Heydər Əliyev
əbədiyaşar liderdir
Böyük və dahi şəxsiyyətlər nadir hallarda dünyaya gəlirlər. Onlar öz xalqlarının taleyüklü məsələlərinin həllində həlledici rol oynayır, lider olurlar.
Bu liderlər öz xalqlarının taleyində mühüm rol oynayır, bəzən xalqlar öz liderləri ilə tanınırlar. Həmin liderlər yaşadıqları dövrdə xalqlarını düşdüyü çətin vəziyyətdən çıxarır, bəziləri bacarıqlı dövlət xadimi, bəziləri görkəmli siyasətçi, mütəfəkkir, sərkərdə kimi öz xalqlarının həyatında dönüş yaradaraq liderlik zirvəsinə ucalırlar. Lakin həmin liderlər öz xalqlarının tarixinin müəyyən mərhələsində öz liderlik missiyalarını həyata keçirərək tarixə çevrilirlər. Heydər Əliyev isə onlardan fərqli olaraq daha uca zirvəyə qalxa bilmiş və əbədiyaşar lider olmuşdur.
Əlbəttə, liderlik zirvəsinə ucalmaq xoşbəxtliyi hər kəsə nəsib olmur. Bu Allah–Taalanın həmin adamlara bəxş etdiyi töhfədir.
Birinci növbədə, qeyd etmək lazımdır ki, Heydər Əliyev xilaskar lider idi. Ötən əsrin 90–cı illərində xalqımızın əldə etdiyi müstəqillik təhlükə altında olduqda, ölkənin parçalanmaq, məhv olmaq, “olum, ölüm” dilemması qarşısında qaldığı bir vaxtda Heydər Əliyev xalqın çağırışına səs verərək xalqı düşdüyü bu bəladan xilas etdi. O dövrdə, yəni ötən əsrin 90–cı illərinin əvvəllərində ölkədə yaranmış xaosdan, anarxiyadan, özbaşınalıqlardan, hakimiyyətdə olan AXC–Müsavat cütlüyünün xalqa zidd siyasətindən cana doyan xalq nicat yolunu uzun illər dövlətçilik təcrübəsi olan Heydər Əliyevdə görürdü. Ona görə də hamının nəzərləri o vaxtlar Naxçıvanda yaşayan Heydər Əliyevə yönəlmişdi. Qabaqcıl ziyalılar, sonralar “91″lər adlandırılacaq şəxslər Heydər Əliyevə müraciət edərək onu xalqın düşdüyü bu ağır vəziyyətdən xilas etməyə, cəmiyyətin mütərəqqi qüvvələrini özündə birləşdirən partiya yaradaraq ona rəhbərlik etməyi xahiş etdilər. Beləliklə, dünənin, bugünün və gələcəyin partiyası olan YAP yarandı və Heydər Əliyev onun sədri oldu.
Heydər Əliyev yaradıcı lider idi. Bütün təqib
və təzyiqlərə
baxmayaraq, YAP Heydər
Əliyevin rəhbərliyi
ilə çox qısa bır vaxtdan—cəmi 6 aydan sonra iqtidara gəldi. Özü də dinc yolla. Ölkədə silahlı qruplaşmaların,
hakimiyyəti silahlı
yolla ələ keçirmək cəhdlərinin
olduğu bir vaxtda.
Heydər Əliyev müdrik lider idi. Hakimiyyətə
gələn kimi “Müstəqilliyin əldə
edilməsindən daha
çətin olan onun qorunması və möhkəmləndirilməsi”dir
deyərək Heydər
Əliyev, ilk növbədə
ölkədəki mövcud
vəziyyəti geniş,
ətraflı təhlil
edərək, ən düzgün yol seçərək müstəqil
dövlətin atributlarını
yaratmağa, bütün
uğurların, inkişafın
təməlində dayanan
ictimai–siyasi sabitliyi bərpa etdi. Silahlı qruplaşmalar ləğv edildi. Cəbhədə atəşkəs elan edildi. İqtisadiyyatın inkişafı üçün
əsaslı və cəsarətli islahatlar həyata keçirildi.
Hüquqi, dünyəvi, demokratik
dövlət quruculuğu
sahəsində müdrik
addımlar atıldı.
Müstəqil respublikamızın ilk Konstitusiyası qəbul edildi.
Bütün bunlara görə xalqımız haqlı olaraq Heydər Əliyevi müstəqil Azərbaycanın qurucusu, yaradıcısı, memarı
adlandırır.
Heydər Əliyev qurucu lider idi. Ölkənin iqtisadi inkişaf strategiyasını, xarici siyasət xəttini müəyyənləşdirdi və bunu bütün
dünyaya bəyan etdi. Bu, bazar
iqtisadiyyatı, balanslaşdırılmış
xarici siyasət xətti idi.
Heydər Əliyev fenomen şəxsiyyət, görkəmli
dövlət xadimi, uzaqgörən siyasətçi
idi. Haqlı olaraq Heydər Əliyevin Azərbaycan dövlətinə
rəhbərliyinin 34 ili milli intibah dövrü kimi səciyyələndirilir.
