ERMƏNİLƏR VƏ HƏQİQƏTLƏR

 

(əvvəli ötən sayımızda)

 

Bəli, istər dövlətlər, istərsə də millətlər arasında baş verən hadisələri aydınlaşdıran mənbə daim arxivlər olmuşdur. Arxivlər tarixi mənbələr baxımından, xüsusilə də elmi tədqiqatlarda siyasi və qərəzli yaxınlaşmaları aradan qaldıran sənədləri ehtiva edirlər. Buna görə də Qərb ölkələri tərəfindən siyasi bir yaxınlaşma ilə ələ alınan erməni probleminin arxiv sənədlərinə əsaslanan dəyərləndirilmələri son dərəcə faydalı olar. Yəni tarixi hadisələrlə əlaqəli veriləcək hökmlərdə arxivlərə müraciət edilməsi, tədqiq edilən mövzuların daha obyektiv kriteriyalar içərisində dəyərləndirilməsinə yol açar. Bu da bir həqiqətdir ki, bu günə qədər “erməni məsələsi” ilə əlaqəli Qərb ölkələrində nəşr edilən yayımlar arxiv sənədlərinə əsaslanmadığına görə, çox təəssüflər olsun ki, qeyri–obyektiv olmuşlar.

Heç şübhəsiz, tarixi həqiqətlərin aydınlaşdırılmasında arxivlərdə mühafizə edilən rəsmi sənədlər erməni məsələsinin daha düzgün ölçülərlə dəyərləndirilməsində böyük əhəmiyyət kəsb edir. Yəni erməni təbliğatı ilə şərtləndirilmiş dövlətləri və millətləri həqiqətlərlə üz–üzə gətirmək və əsrlər boyu davam etdirilən türk–erməni anlaşmazlığının iç üzünü arxiv sənədlərinə əsaslanaraq ortaya qoymaq, elmi bir məcburiyyət və əxlaq ölçüsü olmalıdır. Atılacaq hər bir addım, deyiləcək hər bir söz tarixin həqiqi məlumatları olmaqla, tarixi mənbələrə, yəni arxiv sənədlərinə dayanmalıdır. Sənədsiz tarix yazılmaz və hadisələrin həqiqi yönləri gün işığına çıxarıla bilməz. Arxiv sənədləri olmadan tarix yazmaq, müəyyən bir dövr haqqında hökm vermək, bir dövrü və ya hadisələri dəyərləndirmək tarix elminin lazım bildiyi tərəfsizliyə və elmi həqiqətlərə sığmaz.

Dünya kitabxanalarında erməni və erməniliklə əlaqəli yayımların sayı çox qabarıqdır. Xüsusilə XX əsrdə Birinci Dünya müharibəsindən sonra erməni uydurmalarına inanaraq xarici tarixçilər tərəfindən yazılan kitablarda, yazıçıların mənsub olduqları ölkələrin siyasi mənfəətləri öndə tutulmuşdur. Beləcə, dünya ictimaiyyətində birtərəfli siyasi təbliğat mətnli, qətliam hekayələri ilə bəzəkli, həqiqətlər ilə heç bir əlaqəsi olmayan, erməni təəssübkeşliyi ilə, xristian təəssübkeşliyi ilə qələmə alınmış, aldadıcı elmi əsərlər ortaya çıxarılmışdır. Heç şübhəsiz, uydurulmuş bu elmi əsərlərdə ermənilərin kinintiqam alma duyğularına geniş yer verilməklə dünya ictimaiyyəti Türkiyə və Azərbaycana qarşı yönləndirilmək istənir, tanınmış mətbu əməkdaşları dünyada bir erməni davasının varlığına inandırılmağa çalışılır.

Hesab edirik ki, yuxarıda qeyd etdiyimiz elmi əsərlər, keçmişdə baş verən hadisələrin şahidi olan rəsmi arxiv sənədlərinə əsaslanmadığına görə həqiqətlərdən çox uzaqqeyriobyektiv olmuşlar.

İndi isə bəzi rəsmi sənədləri oxucularımızın nəzərinə çatdıraq. LondonMarsel erməni komitələrinin ümumi katibliyi tərəfindən 9 avqust 1892–ci il tarixində Adana erməni arxiyepiskopuna göndərilən, oradan da dolayı olaraq Türkiyədəki komitələrə bildirilən məktub:

Hörmətli Vahabedyan.

