Təhsil cəmiyyətin gələcəyini müəyyənləşdirən milli sərvətdir

 

Hər bir ölkənin sosialiqtisadi və mədəni yüksəlişi təhsildən başlayır. Ümumdövlət siyasətinin tərkib hissəsi olan təhsil siyasəti bütün dövrlərdə inkişaf edir və yeniləşdirilir. Hər bir xalqın dilinin, ədəbiyyatının, tarixinin, mütərəqqi adət–ənənələrinin, mənəviyyatının qorunub saxlanması və inkişaf etdirilməsi də məhz təhsillə bağlıdır. Artıq dünya təcrübəsinə əsaslanaraq qətiyyətlə demək olar ki, yalnız təhsil sistemi yüksək olan ölkələr hərtərəfli tərəqqiyə nail olurinkişaf səviyyəsi də onun təbii sərvətlərinin bolluğu ilə deyil, məhz elmi, təhsili ilə ölçülür.

Azərbaycan təhsilinin inkişaf yolu isə təhsil islahatının qurucusu, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969–1982–ci illərdən başalyır. Bu dövrlərdə həyatını bütövlükdə doğma xalqının xoşbəxt gələcəyinə həsr edən və bu gələcəyi yalnız və yalnız gənc nəslin maariflənməsində, təhsilində görən ulu öndər Heydər Əliyev dövlət təhsil siyasətinin inkişafına xüsusi əhəmiyyət vermişbu sahəyə dövlət qayğısının göstərilməsində çoxsahəli fəaliyyəti ilə parlaq səhifələr yazmışdır. Belə ki, məktəbəqədər təhsil sahəsindən tutmuş ali təhsil müəssisələrinədək bütün elm, təhsil ocaqlarında madditexniki bazanın möhkəmləndirilməsi, gənc nəslin təlim–tərbiyəsi, maarifləndirilməsi sahəsində bir sıra dövlət əhəimiyyətli tədbirlərin həyata keçirilməsinə də məhz bu illərdə başlanılmışdır. Təhsil sahəsini həyatın ən mühüm sahəsi hesab edən ümummilli lider gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyə olunması və təhsil sisteminin dünya standartlarına uyğun şəkildə formalaşmasında, daim inkişaf etdirilməsində Azərbaycanın sivil dünyaya inteqrasiya olunmasında misilsiz xidmətlər göstərmiş, xalqının gələcəyini düşünərək bu sahənin inkişafına diqqət və qayğısını əsirgəməmişdir.

Milli təhsilimizi inkişaf etdirib Qərb standartları səviyyəsində yüksəltməklə Azərbaycanın gələcək dinamik inkişafının əsasını qoymaqonun dünya dövlətləri birliyində layiqli yerini təmin etmək Heydər Əliyev siyasətinin mühüm istiqaməti idi. Məhz Heydər Əliyevin diqqət və qayğısı nəticəsində ölkədə müasir təhsil ənənəsinin əsası qoyulmuş, gənclərin gərəkli ixtisaslara yiyələnməsi, təhsilin milli tərəqqimizin həqiqi güclü amilinə çevrilməsi üçün geniş islahatlar proqramının hazırlanaraq həyata keçirilməsinə nail olunmuşdu.

Dərin düşüncə, uzaqgörənlik, parlaq təfəkkürə malik olan ümummilli liderin “Təhsil sistemimiz müstəqil Azərbaycanın gələcək inkişafını təmin etməlidir” fikri isə müstəqillik illərində Azərbaycan təhsilinin inkişaf yolunu müəyyənləşdirdi. Bu illərdə milli təhsil sistemimizin normativhüquqi bazasının yaradılması, təhsilin məzmununun yeniləşdirilməsi, təhsil sahəsində beynəlxalq əlaqələrin genişləndirilməsi məktəblərdə şagirdlərin yaradıcı potensialının bilik və bacarıqlarının aşkara çıxarılması, gənclərin hərtərəfli biliklərə malik vətəndaş olaraq yetişmələri istiqamətində olduqca mühüm işlər görüldü və müstəqil dövlətimizin möhkəmliyini, dayanıqlığını elmlə, təhsillə qorumaq üçün mühüm addımlar atıldı.

Bu gün təhsildə keyfiyyətin artması, təhsilin beynəlmiləlləşdirilməsi, təhsil sahəsində beynəlxalq proqram və layihələrdə iştirak edilməsi dövlətin prioritet istiqamətlərindəndir. Ulu öndərimiz Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən möhtərəm prezidentimiz cənab İlham Əliyev Azərbaycanın gələcəyinin gənclərimizin təhsilindən, yeniliyi tətbiq etmək bacarığından, vətənpərvərlik və milli–mənəvi dəyərlərə sədaqətindən asıolduğunu yüksək qiymətləndirərək müasir tələblərə cavab verən tədris ocaqlarının tikilməsi yenidən qurulması ilə yanaşı dərin təfəkkürə, pedaqojimetodik ustalığa malik olan müəllimlərin fəaliyyətinə, onların təminatına da xüsusi diqqət və qayğı göstərir. Belə ki, son illər dövlət büdcəsindən təhsilin inkişafına, bu sahədə problemlərin həllinə yeni məktəblərin tikintisi, təmiri və təchizatına, məktəblərin informasiyakommunikasiya texnologiyaları ilə təminatına ayırlan vəsaitin həcmi gündən–günə artırılır. Ölkə başçımızın elmin və təhsilin problemlərinin həlli istiqamətində imzaladığı fərman fə sərəncamlar, təsdiq etdiyi mühüm dövlət proqramları bu sahəyə diqqətin təcəssümüdür.

