YAP RAYON TƏŞKİLATLARI QADINLAR
ŞURALARININ KONFRANSLARI
Masallı
Yeni Azərbaycan
Partiyası Masallı rayon Təşkilatı Qadınlar
Şurasının konfransı keçirilmişdir. Konfrans
iştirakçıları əvvəl ümummilli lider Heydər
Əliyevin abidəsi önünə gül dəstələri
düzmüş, ulu öndərin xatirəsini ehtiramla yad
etmişlər.
Konfrans
YAP Masallı rayon təşkilatının iclas zalında
öz işinə başlamışdır. Azərbaycan
Respublikasının Dövlət Himni səsələnmişdir.
YAP
Masallı rayon Təşkilatı Qadınlar
Şurasının sədri Naibə Aslanovanın məruzəsi
dinlənilmişdir. O, bildirmişdir ki, ötən müddət
ərzində partiya üzvləri ulu öndərin siyasi
kursuna sadiq qalmış, müstəqilliyimizin və dövlətçiliyimizin
möhkəmləndirilməsinə öz layiqli töhfələrini
vermişlər.
Heydər
Əliyevin ideyalarının və siyasi kursunun layiqli
davamçısı, dövlətimizin
başçısı cənab İlham Əliyevin Azərbaycanın
milli maraqları naminə gördüyü işlər
ölkə həyatının bütün sahələrinin
sürətli inkişafına və tərəqqisinə zəmin
yaratmışdır. Əldə olunan nailiyyətlərdə
qadınların da rolu az deyildir.
Heydər
Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının
birinci xanımı Mehriban Əliyevanın misilsiz xidmətləri,
həyata keçirdiyi möhtəşəm layihələr
xalqımız tərəfindən çox böyük rəğbətlə
qarşılanır.
Son illər
Yeni Azərbaycan Partiyası Masallı rayon Təşkilatının
Qadınlar Şurasının sıraları xeyli
artmışdır. 8875 nəfəri birləşdirən YAP
rayon təşkilatının üzvlərinin 27 faizini
qadınlar təşkil edir. Partiya sıralarında gənc
qadınların sayı 733 nəfərdir. Təkcə ötən
il ərazi ilk partiya təşkilatlarından 258 qadın ərizə
ilə müraciət edərək Yeni Azərbaycan
Partiyasının sıralarına daxil olmuşdur.
Qadınlar
qarşıdakı seçkilərlə əlaqədar təbliğat
işini gücləndirir, Azərbaycanın parlaq gələcəyi
və daha da qüdrətlənməsi naminə möhtərəm
Prezidentimiz cənab İlham Əliyevi dəstəkləyəcəklərini
bildirirlər.
Sonra
konfransda Göyçək Ələsgərova, Günay Mehrəliyeva,
Mina Quliyeva və başqaları çıxış edərək
rayonun qadınlarının bundan sonra da ölkəmizin, eləcə
də rayonun sosial–iqtisadi və mədəni inkişafına
layiqli töhfələr verəcəklərini,
qarşıdakı prezident seçkilərində yüksək
siyasi fəallıq nümayiş etdirəcəklərini və
partiyanın alternativsiz namizədi, cənab İlham Əliyevə
səs verəcəklərini bildirmişlər.
Konfransda
təşkilati məsələlərə
baxılmış, şuranın 21 nəfərdən ibarət
tərkibi seçilmişdir. Naibə Rəsul qızı
Aslanova yenidən YAP Masallı Rayon Təşkilatı
Qadınlar Şurasının sədri seçilmişdir.
Konfransda
Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının
sədri Seyfəddin Əliyev çıxış
etmişdir.
Konfrans
iştirakçıları tərəfindən Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevə
müraciət qəbul olunmuşdur.
Astara
Yeni Azərbaycan
Partiyası Astara rayon Təşkilatı Qadınlar
Şurasının ikinci konfransı keçirilmişdir.
Yeni Azərbaycan
Partiyası Astara rayon təşkilatının sədri Firudin
Əhmədov konfransı giriş sözü ilə
açaraq rayonun ictimai–siyasi və mədəni həyatında
qadınların rolundan, fəal mövqeyindən
danışmışdır.
YAP rayon Təşkilatı
Qadınlar Şurasının sədri Bəsti Əliyeva
konfransda çıxış etmiş, ümummilli lider Heydər
Əliyevin Azərbaycan qadınının əməyini, cəmiyyətdəki
rolunu həmişə yüksək qiymətləndirdiyini
bildirmişdir.
