Məhkəmə qərarlarının icrası prosesi yeni dövrün tələblərinə uyğunlaşdırılır

 

Müstəqil Azərbaycanın son 20 ildə insan hüquqlarının təminatı sahəsində böyük nailiyyətlərə imza atması sistemli şəkildə həyata keçirilən məhkəmə–hüquq islahatlarının ölkənin sosialiqtisadi inkişaf dinamikası, cəmiyyətin demokratik şüur səviyyəsi ilə uzlaşdırılması nəticəsində mümkün olmuşdur. Ümummilli lider Heydər Əliyev 1993– ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra respublikada qanunun aliliyinin təmin olunmasını, vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasını başlıca fəaliyyət prinsiplərindən biri elan etmiş, bu ali məqsədlərin gerçəkləşdirilməsinə yönəlmiş çoxşaxəli tədbirlərin həyata keçirilməsini diqqət mərkəzində saxlamışdır.

İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, hər bir ölkədə aparılan hüquqi islahatların səmərəli nəticələr verməsi həm də ədliyyə sisteminin fəaliyyətinin müasirləşdirilməsindən və çevik mexanizmlər üzərində qurulmasından asılıdır. Ötən müddətdə ədliyyə sistemində ardıcıl surətdə həyata keçirilən islahatlar nazirliyin fəaliyyətinin daha da təkmilləşdirilməsinə, səmərəliliyinin artırılmasına, icra və əmək intizamının möhkəmləndirilməsinə xidmət etmişdir. Bununla yanaşı, məhkəmələrin müstəqilliyinin təminatına, dövlət adından çıxarılan məhkəmə qərarlarının vaxtında və düzgün icra olunmasına xidmət edən islahatlar yeni dövrün tələblərinə uyğun davam etdirilmişdir.

Möhtərəm Prezident İlham Əliyevin 21 yanvar 2013– il tarixli “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” sərəncamında deyilir: “Ölkəmizin əsas qanunu Konstitusiyanın qəbul edilməsi, hakimiyyətlərin bölünmə prinsipinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının formalaşdırılması Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissəsidir”.

Ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi, məhkəmələrin cəmiyyətdəki yüksək statusunun qorunması, eləcə də insan hüquq və azadlıqlarının etibarlı təminatı baxımından məhkəmə qərarlarının icrası diqqətdə saxlanılmış, 1999–cu il 28 dekabr tarixdə “Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında” qanunun qəbulu bu istiqamətdə mühüm addım olmuşdur. Qanunun qüvvəyə minməsi ilə bağlı əvvəllər məhkəmə qərarlarının icrası ilə məşğul olmuş ədliyyə polis qurumları ləğv olunmuş, məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları xidməti yaradılmışdır. Məhkəmə qərarlarının, cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların, habelə digər aidiyyəti orqanların aktlarının icrasını həyata keçirən bu xidmətin fəaliyyəti üçün qısa müddətdə bütün zəruri tədbirlər görülmüşdür.

2001–ci ildə “Məhkəmə qərarlarının icrası haqqında” qanunun qəbulu məhkəmə qərarlarının məcburi icrası qaydaları və şərtlərini müəyyən etməklə, bu sahədə fəaliyyətin daha səmərəli təşkili istiqamətində mühüm addım olmuşdur. Eyni zamanda 1999–cu il 11 iyun tarixli “Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında” qanunun 7–ci maddəsinə əsasən məhkəmələrin qərarları icra edilmədiyi halda, məhkəmə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada tədbirlər görür.

Məhkəmə qərarlarının icrası prosesinin cəmiyyətin inkişaf tempinə uyğun təkmilləşdirilməsi, bu sahədə çevik və işlək mexanizmlərin tətbiqi son 10 ildə Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzində olmuşdur. Dövlət başçısının rəhbərliyi altında ötən illərdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə aparılmış islahatlar çərçivəsində məhkəmə qərarlarının icrası işixeyli yaxşılaşdırılmışdır. Nəticədə vətəndaşların hüquqqanuni mənafelərinin qorunması sahəsində köklü dəyişikliklərə nail olunmuş, qanunvericilik əsaslı surətdə yenilənmiş, yeni təsirli icra mexanizmləri tətbiq edilməklə icra məmurlarının səlahiyyətləri genişləndirilmiş, xidmətin madditexniki bazası möhkəmləndirilmişdir. Dövlət başçısının fərman və sərəncamlarını rəhbər tutan Ədliyyə Nazirliyi ötən illərdə ədalətli məhkəmə hüququnun ayrılmaz tərkib hissəsi olan icra işinin səmərəliliyinin artırılması, icradan yayınma hallarının qarşısının alınması, icra xidmətinin yüksək hazırlıqlı kadrlarla komplektləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirmişdir.

