Azərbaycan bütün sahələrdə sürətlə inkişaf edir

 

  

Azərbaycan 1993-cü ildən sonrakı on il ərzində ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə böyük və şərəfli inkişaf yolu keçdi. 1993-2003-cü illər ölkəmizdə sabitlikinkişaf illəri kimi yaddaşlarda və tarixdə qaldı. Bu illər ərzində dövlətçiliyin əsasları qoyuldu. Azərbaycan dünya birliyində tanındı. Beynəlxalq əlaqələr inkişaf etdi. Dünya xəritəsində Azərbaycan özünə layiq yer tutdu. Nəhəng sosialiqtisadi islahatlar uğurla aparıldı. Azərbaycan bir neçə beynəlxalq təşkilata üzv oldu. Ölkəmizə böyük həcmdə investisiyalar cəlb edildi.

Azərbaycan 2003-cü ildən öz tarixinin yeni mərhələsinə qədəm qoymuşdur. Heydər Əliyev ideyaları, siyasi xətti yaşayır və bu siyasi kursun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycan son on ildə sürətlə inkişaf edərək regionun lider dövlətinə çevrilmişdir. Hazırda həyata keçirilən irimiqyaslı layihələr respublikamızın beynəlxalq aləmdə nüfuzunu daha da artırmaqdadır. Bunun ən bariz nümunəsi kimi ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini xüsusi qeyd etməliyik. Azərbaycanın BMT TŞ-nin üzvü seçilməsi, ilk növbədə Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin göstəricisidir. Çünki beynəlxalq münasibətlər sistemini dəqiqliyi ilə bilmək, Azərbaycanın xarici siyasətinin doktrinasının tələblərinə müvafiq real, çevik manevrlər etmək və bu planda BMT müstəvisində, xüsusilə də BMT Baş Məclisinin sessiyalarında ölkəmizin maraqlarını müdafiə edən ardıcıl tədbirlər reallaşdırmaq məhz dövlət başçısının iradəsinin, mövqeyinin, siyasi dəst-xəttinin nəticələridir.

Ölkədə yaradılmış davamlı ictimai-siyasi sabitlik, dövlət başçısının cəsarətli, qətiyyətli, reallığa hesablanmış, bəzən riskli addımları əvvəllər əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərini reallaşdırdı. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi davam edir. Azərbaycan öz təbii sərvətlərini heç bir ölkənin vasitəçiliyi olmadan dünya bazarlarına çıxarmaq imkanı qazanıb. Bununla da ölkəmiz dünya birliyində öz mövqelərini daha da möhkəmləndirdi və iri infrastruktur layihələrin reallaşdırılmasında gücü, qüdrəti və təcrübəsi olan müstəqil dövlət imici qazandı.

Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycan həm də kosmik klubun üzvü olmuşdur. Belə ki, bu ilin fevral ayında Azərbaycanın ilk telekommunikasiya peyki orbitə buraxılmışdır. Bu nailiyyət ümummilli liderimizin müəyyənləşdirdiyi və Azərbaycan Prezidenti İlham Əliyevin İKT sahəsində uğurla həyata keçirdiyi məqsədyönlü, müdrik və uzaqgörən siyasətin, eləcə də ölkəmizdə ən yeni texnologiyaların tətbiqinin sayəsində əldə olunmuşdur. Dövlət başçısının qeyd etdiyi kimi, ilk peykin orbitə buraxılması müstəqillik dövründə imza atdığımız ən böyük uğurlardan biridir, dövlətimizin qələbəsidir və hər bir Azərbaycan vətəndaşı bununla fəxr edə bilər.

Ölkəmizə 10 ildir ki uğurla rəhbərlik edən, həm xarici, həm də daxili siyasətdə dövlət və millət adına böyük uğurlara imza atan cənab İlham Əliyev bütün sahələrdə olduğu kimi, vətəndaş cəmiyyətinin dövlət daxilində bir institut kimi formalaşması üçünçox mühüm qərarlar qəbul etmişdir.

