Azərbaycanda Olimpiya hərəkatının inkişafı tarixi prizmadan

 

Bakı, 30 noyabr (AzərTAc). İnsan cəmiyyəti inkişaf etdikcə bir çox məfhumlar öz ilkin və ya qəbul edilmiş rolunu, təsir obyektlərini və məqsədlərini dəyişə bilir. İdman və fiziki tərbiyə də əsrlərdən-əsrlərə inkişaf edərək özünün ilkin yaşamaq uğrunda mübarizə, daha sonra sağlamlıq və pedaqoji tərbiyə vasitəsi kimi funksiyalarını aşaraq, cəmiyyətdə qlobal siyasi, iqtisadi və sosial məsələlərin həllində mühüm rol oynayan çoxşaxəli və effektiv təsirə malik fenomenə çevrilmişdir.  İdman vasitəsilə daha firavan, sülhsevər, insan ləyaqətinə hörmətlə yanaşılan bir dünya qurmaq ideyası ətrafında inkişaf edən Olimpiya Hərəkatının müasir idmanın mənəvi dəyərləri və vəzifələrinin müəyyən edilməsində xüsusi rolu vardır.

Hər cür ayrı-seçkiliyə qarşı çıxan Beynəlxalq Olimpiya Komitəsi öz universal fundamental prinsipləri ətrafında dünya dövlətləri və xalqlarını birləşdirməyə nail olmuş və müasir idmanın həqiqətən bəşəriyyətin inkişafına xidmət etməsi üçün təşkilatlı və səmərəli şəkildə fəaliyyət göstərməyə nail olur. Beynəlxalq Olimpiya Komitəsinin səmərəli fəaliyyətinin təməli onun fəlsəfi mükəmməlliyi, hüquqi bazası və təşkilati idarəetmə prinsipləri üzərində qurulsa da, bir beynəlxalq təşkilat kimi hərəkatın uğurları, şübhəsiz onun üzvləri və həmkarlarının birgə fəaliyyət və nailiyyətlərinin məcmusu ilə səciyyələnir.

Olimpiya Xartiyasında deyilir: “Milli Olimpiya Komitələrinin missiyası onlara müvafiq ölkələrdə Olimpiya Xartiyası əsasında Olimpiya hərəkatının inkişafı, tərəqqisi və müdafiəsini təmin etməkdən ibarətdir.” Odur ki, bu missiyanın həyata keçirilməsi üçün üzv ölkələrdə Milli Olimpiya Komitələri cəmiyyətin ayrı-ayrı təbəqələrini, qeyri-hökumət təşkilatlarını və ən başlıcası, dövlət qurumlarını qarşıya qoyulmuş məqsədə nail olmaq üçün stimullaşdırmalıdır.

Fəaliyyəti bir əsrdən artıq dövrü əhatə Beynəlxalq Olimpiya Hərəkatına qoşulmuş bir çox ölkələr Olimpiya fəlsəfəsinin təbliği, Olimpiya Oyunlarında iştirak və hazırlığının təşkili məsələlərində uzun müddətli təcrübəyə malikdirlər. Dünyanın siyasi xəritəsi dəyişdikcə, Olimpiya Hərəkatının üzvlərinin say tərkibi və yaxud iştirak edən xalqların dövlət mənsubiyyətində də müəyyən dəyişikliklər baş verir.

Doxsanıncı illərdə dünyada baş verən mühüm siyasi  hadisələr yeni müstəqil dövlətlərin yaranması ilə nəticələndi. Yetmiş ildən artıq bir zaman kəsiyində, SSRİ-nin tərkibində birgə fəaliyyət göstərən və dünyanın ictimai-siyasi müstəvisində bir dövlətin bayrağı altında təmsil olunan on beş Sovet Sosialist Respublikası da bir-birinin ardınca müstəqillik əldə edərək, keçid dövrünün bütün siyasi, iqtisadi və sosial problemləri ilə birgə yeni bir həyata, onilliklərlə təcrid olunmuş böyük dünyaya öz xəfif addımlarını atmağa cəhd göstərməyə başladılar. Bu dövlətlərin arasında müstəqil Azərbaycan Respublikası, həmin beynəlxalq təşkilatların sırasında Beynəlxalq Olimpiya Komitəsi də var idi. O zaman bir-birinə çox uzaq görünən bu iki obyekt, qarşılıqlı səylər nəticəsində bu gün böyük inkişaf yolu keçmiş və əməkdaşlıqları dünya ictimaiyyətinə nümunə göstəriləcək bir həddə çatmışdır.

 Zirvəyə Aparan Yol

Sosializm cığırı ilə Olimpizmə gedən yol

Ölkəmizdə Olimpiya Hərəkatına böyük önəm verilir. Cəmiyyətimizdə “Olimiya Oyunları”, “Olimpiada” sözləri “Olimpiya Hərəkatı” və “Olimpizm” ifadələrindən daha çox işlənilir və daha aydın başa düşülür. Əlbəttə, bunun da öz səbəbləri vardır. Dörd ildən bir təşkil edilən bu möhtəşəm bayramın təntənəsinin canlı yayım vasitəsilə hər kəs üçün əlçatan olması və dünya dövlətlərinin çox böyük əksəriyyətinin bu festivalda iştirakı onun dünyada daha çox tanınmasına və səbirsizliklə gözlənilməsinə təsir edən ən əsas səbəbdir. Digər tərəfdən, Azərbaycan idmançılarının Olimpiya Oyunlarında birinci dövr iştirakı keçmiş SSRİ-nin tərkibində yaşanılan dövrə təsadüf edir və bu dövrdə sovet siyasi ideologiyasının digər “burjua” mənşəli fəlsəfi təsirlərə məruz qalmaq ehtiyatından irəli gələrək “Olimpizm” konsepsiyasının təbliği məsələləri o qədər də cəlbedici deyildi. Hərçənd, Rusiya İmperiyası Olimpiya Oyunlarına 1900-cü ildən (İİ Olimpiya Oyunları, Paris) qoşulmuş, daha sonra 1908 və 1912-ci illərdə də bu oyunlarda iştirak etmişdi, 1917-ci il inqilabından və 1922-ci ildə SSRİ-nin yaradılmasından sonra Sovet İttifaqının komandası yalnız 1952-ci ildə Olimpiya Oyunlarında iştirak etməyə başlamışdı.

