Haqqa yürüyən ömür karvanı

 

Azərbaycan humanitarfiloloji fikrinin daha bir ömrüfilologiya elmləri doktoru, professor İsrafil Abbaslı əbədiyyətə qovuşdu

O, folklorşünasalim kimi tarixifiloloji məktəbin nümayəndəsi idi. Yaradıcılığında folklora münasibətdə tarixi yanaşma əsas aspekti təşkil edirdi. Folklor mətninin poetik strukturu onun üçün bütün hallarda tarixi inkişafın prosessual fakturası idi. İ.Abbaslı folklor faktını təhlil edərkən həmişə onun “şərti başlanğıc nöqtəsini” axtarırdı. Belə bir nöqtəni tapana qədər folklor faktı onun üçün “şərti təsadüf” olaraq qalırdı. Lakin təsadüfi heçyoxdur. Hər bir fakt müəyyən sistemin tərkib elementi olub, həmin sistemin tarixi inkişaf dinamikasının məhsuludur. Tarixifiloloji məktəbin klassik ənənələri əsasında formalaşmış professor İ.Abbaslının düşüncə məntiqi “tarixi olmayan” faktı və “tarixiliyi olmayan” faktşünaslığı (elmi) sağlam elmi məntiqi və etibarlı bünövrəsi olmayan hadisələr kimi elm müstəvisindən kənara itələyirdi.

Tarixifiloloji düşüncənin sakit, təmkinli yanaşma tərzi professor İ.Abbaslının yaşamelm tərzinə çevrilmişdi. Mən İ.Abbaslının uşaqlığını və gəncliyini, təbii olaraq, görməmişəm. Ancaq ona rast gələni İsrafil müəllimi həmişə sakit və təmkinli halda görmüşəm. Bəzən əsəbləşməklərini də görmüşəm. Bu zaman onun daha bir keyfiyyətinin mədəniyyətinin şahidi olmuşam. 1938–ci ildə İrəvan şəhərində doğulan İ.Abbaslı şəhər mədəniyyətini–qədim türk yurdu İrəvanın elitar davranış tərzini bütün ömrü boyu heç bir vəziyyətdə itirmədi. Bütün həyati durumlarda, hətta ən gür, coşqun məclislərdə belə onun sakitliyi və təmkini heç vaxt pozulmadı.

İsrafil müəllim bir keyfiyyəti ilə xüsusilə maraqlı insan idi. O, yeri gələndə, uyğun şərait olanda əsərlərini oxuduğum, üzlərini isə fotolarda gördüyüm, bəzilərinə isə ömürlərinin son çağlarında təsadüf etdiyim görkəmli folklorşünaslar, ədəbiyyatşünaslar haqqında xatirələr danışmağı sevirdi. Həmin insanlar sovet dönəminin ağır dövrlərini—qanlı repressiyalarla dolu 30–cu illəri və ağır müharibə dövrünü yaşamış alimlər olublar. İ.Abbaslı ömrünün gənclik və erkən müdriklik dövrünü onlarla birgə keçirib: ekspedisiyalarda, konfranslarda, səfərlərdə olub. Mən həmişə bu söhbətlərə qulaq asanda deyirdim ki, İsrafil müəllim, bəs bunları niyə qələmə almırsınız? Axı bunlar bizim filologiyanın, folklorşünaslığın canlı tarixidir. Gələcək nəsillər bu həqiqətlərdən heç vaxt xəbər tutmayacaq. O isə gahyazacağamdeyir, gah da özünəməxsus şəkildə təmkinlə gülərək, “hər şeyi yazmaq olmaz, bəzi şeylərin yazılmaması onların yazılmasından daha faydalıdır”, – deyirdi.

Yaşadıqca, yaşımın üstünə yaş gəldikcə İsrafil müəllimin bu məntiqini azçox anlamağa başlayıram. Anlayıram ki, bizim şahid olduğumuz hadisələri yazıb–yazmamağımızdan asılı olmayaraq, onları sözün hər mənasında “Yazanvar: “əvvəldən” yazılan “sonradan da” yazılır. Heç nə və heç kim Onun iradəsindən kənarda deyil. İsrafil müəllim də çox şeyi tarixin öhdəsinə buraxmışdı. Bilirdi ki, tarix bir karvandır, kimin onu hayana döndərmək istəyindən asılı olmayaraq, o öz yolunu gedəcək…

