Yasamal rayonu: müsbət dinamika davam
edir
Yasamal rayonu bu gün coşqun inkişaf, sürətli
yüksəliş yolundadır. Vurğulamaq
lazımdır ki, rayonda irimiqyaslı islahatlar uğurla davam
etdirilir, insanların həyat tərzi
yaxşılaşır, Prezident İlham Əliyev tərəfindən
qarşıya qoyulan vəzifələr ləyaqətlə həyata
keçirilir.
Bu günlərdə rayon icra hakimiyyətində
2013–cü ilin birinci rübünün yekunları və
qarşıda duran vəzifələrlə bağlı tədbir
keçirildi.
Yığıncaqda Yasamal Rayon İcra Hakimiyyətinin
başçısı İbrahim Mehdiyevin məruzəsi dinlənildi. O qeyd etdi ki, Dövlət
proqramlarının icrası nəticəsində rayonda uzun
illər mövcud olan bir sıra problemlər artıq öz
müsbət həllini tapıb.
“2011–2013–cü illərdə Bakı şəhərinin
və onun qəsəbələrinin sosial–iqtisadi
inkişafına dair Dövlət Proqramı”nda nəzərdə
tutulan tədbirlərdən 25–i tamamilə başa
çatdırılıb. Bunlardan 22–si məktəblər
və məktəbəqədər müəssisələrin
əsaslı təmiri və 3 telefon stansiyasının yenidən
qurulması olmuşdur. 21, 32, 34, 54, 184
saylı körpələr evi–uşaq bağçaları əsaslı
təmir olunaraq cari ilin yanvar ayının ortalarından fəaliyyətə
başlamışlar. 60, 77, 82 saylı
körpələr evi–uşaq bağçaları da Dövlət
Proqramına əsasən təmir olunmuşdur. Aprel
ayının 10–da Azərbaycan Respublikasının birinci
xanımı Mehriban Əliyeva 60 və 77 saylı uşaq
bağçalarının əsaslı təmirdən sonra
açılış mərasimlərində iştirak
etmişdir. 2013–cü ildə əsaslı təmir
olunacaq doqquz təhsil müəssisəsindən artıq
ikisində–53 və 158 saylı tam orta məktəblərdə
cari ilin mart ayından etibarən təmir işlərinə başlanılmışdır.
117 saylı körpələr evi–uşaq
bağçasında əsaslı təmir işləri davam
etdirilir. Yeni Yasamal yaşayış
massivində inşa edilən şəhər və uşaq
poliklinikalarının, köməkçi yardım
stansiyasının tikinti işləri davam etdirilir.
13 saylı uşaq poliklinikası da əsaslı təmir
olunaraq rayon sakinlərinin istifadəsinə verilmişdir. 19 saylı
şəhər poliklinikasında Dövlət Proqramına əsasən
aparılan əsaslı təmir işləri başa
çatdırılmışdır. Proqramın
17 bəndi qismən icra olunmuş, digər tədbirlərin
icrası isə 2013–cü ildə nəzərdə
tutulmuşdur. Bunlar rayonun qaz, elektrik
enerjisi, su və kanalizasiya, yol təsərrüfatı və
nəqliyyat, abadlıq və təhsil sahələrini əhatə
edən genişmiqyaslı tədbirlərdir. Proqramın 3 bəndi —tunel tipli kanalizasiya kollektorunun
tikintisi, 2–ci Alatava yaşayış massivi ərazisində
yerləşən 35/6 kilovoltluq yarımstansiyanın və
Yeni Yasamal yaşayış massivində parkın yenidən
qurulması rayon icra hakimiyyətindən asılı olmayan
amillərdən —maliyyə vəsaitinin açılmaması
səbəbindən gecikir.
Nizami küçəsində Respublika Prokurorluğunun ətrafındakı
ərazidə bərpa və abadlıq işləri
aparılır. Binaların köhnə suvaq və rəngləri təmizlənərək
ərazidən 6 ton inşaat tullantıları
daşınmış, 1735 kvadratmetr divar səthi bərpa
edilmiş və emulsiya ilə rənglənmişdir. Eyvanlar təmir edilərək 635 kvadratmetr məhəccər
taxta ilə üzlənmişdir. Eyvanlara
269 kvadratmetr döşəmə vurulmuşdur. 297
kvadratmetr taxta pəncərə təmir edilmiş, 2 ədəd
taxta qapı, 1 ədəd dəmir qapı yenisi ilə əvəzlənmiş,
1 ədəd dəmir darvaza rekonstruksiya edilmişdir.
