ERMƏNİLƏR
VƏ HƏQİQƏTLƏR
Tarix boyu təcavüzkar və hiyləgər olan ermənilər özlərini məzlum bir xalq kimi qələmə verərək dünyanın diqqətini çəkmək istəyiblər və bunu bacarıblar. Lakin həqiqəti gizləmək, pərdələmək o qədər də asan deyildir.
Heç şübhəsiz,
erməni iddialarının təməlində
azdırılmış bir tarix yatır. Bu azdırılmış tarixin yalan olmasını arxiv sənədləri
işığında dünya ictimaiyyətinə
çatdırmaq hər bir elm adamının borcudur. Çünki inkarı mümkün
olmayan arxiv sənədləri
kimin məzlum, kimin
cinayətkar olduğunu ortaya
qoyur, ərazi iddialarını və
ittihamları tarixin yalan
bilməzliyi qarşısında çürüdür, erməni komitəçilərin
və quldurların Azərbaycanda və Anadoluda
törətdikləri qətliam və qeyri–insani hərəkətlərini rəsmən isbat edir. Əks təqdirdə
tarixi yalanlar ermənilər
tərəfindən davam etdiriləcəkdir.
Məlumdur ki, 1988–ci ildə ermənilərin başladıqları müharibə nəticəsində Azərbaycan torpağının 20 faizi işğal edilmişdir. Azərbaycan ərazisinin işğal edilməsi nəinki şəhər və kəndlərin dağıdılmasına, eyni zamanda bitki və heyvanat aləminin məhv edilməsinə, ekologiyanın pozulmasına səbəb olmuşdur. Bu gün belə o bölgədə mövcud olan təbii sərvətlərin və mədəni tarixi abidələrin cinayətkarcasına dağıdılması davam etdirilir, bütün dünya ictimaiyyəti də bu qeyri–insani hərəkətləri seyr edir.
Dünənin bu günü, bu günün sabahı vardır. Sabahlara çatmaq isə əlbəttə, adil millətlərə nəsib olar. Yoxsa dünyanın bir ölkəsində “sıxıntı” içərisində yaşayan və dünya ictimaiyyətini öz çirkin əməllərinə alət edən, hətta zaman–zaman bunda müvəffəqiyyət əldə edən ermənilər bu paydan nəsiblərini ala bilməzlər. Biz, əgər ermənilər, həqiqətən, özlərinin iddia etdikləri kimi dünyanın ən qədim millətlərindən biri olsaydılar, onda bugünkü erməni əhalisinin sayı yüz milyonlarla ifadə edilərdi düşüncəsindəyik.
Bunları saymaqla bitməz. Ancaq türklərin bu qədər yaxşılıq və yardımına baxmayaraq, ermənilər hər fürsətdə türkləri arxadan vurub, qətliamlar törətmişlər. Müqəddəs türk torpaqları məsum türklərin qanıyla boyanmışdır.
Bu gün Ermənistan dörd qonşusunun üçü ilə ciddi anlaşılmazlıqlar içərisindədir. Bu şəraiti yaradanlar da ermənilərin özləridir. Ermənilərin Türkiyə və Azərbaycana qarşı yaratdıqları problemlər göz qabağındadır. Deyək ki, bunlar türkləri özlərinə qan düşməni sayırlar. Yaxşı, bəs bunlar gürcülərlə niyə dolana bilmirlər?
