Dövlət gənclər
siyasəti və idmanın inkişafı prioritet sahədir
Bakı Şəhər Gənclər
və İdman Baş İdarəsi bu sahədə
qazanılan uğurlara öz töhfəsini verməyə
çalışır
2013-cü ilin başa
çatmasına cəmi bir ay qalır. Hər ötən gün
isə bizi yeni ilə
yaxınlaşdırır. Həmişə ilin bu dövründə ictimai həyatımızın bütün
sahələrini əhatə edən icra
strukturları, idarə, müəssisə və təşkilatlar,
ayrı-ayrı qurumlar ötən müddətdə
görülən işlərə bir daha nəzər salır, artıq nəyə nail olduqlarını indidən bilirlər.
Həmişə olduğu kimi,
bu ildə də ölkəmizdə idman və gənclər sahələrində böyük qələbələr
qazanılıb. Respublikamızda dövlət gənclər
siyasəti müvəffəqiyyətlə həyata keçirilir, Azərbaycan idmanın
şöhrəti ildən-ilə artır, ölkəmiz idman dövləti kimi
tanınır. Bu sahədə fəaliyyət
göstərən bütün qurumlar kimi, Bakı Şəhər
Gənclər və İdman Baş İdarəsi də böyük
uğurlara öz
töhfəsini verməyə çalışır. Müsahibimiz sözügedən idarənin rəisi,
Milli Olimpiya Komitəsinin
üzvü Raqif Abbasovdur.
2013-cü
il Azərbaycan istər dövlət gənclər siyasətində,
istərsə idman və bədən tərbiyəsi sahəsində
bir çox zəngin beynəlxalq turnirlərdə uğurlu
çıxışlarla və ölkəmizin ev sahibliyi
etdiyi tədbirlərlə yadda qalacaq. Məlumdur ki, həyatda hər bir şey müqayisə ilə ölçülür.
Bu baxımdan əgər biz
2012-ci ildə gənclər və idman sahəsində
əldə olunmuş nailiyyətlərlə
cari ilin 10 ayı ərzində
görülmüş işləri
müqayisə etsək, inkişaf
dinamikasının şahidi olarıq. Belə ki, dövlət gənclər
siyasətilə əlaqədar bir çox “dəyirmi masa”lar, beynəlxalq simpoziumlar,
konfranslar, ikitərəfli əməkdaşlığın
gücləndirilməsi ilə bağlı imzalanmış
sazişlər və ondan irəli gələn
müddəaların icrası, bu sektoru əhatə edən normativ-hüquqi
aktlar, mövcud qanunvericilik sahəsindəki yeni-yeni
uğurlar göz
önündə canlanır.
Xüsusi
vurğulamaq lazımdır ki, Gənclər və İdman
Nazirliyinin, Gənclər Təşkilatları Milli
Şurasının, “İrəli” İctimai Gənclər
Birliyinin, Tələbə Gənclər Təşkilatları
İctimai Birliyinin və gənclər sahəsində öz fəaliyyətini
qurmuş digər bir çox qeyri-hökumət təşkilatlarının
müştərək gördükləri işlərdə əhali
kütləsinin böyük hissəsini gənclər əhatə
etmişdir. Sevindirici haldır ki, birmənalı olaraq Azərbaycanda
gənclər artıq təşkilatlanıb. Bu gün
ali təhsil sahəsində oxuyan gənclər tələbə hərəkatında
və birilklərdə, texniki-peşə ixtisasını
özlərinin gələcək yolu kimi seçənlər ayrı-ayrı
qeyri-hökumət təşkilatlarında, ordudan
tərxis olunmuş və həqiqi hərbi
xidmətdə bu gün
öz vətəndaşlıq borcunu yerinə yetirənlər isə ordu quruculuğunda çox fəaldırlar.
Azərbaycan
gəncliyi hazırda əhalinin 60 faizini təşkil edir. Yaşı 35-ə qədər olan
bu insanlar böyük bir kütlədir
və həm də onun göstəricisidir
ki, biz gənc, demoqrafik problemi olmayan bir dövlətik və
əsas aparıcı qüvvəmiz, əldə olunan nailiyyətlər və görülən
işlər məhz gənclər sahəsini əhatə
edir. Hazırda ölkəmizdə
yaşı 29-a qədər olanlar əhalinin
30 faizini təşkil edir.
Bu da onu
göstərir ki, Azərbaycanda gənclər
siyasəti dövlətin prioritet istiqamətidir
və ölkəmizdə elə bir
dövlət müəssisəsi, qeyri-hökumət təşkilatı
yoxdur ki, orada gənc çalışmasın.
Bakı
Şəhər Gənclər və İdman Baş İdarəsi
də Gənclər və İdman Nazirliyinin, Bakı Şəhər
İcra Hakimiyyətinin dəstəyi ilə həyata
keçirdiyi müxtəlif layihələr məhz bu məqsədi
güdür ki, hər bir gənc cəmiyyətdə
özünü təsdiq etsin, Vətənin, dövlətin
inkişafı naminə cəmiyyətdə baş verən
proseslərdən kənarda qalmasın. Belə olan halda həm təhsildə,
səhiyyədə, idmanda, həm də informasiya-kommunikasiya texnologiyaları sahəsində,
ixtiralarda yeni-yeni gənclərin
üzə çıxması qaçılmazdır.