Yalan xəbərdarlıqlardan necə və nə şəkildə qorunmaq və hərəkət etmək lazım olduğunu yayımlanmış bildirişlərdən öyrəndik. İndi komitənin başçıları üçün lazım olan təlimatları sizə gizli olaraq veririk. SlavyanNihilist komitələr ilə Avropanın digər bənzər komitələri tərəfindən göndərilən hər şey daha əvvəl intiqal etdirilmiş və alındığına dair xəbər alınmışdır. Bunları yaxşı istifadə etməyi öyrənin və bunlardan istifadə edin. Amma fəaliyyətiniz gizli qalmaq məcburiyyətindədir. Burada olan başçıların razılaşmalarına çalışın və gücün sadəcə birlikdə əldə olunacağı əsasını yaxşı müəyyən edin. Tchopli Derhouvendi Houvend adlı şəxs Adana vilayətində qurulan Çayköy keşişidir. Yelizavet ilə onu yaxşı qoruyun. Hökumətin əlinə keçmələrinə imkan verməyin. Belə olarsa, onları xilas etmək imkansızdır. Min nəfərlik təchizat göndərilmiş və dinamit üçün lazım olan təlimatlar verilmişdir. Gecə vaxtı Adanaya 300, Payasa 60, Maraşa 200 atlı göndərmək lazımdır. Onların hücumları sərt olmalı və bu hərəkətlər gizli qalmalıdır. Bu ifadələri ehtiva edən teleqramı aldığınız zaman ixtilal hərəkatına başlayın: “Ölüləriniz üçün dua edin. O zamana qədər hər şeydən xəbərsiz olan hökumət gövşəklik içində olmalıdır. Onlarla əlaqələrinizi davam etdirin. Vali, sahibkar və qəza rəhbərlərinin dostluqlarını, güvənlərini ikiüzlülüklə də olsa, qazanmaq və ermənilərin bu hərəkətlərinə dair şübhələrə düşməmələri lazımdır. Bir sözlə, onların tamamilə güvənini qazanmaq lazımdır. İxtilalın necə olacağını bilirsiniz. Əvvəl teleqraf xətlərini kəsib əməkdaşlarını dayandıraraq, ictimai binaları yandıraraq, yüksək dərəcəli məmurları öldürərək, dövlət xəzinəsini və harada pul varsa, hücum edib mənimsəyərək, silah anbarlarını ələ keçirərək, həbsxanalara hücum edib məhkumları azad edərək, son olaraq da Kiprdəki ingilis komitəsinin vasitəsilə ixtilal haqqında Avropaya teleqramlar göndərərək üsyançı hərəkatını başlatmaq lazım olacaqdır. Ancaq ixtilalı bildirən teleqramlar ixtilalın başlayacağı gecənin ilk axşamı göndərilməlidir. Böyük Ermənistanda olan komitələr də eyni şəkildə hərəkət etməlidirlər. Amerikadan gələnlər dərviş, Afinadan gələnlər kəndli, Fransadan gələnlər kürd çobanı, İngiltərədən gələnlər ruhani, İsveçrədən gələnlər atçapan, İtaliyadan gələnlər də Arnavut geyimində olmalıdırlar və hamısı bir yerə toplanmalıdırlar. Alman könüllülər də ixtilala əkinçi geyimində qatılmalıdırlar.

Bəzi xəbərlərlə bütün xalqın kəsiyinin zehinlərini bulandırın. “Armenie” (Ermənistan) qəzetilə özəl məktublar göndərilmişdir. Adanada olan KasparyanArmenie” qəzetinin sayılarını mütləq xalqa oxutsun. Qaliçyada möhürlərə veriləcək ödəmələr Karapet Quskderelyəyə göndərilmişdir və o da bu ödəmələri üsuluna görə ödəsin.