Azərbaycan idmançıları da elə həmin ildə ilk dəfə keçmiş SSRİ komandasının tərkibində XV Yay Olimpiya Oyunlarında (Helsinki, 1952) beş idmançı ilə iştirak etmiş və xalqımızın idman tarixində ilk Olimpiya medalını qazanmışlar (güləşçi Rəşid Məmmədbəyov). Bu Olimpiadada respublikamızı təmsil edən daha bir idmançı da Olimpiya Oyunlarının bürünc mükafatını qazanmağa nail olmuşdu.

II Dünya müharibəsindən sonra nüvə silahına malik dünyanın iki nəhəng dövləti  SSRİ və ABŞ arasında başlamış soyuq müharibə, bu ölkələrin hər hansı vasitə ilə bir-birinə təsir etmək və qüdrətini nümayiş etdirmək istəyi, eyni zamanda qarşı tərəfin hücumuna hər an hazır olmaq tələbi, əhalinin fiziki və psixoloji hazırlıq məsələlərinin daim diqqətdə saxlanması, əhalinin bütün təbəqələrinin kütləvi şəkildə bədən tərbiyəsi və idmanla məşğul olmağa çağırışı, nəticədə hər iki ölkədə idmanın əsaslı inkişafına və dünyanın ən mötəbər idman tədbiri olan Olimpiya Oyunlarının liderliyinin də əsasən bu iki dövlətin komandaları arasında bölüşməsinə gətirib çıxardı. Sovet hökumətinin “SSRİ xalqlarının birinci Spartakiadasının hazırlanması və keçirilməsi haqqında” qərarı müttəfiq respublikalarda, o cümlədən Azərbaycan SSR-də də bədən tərbiyəsi və idmana marağı artırır, Azərbaycan idmançılarını həm ittifaq, həm də beynəlxalq səviyyəli yarışlarda yüksək nailiyyətlər qazanmağa sövq edirdi. SSRİ xalqlarının Spartakiadası ölkənin Olimpiya yığması üçün ən güclü idmançıları seçmək və ölkədə bədən tərbiyəsi və idmanın inkişaf səviyyəsini müəyyən etməyə yaxşı imkan yaradırdı. Melburn Olimpiadasından əvvəl 1956-cı ildə ilk dəfə keçirilən Spartakiada SSRİ-nin qarşıdakı Oyunlara yüksək səviyyədə hazırlığı təmin etdi. XVI Melburn Olimpiadasında (1956) Azərbaycan atleti Yuri Konavalov estafet yarışlarında digər komanda üzvləri ilə birgə Olimpiadanın gümüş medalını qazandı.

1960-cı ildə Romada keçirilən XVII Yay Olimpiya Oyunlarında da Azərbaycanın iki idmançısı SSRİ Olimpiya yığmasının tərkibinə daxil edilmişdi. Onlardan biri Yuri Konavalov Melburn Olimpiadasında əldə etdiyi nailiyyəti (estafet yarışı, gümüş medal) yenidən təkrarladı və digər idmançımız Yevgeni Saltsin vaterpol komandasının heyətində daha bir gümüş medala sahib oldu.

Növbəti XVIII Tokio Olimpiya Oyunlarında respublikamızın altı təmsilçisi Sovet Olimpiya heyətində mübarizəyə qatılmışdı. Bu Oyunlarda təmsilçilərimizin müxtəlif idman növlərindən çıxış etməsi artıq yeni idman növlərinin Azərbaycanda inkişafının yüksəlməsindən xəbər verirdi. Bu idmançılar arasında ilk qadın olimpiyaçımız, voleybolçu İnna Rıskal da vardı. Onun komandada liderliyi nəticəsində SSRİ yığması qadınlar arasında voleybol üzrə Olimpiya Oyunlarının gümüş medalını qazandı, sərbəst güləşçimiz Aydın İbrahimov isə yarışlarda bürünc medala layiq görüldü. Azərbaycanın iki vaterpolçusunun iştirak etdiyi (Nikolay Kuyznetsov və Zenon Bortkeviç) sovet komandası da Oyunların bürünc mükafatını almağa müvəffəq oldu. Tokio Oyunlarında Azərbaycan təmsilçisinin Olimpiya tarixində ilk dəfə Olimpiya çempionu titulunu qazanması ilə yeni bir şanlı bir səhifə yazıldı. Bu sevinci xalqımıza beşnövçülük yarışlarında uğurla çıxış edən Viktor Mineyev yaşatmışdı.

Mexiko Oyunlarında (1968) respublikamız üç qadın idmançı ilə təmsil olunurdu. Onlardan ikisi - voleybolçular İnna Rıskal və Vera Lantratova Mexiko Olimpiadasının çempionları kimi vətənə döndülər. Suyatullanma yarışlarında çıxış edən idmançımızın nəticəsi yüksək olmasa da, bu, respublikamızda su idman növlərinin və eləcə də qadınların idmanla fəal məşğul olaraq ən mötəbər yarışlarda iştirak etməsinə sözsüz ki, gözəl nümunə idi.

XX Yay Olimpiya Oyunlarının (Münhen, 1972) Olimpiya tarixində qanlı iz qoymasına baxmayaraq (İsrail idmançıları ərəb mənşəli terroristlər tərəfindən girov götürülmüş və azadetmə əməliyyatı zamanı 9 idmançı həlak olmuşdur), Oyunlar dayandırılmadı və Azərbaycandan da üç idmançı yarışlarda  mübarizəyə qoşuldu. Olimpiya çempionu İnna Rıskal voleybol üzrə SSRİ yığmasının tərkibində yenidən Olimpiya çempionu adını qazandı. Yüngül atlet Aleksandr Karnelyuk estafet qaçışında gümüş medal qazanaraq, Azərbaycan yüngül atletika məktəbinin ənənələrini uğurla davam etdirdi.

