Azərbaycan iqtisadiyyatı sürəti inkişaf yolundadır

 

  

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdiyi ilk vaxtlarda öz tarixinin ən mürəkkəb dövrünü yaşayırdı. Hakimiyyət böhranının dərinləşdiyi və anarxiyanın tüğyan etdiyi, Azərbaycanın vətəndaş müharibəsi astanasında, dövlət müstəqilliyinin itirilməsi təhlükəsi qarşısında qaldığı bir zamanda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin müdrik siyasəti, atdığı cəsarətli addımlar sayəsində dövlət müstəqilliyinin mövcudluğu üçün böyük təhlükə olan çevriliş cəhdlərinin, terror aktlarının, qeyri-konstitusion yolla hakimiyyətə gəlmək iddialarının qarşısı birdəfəlik alındı, sabitlik bərpa olundu.

 Alman filosofu İmmanuel Kantın belə bir fikri var: “Sürətlə öz siyasi süqutuna yaxınlaşan xalqın taleyini yalnız dahi şəxs dəyişə bilər”. Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında tarixi xidmətləri bu müdrik kəlamı bir daha təsdiqlədi. Görkəmli dövlət xadimi Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan bir dövlət kimi zamanın sərt sınaqlarından uğurla çıxdı. Ulu öndərin uzaqgörənliklə müəyyənləşdirdiyi inkişaf strategiyasına uyğun olaraq həyata keçirilən siyasi islahatlar sayəsində bu gün Azərbaycan dünya dövlətləri sırasında öz layiqli yerini tutmuş, beynəlxalq standartlara uyğun demokratik, hüquqi və dünyəvi bir dövlət qurulmuş, respublikanın iqtisadi müstəqilliyinə nail olunmuş, qanunun aliliyinə, insan hüquq və azadlıqlarına real təminat verən vətəndaş cəmiyyəti formalaşdırılmışdır.

Heydər Əliyevin siyasi kursu hazırda uğurla davam etdirilir. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində xalq taleyini Heydər Əliyevin layiqli davamçısı cənab İlham Əliyevə etibar etməklə demokratik quruculuq yolunda daha bir ciddi sınaqdan üzüağ çıxmışdır.

Həmin tarixdən ötən müddət ərzində Azərbaycan Prezidenti cənab İlham Əliyev xalqın ona bəslədiyi inamı və etimadı yüksək səviyyədə doğrultmuşdur. Azərbaycan siyasi arenada daha qüdrətli dövlətə çevrilmişdir.

Müstəqil ölkə kimi getdikcə daha da möhkəmlənən, dövlət quruculuğu və hərtərəfli yüksəliş sahəsində böyük nailiyyətlər qazanan Azərbaycan Respublikasının iqtisadiyyatı keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş, qlobalregional layihələrdə ölkənin iştirakı daha da genişlənmiş, beynəlxalq aləmdə nüfuzu günbəgün artmağa başlamışdır.

Müasir Azərbaycanın 1993-cü ilin 15 iyunMilli Qurtuluş Günündən başlanan yeni inkişaf tarixi —respublikanın böyük iqtisadi, siyasi, hüquqi, sosial, mədəni islahatlar həyata keçirməsi, özünəməxsus milli inkişaf modelini formalaşdırması, dünya miqyasında layiqli yerini tutması, müstəqil siyasət yürütməsi ilə səciyyələnir. Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin son 10 ilində Azərbaycan öz inkişaf tempi ilə dünyanı heyrətləndirmişdir. Cənab İlham Əliyevin ötən illərdəki çoxşaxəli fəaliyyətinin qayəsində məhz milli ideyaların gerçəkləşdirilməsi dayanır. Ulu öndər irəli sürdüyü inkişaf strategiyasını inamla davam etdirməklə yanaşı, cənab İlham Əliyev onu yeni dövrün tələblərinə uyğunlaşdırmışdır.

Praqmatik liderlik keyfiyyətlərinə malik möhtərəm İlham Əliyev keyfiyyətcə yeni mərhələdə Azərbaycanın tam müstəqil siyasət yürütməsini milli ideyanın başlıca hədəfi kimi müəyyənləşdirmişdir. Ötən illərdə respublika iqtisadiyyatında islahatlar kursu inamla davam etdirilmiş, xüsusən də regional inkişafa, qeyri-neft sektorunun yüksəlişinə, infrastrukturun müasirləşdirilməsinə, neft amilindən asılılığın azaldılmasına, sahibkarlığın inkişafına və güclü insan kapitalının formalaşdırılmasına xidmət edən mühüm addımlar atılmışdır.