Elə alimlər var ki, onların qiymətini tarix—zaman verir. Bəzənindi”nin bu qiyməti verməyə sözün hər mənasında gücü çatmır. Azərbaycan filoloji–folklorşünaslıq fikrinin görkəmli nümayəndəsi professor İ.Abbaslı da belə alimlərdən idi. Onun yaradıcılığı zamanla öz qiymətini alacaqdır. O, sovet dönəmində tarixi XIX əsrdən başlanan XX əsr boyunca davam edərək sabitləşmiş filoloji–folklorşünaslıq ənənələrini uğurla davam etdirən, yazdıqları ilə bütün hallarda xalqının, millətinin mənafeyinə xidmət edən elmin gələcəyinə inananklassikalim idi. Bu inam tükənməz enerji mənbəyi kimi ona özünün bütün intellektual–mənəvi qüvvəsini XX əsrin sonu—XXI əsrin başlanğıcı dövrünün istiqlal mücadiləsi zamanında sistemi dağılmış, əlaqələri pozulmuş, tərkib elementləri daha çox özünüqoruma özünüyaşatma instinktləri ilə dünyanın, əsasən, türkdilli məkanına səpələnmiş filoloji–folklorşünaslıq fikrini öz məhvərində saxlamaq kimi çətin mürəkkəb bir işə sərf etməyə kifayət etdi.

Müstəqillik dönəmində formal strukturu etibarilə müstəqilləşsə , məzmun mündəricəsi etibarilə hələ filolojiolaraq qalan Azərbaycan folklorşünaslığı bu gün qədər davam edəcəyini hələ heç kəsin təxmin edə bilmədiyi özünüaxtarış özünüqoruma dövrünü yaşayır. Bu dönəmin daha çox milli xarakterin patalogiyaları ilə müəyyənləşən ağır şərtləri İ.Abbaslının elmi fəaliyyət ritmini məhvərindən qopara yad yola döndərə bilmədi. Baş ailə saxlamağın xüsusilə maddi baxımdan çətinliyi ucbatından cavanların elmdən üz döndərdiyi bir zamanda İsrafil müəllim məhz onun boynuna düşən məsuliyyət yükünü hamıdan daha artıq anladı çəkdi. Cavanlığında XX əsrin görkəmli alimləri ilə birgə işləmiş, onlardan elmin hərhərfiüzərindəəsməyialim obrazının kristal prinsipi kimi əxz etmiş İsrafil müəllim bu qanunları cismində yaradıcılığında yaşadan tək–tük alimlərdən olduğunu çox yaxşı başa düşürdü. Bundan irəli gəlməklə yaşamaq, yaşatmaq aldığı əmanəti gələcək nəsillərə çatdırmaq onun üçün millətə onun elminə xidmət etməyin ən ali prinsipi idi.

Professor İ.Abbaslı elə alimlərdəndir ki, onun yaradıcılığı uzun zamanlar üçün aktual qalacaqdır. O zamanlar üçün ki, onda İsrafil müəllimin, ən azı, erməni arxivlərindən topladığı Azərbaycan folkloru mətnləri tutiyaya dönəcək. Bu zaman isə, düşünərəm ki, tezliklə gələcək. Əgər kimsə güman edirsə ki, bir vaxtlar erməni arxivləri açılacaq Azərbaycan alimləri bu arxivlərdə Azərbaycan–türk folklor tarixinin erməni əlifbası ilə qeydə alınmış inciləri ilə tanış ola biləcəklər, onlar yanılırlar. Amma İ.Abbaslı ötən əsrin 60–cı illərindən başlayaraq tarixi mədəniyyət mərkəzlərindən olub bu gün qürbətdə qalmış, doğulub ağuşunda böyüdüyü İrəvan şəhərinin uyğun arxiv fondlarında məqsədyönlü elmi axtarışlar aparmış, folklorumuza, klassik poeziyamıza bütövlükdə mənəvi irsimizə aid çoxsaylı poetik inciləri üzə çıxarıb Azərbaycan elmi dövriyyəsinə gətirmişdir.