Dövlət başçısı İlham Əliyev ötən illərdə məhkəmələrin cəmiyyətdə yüksək nüfuzunun təmini baxımından onların qəbul etdikləri qərarların icrası prosesinə nəzarətin gücləndirilməsinə xidmət edən bir sıra mühüm fərmanlar, sərəncamlar da imzalamışdır. Xüsusi vurğulamaq lazımdır ki, 2009–cu il 18 mart ümumxalq səsverməsi ilə Azərbaycan Respublikası Konstitusiyasının 129–cu maddəsinə edilmiş mühüm əlavələrdən biri də məhz məhkəmə qərarlarının icrası ilə bağlı olmuşdur. Həmin əlavəyə əsasən “Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur”. Bu dəyişiklik məhkəmə qərarlarının təsir gücünün və səmərəliliyinin yüksək səviyyədə təminatına, məhkəmə qərarlarının icrası sahəsində nöqsanlaın aradan qaldırılmasına xidmət etmişdir.

Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2007–ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”nın 33– bəndinə, habelə bu strategiyanın ədliyyə orqanlarında icrası ilə bağlı Tədbirlər Planının 49–cu bəndinə əsasən məhkəmə qərarlarının icrasının təkmilləşdirilməsi üçün bu sahədə qanunvericiliyə dəyişiklikləri nəzərdə tutan qanun layihəsi hazırlanmışdır. Bununla əlaqədar Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən “Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında”, “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası qanunlarına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Cəzaların İcrası Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” 18 iyun 2010–cu il tarixdə qanun qəbul edilmişbu qanunun tətbiqi barədə dövlət başçısı tərəfindən 15 iyul 2010–cu il tarixdə fərman imzalanmışdır. Sözügedən qanunla “Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında” qanunun adı dəyişdirilərək “İcra məmurları haqqında” qanun, “Məhkəmə qərarlarının icrası haqqında” qanunİcra haqqında” qanun adlandırılmışdır. Həmçinin icra institutu daha da təkmilləşdirilərək “Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları xidməti” “İcra xidməti” adlandırılmışdır.

Yeni qanunvericiliyə məhkəmə qərarlarının vaxtında və tam icrasına nail olunması, icradan yayınma hallarının qarşısının alınması üzrə fəaliyyətin gücləndirilməsi məqsədi ilə bir sıra mühüm dəyişikliklər edilmişdir. Beynəlxalq standartlara uyğunlaşdırılmış həmin qanuna müvafiq olaraq icra məmurlarının hüquqlarının genişləndirilməsi, borclunun məcburi gətirilməsi, ölkədən getmək hüququnun məhdudlaşdırılması, axtarışının elan edilməsi sahəsində onlara yeni səlahiyyətlərin verilməsi, məhkəmə və digər orqanların qərarlarının icra edilməməsinə görə inzibati və cinayət məsuliyyəti sanksiyalarının sərtləşdirilməsi, habelə dövlət orqanları tərəfindən məhkəmə qərarlarının icrasına dair hər 6 aydan bir ölkə Prezidentinə hesabat verilməsinin nəzərdə tutulması və digər zəruri tədbirlərin müəyyən edilməsi icra işində müsbət keyfiyyət dəyişikliklərinə imkan yaratmışdır.