Çərkəzlərin köçkünlərlə anlaşması bizə çox yardım edəcəkdir. Kozan bəyin keçmiş dostları tərəfindən verilən vədlərin əhəmiyyət və dəyərini bizə bildirin. Apin …. Sisin istefa etdiyi doğrudurmu? Altmış napoleonun yarısını ona vermək lazımdır. Yüzə yaxın Harput ermənisi sağsalamat Amerikaya çatmışlar. İtalyan kapitanın xərclərini ödədik. Açılan gizli yerdən gəmiyə minən Zeytun ermənilərini yunan dənizçisi geyimində Avropaya göndərmək çox asandır. Əgər yardım toplayan Suriyalı keşiş geyimindəki şəxslər vasitəsilə əlaqə təmin edilərsə, məqsədə varılacaqdır. Zeytundakı quldur dəstələrinin yetişməsi, məqsədinə çatmamışdır. Onlar çox məlumatsızdırlar. Maraş və Antepdəki quldur dəstələrinin təşkilatlanmaları çox yaxşıdır. Yazışmalarda məktublarınızı mətbəə hərflərilə yazın ki, bu yazının kim tərəfindən yazıldığı bilinməsin. Quldur dəstələrinin təşkilatlanmalarına dair əvvəldən göndərilmiş təlimatları eynilə tətbiq edin. Çərkəz geyimləri arzulanan məqsədə tamamilə cavab verir. Muşun tatarı ermənicə bilir. Özü kürddür, sözlərinə və etdiklərinə güvənin. Hakkari, Çöləmerik, Bəyazid və Eleşkirtdəki kürd və iranlı dəstələr üzündən gözlədiyiniz təlimatlar hələ verilməmişdir. Suriyalı dağlıların tüfənglərində dəyişiklik edilmiş və sayları artırılmışdır. Bura üçün narahat olmağa dəyməz. Qarabağ könüllüləri çox faydalı olacaqlar. Gürcü, slavyan, malakankazak könüllülər də hazırlanırlar. Bolqarıstandakı komitələr əlverişli vəziyyətdədirlər və daima hərbi təlim etməkdədirlər. Qaradağlı, serb və rumın orduları içərisində və hərbi məktəblərdə olan adamlarımızın bu il təmin etdikləri məlumatlardan olduqca razıyıq. Eyni şəkildə İtaliya, Fransa, Amerika, İsveçrə, AvstriyaRusiya ordularının məktəblərində olan ermənilərin əldə etdikləri məlumatlardan da çox razıyıq. Digər tərəfdən, sizbaşqa yerlərdə olan ixtilalçı komitələrlə yazışarkən, Kilikiyadakı partiyalar üçün də fəaliyyətdə olmalısınız. Qız və oğlan uşaqlarının təhsillərinə nəzarət edin. Çünki elmsiz heç nə əldə olunmaz. Zəkalı və inanclı müəllimlərinizi hələ təsbit etməmiş olmağınız böyük səhvdir. Türk qafalı olduğu bəhanəsilə itirdiyiniz bir rəhbər müəlliminiz var idi. Artıq dərəcədə tələblərinin xoş görülməsini minlərcə dəfə yazdıq və ona verilmək üçün çox miqdarda pul göndərdik. Siz bu pulları bir–birinizə yedirtdinizkatolik Baş rahibin də almasına icazə verdiniz. 200 lirədən ona heç bir şey vermədiniz. Göndərdiyiniz Kilikiyanın balansı da bunu isbat edir. Bilin ki, Kilikiya bu illərdə heç bir fəaliyyət göstərmədisə, bu, müəlliminizlə anlaşa bilmədiyinizdən irəli gəlir. Onu türk dostu olmaqla günahlandıran və öldürülməsini istəyən İstanbuldakı düşmənləri tərəfindən “Qncak” qəzetində yayımlanan çirkin məqalə səbəbilə böyük gurultu qopdubu, böyük zərərə səbəb oldu.Armenie” ilə “Hayastan” arasında bir polemika meydana gəldi. Nəhayət, bu qəzetlərin nəşri bir ay ərzində dayandırıldı. Katoliklərə göndərilən pulun xərclənməsinə diqqət etmək lazımdır. Bizə çox pul göndərin, çünki hər şey pul ilə həll edilir. Sizə və bizə göndərilən pulun çoxunu Avropa komitəsi alır. Silah istehsal etməyə dair irəliləməni təmin edin və erməni uşaqlarını Osmanlı məktəblərinə göndərməyin. Çünki onlar türklərlə dostluq əlaqələri qurarlar. Bölgədəki türk birliklərinin vəziyyətini daima bizə yazın. Bölgənizin xəritəsini əldə edib bizə göndərin. İşlər çox yazıb danışmaqla bitmir. Çoxlu pulinsan hazırlayın.

LondonMarsel Komitəsinin Birinci Katibi bu məktubun çatacağı komitələri salamlayır.

BOA. HR. SYS. 2789 / 8

Xarici İşlər Nazirliyinə

12 yanvar 1920–ci il tarixində Antepdən İslahiyyəyə bağlı Sakçagöz kəndinə tərəf hərəkət etdirilən, topavtomat tüfənglərlə təchiz edilmiş 500 erməni əsgərilə qarışıq bir fransız hərbi hissəsi təxminən saat 6.30–7.00 arasında Antepin Böyük Ərəblər kəndinə çatmışdır. Burada zabitlər üçün hazırlıq görülmüş, komandanın əmri ilə əsgərlər də yerləşdirilmişlər. Tədqiqat heyətinin bu mövzudakı raportundan da aydın olduğu kimi, müsəlmanlara qarşı intiqam düşüncəsi ilə dolu olan ermənilər dərhal hərəkətə keçib dostlarından aldada bildiklərinə yol göstərərək evlərin qapılarını zorla açıb içəri girmiş, qadınlara hücum etmiş, hətta hamilə bir qadına dəfələrlə təcavüz etmişlər. Müqəddəs dinə və milli dəyərlərə həqarət etmişlər. Belə olduqda kənd əhalisi xilas edə bildikləri uşaqlarıyla gecə qar üzərində dağlara sığınmağa məcbur olmuşlar. Ertəsi gün hərbi birliyin gəlməsilə dağlardan kəndlərə geri dönən əhaliyə pulemyot atəşi açmışlar. Kənd əhalisindən birini öldürüb, ikisini də yaralamışlar. Bunun acınacaqlı nişanəsi olaraq indi bu kənd xalqı namusdan uzaq, hər cür yaşayış vasitəsindən məhrum, çarəsiz və pərişan bir vəziyyətdə sürünməkdədirlər. Bu qorxunc xatirə islam aləminin tarixinə yeni sətirlər əlavə etmişdir. İllik ərzağını min bir zəhmət və əziyyətlə tədarük edən, namusun qiymət və qüdsiyyətini həyatı boyunca dünyanın hər cür səadət və zövqündən üstün tutan bu məsum kəndlilərin qapıları təxrib edilmiş, heyvanları və malları qəsb olunmuş, namusları qorxunc bir şəkildə kirləndirilərək ayaqlar altına atılmışdır.