İdmanda
əldə olunmuş nailiyyətlərdən danışanda
mütləq Azərbaycanda bu sahənin maddi-texniki bazası
haqqında fikir söyləmək lazımdır. Bu gün Bakı və
bölgələrdə 40-dan çox Olimpiya İdman kompleksləri
fəaliyyət göstərir. Burada
yüzlərlə müəllim, məşqçi, hakim çalışır. Olimpiya
komplekslərində müxtəlif yaş
qruplarında minlərlə yeniyetmə və gənc məşğul
olur. Azərbaycanda idman
növlərinin coğrafiyası getdikcə genişlənir.
Müxtəlif paytaxt yarışlarında,
respublika birincilik və
çempionatlarında, açıq turnirlərdə biz ildən-ilə artan rəqabəti
görürük. Ölkə və paytaxt çempionatlarındakı
rekordların sayı bunu deməyə əsas
verir. Sevindirici
haldır ki, kütləviliyin sayı da artır. Bu artım isə
müstəqil respublikamızda idmana olan qayğının nəticəsidir. Sağlam həyat tərzinin və gələcəyin
genefondunun qorunması, sağlam
ordunun olması üçün
məhz idmanın və bədən tərbiyəsinin təbliğində
məqsəd güclü, sağlam
Azərbaycan vətəndaşı yetişdirməkdir.
Bu
gün Azərbaycan ulu öndər Heydər Əliyevin gənclər
və idman siyasətinin davamı olaraq istənilən səviyyəli
dünya miqyaslı beynəlxalq yarışlara ev sahibliyi edə
bilir. Bunun üçün
ölkəmiz ayrı-ayrı beynəlxalq federasiyalar,
Olimpiya komitələri, Avropa
Olimpiya Komitəsi ilə çox
sıx əməkdaşılq edir. Bunun məntiqi nəticəsidir ki, Azərbaycan 2015-ci il şahmat üzrə dünya
çempionatına, 2016-cı il şahmat üzrə Olimpiya
oyunlarına, 2015-ci il Birinci
Avropa İdman
Oyunlarına, 2017-ci il İslam
Həmrəyliyi oyunlarına ev sahibliyi edəcək. Bunlar
hamısı ölkə Prezidentinin, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham
Əliyevin daim idmana olan qayğısının nəticəsidir.
İnfrastrukturu güclü, insan potensialı zəngin olan, maliyyə resursları daim artan, maddi-texniki bazası beynəlxalq standartlara cavab verən, hakim, məşqçi və idmançı kateqoriyasını yetişdirən dövlət yalnız bunu edə bilər. Respublikamızda keçiriləcək Birinci Avropa İdman Oyunlarına hazırlığın gedişinə baxış üçün gələn beynəlxalq ekspertlərin və mütəxəssislərin verdikləri rəy bir daha onu göstərir ki, qısa zaman kəsiyində ölkəmizdə idman sahəsində əldə olunmuş nailiyyətlər onilliklərə bərabərdir. İdmanda hər zaman uğurlar qazanılıb. Amma bugünkü nəticələr həm kəmiyyət, keyfiyyət, həm də idman növlərinin coğrafiyası baxımından əvvəlkilərdən köklü surətdə fərqlənir. Ona nail olmuşuq ki, Azərbaycan medalların sayına və əyarına görə dünyanın aparıcı idman dövlətləri sırasında rəqabət aparır. Nailiyyət əldə etmək asan olmadığı qədər də onu daim yüksək səviyyədə saxlamaq da çətindir. Bunun üçün mütləq əvəzedici heyət yetişməli, onların təlim-məşq toplantıları təmin olunmalı, istifadə etdikləri idman qurğuları beynəlxalq səviyyəyə cavab verməlidir. Bu istiqamətdə dövlətimizin ardıcıl, düşünülmüş, məqsədyönlü siyasəti mövcuddur. Biz əminik ki, Azərbaycanın üçrəngli bayrağı bundan sonra da dünyanın hələ bir çox ölkələrində keçirilən idman bayramlarında dalğalanacaq, himnimiz səslənəcək. Bunun üçün həm Gənclər və İdman Nazirliyi, həm də Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və onun rayon qurumları gündəlik təsdiq olunmuş tədbirlər planından irəli gələn məsələlərin icrası ilə davamlı şəkildə məşğuldur. Möhtərəm Prezidentimiz, MOK-un rəhbəri cənab İlham Əliyev hər il idmançılarla görüşündə bu sahədə çalışanlara yeni hədəflərə çatmaq, inkişaf dinamikasını qoruyub saxlamaq və daha yüksək zirvələri fəth etmək tapşırığını verir. Buna nail olmaq üçün isə bütün idman ictimaiyyəti birgə çalışır. Əldə olunan nəticələr onu deməyə əsas verir ki, 2013-cü il gənclər və idman sahəsində müstəqillik dövrünün ən yaddaqalan və rekordlar ili olacaqdır.
Ramiz YUSİFLİ,
Respublika. - 2013.- 3
dekabr.- S.8.