“Xocalıya ədalət”: XXI əsrin Beynəlxalq Terrorizmə Qarşı ən ciddi strateji yeni modeli

 

Biz “Beynəlxalq terrora və korrupsiyaya qarşı Strateji Araşdırmalar Mərkəzi”ndə iki cildlik belə bir kitabı tamamladıq. Kitabı əziz dostumuz və müəllimimiz olmuş mərhum professor, İnsan Hüquqları İnstitutunun sabiq direktoru Rövşən Mustafayevin əziz xatirəsinə həsr etdik.

“Xocalıya ədalət” strateji bir layihədir.

Onun siyasi bir model kimi ilk təhlilini biz verdik.

Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin qaldırdığı bu məsələ yeni yüzilliyin Beynəlxalq Terrora Qarşı Mübarizəsində ən ciddi və ən güclü strateji bir modeldir.

Bu model artıq dünyanın diqqət mərkəzindədir. İctimai xadim Leyla xanım Əliyevanın irəli sürdüyü “Xocalıya ədalət” modeli həm terrora, həm separatçılığa, həm də işğalçılığa açılan ən güclü atəşdir.

Kitabdan bir parçanı təqdim edirik: Baxın, şahidi olun ki, erməni separatçıları tərəfindən işğal olunmuş və nəzarətsiz zonaya çevrilmiş Dağlıq Qarabağın (Azərbaycan) Korsika (Fransa), Ruanda (Afrika), Cənubi Amerika… ərazilərində separatçıların törətdikləri cinayətlərlə, terror hadisələrlə, qaçqın və köçkünlərə verilən amansız işgəncələrlə nə qədər oxşarlığı var.

2002–ci il aprelin ortalarında prezident seçkilərinin 1–ci turuna cəmi bir neçə gün qalmış Fransanın eks–prezidenti Jak Şirak ən problemli region olan Korsikaya səfər etdi. O, separatçıların bütün ümidlərini alt–üst edərək Bastiya hava limanına uçuş zamanı qətiyyətlə bəyan etdi: “Mən Korsikanın bu və ya digər üsulla ölkədən ayrılmasına yol vermərəm…”

“Korsikada problem var — deyə prezident əlavə etdi: —Bu, sosial dincliyi kökündən sarsıdan, dinlərarası münasibəti sarsıdan, iqtisadi inkişafa mane olan və ciddi özəl investorları qorxudan zorakılığın dayandırılmamasıdır”.

“Fransada baş nazir seçkilərinə iki il qalmış sosialistlərin muxtariyyət vermək yolu ilə Korsika probleminin nizamlanması üzrə təklif etdiyi “Mation prosesi” səhv və “tədricən təsir göstərən bomba” idi. Fransanın sağ təmayüllü siyasətçiləri artıq dəfələrlə bu nöqteyi–nəzəri dəstəkləyirlər. Solların ideyası ilə adaya geniş səlahiyyətlər verən qanun layihəsi 2004–cü ildən başlayaraq, parlamentdə qızğın mübahisələrdən sonra, 2005–ci ilin əvvəlində Konstitusiya Şurası tərəfindən ləğv edilmiş və sağlar qalib gəlmişlər. Korsika Məclisinə — yerli qanunverici orqana səlahiyyət verən 1–ci maddə dəyişdirilmiş, onlara Fransa Parlamentinin nəzarəti altında öz qanunlarını qəbul etmək hüququ verilmişdi (Korsika Fransadan ayrılmaq istəyir. Bu da Fransanın ərazi bütövlüyünə qəsd kimi qiymətləndirilir. Eyni ilə Dağlıq Qarabağ kimi)

Ssenari erməni separatçılarının Dağlıq Qarabağ məsələsilə eynilik təşkil edirdi.

Adanın statusu barədə danışarkən Jak Şirak öz fikirlərini belə ifadə etmişdi: “Açıq və aydın deyirəm: 2004–cü ildə və ya nə vaxtsa dünən rədd etdiyimə sabah yol verməyəcəm. Respublika, xalq vahiddir, qanun hamı üçün eynidir və yalnız respublika parlamenti onları qəbul edə bilər. Separatçılar” özbaşınalıqlara son qoymalıdırlar.