Tarixdən məlumdur ki, müharibələr zamanı başqa əraziləri işğal edən hərbçilər təbiət abidələrinə, təbii gözəlliklərə toxunmamalıdırlar. Fəqət, XXI əsrin astanasında, —ətraf mühitin və təbii–tarixi abidələrin mühafizəsi haqqında beynəlxalq qanunların mövcud olduğu bir dövrdə, Azərbaycan torpaqlarını uydurulmuş Ermənistana zorla birləşdirmək istəyən azğın erməni işğalçıları nəinki Azərbaycanın şəhər və kəndlərini dağıtmış, eyni zamanda zəbt etdikləri ərazilərdə bitki və heyvanat aləmini, təbii–tarixi abidələri məhv etmiş, yandırmışlar və yandırmağa davam edirlər. Beynəlxalq təşkilatların nəzərinə çatdırılmalıdır ki, ermənilərin ətraf mühitə, təbii–tarixi abidələrə qarşı törətdikləri vəhşiliklər beynəlxalq hüquq normalarına zidd olmaqla yanaşı, bir cinayətdir. Yəni ermənilərin işğal altında saxladıqları Azərbaycan ərazilərində törətdikləri ekoloji cinayətlər beynəlxalq hüquq təşkilatları tərəfindən cəzalandırılmalıdır. Bunu BMT–nin “Ətraf mühit və inkişaf” haqqında qəbul etdiyi Bəyannamənin 23–cü prinsipi tələb edir. Bu Bəyannamənin 23–cü prinsipində belə deyilir: “Başqa xalqın işğalı altında qalan ətraf mühit və əsarəti şəraətində olan xalqın təbii sərvətləri qorunmalıdır”.
Tarixi faktlardan aydın olur ki, bugünkü Ermənistandakı toponimlərin çoxu türk mənşəli olmuşdur. Z.Korkodyanın 1932–ci ildə nəşr olunmuş “Sovet Ermənistanının əhalisi son yüz ildə, 1831–1931″ adlı kitabında qeydə alınmış 2310 yaşayış məntəqəsindən 2000–dən çoxunun adı türk mənşəlidir. Türk coğrafi adlarını dəyişdirmək siyasəti, inqilabdan sonra rəsmi qərarlarla qədim tatixi adlar qondarma ermənicə adlarla dəyişdirilməyə davam etdirilmişdir. 1991–ci il aprel ayının 19–da L.Ter–Petrosyanın imzaladığı bir fərmanla 97 türk kəndinin adı dəyişdirilib erməniləşdirilmişdir. Heç şübhəsiz, zaman gələcək, bu adlar bərpa olunacaqlar, çünki o yerlər Azərbaycan türkünün ata–baba yurdudur. Ermənilər isə özlərinə uyğun görülmüş vəziyyətdə, yəni orada–burada digər millətlərə əlaltılıq, qulluq edərək, türklərə qarşı müxtəlif iftiralar yağdıraraq “yaşayacaqlar”.
Biz yenə də Qarabağda olan, heç şübhəsiz, erməni şovinistlər tərəfindən dağıdılan və ya erməniləşdirilən türk mədəniyyət əsərlərindən bəzilərini qeyd edək. Övliya Çələbi “Səyahətnamə”sində aşağı Qarabağ qalası haqqında bunları yazmışdır:…İçində 40–a yaxın minarə saydılar… Yetmiş mehrabı var ki, qırxı minarəli camidir. Xana və hamamları, bazarları çoxdur… Yuxarı Qarabağ qalası haqqında isə Övliya Çələbi bunları qeyd etmişdir: “…Yeddi camili, yeddi hamamlı, üç xanlı, altı yüz dükanlı sevimli bir şəhərdir… Qədimdən qalma məscid və camilərin qübbələri sivri–sivridir…”
Bəhs edilən bu tarixi əsərləri bu gün görmək mümkün deyildir. Gəlin biz, bu gün hələ dağıdılmamış və izləri tapılmış türk əsərlərini sıralayaq: IX əsrə aid Aslan qalası; Hatəmi Məlik qalası; Tərtər çayı üzərində tikilən türk körpüçülüyünün tipik nümunələrindən olan körpü; Pənahəli xanın tikdirdiyi görkəmli Şuşa qalası; Pənahəli xan sarayı; Şairə Xurşidbanu Natəvanın evi; Cövhər ağa məscidi; Bayat qalası: bu qalada İbrahimxəlil xan tərəfindən tikdirilən hamam və tarixi imarətlərin qalıntıları mövcuddur; Şahbulağ qalası; Əsəd bəyin malikanəsi; Xudafərin körpüsü, Azərbaycan–İran sərhəddinə tərəf aşağı Qarabağda yerləşən bu körpü XII əsrdə tikilmişdir; Sınıq körpü, Qazax, Şəmsəddin və Dəmirçi–Həsənli bölgələri arasında tikilmişdir. 1917–ci ildə rus ixtilalı zamanı bu körpü ruslar tərəfindən “Krasnıy most” adlandırılmışdır. Bu gün hələ bu adla bilinən bu körpü XII əsrdə tikilmişdir; Yıxıq qala; Sel keçməz körpüsü, Gədəbəy bölgəsində XIX əsrdə tikilmişdir, XII əsrdə tikilən Xudafərin körpüsü ilə bənzərliyi vardır; Koroğlu qalası; Əsgəran qalası; Şuşa karvansarayı; Şuşa qalasının divarı və s.
