Qadın, alimictimai xadim

 

Ataların çox müdrik bir deyimi var. Deyirlər ki, ərlə arvadın torpağı bir yerdən götürülüb. Ulu öndər Heydər Əliyev və onun sevimli həyat yoldaşı, sirdaşı akademik Zərifə Əliyevanın timsalında bu deyim tam dolğunluğu ilə özünü doğruldur. Bu iki insan yaşıddır, aralarında ay fərqi var. Zərifə xanım 28 aprel 1923– ildə, Heydər Əliyev isə həmin il 10 mayda dünyaya göz açıb. Onların birgə ailə həyatı Azərbaycan xalqı üçün düşərli olubbu iki dəyərli insanın birgə fəaliyyəti ölkəmizin tarixi taleyində bir çox unudulmaz hadisələrlə yaşamaqdadır.

Danılmaz faktdır ki, hər bir ana öz ailəsi üçün bir dünyadır. Amma tale elə gətirib ki, Zərifə xanım Əliyevanın analıq missiyası bir ailə çərçivəsindən çoxçox kənara çıxıb. Yaxşı yadımdadır. 1995–ci il aprelin 28–də Zərifə xanımın ad günü, xatirə günü qeyd olunurdu. Mərasimdə Heydər Əliyev çıxış etdi. Artıq on il idi ki, o, sədaqətli həyat yoldaşı və sirdaşı Zərifə xanımı itirmişdi. Heydər Əliyevin həmin aprel günündəki sözləri insanın ən həssas hisslərinə toxunan inam, etiqad kimi təsirli səslənirdi:

Bilirsiniz ki, mənim həyatım gənclik illərimdən dövlət xidməti ilə bağlı olub. Mən bütün həyatımı buna həsr etmişəm və indibu sahə ilə məşğul oluram. Hesab edirəm ki, mənim müvəffəqiyyətli xidmətimdə ailəm böyük rol oynamışdır. Mən ona görə xoşbəxt idim ki, mənim Zərifə xanım kimi həyat yoldaşım vardı və o, mənim ailəmdə çox gözəl mənəvi mühit yaratmışdı. Mən həyatımın bütün dövrlərində işlə məşğul olmuşam, ailə məsələlərinə vaxt ayıra bilməmişəm. Bu, Zərifə xanımın öhdəsinə düşübo bu vəzifəni şərəflə, inamlaqeyriadi məharətlə yerinə yetirib. Mənim ailəmdə onun rolu əvəzolunmazdır—mənim ailəm bugünə onun tərbiyəsi nəticəsində gəlmişdir. Baxmayaraq ki, on il keçib, mən onu unutmuramheç vaxt unutmayacağam. Mənim uşaqlarım da öz ürəklərində onun əbədi xatirəsini və məhəbbətini saxlayırlar. Bu gün bizim üçün müqəddəs gündür. Bu gün ona görə xoşbəxt gündür ki, dünyaya məni xoşbəxt edən, mənə gözəl övladlar bəxş edən Zərifə xanım kimi böyük şəxsiyyət gəlmişdir. Eyni zamanda bu gün kədərli gündür. Aradan on il keçsə də mən bu kədərdən uzaqlaşa bilmirəm”.

Həmin xatirə günündə səslənən bu fikirlər heç vaxt məni tərk etmir. Mən də lap erkən yeniyetməlik yaşlarından öz valideynlərimin münasibətlərindən, bir–birinə qarşılıqlı mənəvi dəstək olmaq vərdişlərindən hiss etmişəm ki, ailədə, cəmiyyətdə ananın yerini heçvermir. Müdrik qadın cəmiyyət, ölkə və xalq üçün böyük qüvvədir. Alman xalqı üçün böyük işlər görmüş görkəmli dövlət xadimi Bismark çox dəqiq qeyd edib ki, mükəmməl proqramı olan dövlət pis anaları olan cəmiyyətdə heç bir layiqli görə bilməz, lakin kamil anaları olan millət böyük qüvvədir.