Bundan əlavə,
8 kubmetr həcmində beton çıxıntılar
dağıdılmış, binaların künc hissəsində
40,32 kvadratmetr aqlay daraq cilalanmış, divarlarda 756 kvadratmetr
aqlay üzlük və 62 kvadratmetr pəncərə kənarları
cilalanmış, binaların dam örtüyünün ətrafına
160 poqonmetr aqlay papaq qoyulmuşdur.
3 yaşayış binasının fasadında yenidənqurma
və bərpa işləri başa
çatdırılmışdır.
7
yaşayış binasında 480 kvadratmetr müxtəlif
materialdan ibarət dam örtüyü təmir edilmiş, 20
yaşayış binasında 400 poqonmetr aşağı paylayıcı
istilik xətləri dəyişdirilmişdir.
Özbaşına tikililərin qarşısının
alınması sahəsində işlər davam etdirilərək
4 ədəd müxtəlif təyinatlı qeyri–qanuni tikili, 5
ünvanda zəbt olunmuş torpaq sahəsi ətrafına
çəkilmiş hasarlar sökülmüşdür.
Rayon icra hakimiyyətinin təşəbbüsü ilə
Yasamal bələdiyyəsi tərəfindən A.M.Şərifzadə
küçəsi, 108, 110, 112, 114 saylı ünvanlarda, mərasim
evinin ətrafında nümunəvi həyət salınır
və abadlıq işləri aparılır. Yaşayış
binalarının əhatə etdiyi təxminən 1200
kvadratmetr sahədə ərazi kol–kosdan və tullantılardan
təmizlənmiş, metal tor və çəpərlər
sökülmüş, tərtib olunmuş eskiz əsasında
abadlıq işlərinə başlanmış, ərazidə
planlaşdırma işləri aparılmışdır. 250
kvadratmetr tamet üzlük döşənməsi, 350
kvadratmetr yeni asfalt örtüyü vurulması, 350 poqonmetr
bardür düzülməsi nəzərdə tutulan ərazidə
3 ədəd 18 kvadratmetr ölçüdə günlük,
2 ədəd yelləncək, 1 ədəd sürüşkən
quraşdırılmışdır.
Cari ilin
üç ayı ərzində rayonun A.M.Şərifzadə
küçəsi, 96, 98, 104, 108 saylı evlərdə və
M.Seyidov küçəsi, 37 ünvanında binadaxili 2450 metr
kabel xətti, 58 ədəd sayğaclaşma üçün
panel quraşdırılmış, M.Muxtarov, C.Məmmədquluzadə,
Qədirli, Zərgərpalan, M.A.Əliyev küçələrində
545 metr 0,4 kv–luq kabel xətti dəyişdirilmişdir.
Əhalinin
və müəssisələrin təbii qazla təminatının
yaxşılaşdırılması məqsədi ilə
rayonun 51 qaz tənzimləyici məntəqəsinə, 208 qaz
tənzimləyici şkafa profilaktiki xidmət göstərilərək
144 ədəd quyudaxili siyirtmə və 680 ədəd
açıq siyirtmələr təftiş edilmişdir.
Təbii qazdan qeyri–qanuni istifadə hallarının
qarşısının alınması üçün 15055
abonentin qaz avadanlıqlarına texniki baxış keçirilərək
286 qeyri–qanuni birləşmə ləğv edilmişdir.
M.Rahim
küçəsində uzun illər istismarda olan 325 millimetr
diametrli orta təzyiqli yeraltı qaz kəməri H.Cavid prospektinə
qədər əsaslı təmir edilmiş və Z.Xəlilov
küçəsi ilə B.Bağırova küçəsinin
kəsişməsində 160 millimetr diametrli orta təzyiqli 508
metr qaz kəməri polietilen qaz kəməri ilə əvəz
edilmişdir.