Türk torpağının çörəyi, suyu ilə yaşayıb var olmuş, sonra isə türk xalqına və bütün Türk dünyasına düşmən kəsilmiş, onlara qarşı tarixdə görülməmiş qətliamlar törətmiş ermənilər barəsində yazmaq o qədər də asan deyildir. Rəsmi sənədlərə və yazışmalara dayanaraq çox ciddi və yorucu araşdırmalar nəticəsində ərsəyə gətirdiyimiz 6 cilddən ibarət “Ermənilər və həqiqətlər (rəsmi sənədlərlə)” kitabını oxuduqca, türk insanları ilə böyük–kiçik demədən düşməncəsinə rəftar edən bu şovinist münafiqlərin törətdiklərini, meşədə yırtıcı heyvanların belə etmədiklərini görəcəksiniz. Bu kitabın yazılmasında istifadə olunan rəsmi sənədlərin və yazışmaların dəyəri ermənilərin tarix boyu, eləcə də günümüzdə ortaya atdıqları uydurma problemlərinə qarşı qoymaq baxımından əvəzsizdir.
Biz müasir informasiya vasitələrini, gənc nəsilləri, bu mövzularla əlaqəli təşkilatları tamamilə uydurma, həqiqətlərdən uzaq və müəyyən məqsədlər üçün hazırlanmış əsərlərlə baş–başa buraxmamalıyıq. Həqiqətləri onlara anlatmağa məcburuq. Qoy onlar müzakirə və mübahisə etsinlər, həqiqətləri araşdırsınlar, sonra vicdanla qərar versinlər.
Bu gün bir çox ölkələrdə yaşayan erməni azlıqlarının da həqiqi rəsmi sənədlərə ehtiyacları vardır. Bəlkə də onlar həqiqətləri öyrənmək istəməyəcəklər. Lakin bir gün onlar həqiqətlərlə baş–başa qalacaqlar. Bu zaman kəsimini uzatmanın heç bir faydası yoxdur. Biz onları da xəbərdar etməliyik.