Qanunun 7–ci və 8–ci maddələrinin yeni redaksiyada verilməsi, icra məmurlarının vəzifələrinin, hüquqlarının daha da təkmilləşdirilməsi icra məmurlarının üzərinə düşən vəzifələri daha yüksək keyfiyyətlə, səmərəli şəkildə həyata keçirməyə imkan verir. Məsələn, qanunun 7–ci maddəsinə əsasən icra məmurları icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görür; icrada iştirak edən tərəflərə və onların nümayəndələrinə icra sənədləri ilə tanış olmağa, onlardan çıxarış etməyə və ya həmin sənədlərin surətini çıxarmağa imkan yaradır; icrada iştirak edən tərəflərin icraya dair ərizə və vəsatətlərinə müəyyən olunmuş müddətdə baxır, müvafiq qərar qəbul edir; onlardan şikayət vermək müddətini və qaydasını izah edir; alimentin məhkəmənin qətnaməsində və ya aliment ödənilməsi barədə sazişdə göstərilən miqdarına uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada borcları müəyyən edir; icra xidməti və ya qurumunun rəhbərinin göstərişlərini yerinə yetirir.

“İcra haqqında” yeni qanuna əsasən icra məmuru icra sənədində göstərilən tələbin könüllü olaraq icra edilməsi üçün borcluya 10 günədək müddət təyin edir. Əvvəlki qanunvericilikdə isə həmin müddət cəmi 5 gün nəzərdə tutulmuşdu. Müddətin uzadılması borcluya icra ilə əlaqədar problemlərinin həllinə imkan yaradır. İcra prosesində yaranan çətinliklərdən biri də icranın məcburi dayandırılması ilə əlaqədar olan hallar idi. Borclu bəzi işlər üzrə məhkəmə qətnaməsi ilə razılaşmadığını və həmin qərardan şikayət verdiyini əsas götürərək icra sənədinin tələblərini yerinə yetirməkdən imtina edirdi. Qanuna edilmiş əlavəyə əsasən “İcraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apelyasiya və kassasiya şikayətləri müvafiq məhkəmələrin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır”. Bu normanın qanuna əlavə edilməsi icra prosesində yarana biləcək əsassız şikayətlərin qarşısını alır.

Qanuna edilmiş mühüm əlavələrdən biri də dəyəri 500 manatdan artıq olmayan daşınar əmlakın icra xidmətinin müəyyən etdiyi ticarət şəbəkəsində müvafiq müqavilə əsasında satıla bilməsidir.

Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə qərarlarının icrası işinin təkmilləşdirilməsi və “Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında”, “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Cəzaların İcrası Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 15 iyul 2010–cu il tarixli, 303 nömrəli fərmanının 2–ci bəndi ilə Ədliyyə Nazirliyinə dövlət orqanları tərəfindən məhkəmə qərarlarının icra olunması vəziyyətinə dair hər altı aydan bir Azərbaycan Respublikası Prezidentinə məlumat verilmək tapşırılmışdır. Məhkəmə qərarlarını icra etməyən dövlət orqanının rəhbərləri barədə dövlət başçısına belə məlumatların verilməsi onların məsuliyyətini artırmağa, icra sənədlərinin vaxtında və düzgün icra olunmasına xidmət edir.

Qanunun 84.1 maddəsinə əlavə edilmiş ikinci hissə də məhkəmə qərarlarının icrası baxımından vacib əhəmiyyətə malikdir. Həmin əlavədə göstərilir ki, icra qurumununya icra xidmətinin rəhbəri tərəfindən icra məmurunun qanuni tələblərini yerinə yetirməyən vəzifəli şəxsin qanunsuz hərəkətlərinə şərait yaradan halların aradan qaldırılması üçün tədbirlərin görülməsi barədə yuxarı və ya aidiyyəti təşkilatlara təqdimat göndərilə bilər. Vəzifəli şəxsin qanunsuz hərəkətlərinə şərait yaradan halların aradan qaldırılması barədə təqdimata baxılmasının nəticələri haqqında 1 ay müddətində məlumat verilməlidir.

Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” ilə bağlı maddə də icra prosesinin səmərəliliyinin artırılması baxımından vacib əhəmiyyətə malikdir. Həmin maddəyə görə, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Buna səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir.

Qanunun 86–cı maddəsinin yeni redaksiyada verilməsi isə icra məmurunun fəaliyyətinin stimullaşdırılması üçün konkret tələb irəli sürür. Belə ki, icra məmurunun həvəsləndirilməsi adlanan 86–cı maddədə göstərilir ki, xidməti vəzifələrini nümunəvi icra edən icra məmuru müvafiq icra hakimiyyəti orqanı tərəfindən əməkhaqqının beş misli miqdarından artıq olmamaqla, mükafatlandırıla bilər. Bu norma hər bir icra məmuruna daha yaxşı işləməklə mükafat almaq imkanı yaradır.