Beləliklə, Korsika problemi üzrə kurs, Prezident tərəfindən dəqiq müəyyən edilmişdir. (Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də Dağlıq Qarabağ problemi müəyyən edilib: “Ərazilər silahlı erməni birləşmələri tərəfindən azad olunmalı, torpaqlarımız təmizlənməli və hər şey Beynəlxalq Hüquq Qanunları Çərçivəsində həll olunmalıdır”). Buna baxmayaraq, baş verən bir sıra terror aktları keçirməklə və səs–küylü çıxışlar etməklə, separatçılar sahibkarlara və investorlara yeni başağrısı gətirmiş, adanın mənfi investisiya imicini yaratmışlar. Terror aktlarının yeni dalğasının başlanmasından sonra bir çox sığorta şirkətləri partlayış və yanğından zərər çəkə bilən daşınmaz əmlaklı binaların, şəxsi villaların və digər obyektlərin sığortalanmasınıdan imtina etmişdi. On bir kilsə və ibadət mərkəzi dağıdılmış, 642 nəfər din xadimi güllələnmişdi. Maraqlısı bu idi ki, bu dini ədavətin alovları artıq Fransanın bəzi yaşayış məntəqələrini gəzməkdə idi. (Hələlik həlli müşkülə düşən DQ problemi təkrar olurdu).

2003–cü ilin avqustunda müsahibə verən Korsika prokuroru Patrik Lodon hadisələri belə qiymətləndirir: — “Biz, uzun illər ərzində öz ərazimizdə yaşadığımız hədsiz qaranlıq bir dövrə daxil oluruq”. Prokuror daha sonra əlavə etmişdir ki, Korsika hakimiyyəti zorakılıq aksiyalarının sonrakı artımından qorxur. Bu həm də əldə düzəldilən partlayıcı qurğulardan istifadə yolu ilə klassik tipli terror aktları, həm də hədsiz ağır nəticələr verən hərbi aksiyalar tipli ola bilər.

Sonda prokuror demişdir: “Biz öz narahatlığımızı hakimiyyətin yüksək ierarxik sistemi üzrə söyləmişik və ümid edirik ki, yaxın günlərdə bizə həm adamların, həm də maddi əmlakların təhlükəsizliyini təmin etməyə imkan verən əlavə qüvvə və vasitələr təqdim ediləcək”.

Maraqlı məqama toxunduq. Fransa ATƏT–ə üzv olan dövlətlərdən biri kimi, Dağlıq Qarabağ probleminin həllində iştirak edir. Dağlıq Qarabağla Korsika arasındakı oxşarlığa baxın. Hadisələr bir–birini tamamlayır. Təəssüflər olsun ki, Fransa heç vaxt bu oxşarlıqdan çıxış etmir, ərazi bütövlüyümüzə qəsd edən erməni separatçılarını bu ədalətsiz əməllərindən çəkindirməyə çalışmır.

Fransanın “Antenn–1″ telekanalı vasitəsilə Dağlıq Qarabağın erməni keşişləri və yepiskopları haqqında hazırlanan və təkrar–təkrar yayımlanan verilişlərdə qeyd olunurdu ki, islam heç vaxt ədaləti bərpa etməyib. Ədalət ancaq xristianların, ümumən xaç gəzdirənlərin əlindədir.

Verilişdən sonra (bu veriliş 2004–cü ilin iyul ayında, 2010–cu ilin mart ayında qondarma “Artsax TV”–də yayımlandı) torpaqlarını, yurdlarını itirmiş insanlar ermənilər tərəfındən güllələnmiş, din xadimlərini, eləcə də üstündə Quran yandırılan uşağın fotosunu Fransanın Azərbaycandakı səfarətxanasına məktubla bir yerdə təqdim etsələr də, səfir görüşdən imtina etdi.

Bu elə bir vaxt idi ki, Fransa mətbuatı Heydər Əliyev Fondunun RF–dakı Numayəndəliyinin irəli sürüyü Beynəlxalq miqyaslı “Xocalıya ədalət” modelini təhlil edir, Parisdə yaşayan ictimai–siyasi xadim Jorj Oland, ictimai–siyasi xadim, numayəndəliyin başçısı Leyla xanım Əliyevanın beynəlxalq terrora qarşı mübarizədə “Dəmir iradəsini ortaya qoyur”.

“Xocalıya ədalət” kampaniya deyil. Bu, dünya miqyaslı Beynəlxalq Terrora qarşı ən sərt mübarizə modelidir.