Rəsmi sənədlərə əsaslanaraq bu əsəri ortaya çıxarmaqda məqsədimiz tarix boyu baş vermiş hadisələri canlandırıb, “qana–qan” deyib intiqam istəmək deyildir. Biz sadəcə ciddi araşdırmalar nəticəsində əldə etdiyimiz tarixi sənədlərə əsaslanaraq həqiqətləri ortaya qoymaq istədik. Çünki bütün dünyaya yayılmış ermənilər xüsusilə çox inkişaf etmiş və həlledici siyasi gücə sahib olan ölkələrdə “lobbi” yaradıb çox sayda uydurulmuş nəşriyyatlar ortaya qoymuş, türk millətinə qarşı əsasən sevgi hissi duymayan və türkləri yaxından, yaxşı tanımayan millətlərdə nifrət oyandırmağa çalışmışlar və bu çirkin işlərinə davam edirlər. Beləcə, erməni əsilli yazıçılar, parlamentarilər, mediya işçiləri məsələnin əslini gözlərdən uzaq tutmağa, erməniləri haqlı göstərməyə çalışırlar. Onlar sözdə elmi əsərlərdən, teleproqramlardan istifadə edərək türklüyü, xüsusilə də Türkiyəni və Azərbaycanı hədəf alan, bu ölkələrin torpaqları üzərindəki “haqlarını” ortaya qoyan uydurma mövzularla təbliğ edir, ayrı–ayrı cəmiyyətləri öz təsirləri altına almağa və dünyada bir erməni davasının varlığına inandırmağa səy göstərirlər. Bu mövzuda bir şey əldə edə bilmədikləri zaman da qəddarca, terror hərəkatlarına başlayırlar. Bunlar insan sevgisi və həqiqi mənada Vətən anlayışından uzaq olan adamlardır. 1973–1985–ci illərdə 200–dən artıq terror aktı törədən bu insanlar çox sayda türk diplomatının canına qıymış, minlərcə türk uşaqlarının, qadınlarının, qızlarının yox edilməsinə səbəbiyyət vermiş, yaxın tarixin ən qəddar qətliamlarını, cinayətlərini törətmişlər. Buna baxmayaraq, 1988–ci ildə Ermənistanda baş verən zəlzələdə böyüklüyümüzü göstərib yardım əlimizi uzatdıq. Ermənilər isə ilk olaraq yardıma gələn biz türklərin təyyarəsini enməyə qoymadılar, onu partladıb çox sayda tanınmış insanlarımızı vəhşicəsinə qətl etdilər. Bax, türk insanı ilə erməni arasındakı fərq bundadır!
Xüsusilə Türkiyəni və Azərbaycanı hədəf alan ermənilər bu dövlətlərin nizam–intizamını və rejimini təhlükəyə soxmaq, xaricdə olduğu kimi daxildə də türklük xainləri ilə birlikdə ortaq bir davanın başladılmasını qarşılarına məqsəd qoymuşlar. Onlar Türkiyənin və Azərbaycanın zəifləmələrini, bu ölkələrin xarici ölkələrlə düşmən halına gəlmələrini, uydurulmuş “soyqırım” və “Qarabağ” mövzularını ortaya ataraq tərəfsiz və düşmən ölkələrin Türkiyəyə və Azərbaycana qarşı çıxmalarını istəyirlər. Ermənilər erməni terror aktları açıqlandığı zaman bu aktları bir növ “Milli qurtuluş mübarizəsi” kimi qələmə alır, dünya xalqlarını yardıma çağırırlar. Əslində onlar bu qeyri–adi hərəkətlərilə Türkiyə, Gürcüstan, Azərbaycan, İran, İraq və Suriya torpaqlarında caxnaşmalar törədərək faydalanmaq, “böyük Ermənistan” qurmaq istəyirlər. Biz, bu süni olaraq yaradılmış vəziyyət qarşısında, başda Türkiyə Cumhuriyyəti olmaqla digər ölkələrin də araşdırmaçı–elm adamları tərəfindən bu mövzu ciddiyyətlə tədqiq edilməli, dünya ictimaiyyətini aydınlatmaq üçün illərcə qapalı bir görüntü içərisində gizlədilməyə çalışılan erməni məsələsinin iç üzünü bütün açıqlığı ilə Birləşmiş Millətlər Təşkilatına təqdim edilməlidir düşüncəsindəyik.
Rəsmi sənədlər və yazışmalardan, hətta bəzi erməni müəlliflərin mənbələrindən əldə etdiyimiz məlumatlar əsasında ərsəyə gətirdiyimiz bu kitab erməni məsələsini əsas xətlərilə oxuculara açıqlayır və tarixi həqiqətlərin ortaya çıxmasına vəsilə olur.
