Azərbaycan dünya iqtisadiyyatına uğurla inteqrasiya olunur

 

 

Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiya prosesi davamlı və yüksək templidir. Dünya iqtisadiyyatında xarici ticarət əməliyyatları və investisiya qoyuluşu hazırkı beynəlxalq iqtisadi  prosesdə həyati əhəmiyyətə malikdir.  Ölkəmizin bu istiqamətdə yürütdüyü siyasətə uyğun fəaliyyətinin müsbət yekunları göz qabağındadır. Azərbaycan Prezidenti İlham Əliyev dövlətin xarici siyasətinin mahiyyəti və uğurları barədə vurğulayıb: “Bizim siyasətimiz, addımlarımız, xoş niyyətimiz və xarici siyasətimizin əməkdaşlıq üzərində qurulması bizə böyük dostlar düşərgəsi qazandıra bilmişdir.  Təsadüfi deyildir ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasına 155 ölkənin dəstəyi ilə üzv seçilmişdir. Bu, bizim böyük siyasi, diplomatik qələbəmizdir, müstəqil Azərbaycanın böyük  uğurudur...  Xarici siyasətlə bağlı təşəbbüslərimiz, eyni zamanda, bizim iqtisadi imkanlarımızı da artırır. Çünki hazırda Azərbaycanın iqtisadi inkişafı, o cümlədən xaricə qoyulan investisiyalar ilə də bağlı olacaqdır.  Belə olan halda dünyada nə qədər çox dostlarımız olsa, bizim iqtisadi inkişafımız bir o qədər uğurlu olacaqdır”.