Əlbəttə, ana dedikdə söhbət cəmiyyət üçün ilk tərbiyəçi olan qadından gedir. Hötenin belə bir fikri var. Deyir ki, siz bizə müdrik analar verin, biz sizə xoşbəxt gələcək bəxş edək. Mən bu sözün qüdrətinə bir valideyn kimi çox inanıram. Mən o insanı böyük insan sanıram ki, o, cəmiyyət üçün kamil, gərəkli övladlar bəxş edib. Sənət və elmin zirvəsinə yüksəlmək hələ böyüklük deyil, böyüklük cəmiyyət, Vətən və xalq üçün layiqli davamçılar yetişdirməkdir. Akademik Zərifə Əliyeva bu missiyanı şərəflə yerinə yetirmişdir.

Qəlbən və fikrən müstəqil, yaradıcı, fəal və təşəbbüskar qadın öz ölkəsinə, onun müstəqilliyinə böyük fayda verə bilər. Təbii ki, xalqın həqiqi dəyər ölçüsü onun üzvlərinin fərdi kamilliyindədir, hər şeyi dəyərləndirə bilən insan onun bəhrəsidir. Bu mənada Əliyevlər ailəsi üçün böyük xidmətləri olmuş Zərifə xanımın ucalığı bir daha göz önündə canlanır.

Zərifə xanım heç vaxt Heydər Əliyev şəxsiyyətinin arxasında daldalanmayıb. Əksinə, xarakterinin gücü, səyi, zəhməti, əməyi, ağlı, iradəsi və xeyirxahlığı sayəsində o, xalqımızın da yaddaşında özünə layiq abidə ucaltmışdır.

Zərifə xanımın həyatında ən xoşbəxt anlar, təbii ki, onun yeganə oğlunun toy günü idi.

Filosoflardan biri deyib: “Hər bir böyük kişinin arxasında möhtəşəm bir qadın dayanır”. Zərifə xanım məhz belə qadınlardan idi. O, mənsub olduğu əsl azərbaycanlı ailəsinin bütün mənəvi dəyərlərini özündə cəmləşdirmişdi. Və bir qadın, bir ana, bir həkim, bir alim, bir ictimai xadimbirinci xanım olaraq o, cəmiyyət üçün çox böyük işlər görmüşdür.

Bəli, o, çox az yaşadı. Lakin insan həyatının dəyəri heç də illərin sayı ilə ölçülmür; onun işi ilə, yaradıcılığı ilə, insanlara və cəmiyyətə verdiyi xeyirlə ölçülür. Zərifə xanımın həyatının hər günü xalqına səmimi və coşqun xidmətə həsr edilmişdir.

Təəssüf ki, Zərifə xanım Azərbaycanın bu günlərini görə bilmədi. O, müstəqilliyin sevincini yaşamadı. Əgər o, İlham Əliyevin Prezident kürsüsündə, xalq qarşısında and içməyini görsəydi, təbii ki, ana ürəyi iftixar hissi ilə, xoşbəxtliklə dolub daşardı! Əgər o, oğlunun dövlət başçısı olaraq yerinə yetirdiyi layiqli işləri, respublikanın yüksəlişini, Bakının gündən–günə gözəlləşdiyini görsəydi…

Bəli, o bunları görmədi, lakin qədirbilən Azərbaycan xalqı bütün bu uğurlarda Zərifə xanımın yerini, rolunu və xidmətlərini görür və qiymətləndirir. O, bütün ruhu ilə bu günöz doğmaları ilə bir yerdədir, bizimlədir.

 

 

Ağamirzə Əhədov,

Sumqayıt Ağsaqqallar Şurasının və

YAP şəhər təşkilatı idarə heyətinin üzvü

 

Respublika.- 2013.- 24 aprel.- S. 9.