Moskva prospekti, 75 və 75a saylı binalar
üçün kombi tipli qazanxana tikilərək istifadəyə
verilmişdir.
Rayon istilik şəbəkəsində müxtəlif diametrli
544 metr istilik borusu dəyişdirilmiş, 4 ədəd qazan
aqreqatı əsaslı təmir edilmiş, Ş.Mehdiyev
küçəsi, 97a saylı və A.Abbasov küçəsi,
2 saylı binaların aşağı paylayıcı xətlərində
əsaslı təmir işləri başa
çatdırılmışdır. Ş.Mehdiyev
küçəsi 95, 95a və 97 saylı binalarda bu işlər
davam etdirilir.
Rayon
Su–kanal Departamenti tərəfindən rayon ərazisində 789
qəza ləğv edilmiş, 2243 metr su borusu, 8 ədəd
siyirtmə, 5 ədəd su nasosu, 3 ədəd mühərrik
quraşdırılmış, 67 ədəd su nasosu, 63 ədəd
mühərrik, 46 ədəd siyirtmə, 455 metr su borusu təmir
edilmiş, 1695 ədəd su sayğacı
quraşdırılmışdır.
Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik
yubileyinin Yasamal rayonunda yüksək səviyyədə qeyd
edilməsini təmin etmək məqsədilə rayon icra
hakimiyyəti başçısının 6 fevral 2013–cü il tarixli 30 saylı sərəncamı
verilmiş və yubiley tədbirlərinin mütəşəkkil
keçirilməsi üçün 23 bənddən ibarət
silsilə tədbirlər planı təsdiq olunmuşdur.
Tədbirlər planına əsasən rayonda bu ilin əvvəlindən
başlayaraq ulu öndər Heydər Əliyevin 90 illik yubileyi
ilə bağlı abadlıq, quruculuq və yenidənqurma
işlərinə başlanmışdır. Yasamal Rayon İcra Hakimiyyəti
tərəfindən şəhərin şimal hissəsindən
rayon ərazisinə daxil olan əsas yolun ətrafında,
Moskva prospekti ilə Xarici Dairəvi yolun kəsişməsində
1,4 hektar sahədə abadlıq və yenidənqurma
işləri aparılır.
Ulu
öndərin anadan olmasının 90 illik yubiley tədbirləri
çərçivəsində həyata keçirilən
işlərin tərkib hissəsi kimi A.Abbasov küçəsi
ev 1, Yeni Yasamal yaşayış massivi, ev 54 və Z.Xəlilov
küçəsi 570–ci məhəllədə nümunəvi
həyətlər, istirahət guşələri
yaradılır.
Rayonun ümumtəhsil müəssisələri
arasında “Heydər Əliyev Müstəqil Azərbaycanın
qurucusudur” mövzusunda inşa yazı müsabiqəsi
keçirilmişdir.
Ali və
orta ixtisas məktəblərinin komandaları arasında
yubileyə həsr olunmuş mini futbol və şahmat üzrə
rayon birinciliklərinə start verilmişdir.
Martın 15–də yubileylə bağlı Heydər Əliyev
Mərkəzində “Müstəqil Azərbaycan
idmanının yüksəlişində Heydər Əliyev
fenomeni”, martın 29–da “Fövqəladə halların nəticələrinin
aradan qaldırılması zamanı qəza xilasetmə və
digər təxirəsalınmaz tədbirlərin həyata
keçirilməsində qarşılıqlı fəaliyyətin
təşkili” mövzularında dəyirmi masalar
keçirilmişdir.
Rayonun mədəni–maarif müəssisələrində
yubiley münasibətilə ədəbi–bədii gecə və
silsilə tədbirlər keçirilir.
May ayının 3–də rayon icra hakimiyyəti
ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr
olunan, artıq ənənə halını almış “Gül
Bayramı”, mayın 6–da isə rayon ictimaiyyətinin
iştirakı ilə akademik Milli Dram Teatrında təntənəli
böyük bayram tədbiri keçirəcəkdir.