Azərbaycanı nəinki Cənubi Qafqaz regionunda, ümumilikdə dünyanın siyasi arenasında öz sözümövqeyi olan, səmərəli iqtisadi təşəbbüslərin müəllifi kimi tanınan dövlətə çevirən möhtərəm Prezident İlham Əliyevin apardığı siyasət dövlət başçısının xalqın, dövlətin gələcək inkişafı ilə bağlı aydın konseptual fikirlərə malik olduğunu göstərir. İqtisadi-siyasi liberallaşmaya və demokratikləşməyə xidmət edən islahatların dərinləşdirilməsi, hər bir vətəndaşın layiqli, yüksək həyat şəraitinin təmin edilməsi milli ideyanın mahiyyətində qərarlaşmış praktik məqsədlərdir.

Təsadüfi deyil ki, 9 oktyabr 2013-cü ildə Azərbaycanda keçirilən növbəti prezident seçkilərində hər bir azərbaycanlı səsvermələrdə böyük ruh yüksəkliyi ilə iştirak etdi. Seçki məntəqələrində beynəlxalq standartlara cavab verən şərait, seçkiqabağı kampaniyanın demokratik şəraitdə təşkili seçkilərin şəffaflığına geniş imkanlar yaratmışdı.

Təsadüfi deyil ki, seçkilərdə cənab İlham Əliyev böyük  səs çoxluğu ilə qələbə qazandı. Cənab İlham Əliyev oktyabrın 19-da keçirilmiş andiçmə mərasimində prezident seçkilərinə münasibət bildirərək demişdir: “Seçkilər şəffaf, ədalətli, azad şəkildə keçirilmişdir və seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirir. Beləliklə, Azərbaycan xalqı son on il ərzində görülmüş işlərə öz yüksək qiymətini vermişdir. On il bundan əvvəl birinci dəfə Prezident vəzifəsinə seçiləndə söz vermişdim ki, əgər xalq mənə etimad göstərərsə, mən ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam. Şadam ki, on il ərzində qarşıda duran bütün vəzifələr uğurla icra edildi. Hesab edirəm ki, prezident seçkilərində Azərbaycan xalqının mütləq əksəriyyətinin öz səsini bu siyasətə verməsi bir daha onu göstərdi ki, son on il ərzində verilən bütün vədlər icra edildi. Azərbaycan xalqı görülmüş işlərə öz qiymətini, öz səsini verdi”.

Azərbaycanın dünyadakı daim yüksələn siyasi nüfuzunun təsdiqi kimi onun BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini misal göstərmək olar. Bu, Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin uğurlu məntiqi nəticəsidir. Təhlükəsizlik Şurasının üzvü məhz səsvermə yolu ilə seçildiyindən bu zaman Azərbaycana beynəlxalq ictimaiyyətin etimadının nə dərəcədə yüksək olduğunu görərik. Qeyd edək ki, həmin müddətdən sonra Azərbaycan BMT Təhlükəsizlik Şurasına iki dəfə sədrlik etmiş və üzərinə düşən vəzifələri yüksək səviyyədə icra etmişdir.

Azərbaycanı hər zaman özünə qardaş ölkə, yaxın strateji müttəfiq sayan Türkiyə onun hərtərəfli inkişafına, bütün sahələrdə əldə etdiyi uğurlara görə böyük qürur hissi keçirir. Qardaş Azərbaycanın hər bir uğuru Türkiyənin və bütün türk dünyasının uğurudur. Böyük Mustafa Kamal Atatürk “Azərbaycanın sevinci Türkiyənin sevinci, Azərbaycanın kədəri Türkiyənin kədəridir”, —demişdir. Ümummilli lider Heydər Əliyevin təbirincə desək “Bir millət, iki dövlət” olan Azərbaycan və Türkiyə xalqlarının dərin tarixi köklərə, ortaq milli-mədəni və mənəvi dəyərlərə, zəngin adət-ənənələrə söykənmiş qardaşlığı əsrlərin ağır sınaqlarından çıxmışdır.