 Beynəlxalq mənzərəyə diqqət etdikdə aydın görünür ki, bir sıra hallarda dövlətlərin iqtisadi mənafeləri qarşılıqlı maraqları təmin etmədikdə müxtəlif xarakterli siyasi, sosial kataklizmlərlə və hətta hərbi toqquşmalarla nəticələnir.  Dünya siyasətində baş verən proseslərlə yaxından tanış olduqda aydın olur ki, ən doğru yol balanslaşdırılmış siyasət və milli mənafeyi nəzərə almaqla beynəlxalq iqtisadiyyata  inteqrasiya yoludur. Bu yol ən pozitivperspektivli nəticələrə istaqamətlənib. Bu siyasət dövrün tələbidir. Məlumdur ki, dünya ölkələrində maddi ehtiyatlar bərabər səviyyədə yerləşməyib.  Mütləq bir ölkənin digərindəki maddi nemətə ehtiyacı vardır. Müasir şəraitdə qabaqcıl texnologiyasız  da heç bir ölkə əlahiddə inkişaf edə bilməz.  Elmi-texniki tərəqqi beynəlxalq intellektdən bəhrələnir və irəliləyir.  Digər tərəfdən, dünyada demoqrafik vəziyyət ildən-ilə  dəyişir, əhalinin ümumi sayı sürətlə artır. Bu artım hər ölkə qarşısında özünəməxsus iqtisadisosial tələblər qoyur. Bu tələbi ödəmək üçün isə beynəlxalq səmərəli əməkdaşlıq məsələləri vacib proses kimi həm hər bir dövlətin, həm də onların yaratdıqları birliklərin, təşkilatların qarşısında durur. Qloballaşma prosesi də məhz bu ümumdünya inteqrasiyasını özündə ehtiva etməkdədir. Təbii ki, dünya miqyasında hər bir dövlətin müxtəlif sosial-iqtisadi, siyasi səviyyəsi vardır.  Ölkələr bu baxımdan üç qrupa bölünür: inkişaf etmiş, inkişaf etməkdə olan və geridə qalmış, yaxud kasıb dövlətlər.  Bu transmilli prosesdə inkişaf etmiş  dövlətdən  iqtisadisiyasi asılılığa düşməmək, milli-mədəni və şüur  baxımından assimilyasiyaya uğramamaq, bir xalq, millət kimi tarixin səhifəsindən silinməmək üçün ümummilli mənafelərə uyğun, müstəqil iqtisadi, siyasi kursa malik olmaq zərurət kimi meydana çıxır.  Azərbaycan rəhbərliyi öz düşünülmüş siyasəti ilə milli mənafeyə müvafiq strategiyaya uyğun səmərəli beynəlxalq əməkdaşlıq xəttini bərqərar edib, günü-gündən də bu mövqeyi möhkəmləndirir.  Beləliklə, ölkəmiz dünya iqtisadiyyatında uğurla  təmsil olunur və beynəlxalq əlaqələrdə ümummilli məqsəd və mənafeləri də hər bir addımda  ön mövqedədir. Həmin əlaqələr həm də qarşı tərəfin də mənafeyinə uyğun olduğu və maraqları ödəndiyi üçün dövlətlərarası əməkdaşlığın sərhədləri daim genişlənməkdədir. Belə ki, 2003-cü ildə ölkəmiz 124 ölkə ilə ticarət əməliyyatı aparırdısa, 2012-ci ildə bu rəqəm 155-ə çatmışdır.  Bu ilin yanvar-sentyabr aylarında isə ölkəmizin rezidentləri dünyanın 144 ölkəsinin hüquqifiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirmiş, 97 ölkəyə əmtəə ixrac olunmuş, 137 ölkədən idxal olunmuşdur. Doqquz ayda xarici ölkələrlə 26,1 milyard ABŞ dolları həcmində ticarət əməliyyatları aparılmışdır. Bu rəqəmin 8,1 milyard dollarlığı idxalın, 18 milyard dollarlığı isə ixracın payına düşmüşdür, 9988,8 milyon dollarlıq müsbət saldo yaranmışdır. Əvvəlki ilin müvafıq dövrü ilə müqayisədə əmtəə mübadiləsinin  dəyəri müqayisəli qiymətlərlə 10,3 faiz, o cümlədən ixracın həcm 7.2 faiz, idxalın həcmi isə 17,2 faiz artmışdır. Ticarət əlaqələrinin 11,1 faizi MDB  ölkələri, 88,9 faizi isə digər dövlətlərlədir. MDB üzvü olan ölkələrlə ticarət dövriyyəsinin fiziki həcmində artım 15,6 faiz, digərləri ilə isə 10 faiz olmuşdur. MDB ölkələri  üzvü istisna olmaqla digər dövlətlərə ixrac olunmuş malların dəyəri müqayisəli qiymətlərlə 7 faiz artaraq 17,1 milyard dollar, MDB ölkələrinə isə 17,9 faiz artaraq 949,5 milyon  dollar təşkil etmişdir. Həmin dövrdə idxalın 2 milyard dollarlığı MDB üzv, 6,1 milyard dollarlığı isə digər dövlətlərin payına düşmüşdür. Prioritet elan olunmuş qeyri-neft məhsulları da dünya bazarında çox böyük uğurla realizə olunur. Belə ki, doqquz ayda real iqtisadiyyat

məhsullarının ixracı 1265,5 milyard dollar dəyərində olmuş  artım ötən ilin müvafiq dövrünə nisbətən 13 faiz təşkil etmişdir. Hər nəfərə düşən qeyri-neft məhsullarının ixracı 14,2 dollar artaraq 135,8 dollara çatmışdır.  Qeyd etmək lazımdır ki, hesablaşmaların həcmi də ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz artmışdır.   Göründüyü kimi, müstəqilliyinin 22-ci ilini yaşayan Azərbaycan iqtisadiyyatını qısa müddətdə dirçəltmiş, çoxşaxəli, hərtərəfli, davamlı inkişafa nail olmuş, hələ də fəsadları aradan qalxmayan beynəlxalq maliyyə və iqtisadi böhrandan zərər çəkməmiş, əksinə, geniş, davamlı tərəqqi yoluna çıxmışdır. Ölkədə  müasir istehsala nail olunması rəqabətədavamlı iqtisadiyyata səbəb olmuşdur. Mövcud iqtisadi potensialın aşkara çıxarılaraq dövriyyəyə cəlb edilməsi dövlətin iqtisadi qüdrətini daim yüksəldir.  Dövlət iqtisadiyyatın rəqabətədavamlılığını təmin etmək üçün onun bütün sahələrinə sərmayə yönəldiməsini diqqət mərkəzində saxlayır və ayrılan vəsaitləri daim artırır. Belə ki, bu ilin doqquz ayında iqtisadiyyata 14,8 milyard manatlıq, əvvəlki illə müqayisədə 30 faiz şox sərmayə yönəldilmişdir.  Bu məbləğin 34,7 faizi dövlətin, 62,6  faizi özəl bankların, 2,7 faizi isə bank olmayan kredit təşkilatlarının payına düşür.  Azərbaycanın davamlı sosial-iqtisadi uğurları və rəqabətədavamlı ümumi daxili məhsulları sayəsində artıq investisiyalarsosial proqramlar da daxili imkanlar hesabına icra edilir.