Bu da bir həqiqətdir ki, bəzi dövlətlərin erməni məsələsini bir vasitə olaraq öz maraqları naminə istifadə etdikləri olmuşdur və olmağa davam edir. Uydurulmuş bu mövzu bir çox dövlətin mənfəətləri, məqsədləri və hədəflərilə əlaqəli hala gətirilməkdə və sülhsevər çalışma mövzusu edilməkdədir. Bu mövzu heç də yeni deyildir. Erməni məsələsi tarix boyu süni olaraq yaradılmış, bir çox dövlətin Osmanlı ölkəsinin üzərindəki mənimsəmə fikirləri nəticəsində ortaya çıxarılmış, şəkilləndirilmiş, mübarizələrə və müharibələrə səbəb olmuşdur.
Son illərdə bəzi erməni tərəfdarı olan yazıçıların, tanınmış şəxslərin və bəzi dövlətlərin öz davranışlarını qeyri–adi yollarla bildirmələri və erməni mövzusunu, erməni məsələsini beynəlxalq bir güc və rəqabət mübarizəsi olaraq ələ almaları diqqət çəkicidir. Əslində erməni mövzusu tarix boyunca heç bir dövlətin həqiqi məqsədi olmamışdır. Lakin erməni məsələsi hər zaman rəqabət və güc mübarizəsində bir vasitə rolu oynamışdır və hər zaman dövlətlərarası əlaqələrdə və mübarizələrdə zərər çəkən tərəf yenə də ermənilər olmuşlar.
Bu gün ermənilər tərəfindən təcavüzə məruz qalıb yaşamını itirən, ömür boyu şikəst qalan Anadolu türkləri, azərbaycanlılar unudulmuşlar, bəzi qələm sahibləri isə erməniləri müdafiə edir, günahsız sayırlar. Onlar dünya ictimaiyyətinin diqqətini uydurulmuş erməni probleminə çəkərək, keçmişdə türklərin özlərilə qeyri–insani davrandıqlarını ortaya atıb işğal etdikləri bölgələrdə çoxluq əldə etmək üçün insanlarımızı qətl etdilər. Onların bütün dünyanın gözü qarşısında Xocalıda törətdikləri soyqırımın sadəcə Azərbaycan türklərinə qarşı deyil, bütün insanlığa qarşı işlənmiş bir cinayət olduğu ortadadır: uşaq, qadın, qoca, cavan demədən, meşədə vəhşi heyvanların belə törətmədikləri işgəncələrlə insanları öldürmüş, cəsədləri yandırmış, bütün qəsəbəni yer üzündən silmişlər. Bu erməni şovinistlərin törətdiklərinin isbatı üçün rəsmi sənədlərə ehtiyac yoxdur. Çünki bu soyqırım günümüzdə bütün dünya ictimaiyyətinin gözü qarşısında törədilmişdir. Şuşada, Xankəndidə, Laçında, Ağdamda, Füzulidə, Kəlbəcərdə, Qubadlıda, Zəngilanda, Cəbrayılda… tarixi abidələrimizi, qəbiristanlıqlarımızı yerlə–yeksan etdiklərini, bir milyona yaxın insanımızın öz ata–baba yurdundan didərgin düşdüklərini unutdurmaqmı istəyirlər?.. Erməni millətçiliyini dünyaya əks etdirib “böyük Ermənistan” ideyasını həyata keçirməkmi istəyirlər?.. Bu da bir həqiqətdir ki, qan yaddaşımızdan silinməyəcək Xocalı soyqırımı!..
Biz günahı başqalarında deyil, özümüzdə axtarmalıyıq! Elmin, xəbərləşmənin bu qədər inkişaf etmiş olduğu günümüzdə belə, səsimizi dünyaya çatdıra bilmirik, həqiqətləri dünya ictimaiyyətinə anlada bilmirik!.. Ermənilər isə nəinki İrəvana, Göyçə mahalına, Şuşaya sahib çıxırlar, tarixi insanlarımızı belə özlərinki sayırlar və bu yalanları dünyaya yaya bilirlər…
Baxın, XX əsrin başlanğıcında bugünkü Ermənistanın yaradıldığı İrəvan xanlığında yaşayanların yüzdə 12–si erməni olmuşdur. Birinci Dünya müharibəsi zamanı ermənilər ikiüzlülük, xəyanət, satqınlıq, qocalara, qadınlara, qızlara, uşaqlara, dini ibadətgahlara və təbiətə qarşı törətdikləri vəhşiliklər və türk ordusuna qarşı etdikləri silahlı xəyanətlər nəticəsində ermənilərin əksəriyyəti Naxçıvanda, Tiflisdə, Batumda, Axiskada, Axalkələkidə, İrəvan xanlığında… yaşayan ermənilərin yanına yerləşdilər.
