Ümummilli lider Heydər
Əliyevin anadan olmasının 90–cı
ildönümünə həsr olunmuş
şahmat turniri başa çatdı
Dünən vergi xidməti əməkdaşları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 90–cı ildönümünə həsr olunmuş ənənəvi şahmat turnirinə yekun vurulub. Turniri Azərbaycan Respublikası Vergilər Nazirliyi Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə keçirib.
Yarışlara aprel ayının
6–da start verilmişdi. Turnirdə
Nazirliyin struktur vahidlərinin əməkdaşları
iştirak ediblər. Yarışlar Olimpiya sistemi üzrə keçirilib.
Turnirin qalibi Vergilər Nazirliyi Aparatından Əli Həsənov olub. Nazirliyin Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin əməkdaşı
Babək İbrahimov turnirdə 2–ci yeri tutub. 3–cü yer uğrunda yarışda Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin əməkdaşı Azay
Məmmədov qalib gəlib. Turnirdə yüksək nəticələr
göstərən əməkdaşlar
mükafatlandırılıblar.
Tədbirə qatılan şahmat
üzrə qrossmeyster
Sərxan Quliyev yarış iştirakçıları
ilə eyni zamanda oyun seansı
keçirib.
Ülvi QARAYEV
Respublika.- 2013.- 28 aprel.- S. 12.