Azərbaycan
idmanı yeni zirvələr fəth edir
Xalqımızın ümummilli lideri Heydər Əliyev müstəqillik illərində digər sahələrə olduğu kimi, idman və bədən tərbiyəsinə də böyük diqqət yetirirdi. Məhz ulu öndərin qayğısı nəticəsində Azərbaycan idmanının gələcək uğurlarının təməli qoyulmuş, olimpiya hərəkatının başlanması üçün zəmin yaradılmışdır.
Dünya olimpiya hərəkatı qədim tarixə malikdir və ilbəil inkişaf edir. Azərbaycanın dünya olimpiya hərəkatına qoşulduğu vaxtdan təxminən 60 il keçir. Biz onda Sovetlər Birliyinin tərkibində idik. 1950ci ilə qədər SSRİ bu mötəbər yarışlarda iştirak etmirdi. İlk dəfə 1952ci ildə Sovet idmançıları Finlandiyanın Helsinki şəhərində keçirilən olimpiya oyunlarına qatıldı. Təbii ki, Azərbaycandan olan idmançılar da SSRİ komandası tərkibində çıxış edirdilər. Ümumiyyətlə, 70 illik Sovet rejimi dövründə respublikamızın idmançılarının beynəlxalq yarışlarda qazandıqları uğurlar, tərkibində olduğumuz Sovet İttifaqının ünvanına yazılırdı.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra olimpiya hərəkatına müstəqil dövlət kimi qoşuldu. 1992ci ildə isə Milli Olimpiya Komitəsi yaradıldı. Ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra idmanın inkişaf etdirilməsi məqsədilə bir sıra tədbirlər görüldü. Belə ki, 1994cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması barədə fərman imzalandı və bu qurumun qarşısında konkret vəzifələr qoyuldu.
1995ci ilin martında respublika gəncləri ilə görüşündə ulu öndərimiz onların sağlam ruhda tərbiyə almaları və əsl vətəndaş kimi yetişmələri naminə əlindən gələni əsirgəməyəcəyini bir daha bəyan etdi: İdmana xüsusi qayğını öz üzərimə götürürəm və əmin ola bilərsiniz ki, siz bunu daima hiss edəcəksiniz. Ölkə başçısı həqiqətən də, idman tariximizdə görünməmiş nailiyyətlərin qazanılmasına şərait yaratdı.
1997ci il iyul ayının 31də Azərbaycanın idman tarixində yeni bir mərhələnin əsası qoyuldu. Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsinə cənab İlham Əliyevin seçilməsi ilə idman federasiyaları, cəmiyyətləri bu təşkilatın bayrağı altında sıx birləşdilər. İdmanın hər sahəsində inkişaf sürətləndi, olimpiya hərəkatı geniş vüsət aldı, idmanın madditexniki bazası möhkəmləndirildi, nəinki paytaxtda, hətta bölgələrimizdə də müasir olimpiya idman kompleksləri tikilib istifadəyə verildi.
İdmanın digər növləri kimi, bu gün respublikamızda şotokan karate idman növü də inkişaf etməkdədir. Məlumdur ki, 1991ci ildə Azərbaycan Rsepublikasında Şotokan KarateDo Federasiyası yaradılmışdır. Şotokan karate dünyada geniş yayılmış idman növlərindəndir. Hazırda federasiyada böyük idmançılar ordusu yetişmişdir.
Artıq onların çoxu Avropa dünya və bir sıra beynəlxalq yarışlarda iştirak etmiş, qalib olmuş idmançılardır.
2000ci ildə idmançılarımız Londonda keçirilən dünya çempionatında iştirak etdi, 10 nəfərdən ibarət komandamız fəxri yerlərdən birini tutdu. Yarışların keçirildiyi həmin dövrdə Azərbaycan idmanının inkişafına böyük diqqət və qayğı göstərən ulu öndərimiz Heydər Əliyev də Londonda rəsmi səfərdə idi. Belə bir mötəbər yarışda ilk dəfə iştirak etməyimizə baxmayaraq, idmançılarımız öz istedadlarını, qüvvə və bacarıqlarını yüksək səviyyədə nümayiş etdirdilər.
Həmin yarışda fürsətdən istifadə edərək idman ustası, 8 qat dünya çempionu, (8ci dan) Yahara Mikio ilə də görüşə bildim. Londonda keçirilən dünya çempionatının bilavasitə təşkilatçısı və rəhbəri olan Yahara Mikio bizim idmançıların çıxışlarını yüksək qiymətləndirdi və Azərbaycana səfər edəcəyinə söz verdi. 2001ci ilin oktyabrında o, vədinə əməl edərək Azərbaycana gəldi. Onu çox yüksək səviyyədə qarşıladıq. Olimpiya mərkəzində yarışlar keçirildi Yahara Mikio məşğələlər apardı, seminarlar keçirdi. O, həmçinin Azərbaycan idmanının inkişafında Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin xidmətlərini də yüksək qiymətləndirdi, bu yolda ona uğurlar arzuladı. Qeyd etmək lazımdır ki, hələlik olimpiya oyunlarında karate idman növü təmsil olunmur. Bununla bağlı danışıqlar gedir.