Yaranmış vəziyyəti, yəni Gürcüstanın bir çox bölgəsinin ermənilər tərəfindən istilasını görən, o zamanlar bolşevik inqilabının başında duranlardan biri olan İ.Stalin Gürcüstanı ermənilərdən təmizləmək qərarına gəlir. Beləcə, Sovet Rusiyası Gürcüstana, Azərbaycana… doluşan erməni azlıqlarını İrəvan xanlığına azərbaycanlıların ata–baba yurdu olan torpaqlara sıxışdırıb, sahəsi bir az daha genişləndirilmiş bir Ermənistan Respublikasının yaradılmasına qərar verir. (Daşnaklar 29 may 1918–ci ildə İrəvan xanlığında 9.000 kvadratkilometr ərazidə qondarma bir “Ermənistan Respublikası”nı elan etmişdilər). Lakin beynəlxalq qanunları heçə sayan bolşeviklərin 29 noyabr 1920–ci ildə rəsmən elan etdikləri Ermənistan Respublikasının (ermənilər tarix boyu hər zaman qurmaq istədikləri Ermənistan ilk dəfə bu tarixdə rəsmən müstəqillik əldə etmişdir) sahəsi ermənilərə azlıq etmiş və Mikoyanın təşəbbüsü ilə torpaqlarımız hissə–hissə kəsilib ermənilərə verilməyə başlanmışdır. Ermənistanın ərazisi əvvəl 26.000 kvadratkilometr, sonra 29.000 kvadratkilometr, bu gün isə işğal altında olan Qarabağı və digər bölgələri nəzərə alsaq, bu rəqəm 46.200 kvadratkilometrə çatdırılmışdır. Halbuki “Ermənistan Respublikası”nın qurulması belə qanunlara uyğun olmamışdır. Çünki o zamanlar Türkiyədən, Gürcüstandan, İrandan, İraqdan və Suriyadan köçürülüb İrəvan xanlığına yerləşdirilən ermənilərın sayı yenə də azlıqda qalmış, yəni yüzdə 50–ni aşmamış, orada yaşayanların yüzdə 42 faizini təşkil etmişdir. Bu isə beynəlxalq qanunlara görə, müstəqil bir dövlətin qurulmasına yol vermir. Doğrudur, bu gün orada yaşayanların yüzdə 98–i erməni, qalanı isə rus əsgəri və digər millətlərdəndir! Heç şübhəsiz, bu rəqəm ermənilərin necə bir millət olduqlarını ortaya qoyur! Bütün bunlar azmış kimi, ermənilər Qara dənizə, Xəzər dənizinə və Aralıq dənizinə çıxışı olan “böyük Ermənistan” iddiasındadırlar!?
Biz bu tədqiqatımızda, ümumiyyətlə, ermənilərin yaranma tarixinin başlarına qədər getdik, onların dünyaya baxışlarını incələməyə və məsələni geniş bir perspektiv içərisində dəyərləndirməyə çalışdıq. Bu dəyərləndirmədə, şübhəsiz ki, millətçilik hisslərimizi bir kənara qoyduq, Vətən və millətimizin varlığını yaxından təhdid edən, münafiqlik üsulu ilə bəzi super güclərdən istifadə edib İrəvanı, Zəngəzuru, Göyçə mahalını… ələ keçirən, bunlar azmış kimi indi də Qarabağ bölgəsini, yer üzünün ən gözəl nöqtələrindən biri olan Şuşanı işğal edən erməniləri, onların terrorçu komitələrini, dəstələrini, acımasızca törətdikləri qətliamları və erməni məsələsi mövzusunu uydurmalarla deyil, ancaq və ancaq bütün açıqlığı və həqiqətlərilə tarixi hadisələrə və rəsmi sənədlərə əsaslanaraq ortaya qoymağa çalışdıq. Beləcə, “erməni məsələsi”nin yalnız Anadolu türklərini və azərbaycanlıları təşvişə salan bir azlıq məsələsinin olmadığını, Orta Şərqdə olan bəzi dövlətləri də maraqlandıran bir məsələ olduğunu gördük.