Otuz iki Afrika ölkəsinin boykotu ilə başlayan 1976-cı ildə Kanadanın Monreal şəhərində keçirilən XXI Yay Olimpiya Oyunlarında SSRİ olimpiyaçılarının arasında yenə də ikiqat Olimpiya çempionu İnna Rıskal vardı. O, bu dəfə dördüncü Olimpiya medalını (gümüş) qazandı. Daha iki təmsilçimiz Rəfiqə Şabanova və Lyudmila Şubina Olimpiya proqramına ilk dəfə daxil edilən həndbol idman növü üzrə Sovet İttifaqının yığma komandasının tərkibində Olimpiya çempionu adına layiq görüldülər. Bu qələbə uzun illər Azərbaycanda həndbolun populyarlığının saxlanılmasına öz təsirini göstərdi.

1979-cu ildə Sovet ordusunun Əfqanıstana daxil olmasına cavab olaraq ABŞ hökuməti digər dövlətləri 1980-ci il SSRİ-nin paytaxtı Moskva şəhərində keçiriləcək XXII Yay Olimpiya Oyunlarını boykota çağırır və ona tərəfdaş çıxan bir çox ölkə (65 ölkə) Olimpiya Oyunlarında iştirakdan imtina edir. Buna baxmayaraq Moskva Olimpiadası yüksək səviyyədə təşkil olunur. Bu Olimpiadada Azərbaycanın 6 idmançısı SSRİ komandasının heyətində çıxış edir və hər biri vətənə Olimpiya mükafatı ilə dönür. Larisa  Savkina həndbol üzrə Olimpiya çempionu olur. Vasili Yakuşa birnəfərlik qayıqda, Viktor Pereverzev, Gennadi Kryuçkin və Aleksandr Lukyanov akademik avarçəkmənin digər növü üzrə gümüş medallar, Tatyana Şvıqanova qadınlar arasında otüstü xokkey yarışlarında bürünc mükafat əldə edirlər.

Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Oyunlarının siyasətdən kənar olmasına dair çağırışlarına baxmayaraq, Olimpiya Oyunlarının bütün dövrlərdə qismən siyasi təsirlərə məruz qaldığı müşahidə olunmuşdur. 1980-ci il Moskva Olimpiadasının boykot edilməsinə cavab olaraq 1984-cü ildə Los-Ancelesdə (ABŞ) keçirilən XXIII Olimpiya Oyunlarına Sovet İttifaqı və onun on üç kommunist müttəfiqi  qatılmır. Beləliklə, bir olimpiya dövrü ərzində (4 il) möhtəşəm idman bayramına hazırlaşan, kommunist rejimində yaşayan atletlər olimpiyaçı olmaq imkanından məhrum olur.

Seul Olimpiya Oyunları (1988) Olimpiya tarixində nəzərəçarpan inkişafla xatırlanır. Bu Olimpiadada iştirakçı ölkələrin və idmançıların sayı əvvəlki Monreal və Moskva Olimpiya Oyunlarından təqribən iki dəfə artıq idi. Sevindirici hal odur ki, bu yarışlarda respublikamızın təmsilçilərinin də sayı əvvəlki Olimpiadalara nisbətdə böyük fərqlə artaraq 18 nəfərə çatmışdı. İdmançılarımız yeddi idman növü üzrə mübarizədə iştirak etmişdilər. Bu, böyük irəliləyiş idi. Avarçəkmə üzrə on bir təmsilçimizdən Vasili Yakuşa (ikinəfərlik qayıqda) bürünc medal, Aleksandr Lukyanov isə (səkkiznəfərlik qayıqda) gümüş medal qazanır. Qeyd etmək lazımdır ki, sovet avarçəkənləri XXIV Yay Olimpiya Oyunlarına 1980-ci illərdə Azərbaycanda istifadəyə verilmiş “Kür”  olimpiya avarçəkmə bazasında hazırlıq keçmişdilər. Həndbolçu Elina Quseva Sovet komandasının tərkibində bürünc medal qazanaraq Azərbaycan həndbol məktəbinin növbəti dördüncü Olimpiya mükafatçısı olur. Azərbaycan idmançıları İlqar Məmmədov və Boris Koretskinin daxil olduğu SSRİ-nin rapira üzrə komandası qızıl medala layiq görülür. Sovet futbolçularının da qazandığı Olimpiya qızılından həmyerlimiz İqor Ponomaryovun simasında Azərbaycana pay düşür (qızıl medal). Beləliklə, SSRİ-nin tərkibində Olimpiya Oyunlarında son çıxışından idmançılarımız Azərbaycana altı Olimpiya mükafatı - üç qızıl, bir gümüş, iki bürünc medal gətirir. Digər idman növlərində təmsil olunan idmançılarımızdan Məhyəddin Allahverdiyev (yunan-Roma güləşi üzrə üç qat dünya çempionu) bu yarışlarda dördüncü, stolüstü tennisçi Valentina Popova isə altıncı olmuşdular.

Seul Olimpiya Oyunlarında xalqımız daha bir sevinc və qürur hissini Azərbaycan güləş məktəbinin yetirməsi, həmin dövrdə Belarusda yaşayan Kamandar Məcidovun Olimpiya çempionu titulunu qazanması ilə yaşadı.

Beləliklə, Azərbaycanın Sovet İttifaqının tərkibindəki 36 illik Olimpiya dövrü (1952-1988-ci illər), doqquz Olimpiya Oyunlarında iştirakı şanlı səhifələrlə tarixə yazılmışdır. Azərbaycan idmançılarının Sovet Olimpiya  komandasının tərkibinə daxil edilməsi əslində çox ağır bir proses idi.

İlk növbədə 15 respublika idmançıları arasında ən güclü olduğunu sübut etmək lazım idi. Bundan əlavə, milli mənsubiyyətlə bağlı seçim qarşısında xalqımızın nümayəndələri heç də üstün mövqeyə malik deyildilər.

Bütün bunlarla yanaşı, müstəqil Azərbaycan Respublikasının idman şərəfini möhtəşəm Olimpiya Oyunlarında layiqincə qorumaq üçün xalqımızın kifayət qədər böyük potensialı, mütəxəssisləri, idmançıları, təcrübəsi və qələbə əzmi vardı və bu potensial müstəqillik dövründə yenidən möhtəşəm nailiyyətlər əldə olunmasına şərait yaratdı.