Qarşılıqlı mənafeli əməkdaşlıq hər dövlətdən xarici kapital qoyuluşunu da tələb edir. Lakin bu proses ölkənin siyasiiqtisadi asılılığına səbəb olmamalıdır.  Azərbaycan artıq iqtisadisiyasi müstəqilliyinə nail olub. Ölkəmizdə iqtisadiyyata kifayət qədər böyük məbləğdə investisiya qoyulub. Son 10 ildə iqtisadiyyatın inkişaf etdirilməsinə, müxtəlif sosialinfrastruktur layihələrinin həyata keçirilməsinə 109,8 milyard manat (131,9 milyard ABŞ dolları) həcmində sərmayə yönəldilmişdir. Əsas cəhət ondadır ki, artıq yerli  sərmayə qoyuluşu daim  artır.  Belə ki, hazırda  göstərilən məbləğin  50, 6 faizi  daxili mənbələrin  payına düşür. Bu dövrdə istifadə olunan investisiyaların 40,7 milyard manatı neft-qaz sektorunun, 69,1  milyard manatı ( 63 faizi )  isə  qeyri-neft sahələrinin və  maliyyə bazarının inkişafına yönəldilmişdir. Əgər  2003-cü ilin rəqəmlərinə diqqət  etsək, görərik ki, ölkəmizdə ümumi investisiya qoyuluşu çox sürətlə —5,1 dəfə, o cümlədən qeyri-neft sektoruna  yönəldilmiş investisiyaların 14 dəfə artmasına, 2012-ci ildə isə rekord həddə —25,8 milyard ABŞ dollarına çatmasına nail olunmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev deyib: Davam edən qlobal maliyyə və iqtisadi böhran onu göstərir ki, kim öz hesabına yaşamır, borc hesabına yaşayır, eyni zamanda, sosial  proqramları borcun götürülməsi hesabına icra edir, nəticədə bu ölkələr böyük çətinliklərlə üzləşəcəklər. Çünki gec-tez bu borclanma gəlib son həddə çatacaqdır. Biz isə investisiya proqramlarımızı və sosial proqramları öz imkanlarımızla icra edirik”.

Bu gün aşkardır ki, müasir şəraitdə heç bir dövlət  beynəlxalq iqtisadi, ticari  əlaqələr  qurmadan özü inkişaf edə  bilməz. Azərbaycan dövlətinin  yürütdüyü xarici siyasəti şəffafdır, açıqdır, səmimidir, qarşılıqlı etimada əsaslanır.  Bu isə  dünyada sülhün, sabitliyin qorunmasına və sosial-iqtisadi inkişafa səbəb olmaqdadır. Azərbaycanda həyata keçən nəhəng beynəlxalq iqtisadi layihələr digər   ölkələrin də maraqlarına xidmət edir, çünki bu səmərəli əlaqələr  neçə-neçə dövlətin iqtisadiyyatının dirçəldilməsinə və tərəqqisinə də  səbəb olmaqdadır. Hazırda ölkəmiz beynəlxalq enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayır və bu mövqe daim möhkəmlənir. Makroiqtisadi proqnozlara görə, bu il ölkədə ümumi daxili məhsul istehsalının 55 milyard manat  yaxud da 70 milyard dollar olacağı gözlənilir. Bu, əvvəlki illə müqayisədə 4,5 faiz artım deməkdir. Yüksəliş qeyri-neft sektorunun sürətli inkişafı nəticəsində əldə ediləcəkdir. Bu sürətli artım Azərbaycanı bir neçə ildir ki, sərmayə cəlb edən ölkədən donor ölkəyə, kredit yönəldən  dövlətə çevirib. Hazırda  xarici sərmayə qoyuluşu milyardlarla dollar

