DAHİ SİYASƏTÇİ VƏ FENOMEN ŞƏXSİYYƏT

 

Fenomen şəxsiyyət, ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün mərhələlərində dövlət–vətəndaş münasibətlərinin hüquq müstəvisində tənzimləndiyi, insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunduğu, humanizm ideyalarının möhkəm təmələ çevrildiyi ədalətli cəmiyyətin formalaşdırılması, idarəçilikdə demokratik ənənələrin bərqərar olması naminə misilsiz xidmətlər göstərmişdir. Ölkəmizə rəhbərliyə başladığı gündən ömrünün sonunadək ulu öndər Heydər Əliyev bütün səy və bacarığını, istedadını, həyatını Azərbaycan Respublikasının inkişafına, iqtisadi və hərbi cəhətdən qüdrətlənməsinə, mədəni və elmi sahədə çiçəklənməsinə, ölkəmizin dünyəvi, hüquqidemokratik dövlətə çevrilməsinə həsr etmişdir. Bu dahi şəxsiyyətin ölkədə iqtisadiyyatın, sənayenin, ordu və dövlət quruculuğunun qanunvericilik bazasının, insan hüquq və azadlıqlarının qorunması sahəsində Avropa dəyərlərindən bəhrələnən demokratik təsisatların yaradılması və inkişafındakı xidmətləri milli və mənəvi dəyərlərə hörmət və ehtiramın, vətənə, millətə bağlılığın və sədaqətin bariz nümunəsidir.

Heydər Əliyev irsi böyük bir məktəbdir və onun həmişəyaşar ideyaları, bizlərə miras qoyduğu idarəçilik və milli dəyərlər sistemi müstəqil Azərbaycan dövlətinin xoşbəxt gələcəyinin qarantıdır. 1969–cu ildən Azərbaycana rəhbərlik edən, “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” deyən görkəmli dövlət xadimi Heydər Əliyev respublikamızın siyasi müstəqillik qazanmasından çoxçox əvvəl iqtisadi müstəqilliyin təməlini qoymuşdur. Rəhbərliyə gəlişinin ilk günündən daim xalq arasında olan, onun yaşayışı, qayğıları, problemləri və arzuları ilə maraqlanan bu dahi şəxsiyyət o vaxt respublikada hökm sürən rüşvətxorluğa qarşı qəti və prinsipial mübarizəyə başladı və qısa müddətdə bunun müsbət nəticələri öz bəhrəsini verdi. Azərbaycanda möhkəm nizamintizam, qaydaqanun yaradıldı. Yeniyeni sənaye müəssisələrinin tikilib istifadəyə verilməsi, aqrar sənaye komplekslərinin yaradılması, şəhərlərin, rayon mərkəzlərinin, qəsəbələrin və kəndlərin simasının günbəgün dəyişməsi dahi şəxsiyyətin zəhmətinin bəhrəsi idi. Həmin illər Azərbaycanın tarixində böyük abadlıq və quruculuq dövrü kimi yadda qalacaqdır. O dövrdə yaradılmış güclü sosialiqtisadi bazaintellektual potensial bugünkü müstəqil Azərbaycan üçün etibarlı bünövrəyə çevrilmişdir. Onun qayğısı və təşəbbüsü ilə ölkəmizdən kənarda nüfuzlu təhsil ocaqlarında oxumuş milli kadrlar bu gün respublikamızın inkişafında həlledici rol oynayırlar. O illər Azərbaycanın tərəqqiyə dönüşü, cəmiyyətin keyfiyyətcə irəliyə, milli özünüdərkə, milli özünəqayıdışa dönüşünün başlanğıcı oldu. Bütün sahələrdə diqqətəlayiq nailiyyətlərin əldə edilməsi sözügedən dövrdə Azərbaycanın inkişafında keyfiyyətcə yeni mərhələ idi.

XX əsrdə ikinci dəfə müstəqillik qazandıqdan sonra səriştəsizlərin hakimiyyətdə olması ölkə iqtisadiyyatını böhranla üzləşdirdi və ölkəmizin müstəqilliyi təhlükə altına düşdü. 1991–1992–ci illərdə müstəqil Azərbaycanda yaşanan siyasi qeyrisabitlik, hakimiyyət dəyişiklikləri, iqtisadi tənəzzülün dərinləşməsi, xaos və anarxiyanın idarəçilik sistemini bütünlüklə iflic etməsi, erməni təcavüzkarları ilə müharibədə getdikcə daha çox torpaqlarımızın itirilməsi, ölkənin xaricdən təcrid olunması Heydər Əliyev fenomeninə qayıdışı qaçılmaz edirdi.