Keçmişdə olduğu kimi, günümüzdə də dünyanın bir çox ölkələrinə dağılmış bir neçə milyon erməni kütləsinin hərəkətə keçib böyük lobbilər qurması, bu lobbilərin də “böyük Ermənistan” iddiasını ortaya atmaları və bu iddianı “soyqırımla” dəstəkləmələri onların sərbəst iradələrinə bağlana bilməz. Bu iddiaların arxasında super güclərin də olduqları və bunu Türkiyə, Azərbaycan, İran, İraq və Suriya üzərindəki əməllərini həyata keçirmək üçün istifadə etdikləri qətidir. Dünən ermənilər Türkiyəyə, Azərbaycana qarşı o zamanın super gücləri tərəfindən necə istifadə olunmuşlarsa, bu gün də eyni düşüncələrlə istifadə olunurlar. Beləcə, super güclərin təzyiqi ilə 17 ölkə tarixi sənədləri incələmədən “soyqırım” məsələsini qəbul etmişlər!? Heç şübhəsiz, yaxın zamanda tarix bu qəbulların doğru olub–olmadıqlarını, ümumiyyətlə, soyqırımın olub–olmadığını ortaya qoyacaqdır. Bizim incələmələrimizə görə yalnız 1915–ci ildə deyil, I Dünya müharibəsinin başından sonunadək ölən ermənilərin sayı 1,5 milyon deyil, 500 mini belə aşmır. Belə olduqda bir sual ortaya çıxır: “Əgər müharibə şəraitində, rus ordusu sıralarında olan ermənilər daxil olmaqla 500 minə yaxın erməninin ölməsi” soyqırım sayılırsa, onda bəs necə olur ki, öz torpaqlarında, öz evlərində şəhid edilmiş iki milyondan artıq türkün öldürülməsi soyqırım sayılmır?”
Bu da bir həqiqətdir ki, dünyada erməni milləti və ermənilərlə əlaqəli məsələlər haqqında çox sayda əsərlər yazılmışdır. Bu əsərlərin böyük bir qismi, xüsusilə də son illərdə yazılan əsərlərin əksəriyyəti, əsasən türk düşmənçiliyi fikri üzərində qurulmuşdur. Hətta bu mövzuda aparılan elmi tədqiqatlar nəticəsində yazılan “elmi əsərlər” və siyasi məqalələr həqiqətlərdən çox uzaqdır. Heç şübhəsiz, tarixi hadisələrin tədqiqatı zamanı rəsmi sənədlərə və yazışmalara müraciət etmək qaçılmazdır. Beləcə, tarixi hadisələr olduğu kimi ortaya çıxar.
Bilindiyi kimi, hər bir millət öz tarixi mirasının sahibidir. Bu tarixi mirasın əhəmiyyətli bir bölümünü də arxiv sənədləri təşkil edərlər. Yəni dövlətin və millətin haqlarını və millətlərarası münasibətlərini arxiv sənədləri qoruyur, dövrün həqiqi quruluşunu ortaya qoyur. Arxivlərin də ən böyük xüsusiyyətləri tarixi məsələlərə aid doğru mənbə olmalarıdır. Heç şübhəsiz, hər bir dövlətin və millətin tarixi və həyati cizgiləri arxivlərdə yer alır.
(davamı növbəti
saylarımızda)
Fazil QARAOĞLU,
Professor
Respublika.- 2013.- 24 aprel.- S. 11.