 Müstəqillik dövrünün Olimpiya sevincləri

1992-ci il Barselonada keçirilən XXV Yay Olimpiya Oyunları ilə ondan əvvəl Seul Olimpiya Oyunları (1988) arasındakı tarixi dövr dünyanın siyasi vəziyyəti və xəritəsində ciddi dəyişikliklərlə yaddaşlara həkk olundu. İlk növbədə SSRİ-nin dağılması ilə soyuq müharibəyə son qoyuldu və Olimpiya Oyunlarının boykotuna səbəb olan münasibətlər çözüldü. Cənubi Afrika, Şimali Koreya və Kuba Oyunlara yenidən qatıldı, Almaniya bir bayraq altında birləşərək mübarizəyə qoşuldu və SSRİ-nin dağılması ilə on iki keçmiş sovet respublikası Müstəqil Dövlətlər Birliyinin (MDB)  komandası şəklində Olimpiya Oyunlarında iştirak etməli oldular. Post-sovet respublikalarının müstəqillik əldə etmələrinə baxmayaraq, suveren dövlət kimi Barselona Olimpiadasında iştirak edə bilməməsinin səbəblərindən biri idmançıların Oyunlara lisenziya qazanmaq uğrunda çıxış etdikləri yarışlarda hələ müstəqil dövlətlərini təmsil edə bilməməsi, digər səbəb isə yeni müstəqillik əldə etmiş dövlətlərin Milli Olimpiya Komitələrinin Beynəlxalq Olimpiya Komitəsi tərəfindən hüquqi qurum kimi tanınmaması idi. Bunun üçün tələb olunan prosedurların həyata keçirilməsi vaxt etibarilə mümkün olmamışdı. Bunları nəzərə alaraq Beynəlxalq Olimpiya Komitəsi keçmiş sovet respublikalarının idmançılarını MDB komandası şəklində, Beynəlxalq Olimpiya Komitəsinin bayrağı altında iştirakına icazə verir. Oyunlar zamanı komanda yarışlarında Beynəlxalq Olimpiya Komitəsinin bayrağı və himninin, şəxsi birinciliklərdə isə idmançının təmsil etdiyi ölkənin bayrağının və himninin istifadə edilməsi qərarlaşdırılır. XXV Yay Olimpiya Oyunlarının açılış mərasimində MDB komandası Beynəlxalq Olimpiya Komitəsinin və Birlik üzvü olan ölkələrin bayraqları altında meydana daxil olur.

Azərbaycan idmançıları Nazim Hüseynov, Valeri Belenki, İlqar Məmmədov, Valeri Timoxin və Valentina Papova tarixdə ilk dəfə Olimpiya stadionunda müstəqil Azərbaycan dövlətinin bayrağı altında dövrə vurdular. Sadəcə bu yürüşün yenicə müstəqillik qazanmış xalqımız üçün nə qədər dəyərli və qürurverici olduğunu xatırlamaq özü insana yenidən ruh və həyəcan hissləri yaşadır.

Dünyanın ən mötəbər idman yarışında əldə etdiyi qızıl medalla müstəqil dövlətimizin bayrağını ucaltmaq və himnini səsləndirmək şərəfi cüdoçumuz Nazim Hüseynova nəsib oldu. Digər idmançımız Valeri Belenki gimnastika yarışlarında komanda hesabında birinci yer tutaraq qızıl, şəxsi hesabda isə üçüncü yer tutaraq bürünc medal qazandı. Bu nəticələr xalqımızın müstəqillik tarixinin ilk şanlı səhifələrindən idi. Keçid dövrünün ağır sosial-iqtisadi problemləri, torpaqlarının işğalı və qeyri-stabil siyasi durumun gərginliklərini yaşayan xalqımız üçün bəşəriyyətin belə mötəbər tədbirində müstəqil dövlətinin bayrağının ucaldığını görmək, dahi Üzeyirin xalqımızın coşqu dolu ruhunu şövqlə ifadə etdiyi müstəqil Azərbaycan Respublikasının himninin bütün dünyaya səsləndirilməsini müşahidə etmək kövrək addımlarla irəliləyən dövlətimizin gələcəyinə, əzmkarlıqla hər cür çətinliyi dəf edəcəyinə inam hissi yaradırdı. Bu, həmin dövrdə xalqımız üçün çox şeydən vacib idi.

Azərbaycanın müstəqil dövlət kimi Olimpiya Oyunlarında ilk dəfə təmsil olunması Müasir Olimpiya Oyunlarının yüz illik yubileyinə təsadüf etdi. 1896-cı ildə yenidən bərpa edilmiş I Müasir Olimpiya Oyunlarından (Afina, Yunanıstan) düz bir əsr sonra, say etibarilə XXVI olan Olimpiada Amerika Birləşmiş Ştatlarının Atlanta şəhərində (1996-cı il) təşkil edilmişdi. 1993-cü ildə Beynəlxalq Olimpiya Komitəsi artıq Azərbaycan Milli Olimpiya Komitəsini rəsmi olaraq tanıdığından bu möhtəşəm idman bayramının açılış mərasimində Azərbaycan Respublikasının adı ilk dəfə müstəqil dövlət kimi səsləndi. Müstəqil Azərbaycan Atlanta Olimpiadasında iyirmi üç idmançı ilə təmsil olunurdu. Əslində bu rəqəmin özü böyük irəliləyiş idi.

