmetrdən çox qaz təhvil verilib.
2013–cü ilin birinci
kvartalında nəzərdə
tutulan 112 texniki tədbir əvəzində
138 tədbir həyata
keçirilmiş və
nəticədə xeyli
neft hasil olunmuşdur. Geoloji tədbirlərin sayı isə 30 əvəzinə 48–ə çatmış,
bundan da xeyli neft əldə
edilmişdir.
Ötən müddət ərzində
61 əsaslı təmir,
1313 yeraltı təmir
işləri görülmüş,
bu da idarə
üzrə hasil olunan neft hasilatına
öz təsirini göstərmişdir.
Heç
şübhəsiz ki,
biz bu uğurlara
ARDNŞ–in, “Azneft” İstehsalat
Birliyinin rəhbərliyinin
gündəlik qayğısı,
diqqəti sayəsində
nail olmuşuq.
Hazırda ARDNŞ–in rəhbərliyi tərəfindən
qarşımıza qoyulmuş
məsul və şərəfli vəzifələrin
yerinə yetirilməsi
məqsədilə qüvvələrimizi
daha da səfərbər
etmişik.
Bu gün idarəmizdə
ekoloji sahədə də mühüm işlər görülür.
Azərbaycan Respublikası Prezidenti
möhtərəm İlham
Əliyevin 28 sentyabr
2006–cı il tarixli
1697 saylı sərəncamı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına
dair 2006–2010–cu və
2011–2013–cü illər üçün
“Kompleks Tədbirlər
Planı”na uyğun olaraq Bibiheybət zonasında təmiz ekoloji mühitin yaradılması işləri
davam etdirilir.
Mədən ərazisində abadlıq
məqsədi ilə ərazidən 380 kubmetr şlam çıxarılmışdır
və 2942 kubmetr daxili torpaq daşınmışdır.
0,337 hektar sahə mexaniki rekultivasiya olunmuşdur.
NQÇİ–nin ərazisindən 229,037
ton qara metal “Baku Stell
Company” şirkətinə təhvil
verilmişdir.
Sahədə əkilmiş ağaclara
aqrotexniki qulluq göstərmək məqsədi
ilə “Azneft” İstehsalat Birliyi ilə “Ekol Mühəndislik Xidmətləri”
QSC arasında müqavilə
bağlanmışdır. Müqaviləyə
əsasən “Ekol Mühəndislik Xidmətləri”
QSC ərazidə əkilmiş
49243 ədəd ağaca,
həmçinin çəmənliklərə
aqrotexniki qulluq göstərir. Yaşıllıqlara
nitrofoska gübrəsi
verilib. Onu da qeyd etmək
lazımdır ki, salınmış yaşıllıqlar
tamamilə damcı suvarma üsulu ilə tətbiq edilir.
Ekologiya
İdarəsinin Tullantı
Mərkəzinə 126 kq
təhlükəli tullantılar
(skaner, kartric, printer, surətçıxaran, prosessor)
təhvil verilib. Ərazidə aparılan abadlıq, rekultivasiya, yaşıllaşdırma, bir
sözlə, təmiz
ekoloji mühitin yaradılması üçün
işlər davam etdirilir və bu istiqamətdə aparılan tədbirlər
idarənin rəhbərliyinin
daim diqqət mərkəzindədir.
İdarəmizin kollektivi ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar qüvvələrini
daha da səfərbər
edib, neft və qaz hasilatını
daha da artırmaq
əzmilə çalışır.
İlqar Həmzəyev,
“Azneft” İB–nin
“Bibiheybətneft”
Neft və
Qazçıxarma İdarəsinin rəisi
Respublika.- 2013.- 23 aprel.- S. 10.