2002ci ildə Milli Olimpiya Komitəsinin yaranmasının on illiyinə həsr olunmuş yubiley mərasimində ki, çıxışında Heydər Əliyev əhalinin sağlamlığında idmanın xüsusi rol oynadığını bir daha diqqətə çatdırdı. Azərbaycan Prezidenti kimi mənim idmana, bədən tərbiyəsinə olan qayğım birinci növbədə millətimin, Azərbaycan millətinin fiziki və zehni sağlamlığı üçün lazımdır. Yəni bu qayğını göstərərək, mən öz millətimizin, xalqımızın, Azərbaycan xalqının, hər bir kəsin tam sağlam olmasını təmin etmək istəyirəm. İdman, bədən tərbiyəsi eyni zamanda mədəniyyətdir.
Bu gün respublikanın əksər şəhər və kəndlərində federasiyanın filialları fəaliyyət göstərir, şotokan karateyə maraq durmadan artır. Gəncə, Sumqayıt, Qazax, Yevlax, Şəki, Oğuz, Zaqatala, Balakən, Masallı, Qusar, Xaçmaz, Salyan və digər rayonlarda idmanın bu növünün inkişafı üçün hər cür şərait yaradılmışdır.
İdman sahəsində ölkəmizin əldə etdiyi uğurlar bir çox beynəlxalq yarışlarına ev sahibliyi etməyimizə imkan yaratmışdır. Son 10 ildə Azərbaycanda keçirilən 300dək beynəlxalq səviyyəli idman tədbiri yüksək səviyyədə təşkil olunmuşdur.
Bir çox idman növü üzrə dünya və Avropa çempionatlarının Bakıda keçirilməsi artıq ənənə şəklini almışdır. İdmançılarımız 2000ci ildən etibarən olimpiya oyunlarına qoşulublar və bu sahədə də uğurlarımız getdikcə artır. 2012ci ildə Londonda keçirilən Yay olimpyia oyunlarında qazanılan uğurlar Azərbaycan idman dövləti kimi aparıcı dövlətlər sırasına çıxara bildi. İndi Azərbaycan Beynəlxalq və Avropa Olimpiya Komitəsinin fəal üzvlərindən biridir.
Ötən ildəki daha bir nailiyyətimiz yeniyetmələr arasında birinci Ümumdünya Olimpiya Oyunlarında Azərbaycan gənclərinin əldə etdikləri nəticə ilə bağlıdır. Həmin yarışda ölkəmiz 11ci yeri tuta bildi ki, bu da çox böyük tarixi nailiyyətdir. Ümumiyyətlə, 2012ci ildə idmançılarımız müxtəlif beynəlxalq yarışlrada 700dən çox medal qazanmış xalqımızı, idman sevərləri sevindirmişdir.
Avropa Olimpiya Komitəsinin 49cu baş assambleyasında 2015ci ildə Avropa Oyunlarının Azərbaycanda keçirilməsi barədə qəbul edilən qərar xalqımız üçün tarixi hadisədir.
2016cı ildə XXXI və 2020ci ildə XXXII Yay Olimpiya oyunlarının, 2017ci ildə IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üçün Bakının namizədliyi irəli sürülmüşdür. FİDEnin qərarına əsasən ölkəmiz 2015ci ildə Dünya Kubokunun, 2016cı ildə Şahmat Olimpiadasının Bakıda keçirilməsi hüququnu qazanmışdır. Bütün bunlar isə təsadüfi deyildir.
İqtisadi inkişaf tempinə görə Azərbaycanın regionda lider dövlətə çevrilməsi müstəqil dövlətimizin beynəlxalq nüfuzunun artmasına səbəb olmuşdur. Sosialiqtisadi inkişaf idmana da davamlı qayğı göstərilməsinə zəmin yaradıb. Artıq Azərbaycan özünü bir idman dövləti kimi də tanıda bilmişdir. Bu gün ölkə başçısı İlham Əliyev ulu öndərin strateji kursunu bütün istiqamətlərdə, o cümlədən idman sahəsində də uğurla həyata keçirir.
İnanırıq ki, idmanın inkişafına yaradılan şərait bu sahədəki uğurlarımızın sayını durmadan artıracaq və idmançılarımız yeniyeni zirvələr fəth edəcəklər.
Vilayət ƏMİROV,
Azərbaycan Respublikası Şotokan
KarateDo Federasiyasının
vitse prezidenti,
V dan qara kəmər sahibi
Respublika.- 2013.- 27 aprel.- S. 5.