Təbii ki, bu irəliləyişlərə təkan verən əsaslar ölkəmizin ictimai-siyasi həyatındakı ciddi dəyişikliklərlə bağlı idi. 1993-cü ildə xalqın təkidi ilə ölkə rəhbərliyinə qayıtmış Heydər Əliyevin apardığı daxili və xarici siyasət nəticəsində respublikada stabillik yaranır, dövlət quruculuğu istiqamətində ciddi addımlar atılırdı. Görülən qlobal işlər çərçivəsində gənclərin problemləri və idman sahəsinin demək olar ki, dağıdılmış maddi texniki bazası və sisteminin yenidən bərpası məsələləri də uzaqgörən siyasətçinin diqqətindən kənarda qalmırdı. 1993-cü ilin oktyabrında ümumxalq səsverməsi nəticəsində Azərbaycan Prezidenti seçilmiş Heydər Əliyev artıq 1994-cü il iyulun 26-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yaradılması haqqında fərmanı imzalamışdı. Bu fərmanda yeni yaradılmış nazirliyin başlıca fəaliyyət istiqamətləri müəyyən edilmiş, müstəqil dövlətin amallarına cavab verən mütərəqqi gənclər qüvvəsinin hazırlanması üçün tələb olunan dəstəklə yanaşı, ölkədə bədən tərbiyəsi sahəsində milli proqramın həyata keçirilməsi, bədən tərbiyəsi və idmanın kütləviliyinin artırılması, maddi-texniki bazasının inkişaf etdirilməsi, beynəlxalq idman əlaqələrinin genişlənməsi və digər bu kimi məsələlərin də dövlət gənclər və idman siyasətinin əsasını təşkil etdiyi vurğulanırdı. Gənclər və İdman Nazirliyinin müəyyən olunmuş vəzifələrinin icrasına göstərdiyi səylər, eləcə də qarşıdakı Atlanta Oyunlarına hazırlıq haqqında Azərbaycan Respublikasının Prezidentinin 1995-ci ildə imzaladığı xüsusi sərəncamın yerinə yetirilməsi sayəsində idmançılarımız ciddi hazırlıq keçərək, lisenziyalar və xüsusi iştirakçı dəvətləri əldə edə bilmiş,  XXVI Yay Olimpiya Oyunlarında ilk dəfə iştirak edəcək Azərbaycanın Olimpiya komandasının heyətinə daxil olmuşdular.

1995-ci il mart ayının 5-də ölkə prezidenti Heydər Əliyevin idman ictimaiyyəti ilə görüşdə etdiyi çıxışı və Barselona Olimpiya Oyunlarının qalibi Nazim Hüseynovun “Şöhrət” ordeni, digər on iki idmançının isə “Tərəqqi” ordeni ilə təltif olunması haqqında verdiyi fərman respublikada bədən tərbiyə və idman sahəsinin inkişafına dövlətin xüsusi diqqət yetirdiyini bir daha təsdiqləyərək, bu sahədə çalışan mütəxəssis və idmançılara yeni ruh verdi. 1996-cı ilin iyununda ilk milli Olimpiya komandamızın Atlanta Oyunlarına yolasalma mərasimi  də unudulmaz anlar kimi xatirələrə həkk olundu. Ulu Öndər həmin tədbirdə olimpiyaçılarımıza belə mötəbər yarışda iştirak etməyin xalqımız üçün əlamətdar hadisə olduğunu və idmançılarımızın uğurlarına inandığını söyləmişdi. Bu görüşdə idmançılarımız da qələbə uğrunda əzmlə mübarizə aparacaqlarına və ölkəmizi ləyaqətlə təmsil edəcəklərinə and içdilər.

İdmanın müxtəlif növlərində çıxış edən olimpiyaçılarımız (yüngül atletika, Yunan-Roma güləşi, sərbəst güləş, cüdo, boks, ağır atletika, qılıncoynatma, üzgüçülük, suya tullanma, atıcılıq idman növü) həqiqətən əzmlə yarışaraq idmansevərlərin xatirəsində iz qoymağı bacardılar. Boksçu Ədalət Məmmədov, cüdoçu Zülfiyyə Hüseynova, atıcı İradə Aşumova, güləşçi Məmməd İbrahimov təmsil etdikləri idman növü üzrə ən yaxşı on idmançı sırasında yer aldılar. Olimpiya Oyunlarında ilk dəfə iştirak edən komandamız üçün bu, şübhəsiz, yüksək nəticə idi. Xalqımız isə idmançılarımızın Olimpiya Oyunlarından mükafatla dönəcəklərinə inanır və müstəqil dövlətimizin bayrağının uzaq Amerikada dünya xalqlarının gözü qarşısında ucalacağı anı səbirsizliklə gözləyirdilər. Nəhayət, bu xoşbəxt anı sərbəst güləş üzrə idmançımız, o zaman ikiqat Avropa çempionu Namiq Abdullayev xalqımıza bəxş etdi. Böyük əzmkarlıq və professionallıq nümayiş etdirən güləşçimiz Olimpiya Oyunlarının gümüş mükafatına layiq görüldü. Beləliklə, Azərbaycanın müstəqil dövlət kimi Olimpiya Oyunlarında ilk iştirakı Olimpiya medalı ilə nəticələndi. Bu Olimpiadada idmançılarımızın əldə etdiyi nailiyyətlər artıq ayrıca olaraq Azərbaycan Respublikasının adına yazılır. Bununla da həm xalqımızın və Olimpiya Oyunlarının  tarixində yeni səhifə açıldı. 197 iştirakçı dövlət arasında 61-ci yeri tutmaq, şübhəsiz, böyük qələbə idi. Bu qələbə Azərbaycan xalqı və rəhbərliyi tərəfindən layiqincə dəyərləndirildi. Olimpiya mükafatçısı Namiq Abdullayev Azərbaycan Prezidenti tərəfindən yüksək dövlət mükafatı -  “Şöhrət” ordeni ilə təltif edildi.

1996-cı ildə Azərbaycan idman tarixində daha bir əlamətdar hadisə baş verdi. Bu, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılması və ilk dəfə olaraq milli Paralimpiya komandasının Yay Paralimpiya Oyunlarında iştirakı idi. Cəmi iki idman növü (atletika və pauerlifting) və iki idmançı ilə (Aleksandr Antofi və Gündüz İsmayılov) X Yay Paralimpiya Oyunlarından (Atlanta, 1996) başlanan bu yol sonralar  şanlı zəfər yoluna çevriləcəkdi.