Cənab İlham Əliyevin prezidentlik fəaliyyətinin nəticələrindən biri olaraq 2003-cü illə müqayisədə Azərbaycanda ÜDM-in real ifadədə 3.4 dəfədən çox artımı baş vermiş, eyni zamanda adambaşına düşən ÜDM-in məbləği nominal ifadədə 7 dəfəyə yaxın (real ifadədə 3.4 dəfədən çox) artmışdır. Ümumiyyətlə, Azərbaycan 2003-2013-cü illər ərzində MDB-yə, Avropa İttifaqına, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv olan ölkələr üzrə, həmçinin Çin, Braziliya, Cənubi Afrika Respublikası və Hindistana münasibətdə ən sürətlə inkişaf edən ölkə olmuşdur.

2013-cü ilin dövlət büdcəsi də ölkənin sosial-iqtisadi inkişaf sürətinin qorunub saxlanılmasına, iqtisadiyyatın tənzimlənməsinə və stimullaşdırılmasına, qeyri-neft sektorunun, sahibkarlığın inkişafına, sosial infrastrukturun müasir tələblər səviyyəsində qurulmasına, xalqın rifah halının yaxşılaşdırılmasına hesablanmışdır. Bu il üçün dövlət büdcəsinin gəlirləri 19 milyard 154 milyon manat nəzərdə tutulmuşdur ki, bu da 2003-cü illə müqayisədə təxminən 16 dəfə çoxdur. Müqayisə üçün qeyd edək ki, qonşu Gürcüstanın 2013-cü ilə proqnozlaşdırılan dövlət büdcəsi gəlirlərinin həcmi 4.9 milyard ABŞ dolları, Ermənistanda isə cəmi 2.6 milyard ABŞ dolları səviyyəsindədir.

Dünyada baş verən qlobal maliyyə böhranı nəticəsində bir çox dünya ölkələrində, o cümlədən ABŞ və Avropa İttifaqı ölkələrində müşahidə olunan işsizlik səviyyəsinin artımı fonunda ölkəmizdə makroiqtisadi sabitlik qorunduiqtisadi artıma nail olundu. Nəticədə qlobal böhrana baxmayaraq, ölkəmizdə yerlərinin azalması baş vermədi, əksinə işsizlik faizi aşağı düşməkdə davam etdi. 2009-cu ildə qlobal iqtisadi böhranın nəticəsində qeyri-neft sektorunda artım nisbətən azalsa da, 2010-cu ildə 7,9 faizlik artıma nail olundu. 2011-ci ildə qeyri-neft sektoru 9,4 faiz, 2012-ci ildə isə 9,7 faiz artdı. Bununla da ötən 10 il ərzində Prezident İlham Əliyevin iqtisadiyyatın çoxşaxəli inkişafına yönəlmiş islahatlarının nəticəsi olaraq qeyri-neft sektorunda 2.7 dəfə real artım oldu. 2003-2012-ci illər ərzində qeyri-neft sektorunda artım ildə orta hesabla 10 faiz təşkil etdi. Bu artım qeyri-neft sənayesinin, kənd təsərrüfatının, tikintinin, İKT və xidmət sektorlarının, turizmin inkişafı nəticəsində mümkün oldu.

Qeyri-neft sektorunun ildə orta hesabla 10 faizlik artımı, bu sektorda sahibkarlıq fəaliyyətinin inkişafı və xarici bazarlarda rəqabətə davam gətirə bilən malların istehsalının genişlənməsi, sektor üzrə ixrac potensialını artırmağa imkan verdi. 2003-cü ildə həyata keçirilən 2,59 milyard dollarlıq ixracın 383 milyon dollarını qeyri-neft məhsulları təşkil etmişdi. 2007-ci ildə isə qeyri-neft sektoru 1,15 milyard dollarlıq məhsul ixrac etdi. 2009-cu ildə ölkənin qeyri-neft qaz ixracı 1.13 milyard dollara yaxın oldu. Beləliklə, 2004-cü illə müqayisədə 2009-cu ildə qeyri-neft məhsullarının ixracı 1,9 dəfə çox idi. 2012-ci ildə isə qeyri-neft sektoru 1.7 milyard dollara yaxın dəyərində mal ixrac etmişdi. Bu, 2003-cü illə müqayisədə təqribən 5 dəfə çox idi. 2003-cü ildə 1218 adda mal xidmət ixrac edilmişdisə, 2012-ci ilin 9 ayında 1992 adda məhsul satılmışdır.