həcmindədir, bu sahədə ölkəmizə müraciət edən dövlətlərin sayı artır və bu fəaliyyət sahəsinin sərhəddi daim genişlənir. Azərbaycanın kapital yönəltdiyi nəhəng transmilli layihələrin də həm iqtisadi, sosial həm də siyasi əhəmiyyəti çox böyükdür. Bu layihələrdən biri olan Bakı-Tbilisi-Qars dəmir yolunun inşası başa çatmaq üzrədir. Bu nəqliyyat dəhlizinin reallaşması Pekindən Londona qədər iki qitə arasında əlaqə yaradacaq, onlarca dövlət bu tranzit xəttindən istifadə edə biləcəkdir. Digər bir layihə —TANAP-ın da çox böyük iqtisadisiyasi əhəmiyyəti vardır. Dövlət başçısı bu barədə demişdir: “TANAP layihəsinin həyata keçirilməsi Avropanın enerji xəritəsini tamamilə yenidən quracaqdır. Bu xəritədə Türkiyə və Azərbaycanın rolu xüsusi  yer tutacaqdır. Çünki TANAP layihəsi dünya miqyasında enerji layihələri arasında ən böyük layihələrdən biridirbunu biz edəcəyik. Bu məsuliyyəti, bu siyasi yükü, maliyyə yükünü Türkiyə və Azərbaycan  öz üzərinə götürmüşdür.  Biz burada  da birgə səylərlə liderlik nümayiş etdiririk. Bizim liderliyimizin sayəsində bir çox ölkələr fayda  götürəcəklər. Çünki bugünkü  dünyada enerji siyasətini xarici siyasətdən ayırmaq mümkün deyil”.

Hər bir belə layihə sosial-iqtisadi inkişafı təmin etməklə bərabər, həmin region dövlətlərinin də siyasi bağlantılarının güclənməsinə və strateji tərəfdaşlığına səbəb olur. Ona görə də Azərbaycan rəhbərliyi regional əməkdaşlığın güclənməsində öz səyini əsirgəmir. Bütün bu səmərəli pozitiv fəaliyyət və uğurlu nəticələr həm də bu zəmində Azərbaycan xalqının rifah halının daim yüksəlişinə və dövlətin inkişaf səviyyəsinin mütəmadi artmasına istiqamətlənib. Çünki dövlətin siyasəti o zaman uğur qazanır,  qüdrəti o zaman artır ki, iqtisadiyyatsosial sahələrin inkişafı vəhdət təşkil etsin,  bir-birini tamamlasın. Dövlət başçısı ölkəmizdə iqtisadisosial sahələrin vəhdətdə, paralel tərəqqisi və gələcək perspektivi barədə deyib: “Biz çox ciddi sosial siyasət aparmışıq, aparırıq və aparacağıq. Ancaq bunun mənbəyi Azərbaycan iqtisadiyyatıdır. İqtisadi inkişaf sosial məsələlərin həllinə də gətirib çıxarmalıdır. Burada, əlbəttə ki, uzlaşma düzgün aparılmalıdır. Çünki hər bir ölkənin inkişafı ilk növbədə insanların həyat tərzində özünü göstərməlidir. Və insanların yaşayış səviyyəsi qalxdıqca, yeni imkanlar yarandıqca, əlbəttə ki, ölkə iqtisadiyyatı daha da inkişaf edəcəkdir. Azərbaycanın bu sahədə təcrübəsi vardır”.

 

Ataş CƏBRAYILOV,

 

Respublika.-2013.- 1 dekabr.- S.1;4.