Atlanta Olimpiya və Paralimpiya Oyunlarından sonra ölkənin idman ictimaiyyəti bu mötəbər idman tədbirinə hazırlığın çox ciddi bir proses olduğunu dərk edərək, mövcud imkanları təhlil edib, çatışmazlıqların aradan qaldırılmasının operativ yollarını araşdırmağa başladı. Hərçənd, ölkədə dövlətin idman siyasətini həyata keçirən qurum - Gənclər və İdman Nazirliyi fəaliyyət göstərirdi və qarşıya qoyulmuş məsələləri optimal surətdə həll etməyə çalışırdı. Buna baxmayaraq, keçid dövrünün çoxsaylı problemlərinin həllində, baxımsızlıq üzündən yararsız hala düşmüş idman qurğuları və bazaları, sosial təminat problemləri ucbatından ölkəni tərk etmiş idman mütəxəssisləri və idmançıları vətənə qaytarmaq üçün tələb olunan təxirəsalınmaz danışıqlar, beynəlxalq idman təşkilatlarının tələblərinə müvafiq iş qurmaq bacarığı olan mütəxəssislərin hazırlanması, bədən tərbiyəsi və idmanın təşkilati və hüquqi bazasının təkmilləşdirilməsi və digər vacib məsələlərin çözülməsində yardımçı ola biləcək ictimai quruma ehtiyac duyulurdu. Növbəti Olimpiya Oyunlarına hazırlıq və lisenziyaların əldə edilməsi üçün hazırlığın müvəffəqiyyətli olması üçün vaxt itirmədən fəaliyyətə başlamaq lazım gəlirdi. Təəssüf ki, o dövrdə mövcud olan Milli Olimpiya Komitəsinin fəaliyyəti qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün qənaətbəxş deyildi və bu vəziyyət respublikanın idman ictimaiyyətini narahat edirdi. Nəhayət, 1997-ci ilin iyul ayında Milli Olimpiya Komitəsinin Baş Məclisində qəbul edilmiş qərar ölkəmizdə Olimpiya hərəkatının, eləcə də ümumilikdə bədən tərbiyəsi və idmanın inkişafında kəskin dönüş yaranmasına səbəb oldu. O zaman Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti vəzifəsində çalışan cənab İlham Əliyev idman ictimaiyyətinin təklifini qəbul etdi və Milli Olimpiya Komitəsinin Baş Məclisində keçirilmiş seçkilərin nəticəsinə əsasən bu qurumun yeni prezidenti seçildi.  Bu seçimlə ölkəmizdə bədən tərbiyəsi və idmanın yeni dirçəliş dövrü başlandı.

1997-ci il dekabrın 23-də “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindi. Bu, bədən tərbiyəsi və idmanın hüquqi bazasını təmin edərək, sahənin gələcək inkişafının möhkəm təməlini qoydu. 1998-ci ilin fevral ayında isə növbəti XXVII Sidney Yay Olimpiya Oyunlarına (2000) hazırlıqla bağlı dövlət başçısı Heydər Əliyev xüsusi Sərəncam imzaladı. Sərəncama əsasən yaradılmış təşkilat komitəsinə və Nazirlər Kabinetinə idmançılarımızın Sidney Olimpiya Oyunlarına hazırlığı ilə bağlı Milli Olimpiya Komitəsinin təqdim etdiyi xüsusi proqramlara əsasən nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırıldı. Bu isə idmançıların və idman mütəxəssislərinin dövlət qayğısı altında hədəfə doğru peşəkarcasına irəliləmələrinə zəmanət verirdi.

Beləliklə, dövlətin ölkədə sağlam həyat tərzinin təbliğinə və Olimpiya hərəkatının inkişafına göstərdiyi diqqət günbəgün artmaqda idi. 1998-ci ildə Yeniyetmələrin Respublika Oyunlarının  keçirilməsi ilə ölkədə gənc nəslin bədən tərbiyəsi və idmandan kütləvi şəkildə yararlanmasına dövlət tərəfindən xüsusi dəstək verildiyi və bu fəaliyyətin təkmilləşdirilməsinə əlaqədar təşkilatların cavabdeh olduğu bir daha diqqətə çatdırıldı.

1995-ci il mart ayının 5-də ölkə prezidenti Heydər Əliyevin idman ictimaiyyəti ilə görüşdə etdiyi çıxışı və Barselona Olimpiya Oyunlarının qalibi Nazim Hüseynovun “Şöhrət” ordeni, digər on iki idmançının isə “Tərəqqi” ordeni ilə təltif olunması haqqında verdiyi fərman respublikada bədən tərbiyə və idman sahəsinin inkişafına dövlətin xüsusi diqqət yetirdiyini bir daha təsdiqləyərək, bu sahədə çalışan mütəxəssis və idmançılara yeni ruh verdi. 1996-cı ilin iyununda ilk milli Olimpiya komandamızın Atlanta Oyunlarına yolasalma mərasimi  də unudulmaz anlar kimi xatirələrə həkk olundu. Ulu Öndər həmin tədbirdə olimpiyaçılarımıza belə mötəbər yarışda iştirak etməyin xalqımız üçün əlamətdar hadisə olduğunu və idmançılarımızın uğurlarına inandığını söyləmişdi. Bu görüşdə idmançılarımız da qələbə uğrunda əzmlə mübarizə aparacaqlarına və ölkəmizi ləyaqətlə təmsil edəcəklərinə and içdilər.