Həm ixrac edilən məhsulların çeşidinin, həm ticarət əməliyyatı aparanların sayının artması onu göstərir ki, qeyri-neft sektorunun ixrac imkanları genişlənir. Bu da Prezident İlham Əliyevin iqtisadiyyatın diversifikasiyasına yönəlmiş islahatlarının qeyri-neft ixracında öz müsbət nəticələrini verməkdə olduğunu təsdiqləyir.

Azərbaycan iqtisadiyyatının inkişafı digər sahələrlə yanaşı, ordu quruculuğunda da özünü göstərmişdir. Azərbaycanın hərbi gücünün artırılması barədə Prezident İlham Əliyevin çıxışı da diqqətəlayiqdir: “Heç kəs üçün sirr deyil ki, biz ordu quruculuğu prosesi ilə çox ciddi məşğuluq. Azərbaycan ordusu Cənubi Qafqazın ən böyük qüvvəsidir. Ordunun inkişafı üçün bütün lazımi tədbirlər görülür. 2012-ci ildə böyük miqdarda hərbi texnika, silah-sursat, təyyarələr, vertolyotlar, artilleriya qurğuları, hava hücumuna qarşı qurğular gətirilmiş, eyni zamanda daxildəki 40-dan çox sənaye müəssisəsində hərbi təyinatlı məhsulların istehsalı təşkil edilmişdir”.

Öz inkişaf tempinə görə qabaqcıl ölkələrlə yanaşı addımlayan Azərbaycan bütün sahələrdə olduğu kimi, mədəniyyətin tərəqqisi sahəsində əsaslı nailiyyətlər əldə etmişdir. Ölkəmizin dünyada tanıdılmasında, xalqımızın mənəvi dəyərlərinin qorunub inkişaf etdirilməsində, eləcə mədəni irsimizin gələcək nəsillərə çatdırılması istiqamətində Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən davamlı tədbirlər bunu bir daha təsdiq edir. Azərbaycan getdikcə daha müasir dövlətə çevrilir. Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir.

Reallıq göstərir ki, Prezident İlham Əliyev ötən 10 il ərzində Azərbaycanın inkişafı güclənməsi üçün bütün addımları atıb. Dövlət başçısının əzmkarlıqla davam etdirdiyi çoxşaxəli islahatlar kursu ötən 10 ildə respublika iqtisadiyyatında böyük uğurlara zəmin yaradıb, hər bir vətəndaşın həyatında irəliləyişlərə səbəb olub. 10 il ərzində Azərbaycan iqtisadiyyatının 3 dəfə, dövlət büdcəsinin isə təxminən 20 dəfə artmasının təmin edilməsi, bir milyondan artıq yeni yerinin açılması yoxsulluq səviyyəsinin 50 faizdən 6 faizə düşməsi bunun bariz təsdiqidir.

SSRİ-nin süqutundan sonra müstəqillik əldə etmiş müttəfiq respublikalarla müqayisədə Azərbaycan sürətlə inkişaf edib, bəzi sahələr üzrə təkcə regionda deyil, dünyada öncül yerlərdə durur.

Ölkəmiz dünyamiqyaslı nailiyyətlərə imza atıb. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş daxili xarici siyasətin məntiqli davamı müstəqil Azərbaycanın adını daha yüksəkliyə qaldıracaq.

 

Əliağa Hüseynov,

millət vəkili.

 

 Respublika.-2013.- 3 dekabr.- S.6.