“Böyük Ermənistan” ideoloqlarından olan Zori Balayan iddia edirdi ki, nəyin bahasına olursa–olsun mən “Xocalıya ədalət”i məhv edəcəm (?) Amma mümkün olmadı. “Xocalıya ədalət”ini Rumıniya, Fransa, ABŞ, Türkiyə…nümayəndəlikləri yaradıldı. Hətta Ermənistan hüquq müdafiəçisi Danielyan birmənalı şəkildə təsdiq etdi ki, Ermənistan Azərbaycan Torpaqlarını— Dağlıq Qarabağı işğal edib, Xocalıda faciələr törədib. Separatçı qoşun qüvvələri ərazidən çıxarılmalıdır…

Bu etirafdır. “Xocalıya ədalət”in qarşısındakı etiraf. Z.Balayan isə heç nəyi, heç bir şeyi məhv edə bilmədi, əksinə məğlub oldu.

“Xocalıya ədalət” modeli Zori Balayanın Azərbaycan əleyhinə hazırladığı və Xocalı həqiqətlərini saxtalaşdırmaq üçün Cənubi Amerika regionlarını səyahətə çıxan “Nuh gəmisi”ni alt–üst etdi, erməni mifini dağıtdı.

Amma bütün bunlarla yanaşı, hər il növbəti görüşlər və sammitlər ərəfəsində bizdə ümid oyanır ki, nəhayət, dünya bizim ərazinin beşdə bir hissəsini qəsb edən Ermənistanı işğalçı dövlət kimi tanıyacaq. Hər dəfə də bu beynəlxalq yığıncaqlardan sonra yenidən qənaətə gəlirik ki, işğal edilmiş torpaqları sülh yolu ilə qaytarmaq olmaz və biz ermənilərə qarşı müqəddəs müharibəni başlamağa borcluyuq. Biz ermənilərin həyasızcasına təbii sərvətlərimizi oğurlamalarından, mədəniyyət və tarixi abidələrimizi məhv etmələrindən, sülh rejimini pozmalandan, ölkəmizin təbii sərvətlərini oğurlamasından, su, torpaq və meşə fondlarına son dərəcə ciddi ziyan vurmalarından və s.–dən çox danışınq. Eyni zamanda uzun müddətli atəşkəs dövrü olmasına baxmayaraq, indiyə qədər xeyli sayda əsirlərimizin taleyi naməlum olaraq qalır. (Biz əsir və girov götürülmüş qadınlarımızla bağlı Beynəlxalq aləmi sarsıdan materiallar əldə etmişik. “Xocalıya Ədalət” modeli bütün bunları şərh edəcək).

Bununla bərabər, bizim əsirlərin taleyi üzrə aparılan müxtəlif tədqiqatların nəticələri ilə tanış olarkən belə sual verməmək qeyri–mümkündür: insan da insanla bu cür rəftar edə bilər? Faşist hərbi düşərgələrinin cəlladları ermənilərlə müqayisədə mələk timsalındadırlar, daha doğrusu, insani görünürlər.

Bunun üçün sadəcə “Miatsum”un baş ideoloqu Zori Balayanın “Boskreşenie duşi naşey” kitabına bir daha baxmaq lazımdır.

Bu kitabda Balayan özünün “Şərəfli hərbi cığırını” təsvir edir. Bu vəhşi, yırtıcı canavar (onun yazdıqlarını oxuduqdan sonra həmin şəxsi başqa cür adlandırmaq olmaz) dinc azərbaycanlılara işgəncə verilmesində necə iştirak etdiyini fəxrlə yazır. Heç bir şərh vermədən həmin kitabdan bir hissəni oxuculara təqdim edirik:

“Yalnız xalqının ürəyi çıxarılan və qəm–qüssə alovuna atılan erməni bu sətirlərdən böyük qürur duya və məmnunluq hissi keçirə bilər.

Biz Xaçaturla uşaqların saxlandığı zirzəmiyə enən vaxt, əsgərlərimiz artıq onlardan birini ovuclarından pəncərə çərçivəsinə mıxlamışdılar. Uşağın səs–küyünü azaltmaq üçün Xaçatur uşağın ağzına onun öldürülmüş anasının kəsilmiş döşünü soxdu. Sonra mən onun başının, döşünün və qarnının dərisini soydum. O, qan itirməsindən 7 dəqiqə sonra öldü. Birinci ixtisasıma görə həkim olduğum üçün humanistəm və ona görə də uşaqla edilən hərəkətlərdən sevinc duymadım. Lakin qəlbim şadlanırdı.