İdmanın müxtəlif növlərində çıxış edən olimpiyaçılarımız (yüngül atletika, Yunan-Roma güləşi, sərbəst güləş, cüdo, boks, ağır atletika, qılıncoynatma, üzgüçülük, suya tullanma, atıcılıq idman növü) həqiqətən əzmlə yarışaraq idmansevərlərin xatirəsində iz qoymağı bacardılar. Boksçu Ədalət Məmmədov, cüdoçu Zülfiyyə Hüseynova, atıcı İradə Aşumova, güləşçi Məmməd İbrahimov təmsil etdikləri idman növü üzrə ən yaxşı on idmançı sırasında yer aldılar. Olimpiya Oyunlarında ilk dəfə iştirak edən komandamız üçün bu, şübhəsiz, yüksək nəticə idi. Xalqımız isə idmançılarımızın Olimpiya Oyunlarından mükafatla dönəcəklərinə inanır və müstəqil dövlətimizin bayrağının uzaq Amerikada dünya xalqlarının gözü qarşısında ucalacağı anı səbirsizliklə gözləyirdilər. Nəhayət, bu xoşbəxt anı sərbəst güləş üzrə idmançımız, o zaman ikiqat Avropa çempionu Namiq Abdullayev xalqımıza bəxş etdi. Böyük əzmkarlıq və professionallıq nümayiş etdirən güləşçimiz Olimpiya Oyunlarının gümüş mükafatına layiq görüldü. Beləliklə, Azərbaycanın müstəqil dövlət kimi Olimpiya Oyunlarında ilk iştirakı Olimpiya medalı ilə nəticələndi. Bu Olimpiadada idmançılarımızın əldə etdiyi nailiyyətlər artıq ayrıca olaraq Azərbaycan Respublikasının adına yazılır. Bununla da həm xalqımızın və Olimpiya Oyunlarının  tarixində yeni səhifə açıldı. 197 iştirakçı dövlət arasında 61-ci yeri tutmaq, şübhəsiz, böyük qələbə idi. Bu qələbə Azərbaycan xalqı və rəhbərliyi tərəfindən layiqincə dəyərləndirildi. Olimpiya mükafatçısı Namiq Abdullayev Azərbaycan Prezidenti tərəfindən yüksək dövlət mükafatı -  “Şöhrət” ordeni ilə təltif edildi.

1996-cı ildə Azərbaycan idman tarixində daha bir əlamətdar hadisə baş verdi. Bu, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılması və ilk dəfə olaraq milli Paralimpiya komandasının Yay Paralimpiya Oyunlarında iştirakı idi. Cəmi iki idman növü (atletika və pauerlifting) və iki idmançı ilə (Aleksandr Antofi və Gündüz İsmayılov) X Yay Paralimpiya Oyunlarından (Atlanta, 1996) başlanan bu yol sonralar  şanlı zəfər yoluna çevriləcəkdi.

Bütün bunlarla yanaşı, Milli Olimpiya Komitəsinin rəhbərliyi ölkədə idmanın maddi-texniki bazasının möhkəmləndirilməsinə və beynəlxalq idman əlaqələrinin genişləndirilməsinə böyük səy göstərir və çox təbii ki, bu fəaliyyət beynəlxalq idman ictimaiyyətinin diqqətindən yayınmır. Milli Olimpiya Komitəsinin Beynəlxalq Olimpiya Hərəkatına fəal inteqrasiyasına kömək edirdi. Artıq Azərbaycan beynəlxalq idman tədbirlərinin keçirilməsinə ev sahibliyi etmək etimadını qazanmışdı. Olimpiya Oyunlarına lisenziya almaq uğrunda müxtəlif beynəlxalq yarışlarda iştirak etmək üçün idmançılarıma hər bir şərait yaradılırdı. Bunun nəticəsi olaraq XXVII Sidney Yay Olimpiya Oyunlarında Olimpiya komandamız 31 idmançı ilə təmsil olunmaq hüququ qazandı.

Olimpiya Oyunlarına yolasalma mərasimdə çıxış edən Prezident Heydər Əliyev demişdir: “Biz bu gün böyük iftixar hissi keçiririk ki, Azərbaycan bir müstəqil dövlət kimi dünya birliyinin bərabərhüquqlu bir üzvü kimi bu Olimpiya Oyunlarında iştirak edəcək və ölkəmizin müstəqilliyini, azadlığını, suverenliyini bir daha nümayiş etdirəcək, Azərbaycanın milli bayrağını qaldıracaq, milli himnini səsləndirəcək... Əmin olduğumu bildirirəm ki, Azərbaycan idmançıları XXVII Yay Olimpiya Oyunlarında böyük uğur qazanacaq və Azərbaycanın şan-şöhrətini daha da yüksəldəcəklər”. İdmançılarımız  bu xeyir-dua ilə Avstraliyanın Sidney şəhərində keçiriləcək Olimpiya Oyunlarına - XX əsrin son Olimpiadasına yola düşdülər.

Sidney Olimpiya Oyunları Ulu Öndərimizin xeyir-duasından ruhlanan Olimpiya komandamız üçün çox uğurlu oldu. Səkkiz idman növündə dünyanın ən güclü idmançıları ilə mübarizə aparan olimpiyaçılarımız yüksək nailiyyətlər əldə etməyə nail oldular. İlk Olimpiya qızılını iki Olimpiya rekordu ilə stend atıcılığı idman növündə çıxış edən idmançımız Zemfira Meftahəddinova əldə etdi və Olimpiya çempionu adını qazandı. Bu mötəbər yarışda çempionluq titulu ötən Olimpiya Oyunlarının gümüş mükafatçısı Namiq Abdullayevə də nəsib oldu. Namiq Abdullayev böyük əzmkarlıq nümayiş etdirərək, böyük tarixi ənənələrə malik Azərbaycan güləş məktəbinin Olimpiya Oyunlarının ən yüksək kürsüsündə yer almaq iqtidarında olduğunu sübut etdi. İdmançılarımızın Sidney Olimpiya Oyunlarında əldə etdiyi növbəti yüksək nailiyyət on doqquz yaşlı boksçumuz Vüqar Ələkbərovun Olimpiya bürüncü oldu. Beləliklə, iki qızıl, bir bürünc medalla Azərbaycan Sidney Olimpiya Oyunlarında 199 iştirakçı ölkə sırasında 34-cü yeri tutdu. Müstəqil dövlət kimi ikinci dəfə belə mötəbər yarışda iştirak edən ölkə üçün bu, çox yüksək nəticə idi. Qeyd edək ki, bir sıra idmançılarımız da Olimpiya mükafatı əldə etməsələr də, təqdirəlayiq nəticə göstərərək birinci onluqda yer aldılar. Məsələn, cüdo üzrə idmançılarımız Rəsul Səlimov beşinci, Elçin İsmayılov və Zülfiyyə Hüseynova isə yeddinci yer tuta bildilər. Yunan-Roma güləşçilərimizdən İslam Duquçiyev altıncı, Natiq Eyvazov yeddinci yerləri,  sərbəst güləşçilərimizdən Şamil Əfəndiyev yeddinci, Rəcəb Əshəbəliyev doqquzuncu, Arif Abdullayev onuncu, boksçu Ruslan Xairov beşinci, ağırlıqqaldırma üzrə atletlərimiz Elxan Süleymanov səkkizinci, Turan Mirzəyev doqquzuncu, Təranə Abbasova onuncu yeri tutdular. Nizami Paşayev ümumi nəticədə on ikinci olsa da, gənclər arasında təkanla qaldırmada dünya rekordunu təzələdi.