Prezident İlham Əliyevin seçkilərdən sonra ilk rəsmi səfərini Türkiyəyə etməsi də təsadüfi deyil. Türkiyə Cümhuriyyətinin prezidenti Abdullah Gül azərbaycanlı həmkarı ilə görüşündə bildirmişdir:

Bu gün cənab Prezident İlham Əliyev ilə həm təkbətək, həm də geniş tərkibdə görüşlər keçirdik. Bu görüşlərdə, şübhəsiz ki, ikitərəfli münasibətlərimizlə bərabər, regional məsələləri də nəzərdən keçirdik. İkitərəfli münasibətlərimizlə bağlı çox mühüm, böyük iqtisadi layihələri, qaz, enerji, nəqliyyat, —bütün bunları, əlbəttə ki, nəzərdən keçirdik. Eyni zamanda regional məsələləri, Azərbaycanın milli məsələsini və bizimmilli məsələmiz olan Azərbaycanın ərazi bütövlüyüişğal altındakı torpaqlarının azad edilməsi məsələlərini —bütün bunları müzakirə etdik. Bu məsələ də şübhəsiz ki, Türkiyə olaraq ən önəm verdiyimiz məsələlərdən biridir. İnanıram ki, gec-tez bir gün bu problem öz həllini tapacaqdır. Bütün bunların diplomatik yolla həllinə də şübhəsiz ki, çox önəm veririk. Bu məsələyə dair fikirlərimizi də hörmətli nazirlərin iştirakı ilə bölüşdük.

Türkiyənin Azərbaycana qoyduğu sərmayələr, Azərbaycanın Türkiyəyə yatırdığı investisiyalarbütün bu məsələlər də həmişə mühüm əhəmiyyət kəsb edir. Bu əlaqələrimizin güclənməsi və inkişafını sonadək dəstəkləyəcəyik”.

Azərbaycan Prezidenti İlham Əliyev isə səfər zamanı yüksək qonaqpərvərliyə görə Türkiyə prezidenti Abdullah Gülə təsəkkür edərək demişdir: “Əlbəttə, bu gün biz ikitərəfli əlaqələrin müxtəlif aspektlərini müzakirə etdik. İlk növbədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi apardıq. Mən bir daha Türkiyə dövlətinə ədalətli mövqeyinə görə minnətdarlığımı bildirdim. Türkiyə bu məsələdə daim bizim yanımızdadır, ədalətin, haqqın yanındadır. Çünki Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış torpaqları uzun illərdir ki, Ermənistan tərəfindən işğal edilib. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının dörd qətnaməsi vardır ki, onlar Ermənistan tərəfindən icra edilmir və beynəlxalq hüquq normaları kobudcasına pozulur. Məsələnin həlli ilə bağlı Azərbaycan öz səylərini davam etdirir. Ancaq əfsuslar olsun, Ermənistanın mövqeyi imkan vermir ki, bu məsələ öz həllini tapsın və Azərbaycanın ərazi bütövlüyü bərpa edilsin. Biz bu işğaldan əziyyət çəkirik. Uzun illərdir ki, bir milyondan artıq Azərbaycan vətəndaşı öz doğma torpağında qaçqın, köçkün vəziyyətində yaşayır. Bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır və bu ədalətsizliklə barışmaq mümkün deyildir. Ümid edirəm ki, gələcək aylarda, illərdə bu məsələ ilə bağlı daha da ciddi addımlar atılacaq və Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcəkdir. Bir daha demək istəyirəm ki, bunu tarixi ədalət, beynəlxalq hüquq diktə edir. Əlbəttə ki, Türkiyənin dəstəyi bizim gücümüzü daha da artırır və bu dəstəyə görə minnətdarıq”.

Səfər çərçivəsində ölkələrimizi birləşdirən və artıq regional çərçivələrdən çıxmış, qlobal müstəviyə daxil olan layihələr—Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars layihələri də müzakirə edilib. Onların hər biri böyük bir hadisədir, böyük uğur gətirən layihələrdir. Yalnız Türkiyə və Azərbaycan birliyi, dostluğu sayəsində bu layihələrin reallaşmasına nail olunub. Azərbaycanın xaricdəki ən böyük sərmayələri, təbii ki, Türkiyəyə yatırılan sərmayələrdir. Bu proses artıq davam edir və növbəti beş il ərzində Türkiyə iqtisadiyyatına 15-17 milyard dollar həcmində Azərbaycan sərmayəsi qoyulacaqdır. Prezidentlərin görüşündə qeyd olunub ki, bizim gücümüz birliyimizdədir, bizim birliyimiz tarix üzərində qurulubdur.  Bu gün iki müstəqil dövlət —Türkiyə və Azərbaycan bir-birini daim dəstəkləyir, bir-birinin gücünü artırır.