İ.Abbaslının erməni arxiv fondlarından əldə etdikləri elə folklor mətnləridir ki, onlar bu gün, sözün həqiqi anlamında, əvəzsiz qiymətə malikdir. Məsələn, erməni əlifbası ilə yazıya alınmış Azərbaycan xalq dastanları içərisində yarandığı tarixi kəsimdə geniş yayılıb kütləviləşmiş, saz–söz məclislərinin bəzəyi olmuş, sonralar isə nisbətən unudularaq dinləyici auditoriyasından kənarda qalmış dastanlara da təsadüf edilməkdədir. Azərbaycan eposşünaslığı üçün naməlum qalan bu əsərlər içərisindəXan Çoban”, “Qul Mahmud”, “Aslan–Nazənin”, “Əşrəf–Zöhrə”, “Aslan–Gülbahardastanları mühüm yer tutur. Müəllifin yaradıcılığında haqqındaUnudulmuş məhəbbət dastanlarıbaşlığı altında bəhs olunmuş bu dastanlar hələ çap olunmayaraq, İ.Abbaslının arxivində öz nəşr gününü gözləməkdədir. Həmin arxiv müəllifin bütün elmi fəaliyyətini Azərbaycan folklorşünaslığının mühüm bir səhifəsinə çevirməklə yanaşı, “Azərbaycan filoloji düşüncə tarixi İsrafil Abbaslımövzusunun da bir düşüncə konsepti araşdırma problemi kimi perspektivləri üzərinə işıq salır.

Azərbaycan elmi ictimaiyyətinin daha çox folklorşünas alim kimi tanıdığı professor İ.Abbaslı, əslində, zəngin filoloji yaradıcılığa malik idi. Neçə–neçə monoqrafiya monoqrafik araşdırmaların, o cümlədən ömrünün sonlarına doğru çap olunmuş ikicildlikFolklorşünaslıq axtarışlarıkitablarının, elmi məcmuə toplularda çap olunmuş 25–dən çox akademik məqalənin, toplama–tərtib kitablarında çap olunmuş 40–dan çox izah, qeyd, “son söz”, “ön söz”, redaktor yazılarının, elmi kütləvi jurnallarda çap olunmuş 30–dan çox məqalənin, qəzetlərdə çap olunmuş 35–dən çox məqalənin müəllifi olan İ.Abbaslı həm 40–dan çox kitabın məsul redaktoru, ixtisas redaktoru redaktoru, 30–dan çox kitabın rəyçisi idi. Çoxsaylı fəlsəfə doktoru elmlər doktoru işlərinə rəhbərlik opponentlik etmiş, dissertasiya avtoreferatlara rəy vermişdir.

Azərbaycan folklorşünası kimi İ.Abbaslı daKoroğludastanının cəzbindən kənarda qala bilməmişdi. Ancaq bir çox həmkarlarından fərqli olaraq, bu cazibə onun alim taleyinə çevrilmişdi. İ.Abbaslının məzmun mündəricə baxımından çoxyönlü zəngin yaradıcılığındaKoroğludastanı ilə bağlı tədqiqatlar uzun illəri əhatə edən sanballı araşdırmalarla təmsil olunan müstəqil elmi istiqamətdir.

Professor İ.Abbaslının folklorşünaslıq yaradıcılığı folklor poetikasına dair orijinal nəzəri qənaətlərlə zəngindir. O, bu qənaətlərə nəzəri kitablarıoxuya–oxuyayox, folklor mətninioxuya–oxuyagəlmişdi. Folklor mətnlərinioxuya bilməkasan məsələ deyil. Bundan ötrü gərək İ.Abbaslı kimi ömründən keçəsən, mənbəşünaslığın bir abzasını yazmaq üçüniynə ilə yer qazıb”, bundan ötrü istirahətini, əyləncəni allergen tozlu kitablar arasında keçirməkkomfortunadəyişəsən.

İsrafil Abbaslı Uca Allahın ona əmanət etdiyi ömür çərçivəsində bunları etdi

Könüllü etdi ən başlıcası, nəyin naminə etdiyini bilərəkdən etdi

Ondan çox xahişlər etmişdim: gördüyü hadisələr haqqında xatirələr yazmasını, erməni arxivlərindən topladığı Azərbaycan dastanlarının nəşriniAxırıncı dəfəKoroğludastanı haqqındakı tədqiqatlarını bir kitabda sistemləşdirməsini istədim. Sevinirəm ki, məni qırmadı

Təşəkkürlər, İsrafil müəllim!

Təkcə özün üçün yox, bizlər üçün, millət üçün yaşadığın ömrünə, həmişə bizim üçün əziz olacaqsönməzxatirənə irsinə görə

 

 

Seyfəddin RZASOY

 

Respublika.- 2013.- 25 aprel.- S. 15.