Dövlət
quruculuğunun bütün sahələrində xidmətləri
olan qadınlar ölkəmizdə ictimai–siyasi sabitliyin və əmin–amanlığın
qorunması, milli dövlətçiliyimizin daha da möhkəmləndirilməsi
yolunda var qüvvələrini sərf edirlər.
Astara
rayonunda yaşayan 100 min nəfər əhalinin yarıdan
çoxu qadınlardır. Yeni Azərbaycan Partiyası Astara
rayon təşkilatı ətrafında birləşən 6
min nəfərdən çox partiya üzvünün də təxminən
yarısını qadınlar təşkil edir. Yeni Azərbaycan
Partiyasının üzvü olan qadınların əksəriyyəti
18–35 yaşında olan gənclərdir. Astaralı qadınlar əməksevərliyi,
işgüzarlığı, dövlətə və dövlətçiliyə
sədaqətləri ilə seçilirlər.
Konfransda
rayon təhsil şöbəsinin müdiri Qızbəs Məmmədova,
Heydər Əliyev Mərkəzinin direktoru Gülnarə Məcidova,
Dövlət Sığorta Agentliyinin rayon filialının
müdiri İlhamə Həşimova, rayon mərkəzi xəstəxanasının
həkimi Aliyə Cavadova çıxış edərək
bildirdilər ki, ulu öndərin siyasi kursunu uğurla davam
etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin
ardıcıl, məqsədyönlü siyasəti nəticəsində
ölkəmiz azad, müstəqil, qüdrətli, nüfuzlu
bir dövlətə çevrilmişdir. Bu il keçiriləcək
prezident seçkilərində astaralı qadınlar cənab
İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini
bildirirlər.
Konfransda
YAP Astara rayon Təşkilatı Qadınlar
Şurasının yeni tərkibi və Yeni Azərbaycan
Partiyası Qadınlar Şurasının konfransına
nümayəndələr seçilmişdir.
Konfransda
Aygül Məmmədova YAP Astara Rayon Təşkilatı
Qadınlar Şurasının sədri seçilmişdir.
Lerik
Yeni Azərbaycan
Partiyası Lerik Rayon Təşkilatı Qadınlar
Şurası öz sıralarında 559 nəfər partiya
üzvünü birləşdirir.
Şuranın
sədri Arzu Vəliməmmədova konfransda hesabat məruzəsi
ilə çıxış edərək bildirmişdir ki, YAP
Lerik Rayon Təşkilatının Qadınlar Şurası
ötən illər ərzində rayonda qadınlarla
aparılan işin təşkili, onların ictimai–siyasi fəallığının
artırılması istiqamətində bir sıra işlər
görmüşdür. Rayonun fəal qadınlarının, əsasən
də gənclərin iştirakı ilə “Dəyirmi masa”lar,
diskussiyalar və digər kütləvi tədbirlər
keçirilmiş, xalqımızın ümummilli lideri Heydər
Əliyevin cəmiyyətin inkişafında qadınlara verdiyi
yüksək qiymət minnətdarlıqla
xatırlanmışdır.
Lerik
şəhər 1 saylı texniki fənlər təmayüllü
liseyin direktoru, respublikanın əməkdar müəllimi
Gültəkin Şıxəliyeva, şəhər 3 saylı
tam orta məktəbin müəllimi Lütfiyyə Vəliyeva,
rayon mərkəzi xəstəxanasının tibb
işçisi Turac Nəzərova ölkəmizdə
qadınlara göstərilən dövlət
qayğısından, qadınların cəmiyyətdə
rolundan, lerikli qadınların rayonun ictimai–siyasi və mədəni
həyatında fəal iştirakından
danışmışlar.
YAP rayon təşkilatının
sədri Elxan Qənbərov çıxışında
bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin
ideyalarına sadiq və sədaqətli insanları birləşdirən
Yeni Azərbaycan Partiyası ölkəmizdə güclü və
nüfuzlu siyasi qüvvəyə çevrilmişdir. Natiq
qazanılan uğurlarda qadınların fədakar əməyini,
onların dövlətə və dövlətçiliyə
sədaqətini qeyd etmişdir.
Konfransda
təşkilati məsələlərə
baxılmış, şuranın yeni tərkibi və idarə
heyəti seçilmişdir. Arzu Vəliməmmədova yenidən
YAP Lerik rayon Təşkilatı Qadınlar Şurasının
sədri seçilmişdir.
Konfrans
iştirakçıları tərəfindən Azərbaycan
Respublikasının Prezidenti, Yeni Azərbaycan
Partiyasının sədri cənab İlham Əliyevə
müraciət qəbul olunmuşdur.
Əlisəfa HƏSƏNOV
Respublika.- 2013.- 24 aprel.- S. 11.