Rəhbərlik etdiyim Səbail rayonunun Badamdar qəsəbəsindəki 236 saylı tam orta məktəb də dövlət qayğısı ilə əhatə olunan məktəblər sırasındadır. 1966–cı ildə birtipli layihə əsasında tikilən 860 şagird yerlik məktəb fəaliyyət göstərdiyi 50 ilə yaxın müddətdə müxtəlif illərdə cari təmir edilib. 2010–cu ildə isə 4960 kvadratmetr sahəsi olan köhnə məktəb binası qısa müddət ərzində Heydər Əliyev Fondu tərəfindən müasir tələblər səviyyəsində təmir olunmuş, təhsil ocağının 31 sinif otağında, 7 fənn kabinetində və müxtəlif təyinatlı 11 otağında müasir təhsil üçün hər cür şərait yaradılmışdır. Məktəbdə beynəlxalq standartlara uyğun qurulmuş müasir fənn kabinetləri müxtəlif təcrübələrin aparılması üçün lazımi avadanlıq və əyani vəsaitlərlə təmin edilmiş kompyuter kabinetində müasir tipli kompyuterlər quraşdırılmış və internet şəbəkəsinə qoşulmuşdur. 200 nəfərlik akt zalı musiqi otağı, zəngin kitabxana şagirdlərin istifadəsindədir. Bütün bunlar məktəbdə müəllimlərin yüksək səviyyədə fəaliyyətinə, şagirdlərin isə biliklərin əsaslarına dərindən yiyələnmələrinə zəmin yaradır. Bu da bütün fəaliyyəti boyu ölkənin sosialiqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası xalqın maddi rifahının yaxşılaşması naminə elm, təhsil sahəsinə xüsusi qayğı göstərən ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, ölkə başçısı cənab İlham Əliyevin və bütün sahələrdə olduğu kimi təhsil sahəsində də həyata keçirdiyi humanist siyasətlə dünyanın inkişaf etmiş digər dövlətlərində nümunəyə çevrilən Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO–nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın milli təhsilimizin inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Biz də müəllim kollektivi olaraq hər zaman şagirdlərimizə dövlətimizin himayəsindən, ölkə rəhbərliyinin gənclərimizin təhsilinə göstərdiyi diqqət və qayğıdan hərtərəfli bəhs edirik. Bunu şagirdlərə əyani göstərmək üçün isə məktəbimizin geniş və işıqlı foyesində ulu öndər Heydər Əliyevin, dövlətimizin başçısı İlham Əliyevin, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın milli təhsilimizin, inkişafı istiqamətində gördükləri işləri, məktəbimizin əsaslı təmirində böyük dəstəyi olan Heydər Əliyev Fondunun fəaliyyətini əks etdirən fotostendlər tərtib olunmuşdur.

Təhsilin inkişafında dövlət qayğısı, dövlət siyasəti ilə yanaşı, eyni zamanda başlıca amillərdən birigüclü potensiala malik dərin biliklidünyagörüşlü müəllimlərin olmasıdır. Bu sarıdan da ön sıralardayıq. Belə ki, 2009–2010–cu tədris ilində “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmuş məktəbimizdə 150 müəllim arasında “Əməkdar müəllim”, “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi, “Qabaqcıl təhsil işçisi”, “Prezident təqaüdçüsü” olan müəllimlər çalışır. Onların yetişdirdikləri şagirdlər arasında beynəlxalq və respublika miqyaslı bilikidman yarışlarında iştirak edən və layiqli yerlər tutan şagirdlərin sayı ildən–ilə artır.

Onu da qeyd edim ki, məktəbimizin əsaslı təmirindən sonra Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyevanın məktəbimizə gəlməsi, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun məktəbimizlə sıx əlaqə saxlaması, məktəb daxilində keçirilən tədbirlərin əksəriyyətində iştirak etməsi, qəbul imtahanlarından yüksək bal toplayan məzunlarımızla səmimi görüşləri qazandığımız uğurlara stimul verir, şagirdlərdə ruh yüksəkliyi yaradaraq onların elmə, təhsilə həvəslərini daha da artırır. Bu gün fəxrlə deyə bilərəm ki, məktəbimiz təhsildə yeniliklərin tətbiq olunması və madditexniki bazasının zənginliyinə görə ölkəmizdəki müasir təhsilkomplekslərindən biridir.

Hər bir dövlətin gələcək inkişafı onun təhsil sistemindən asıldır. Bu günün şagirdləri gələcəyin müxtəlif sahələrinin aparıcı mütəxəssisləri, rəhbərləridir.

Bu gün onlara verilən bilik, bacarıq sabah ölkəmizin ümumi səviyyəsinin göstəricisi olacaq. Biz də təhsilimizin himayədarı, qurucusu olan ümummilli lider Heydər Əliyevin müəllimlərin qarşısına qoyduğu ümdə vəzifələrin öhdəsindən layiqincə gəlməyə və bu göstəricinin hər zaman yüksək olmasına var qüvvəmizlə çalışacağıq.

 

 

Xanlar İMAMƏLİYEV,

236 saylı tam orta məktəbin

direktoru,

əməkdar müəllim

 

Respublika.- 2013.- 27 aprel.- S. 5.