1993– ildə Azərbaycanda hakimiyyətə qayıdışından sonra ulu öndər cəmiyyətin bütün təbəqələrinin sosialsiyasi mənafelərini özündə ehtiva etməyə qadir, demokratikləşmə prosesinin fundamental prinsiplərinə əsaslanan, keçid dövrünün xarakterik keyfiyyətlərini nəzərə alan demokratik idarəetmə sistemini formalaşdırmaqla, əslində mükəmməl dövlət idarəçilik sistemi yaratdı. Azərbaycanın dövlət quruculuğunun təməl prinsipləri hazırlanıb həyata keçirildi. Ulu öndər vurğulayırdı ki, azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir: Biz öz daxili siyasətimizlə çalışırıq ki, Azərbaycanın dövlət quruculuğu, cəmiyyətin təşkil edilməsi və iqtisadiyyatın inkişafı dünya dövlətlərinin təcrübəsi əsasında olsun və beləliklə də Azərbaycan Respublikası dünya miqyasında öz layiqli yerini tuta bilsin”.

Ümummilli lider Azərbaycanın regionun aparıcı dövlətinə çevrilməsi, dünya dövlətləri içərisində nüfuzmövqeyi ilə seçilməsi üçün mühüm işlər gördü, xalqın çoxsaylı problemlərini həll etmək, əhalinin sosial rifahını yaxşılaşdırmaq, ölkə iqtisadiyyatını daha da inkişaf etdirmək naminə əməli tədbirlər gördü. Məhz bu işlərin həyata keçirilməsi nəticəsində dövlət quruculuğunda mühüm nailiyyətlər əldə edildi. Dövlətin idarəetmə mexanizmi təkmilləşdirildi, ordu quruculuğu başa çatdırıldı. Ulu öndər bildirirdi ki, Azərbaycanın dövlət müstəqilliyi bizim üçün ən əziz, ən qiymətli nailiyyətdir və bu nailiyyəti — dövlət müstəqilliyimizi biz daim qoruyub saxlayacağıq.

Milli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması, Azərbaycanda hüquqi dövlət qurulması demokratik sivilizasiyalı cəmiyyət yaranması, sözvicdan azadlığının, plüralizmin təmin edilməsi, çoxpartiyalı sistemin bərqərar olması böyük siyasətçi Heydər Əliyevin həyata keçirdiyi siyasət nəticəsində gerçəkləşdi və dövlətin xalqa xidmət etdiyini əməli addımlarla təsdiqlədi. Bu yanaşma amalı və məramı yalnız insanlara xidmət etmək olan, müstəqilliyimizi qorumaqla xalqın azad, sərbəst yaşamaq hüququnu təmin edən ümummilli liderin xalqına, millətinə, torpağına məhəbbətindən irəli gəlirdi. Buna görə də quruculuq, xilaskarlıq missiyasını müvəffəqiyyətlə yerinə yetirən dahi şəxsiyyət həyata keçirdiyi islahatların insanlara verə biləcəyi səmərə və xeyir barədə düşünür, sosialiqtisadi problemlərin aradan qaldırılması yollarını arayırdı. Onun bu istiqamətdə insanlara, ölkə əhalisinə verdiyi dəyər, yaratdığı şərait nəticəsində əhalinin güzəranı yaxşılaşır, həyat səviyyəsi yüksəlirdi. Ulu öndər hər şeydən vacib olan mənəvi rahatlığın, sərbəst düşünmə imkanlarının, mətbuat, söz azadlığının təmin olunması istiqamətində də məqsədyönlü apararaq ölkədə tam demokratik şərait yaratdı. Onun tərəfindən cəmiyyət və dövlət həyatının bütün sahələrində olduğu kimi, hüquqi sahədə də köklü islahatlar aparıldı. Bu islahatların həyata keçirilməsinin əsası isə 1995–ci ildə ulu öndərin müəllifi olduğu ilk Milli Konstitusiyanın qəbulu ilə bərqərar oldu. Bununla Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçdi. Öz siyasətində daim humanizmə, insanpərvərliyə geniş yer verən Heydər Əliyev daim insan faktorunu önə çəkir, onun hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunub qorunmasını ən vacib məsələ hesab edirdi. Belə ki, əsl humanizmin təzahürü olaraq 1995–2003– illərdə dövlət başçısının imzaladığı fərmanlarla minlərlə məhkum əfv edildi, onun təşəbbüsü ilə amnistiya aktları on minlərlə şəxsə şamil olundu. Hüquq mühafizə orqanlarında, ö cümlədən ədliyyə və məhkəmə sistemlərində aparılan islahatlar Azərbaycanın Avropa ailəsinə inteqrasiyasına geniş imkanlar açdı. Azərbaycan 2001–ci ilin yanvarında Avropa Şurası kimi nüfuzlu beynəlxalq qurumun tamhüquqlu üzvü oldu. Azərbaycanda insan hüquqlarının müdafiəsi ilə bağlı yeni təsisatlar yarandı.