Adı ürəklərdə sonsuzadək acı verəcək bu məzlum kəndin pərişan evləri, kənd nümayəndəsinin rəhbərliyində kəndə gedən şəhər müftisi və idarə məclisinin üzvlərilə Cəmiyyəti–İslamiyyədən seçilən bir nümayəndə, jandarma komandanı, polis komissarı, ədliyyə rəisi və Antep bölgəsinin fransız hərbi qüvvələrinin komandanı adından iki fransız zabitindən əmələ gələn bir heyət tərəfindən müşahidə edilmişdir. Orada namushüququ ayaqlar altına atılan o müsəlmana öz evində necə qorxunc davranıldığı təsbit edilmiş və protokollaşdırılmışdır. Ortaya çıxarılan bu acınacaqlı görüntü namuslu qəlblərdə, əlbəttə, qorxu yaratmışdır. Dünyaya söz verilən rifah və xoşbəxtlik, bu yerlərdə davam etməsi arzu edilən rahatlıq və asayiş belə hadisələrin artması və təkrarı ilə əbədi pozulmuş olacaqdır. Bu çirkin hallara səbəb olanların kimlərdən əmələ gəldiyi əslində çoxdan aydın olmuşdur. Ürəklərində ən acımasız intiqam hissi, dillərində müsəlmanların müqəddəs dəyərlərinə qarşı min cür söyüş və həqarət daşıyan, bu hadisədə olduğu kimi ən kiçik fürsətdən istifadə edib ən alçaq hərəkətləri ortaya qoyan və əcnəbi adı altında təşkilatlanan intiqamçı erməni əsgərlərinin məqsəd və xəyallarını tamamilə görmək və anlamaq üçün bunun kimi acınacaqlı və insanlığa utanc verən hadisələri gözləməyə ehtiyac yoxdur. Şərqdə duyğuların, namusun, hüzurasayişin qorunmasının bunlardan gözlənməyəcəyini, birbirinin ardınca davam edən ələm verici hadisələri gördükdə bunun qətiləşmiş bir həqiqət olduğunu fransız komandanı da qəbul və etiraf etmiş, çarəsinə baxılacağına dəfələrlə söz vermişdir. Məmləkətə ilk addım atdıqları zaman Maraş və Kilisdə namuslu müsəlman qadınların paçalarını yırtmaları, Antepdə Osmanlı bayrağına təcavüz etmələri bunların qabiliyyət dərəcələrini göstərən nümunələrdir. Müsəlmanlara qarşı ağıl və məntiqin qəbul etməyəcəyi şəkildə intiqam hisslərilə tanınan əsgərlər, bu bölgədə bir erməninin belə həyat və namusuna xələl gəlmədiyini bilmələrinə baxmayaraq, özlərini çirkin hərəkətlərdən uzaq tutacaqları yerdə əsil mədəni fransızların insanlığın faydasına olacaq istəklərinə vasitəçilik vəzifəsini edə bilməzdilər. Dünya mədəniyyətinin ən böyük təmsilçilərindən biri olan Fransa, əsrlər boyu milyonlarla insanın qiymətinə qazandığı hürriyyət və insanlığı bu cür bir intiqam növü ilə ehtirasına fəda edə bilməz. Əzəldən bəri müsəlman diyarı olan bu yerlərdə müsəlmanlıq təhqir edilir. Müsəlmanın həyatından daha qiymətli və müqəddəs olan namusu öz evində kirləndirilmişdir. Namusa hörmət ən böyük xüsusiyyətimizdir. Namussuzluğa təhəmmül etmək isə tariximizdə görünməmişdir. Hər tərəfdən qəhr olunuruq. Biz belə vəziyyətə düşməkdənsə namus və şərəflə ölməyi üstün tutarıq.

 

(davamı növbəti saylarımızda)

 

 

Fazil QARAOĞLU,

professor

 

Respublika.- 2013.- 27 aprel.- S. 11.