Əlbəttə, bir adamı kimi ikitərəfli münasibətlərin yüksək səviyyədə inkişafı məni də çox sevindirir. Mən uzun illərdir ki, Azərbaycanda yaşadığımdan, ümummilli lider Heydər Əliyevlə dəfələrlə yaxın ünsiyyətdə olduğumdan, Prezident İlham Əliyevin biz adamlarına diqqət və qayğısından və Azərbaycan xalqının qonaqpərvərliyindən bəhrələnərək bu yurdu öz doğma elim-obam, isti ocağım bilmişəm.

Rəhbərlik etdiyim “ÖZKAYA GROUP” şirkəti 1995-ci ildə təsis edilmişdir. Şirkət Azərbaycanda qara metaldan düzəldilən inşaat iskənələrinin, dayaqların, digər yardımçı materialların, inşaat aksessuarlarının istehsalı və satışı ilə məşğuldur.

Şirkət 2004-cü ildən paslanmaz polad məmulatlarının (sənaye tipli mətbəx avadanlıqlarının, soyuducu sistemlərin və s.), eyni zamanda 2007-ci ildən İtaliya, Gürcüstan, Rusiya kimi ölkələrin istehsal etdiyi izolyasiya materiallarının distribütorluğunu da həyata keçirir. İstehsal etdiyi məhsulların keyfiyyətini dünya standartlarına tam uyğunlaşdıran şirkət yeni-yeni layihələr hazırlayıb həyata keçirməkdədir. Bu günlərdə şirkət ayrı-ayrı türk şirkətlərinin distribütorluğunu həyata keçirməklə yanaşı həmin şirkətlərin vasitəsilə müxtəlif inşaat avadanlıqlarının ixracı ilə də məşğul olur. “Özkaya Group” Azərbaycan bazarında kifayət qədər etibarlı partnyordur. Şirkət təsis olunduğu gündən əməksevər, özünə güvənən, təcrübəli və işinin ustası olan bir işçi kontingenti ilə Azərbaycanda təhlükəsiz, qüsursuz, qənaətli bir inşaatı təmin etmək üçün çalışır.

Özkaya Group” şirkəti respublika iqtisadiyyatının inkişafında, paytaxtda və bölgələrdə inşa edilən müasir binaların tikintisindəki rolundan qürur hissi keçirir.

Özkaya Groupuğurla inkişaf edən, texnoloji avadanlıqlar və restoranlar, barlarbaşqa iaşə obyektləri üçün avandanlıqlar istehsal edən bir şirkətdir. Burada mətbəx üçün bütün avadanlıqlar, o cümlədən paylaşdırma xətləri, evyelər və mətbəx üçün rəflər paslanmaz poladdan hazırlanır. Bundan başqa, yeməkxana, qida, tibbi, əczaçılıq sənayesinə aid müəssisələr üçün texnoloji avadanlıqları da buraya əlavə etmək olar. Biz həmçinin çörək və qənnadı sənayesinə aid avadanlıqlarının dizaynı və təminatıyla da məşğul oluruq.

Ölkədə yaradılan əlverişli investisiya mühiti biz adamlarını daha böyük uğurlara ruhlandırır. Ulu öndər Heydər Əliyev demişdir ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Biz adamları da Azərbaycan iqtisadiyyatının möhkəmləndirilməsi və inkişaf etdirilməsi yönündə əlimizdən gələn köməyi əsirgəməyəcəyik. İnanırıq ki, xalqın möhkəm iradəsi və dövlət başçısının qətiyyətli addımları sayəsində Azərbaycan xalqını daha nurlu sabahlar gözləyir.

 

Osman GEZEKER,

Özkaya Group” şirkətinin rəhbəri.

 

  Respublika.-2013.- 3 dekabr.- S.8.