1969–82–ci illərdə respublikada 213 yeni sənaye müəssisəsi
istismara verildi. Cəmşid
Naxçıvanski adına Hərbi Məktəb açıldı.
Bir sözlə, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi
1969–82–ci illərdə Sovet
İttifaqı çərçivəsində
gələcək müstəqil
Azərbaycan dövləti
üçün xidmət
edə biləcək bütün zəruri tədbirləri həyata keçirməyə nail oldu.
Heydər Əliyev şəxsiyyətinin
əsas cəhətlərindən
biri onun fəaliyyətinin yaşadığı
dövrlə məhdudlaşmamasıdır. Onun fəaliyyəti,
onun müəyyənləşdirdıyi
strategiya Azərbaycanın
bugünkü və gələcək inkşafına
xidmət edir.
Bəli, Heydər Əliyev yolu Azərbaycan dövlətçiliyini iflasdan,
Azərbaycan xalqını
fəlakətdən xilas
etdi. Azərbaycan dövlətini möhkəmlətdi,
onu xain əllərdən, çevriliş,
qiyam cəhdlərindən
hifz edərək dirçəliş və
inkişafa doğru apardı. Azərbaycan xalqında özünəinam
hissini bərpa etdi, sabitlik və firavanlığa təminat yaratdı.
Bu yolun davam
etdirilməsi Azərbaycan
dövlətinin gələcəyi,
onun daha da güclənməsi, ərazi bütövlüyünün
bərpa olunması, hər bir vətəndaşımız
üçün zəngin
və rahat həyat şəraitinin yaradılması deməkdir.
Azərbaycanda müstəqil dövlətçilik
ənənələrini formalaşdıran
ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı
ən böyük xidməti bundan ibarətdir ki, o, müəllifi olduğu ənənələrin davamlılığını
təmin etmiş, dərin zəkası hesabına respublikamızın
gələcək uğurlarına
təminat yaratmışdır.
Ulu öndər Heydər Əliyev cənab İlham Əliyevin timsalında özünün
qurub yaratdığı,
möhkəmləndirdiyi dövləti
parlaq sabahlara aparacaq, yeni dövrdə Azərbaycanın
yüksəlişinin, müstəqilliyinin,
əbədiliyinin təminatçısı
olacaq layiqli varisini yetişdirərək
cəmiyyətə və
dünyaya təqdim etmişdir: “İnanıram
ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü
məsələləri, planları,
işləri sizin köməyiniz və dəstəyinizlə İlham
Əliyev başa çatdıra biləcək.
Mən ona özüm qədər inanıram və gələcəyinə
böyük ümidlər
bəsləyirəm”.
Heydər Əliyev siyasi kursunu ləyaqətlə davam etdirən möhtərəm Prezidentimiz
İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində
müstəqilliyimiz daha
da möhkəmlənmiş,
Azərbaycan regionun lider dövlətinə çevrilmişdır. Xalqımızın həyat səviyyəsi günbəgün yaxşılaşmaqdadır.
Hər bir azərbaycanlı kimi biz qobustanlılar da bu yüksəlişi,
bu tərəqqini, bu inkişafı, rifahımızın yaxşılaşmasını
gündəlik həyatımızda
hiss edir və görürük.
1993–2003–cü illər Azərbaycan tarixinə dirçəliş, tərəqqi,
inkişaf dövrü
kimi daxil olub. 2003–cü ildən sonrakı dövr isə uğurlu yolun davamı kimi dəyərləndirilir.
Müasir Azərbaycan dövlətinin
qurucusu, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi
strategiyanın Prezident
İlham Əliyev tərəfindən uğurla
həyata keçirilməsi
Azərbaycanın qarşısında
böyük imkanlar açır. Bu gün müstəqil Azərbaycanımızın beynəlxalq
aləmdə iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirməsi
Heydər Əliyev yolu ilə inamla
irəliləyən Azərbaycammızın
daha böyük uğurlar əldə edəcəyinə inam yaradır. Cənab Prezident İlham Əliyev Azərbaycanın
bu gününü və gələcək inkişafını müəyyənləşdirərək
demişdir: “Azərbaycan
daha da güclənəcək
və dünya miqyasında güclü, qüdrətli dövlətə
çevriləcəkdir”.
Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır
və qalib gəlir.
Ümummilli liderimız deyirdi:
“Müstəqil Azərbaycanın
böyük gələcəyi
var. Mən bu gələcəyə inanıram”.
Azərbaycanin müstəqilliyinin əbədi,
dönməz, sarsılmaz
olduğuna inamındandır
ki, Heydər Əliyev haqlı olaraq hələ 1998–ci ildə demişdır: “Nə qədər ki Azərbaycan var, mən də
varam. Mən isə Azərbaycanda əbədi olacağam!”. Bəli, nə
qədər ki müstəqil Azərbaycan
dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə
yaşayacaqdır!
Füzuli GÜLƏLİYEV,
YAP Qobustan rayon təşkilatının sədri,
rayon icra hakimiyyəti
başçısının müavini
Respublika.- 2013.- 25 aprel.- S. 9.