Ulu
öndərin 90 illik yubileyi münasibəti ilə may
ayının 10–da Heydər Əliyev Sarayının
qarşısındakı parkda keçiriləcək “Gül
bayramı” ilə əlaqədar gül sərgisində
nümayiş etdiriləcək bir neçə müxtəlif
fiqurun (“Timsah”, “Mikki–Maus” və “İlbiz”) tərtibatı
Yasamal rayon İcra Hakimiyyəti tərəfindən həyata
keçirilir.
Hesabat dövründə rayon Əhalinin Sosial Müdafiəsi
Mərkəzi ünvanlı dövlət sosial yardımın
ünvanlılıq, ədalətlilik və şəffaflılıq
prinsiplərinə riayət olunmaqla, yardımın daha
çox ehtiyacı olan ailələrə yönəldilməsi
üçün bir sıra tədbirlər həyata
keçirmişdir.
Hesabat
dövründə gənclərin ordu sıralarına
çağırışı ilə əlaqədar Azərbaycan
Respublikasının Prezidentinin sərəncamlarının və
Nazirlər Kabinetinin qərarlarının icrası istiqamətində
zəruri işlər görülmüş, Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsi,
aidiyyəti təşkilatlarla birgə bütün
çağırışlarda müsbət nəticələr
əldə edilmişdir.
“Qaçqınların
və məcburi köçkünlərin yaşayış
şəraitinin yaxşılaşdırılması və məşğulluğunun
artırılması üzrə Dövlət Proqramı”nda nəzərdə
tutulan tədbirlər əvvəlki illərdə olduğu
kimi bu il də davam etdirilmişdir.
Rayon icra hakimiyyəti başçısının
birinci rübdə 5 səyyar qəbul–görüşü
keçirilib.
Burada iştirak edən 825 rayon sakinindən 48 nəfər
tərəfindən sosial–məişət məsələləri
ilə əlaqədar müraciət olunub ki, onların
hamısı bütünlüklə öz müsbət həllini
tapıb.
Bildiyiniz kimi, bu ilin oktyabr ayında Azərbaycan
Respublikası Prezidentinin seçkiləri keçiriləcəkdir. Seçki Məcəlləsinin,
“Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq
seçkilərin keçirilməsi ilə əlaqədar bir
sıra məsələlərə görə məhz rayon
icra hakimiyyətləri məsuliyyət daşıyırlar. Müvafiq qanunvericiliyin müəyyən etdiyi
qaydalarla bir çox vəzifələrin icrası idarə,
müəssisə və təşkilatlara həvalə olunur.
Hesab edirəm ki, seçki kampaniyasının
başlanmasına hələ bir müddət qalmasına
baxmayaraq hər bir vəzifəli şəxs indidən onun
üzərinə düşən vəzifələrin
icrası istiqamətində müəyyən işlər
görməlidir.
Cəmiyyətimizin bütün zümrələri ilə
mütəmadi ünsiyyətdə olmağımız, vətəndaşlarla
sıx təmas qurmağımız onu söyləməyə
əsas verir ki, ölkəmizdə sağlam ictimai fikir
formalaşıb.
Qədirbilən
xalqımız ulu öndər Heydər Əliyevin siyasi,
iqtisadi, eləcə də sosial yönümlü kursunu
uğurla davam etdirən Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevi dəstəkləyir, onu
Azərbaycan xalqının alternativsiz lideri, dövlətçiliyimizin
təhlükəsizliyinin qarantı hesab edir.
Rayon icra hakimiyyəti istər seçkilərlə
bağlı tədbirləri, istərsə də öz üzərinə
düşən digər vəzifələri bundan sonra da
layiqincə icra edəcəkdir.
Yığıncaqda
Bakı metropoliteninin rəisi, YAP Yasamal rayon təşkilatının
sədr müavini Tağı Əhmədov, “Ozon” zavodunun
direktoru Çingiz Əliyev, 3 saylı şəhər
poliklinkasının baş həkimi Azər Məmmədov
çıxış etdilər.
Toplantını rayon icra hakimiyyətinin
başçısı İbrahim Mehdiyev yekunlaşdıraraq qeyd
etdi ki, rayonda 2013–cü ildə sosial–iqtisadi vəzifələr
uğurla yerinə yetiriləcəkdir.
Q.TƏYYAROĞLU
Respublika.- 2013.- 24 aprel.- S. 8.