 Yay Olimpiya Oyunlarında ilk dəfə iştirak edəcək Azərbaycanın Olimpiya komandasının heyətinə daxil olmuşdular.

 1995-ci il mart ayının 5-də ölkə prezidenti Heydər Əliyevin idman ictimaiyyəti ilə görüşdə etdiyi çıxışı və Barselona Olimpiya Oyunlarının qalibi Nazim Hüseynovun “Şöhrət” ordeni, digər on iki idmançının isə “Tərəqqi” ordeni ilə təltif olunması haqqında verdiyi fərman respublikada bədən tərbiyə və idman sahəsinin inkişafına dövlətin xüsusi diqqət yetirdiyini bir daha təsdiqləyərək, bu sahədə çalışan mütəxəssis və idmançılara yeni ruh verdi. 1996-cı ilin iyununda ilk milli Olimpiya komandamızın Atlanta Oyunlarına yolasalma mərasimi  də unudulmaz anlar kimi xatirələrə həkk olundu. Ulu Öndər həmin tədbirdə olimpiyaçılarımıza belə mötəbər yarışda iştirak etməyin xalqımız üçün əlamətdar hadisə olduğunu və idmançılarımızın uğurlarına inandığını söyləmişdi. Bu görüşdə idmançılarımız da qələbə uğrunda əzmlə mübarizə aparacaqlarına və ölkəmizi ləyaqətlə təmsil edəcəklərinə and içdilər.

İdmanın müxtəlif növlərində çıxış edən olimpiyaçılarımız (yüngül atletika, Yunan-Roma güləşi, sərbəst güləş, cüdo, boks, ağır atletika, qılıncoynatma, üzgüçülük, suya tullanma, atıcılıq idman növü) həqiqətən əzmlə yarışaraq idmansevərlərin xatirəsində iz qoymağı bacardılar. Boksçu Ədalət Məmmədov, cüdoçu Zülfiyyə Hüseynova, atıcı İradə Aşumova, güləşçi Məmməd İbrahimov təmsil etdikləri idman növü üzrə ən yaxşı on idmançı sırasında yer aldılar. Olimpiya Oyunlarında ilk dəfə iştirak edən komandamız üçün bu, şübhəsiz, yüksək nəticə idi. Xalqımız isə idmançılarımızın Olimpiya Oyunlarından mükafatla dönəcəklərinə inanır və müstəqil dövlətimizin bayrağının uzaq Amerikada dünya xalqlarının gözü qarşısında ucalacağı anı səbirsizliklə gözləyirdilər. Nəhayət, bu xoşbəxt anı sərbəst güləş üzrə idmançımız, o zaman ikiqat Avropa çempionu Namiq Abdullayev xalqımıza bəxş etdi. Böyük əzmkarlıq və professionallıq nümayiş etdirən güləşçimiz Olimpiya Oyunlarının gümüş mükafatına layiq görüldü. Beləliklə, Azərbaycanın müstəqil dövlət kimi Olimpiya Oyunlarında ilk iştirakı Olimpiya medalı ilə nəticələndi. Bu Olimpiadada idmançılarımızın əldə etdiyi nailiyyətlər artıq ayrıca olaraq Azərbaycan Respublikasının adına yazılır. Bununla da həm xalqımızın və Olimpiya Oyunlarının  tarixində yeni səhifə açıldı. 197 iştirakçı dövlət arasında 61-ci yeri tutmaq, şübhəsiz, böyük qələbə idi. Bu qələbə Azərbaycan xalqı və rəhbərliyi tərəfindən layiqincə dəyərləndirildi. Olimpiya mükafatçısı Namiq Abdullayev Azərbaycan Prezidenti tərəfindən yüksək dövlət mükafatı -  “Şöhrət” ordeni ilə təltif edildi.

1996-cı ildə Azərbaycan idman tarixində daha bir əlamətdar hadisə baş verdi. Bu, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılması və ilk dəfə olaraq milli Paralimpiya komandasının Yay Paralimpiya Oyunlarında iştirakı idi. Cəmi iki idman növü (atletika və pauerlifting) və iki idmançı ilə (Aleksandr Antofi və Gündüz İsmayılov) X Yay Paralimpiya Oyunlarından (Atlanta, 1996) başlanan bu yol sonralar  şanlı zəfər yoluna çevriləcəkdi.

Vətəndə olimpiyaçılarımızı böyük təntənə gözləyirdi. Xalq hava limanında övladlarını əsl qəhrəman kimi qarşıladı. Olimpiyaçılarımıza və onların məşqçilərinə həm dövlət tərəfindən, həm də Milli Olimpiya Komitəsi tərəfindən xüsusi mükafatlar təsis edilmişdi. Xalqımız idmançılarımız qələbələri ilə fəxr edir və bu fəxarətin arxasında inamlı zəfərlər əldə etmək iqtidarında olan gənclər yetişdirən bir dövlətin durduğundan qürur duyurdu.

Sidneydə Azərbaycan idmançılarının qələbələri yalnız bununla məhdudlaşmadı. Olimpiya Oyunlarında bir qədər sonra Sidneyin idman meydanları XI Yay Paralimpiya Oyunlarına (Sidney 2000) açıldı.  Bu barədə növbəti yazıda söhbət açacağıq.

 

Səlhət Abbasova,

fəlsəfə doktoru,

Fəxri Bədən Tərbiyəsi İşçisi.

Respublika.-2013.- 1 dekabr.- S.5-6.