Xaçatur bədəni hissələrə böldü və onları itlərə atdı. Axşam eyni şeyi biz daha üç türk uşağı ilə etdik. Mən erməni, vətənpərvər və vətəndaş kimi borcumu yerinə yetirdim. Xaçatur da xeyli tər axıtdı. Mən onun və digərlərinin gözündə intiqam və güclü humanizm mübarizəsi gördüm. Sonra isə mənim uşaqlıq dostum mayor Suren dedi: Biz vəhşi deyilik, lakin soyuq ürəyimizi saxlamalıyıq…”

Sonrakı gün biz kilsəyə daxil olduq, dünən gördüyümüz və etdiyimiz yaramazlıqlardan ruhumuzu təmizləməyi xahiş edərək dua etdik… (Vanadzoar. 1996, səh. 260–262).

Bu kitabda həmçinin deyilir ki, “Dağlıq Qarabağın azad edilməsi” uğrunda mübarizədə ermenilərə canlı qüvvə və maliyyə cəhətdən müqəddəs xaç gəzdirən” Fransadan, Livandan, İngiltərədən, ABŞ–dan, Rusiyadan, Kanadadan, Suriyadan olan şəxslər yaxından kömək etmişlər.

Məsələn, Kanada Hərbi Hava Qüvvələrinin mayoru Levon Sevants Xankəndidə əsir uşaqlar üçün düşərgə yaradılmasında şəxsən iştirak etmişdir. Bu düşərgədə 9–dan 11 yaşına qədər olan 180 uşaq saxlanılırdı. Ermənilər izləri ört–basdır etmək üçün əsirləri kütləvi qətlə yetirdikdən sonra onları yandırıblar. Bəzilərinin “bəxti gətirir” —onları qul kimi işğal edilmiş Azərbaycan ərazilərində yerləşən qızıl və mis mədənlərində işləməyə göndəriblər.

“İş yerlərində” —Vəjnəli, Söyüdlü, Qızılbulaq, Zod və s. yataqlarda ölən əsirlərimizin sayı barədə biz heç vaxt dəqiq məlumat ala bilməyəcəyik. Bu ona görədir ki, biz bu sahədə beynəlxalq monitorinqin keçirilməsini tələb etmirik. Belə beynəlxalq monitorinq keçirilməyənə qədər Vardenisdə, Razdanda, Cermuxda, Kəlbəcərdə olan xüsusi qadın həbsxanalarının fəaliyyəti barədə heç kim bilməyəcək.

Hətta ermənilərin özləri də azərbaycanlı əsirlərlə vəhşicəsinə rəftar etdiklərini gizlətmirlər. Xankəndi ərazisində verilişlər yayan “Artsax” kanalında 14 fevral 2011–ci ildə erməni zabiti Yefram “vətən buradan başlayır” hərbi verilişində beyan etdi ki, onun rəhbərlik etdiyi qrup azərbaycanlı əsirlərlə çox sakit işləmişdir. Erməni zabitinin sözünə görə, o, Kəlbəcərdə 150 din xadiminin saxlanıldığını xatırlayır.

2011–ci ilin martından başlayaraq, beynəlxalq monitorinqin mimkünlüyü barədə danışıqların sürətlənməsi bizim əsirlərin böyük bir qismini Ermənistana köçürməyə başlayıblar. Ermənilərin Azərbaycanın əsirlərdən müxtəlif təcrübələr üçün istifadə etməsi barədə də faktlar vardır Məsələn, müxtəlif növ dərman preparatlarının sınağı azərbaycanlı əsirlər üzərində aparılır.

“Xocalıya ədalət” modeli altında biz dünyada analoqu olmayan genosid hadisələrinə nəzər saldıq və onları Beynəlxalq Terrora Qarşı Mübarizə Çərçivəsində araşdırdıq, təhlil etdik.

 

 

Zaur İbrahimov,

Heydər Əliyev Mərkəzinin

Beynəlxalq Əlaqələr

Departamentinin

aparıcı mütəxəssisi

 

Rövşən VƏLİZADƏ,

Siyasi elmlər üzrə fəlsəfə doktoru,

professor

 

Respublika.- 2013.- 26 aprel.- S. 15.