Ümummilli liderimiz Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi altında prokurorluq orqanlarında aparılan çoxşaxəli islahatların əhəmiyyətini xüsusi qeyd etməliyik. Müstəqil Azərbaycan Prokurorluğunun dövlətçilik maraqlarına, qanunun aliliyinininsan hüquqlarının müdafiəsinə xidmət edən sivildemokratik qurum kimi formalaşması, onun fəaliyyətinin hərtərəfli təminatı üçün qanunvericilikmaddisosial bazanın yaradılması Heydər Əliyevin dövlətçilik siyasəti, qayğısı və dəstəyi nəticəsində mümkün olmuşdur. Prokurorluqda aparılan islahatların əsas məramı bu orqanın səlahiyyətlərinin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədi daşıyırdı. Böyük öndər Heydər Əliyevin nəzarəti və dəstəyi ilə görülən məqsədyönlü tədbirlər nəticəsində prokurorluq orqanlarında köklü islahatlarstruktur dəyişiklikləri həyata keçirilmiş, fəaliyyət üçün tələb olunan lazımi hüquqi baza yaradılmışdır. Prokurorluq orqanları demokratik istiqamətdə tamamilə yenidən formalaşmış, vaxtında aparılmış hüquqi islahatlarprokurorluq orqanlarının işinin yenidən qurulması nəticəsində Azərbaycan Respublikasında dövrün və zamanın tələbinə uyğun yeni keyfiyyətə xas olan sağlam prokurorluq sistemi yaradılmışdır. Prokurorluq orqanlarının vəzifə və səlahiyyətlərində azad, demokratik cəmiyyətə və beynəlxalq standartlara uyğun əsaslı dəyişikliklər edildi və bunları tənzimləyən hüquqi aktlar qəbul olundu. Bütün bunların nəticəsində Azərbaycan Respublikası Prokurorluğu orqanları cinayətkarlığa qarşı mübarizədə dövlətçilik maraqlarının, insan və vətəndaş hüquqları və azadlıqlarının qorunmasına xidmət edən demokratik inkişaf yolu seçmiş bir sistemə çevrildi.

Ümummilli liderimiz Heydər Əliyev 1998–ci il noyabrın 28–də Azərbaycan Respublikası Prokurorluğu orqanlarının yaradılmasının 80 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaqdakı çıxışında deyirdi: “Azərbaycan Prezidenti kimi mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm və arxalanıram”. Ulu öndər tərəfindən göstərilən bu etimadın məsuliyyətini dərindən dərk edən hər bir prokurorluq işçisi başa düşürdü ki, o etimadı yalnız dövlətimizə sədaqətimizlə, cinayətkarlığa qarşı mübarizədə barışmaz və prinsipial mövqeyimizlə doğrulda bilərik. Bu gün prokurorluq orqanları qarşısında duran ən ümdə vəzifə qanunun aliliyini rəhbər tutmaqla dövlətin və vətəndaşların qanunla qorunan hüquqlarını müdafiə etmək, onları cinayətkar qəsdlərdən qorumaq, cinayətkarlığa qarşı dönmədən mübarizə aparmaqdır.

Müstəqil Azərbaycan dövlətinin qurucusubanisi Heydər Əliyev müəllifi olduğu ənənələrin davamlılığını təmin etdi, böyük uzaqgörənliklə ölkəmizin gələcək uğurlarına təminat yaratdı. Ümummilli liderimizin 2003– ilin prezident seçkiləri ərəfəsində: “Mən ona özüm qədər inanıram”, – deməklə özünün layiqli davamçısı kimi cəmiyyətə təqdim etdiyi cənab İlham Əliyevin respublikaya rəhbərliyi dövründə əldə olunmuş böyük nailiyyətlər Azərbaycan xalqının seçimində qətiyyən yanılmadığını bir daha təsdiqləyir. Heydər Əliyevin zəngin dövlətçilik fəlsəfəsindən bəhrələnən cənab İlham Əliyev ulu öndərimizin möhkəm təməllər üzərində formalaşdırdığı idarəçilik ənənələrini uğurla davam etdirir. Bu gün Azərbaycan Prezidentinin rəhbərliyi ilə görülən işlər, əldə olunan uğurlu nəticələr hələ ötən əsrin 90–cı illərinin ortalarında ulu öndərimiz Heydər Əliyev tərəfindən başlanılmış çoxşaxəli islahatlar kursunun məntiqi davamıdır.

Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında hər zaman bildirir ki, hüquqidemokratik cəmiyyət quruculuğunun ən başlıca şərtlərindən biriyeni dövrün tələblərinə cavab verən hüquqi islahatların həyata keçirilməsi, qanunun aliliyinin bütün səviyyələrdə qorunmasıdır. Bu sahədə aparılan islahatlar göstərir ki, Azərbaycanda qanunun aliliyi, demokratiyainsan hüquqlarının təminatı dövlət başçısının xüsusi diqqət mərkəzindədir. Prezident İlham Əliyevin inamla həyata keçirdiyi məhkəmə–hüquq islahatları qanunçuluğun, hüquq qaydalarının daha da möhkəmlənməsinə, habelə Azərbaycanın beynəlxalq arenadakı demokratik imicinin yüksəlməsinə xidmət edir.

Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan uzunmüddətli inkişaf strategiyasının son 10 ildə cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi öz bəhrələrini verir. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi inkişaf yolu Azərbaycanın davamlı tərəqqisini təmin etməyə yönəlmişdir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzvlüyü və beynəlxalq təşkilatların tədbirlərində fəal iştirakı da bu strategiyanın bir hissəsidir.

Son 10 ilin Azərbaycanda dinamik sosialiqtisadi inkişaf, demokratikmüasir dövlət quruculuğu sahəsində mühüm mərhələ olduğunu vurğulayan Prezident cənab İlham Əliyev bildirib ki, biz ümummilli lider Heydər Əliyevin siyasi kursuna, yaratdığı ictimaisiyasi sabitliyə və iqtisadi bazaya, xalqın möhkəm dəstəyinə söykənərək çox böyük uğurlara imza atmışıq: “Həm ölkənin ümumi inkişaf konturlarını, həm də ayrı–ayrılıqda hər bir sahədə görüləcək işləri əhatə edən çoxsaylı dövlət proqramları qəbul olunduuğurla icra edildi. Bu işlərin görülməsi daxili sosialiqtisadi inkişafın təminatına, vətəndaşların rifahının yüksəlməsinə və cəmiyyət qarşısında duran digər problemlərin həllinə mühüm təsir göstərdi. Azərbaycanın yeni neft strategiyasının işə düşməsi bizə bütün gələcək planlarımızı reallaşdırmağa geniş imkanlar açdı. 2006–cı ildə Bakı–Tbilisi–Ceyhan əsas neft ixrac boru kəmərinin, daha sonra Bakı–Tbilisi–Ərzurum qaz kəmərinin istifadəyə verilməsi, Xəzərin karbohidrogen ehtiyatlarının ixrac infrastrukturunun yenilənməsi və genişləndirilməsi Azərbaycan neftinin və qazının birbaşa Avropadünya bazarına çıxışını təmin etdi ki, bu da təkcə keçən 10 ilin deyil, bütövlükdə müstəqillik tariximizin ən önəmli hadisələri sırasına daxil olmuşdur”.

Müstəqil Azərbaycanın memarı, ümummilli liderimiz Heydər Əliyevin müasir dövlət quruculuğu prosesinin bütün istiqamətlərində tarixi xidmətləri çox böyükdür. Bunlardan ən önəmlisi ulu öndərimizin müstəqil dövlətimizin əsasını qoyması və onun qorunub saxlanılmasına nail olmasıdır. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 21 yanvar 2013– il tarixdə imzaladığı “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” Sərəncamda deyilir: “Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir”.

Azərbaycanın bütün uğurları dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Odur ki, Heydər Əliyev adı əbədi olaraq Azərbaycanın adı ilə yanaşı olacaqdır. Qəlbi həmişə Azərbaycanla döyünmüş ümummilli liderin ideyaları əbədi olaraq yaşayacaq, onun əziz xatirəsi daim anılacaq, yad ediləcəkdir. Bu gün ümummilli liderin davamçısı olan Azərbaycan Prezidenti cənab İlham Əliyev böyük öndərin ideyalarını uğurla və qətiyyətlə həyata keçirir.

 

 

Qənimət SƏFƏROV,

Abşeron rayon prokuroru,

baş ədliyyə müşaviri

 

Respublika.- 2013.- 24 aprel.- S. 5.