2012–ci il 28 dekabr tarixli qanunla Cinayət Məcəlləsinə edilmiş mühüm dəyişikliklərdən birialimentin verilməməsinə görə məsuliyyətin sərtləşdirilməsinə xidmət edir. Alimentlərlə bağlı məhkəmə qərarlarının icrasının təmini məqsədilə 176–cı maddə Cinayət Məcəlləsindən çıxarılmışdır. Məcəllənin bu maddəsi qərəzli olaraq alimenti ödəməkdən boyun qaçıran şəxslərin 6 ay müddətinə azadlıqdan məhrum edilməsini nəzərdə tuturdu. Dəyişikliklərdən sonra isə bu qəbildən olan məsələlərə Cinayət Məcəlləsinin 306–cı maddəsi tətbiq olunur, daha dəqiqi, məhkəmə qərarının icrasından boyun qaçıran şəxslər 3 ilə qədər azadlıqdan məhrum edilirlər.

Son illər icra prosesinin mütəşəkkil və vaxtında icra olunması məqsədi ilə Ədliyyə Nazirliyində təcrübəli işçilərdən ibarət xüsusi icra qrupu təsis edilmiş, icra məmurlarının polis əməkdaşları ilə əlaqəli fəaliyyətinin gücləndirilməsi üzrə birgə əmr verilmiş, habelə əhəmiyyətli struktur dəyişiklikləri aparılaraq Sumqayıt, Gəncə, Şirvan və Şəkidə geniş səlahiyyətlərə malik vahid icra qurumları yaradılmışdır. Məhkəmə qərarlarının icrasının yaxşılaşdırılması üzrə kompleks tədbirlər öz bəhrəsini vermiş, uzun müddət icrasız qalmış, mürəkkəb icra işlərinin böyük əksəriyyətinin icrası təmin olunmuşdur.

Son illər ədalət mühakiməsini həyata keçirən hakimlərin son dərəcə şəffaf və obyektiv prosedurlar əsasında seçilib təyin olunması məhkəmələrin cəmiyyətdəki rolunun artmasına, onlara edilən müraciətlərin sayının çoxalmasına səbəb olmuşdur. Bununla əlaqədar yükünün düzgün paylanması üçün məhkəmə icraçıları və nəzarətçiləri xidmətinin mövcud ştat sayı da artırılmışdır. Ədliyyə Nazirliyinin rəhbərliyi icra xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi və keyfiyyətinin artırılması, mövcud problemlərinin həlli məsələlərini daim diqqətdə saxlayır, eyni zamanda bu sahədə işin vəziyyəti vaxtaşırı müzakirə edilərək müvafiq qərarlar qəbul edilir. Xidmətin işinin günün tələbləri səviyyəsində qurulması, üsul və vasitələrinin təkmilləşdirilməsi, madditexniki təchizatının köklü surətdə yaxşılaşdırılması üzrə ardıcıl tədbirlər görülür.

90 illik yubileyi respublika səviyyəsində qeyd olunan ulu öndər Heydər Əliyevin hüquqi dövlət quruculuğu siyasəti Azərbaycanda demokratikləşmə və modernləşmənin qarantı qismində çıxış edir. Respublikamız bu gün cənab İlham Əliyevin rəhbərliyi altında mütərəqqi inkişaf kursu seçməklə demokratikləşmə, insan hüquq və azadlıqlarının təminatı sahəsində ciddi nailiyyətlərə imza atır. Azərbaycanın bugünkü dinamik iqtisadi inkişafı isə deməyə əsas verir ki, məhkəmə–hüquq islahatları çərçivəsində məhkəmə qərarlarının icrası mexanizmlərinin ilbəil təkmilləşdirilməsi vətəndaşların qanuni mənafelərinin təminatına daha geniş imkanlar açacaqdır.

 

 

Zaur Abdullayev,

Bakı şəhəri,

Yasamal Rayon İcra Şöbəsinin rəisi,

ədliyyə müşaviri

 

Respublika.- 2013.- 26 aprel.- S. 11.