Müstəqil Azərbaycan
Heydər Əliyevin şah əsəridir
Tarixdə
elə şəxsiyyətlər var ki, adı və əməlləri
dünya durduqca yaşayacaq, gələcək nəsillərə
örnək olmaqla onların yolunda əbədi məşələ
çevriləcəkdir. Adı müasir
bəşər tarixinə qızıl hərflərlə həkk
olunmuş xalqımızın böyük oğlu, ümummilli liderimiz Heydər
Əlirza oğlu Əliyev də məhz
belə dahi şəxsiyyətlərdəndir.
Ulu
öndərimizin hələ sağlığında əfsanəvi,
xarizmatik liderə çevrilməsində onun həyatı
üçün heç bir riskdən çəkinməməsi,
sözünü məqamında deməyi bacarması, milli
ideallar uğrunda mübarizədə yüksək qətiyyət
göstərməsi kimi xarakterik xüsusiyyətləri
mühüm rol oynamışdır. Məhz bunun sayəsində ulu
öndər daima hadisələrin
fövqündə olmuş, idarəçilik
qabiliyyətini reallaşdırmış, fenomen
lider imicini qorumuşdur.
Ümummilli liderimizin şəxsiyyəti və fəaliyyətinin mahiyyətinin dərk olunması 40 ilə yaxın müddətdə Azərbaycan ətrafında cərəyan etmiş hadisələrin təbiətinə, son dərəcə mürəkkəb problemlərin həlli yollarına işıq salır. Ulu öndərin mənalı və şərəfli ömür yolunun hər bir parlaq səhifəsi xalqımızın yaxın tarixi keçmişi ilə ayrılmaz vəhdət təşkil edir. Azərbaycanın son 40 ilə yaxın tarixinin elə bir mərhələsi yoxdur ki, orada bu fenomenal şəxsiyyətin nəhəng işləri olmasın. Heydər Əliyev siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi, qurub-yaratmaq amalı ilə yaşamış, hər zaman milli ideallara bağlı olmuşdur. Bu dahi şəxsiyyət zəngin və mənalı həyatı boyu daim xalqını, Vətənini düşünmüş, Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, təbiətin bəxş etdiyi fitri keyfiyyətləri sayəsində tarixi hadisələrin inkişaf məcrasını qabaqcadan müəyyən edə bilmişdir. Hər bir fərdin maraq və mənafeyini özündə yüksək səviyyədə əks etdirən Heydər Əliyev siyasi kursunun davam etdirilməsi də bu mənada Azərbaycanda cəmiyyətin sosial sifarişinə çevrilmişdir.
Nüfuzlu
siyasi liderlər bir qayda olaraq ictimai inkişafın ən
böhranlı, dönüş anında məsuliyyəti
çiyinlərinə götürərək bütöv bir
xalqın, millətin xilaskarına çevrilirlər. Ulu öndərin
diqqəti çəkən fitri idarəçilik
keyfiyyətləri sırasında onun ən
ekstremal, çətin və millətin taleyi baxımından məsuliyyətli dönəmlərdə
ictimai mənafeləri özündə
tamamilə ehtiva edən qətiyyətli, eyni zamanda yaranmış
şərait üçün ən optimal qərarlar qəbul etmək məharəti
xüsusi vurğulanmalıdır. Azərbaycan xalqı ən çətin,
mürəkkəb vəziyyətlərdə öz
liderinə inanır, əminliklə öz
liderinin ən çətin dövlətçilik
sınaqlarından üzüağ
çıxacağını bilirdi. Tale 1993-cü ildə Azərbaycan
xalqını növbəti dəfə çətin
sınaqlarla üz-üzə qoyanda
xalqın yeganə xilaskar kimi
Heydər Əliyevi hakimiyyətdə görmək istəyi də
məhz bu gerçəklikdən
qaynaqlanırdı.
Ümummilli
liderimiz xalqın çağırışına müsbət
cavab verərək Azərbaycanın idarəçilik
sükanı arxasına keçmiş, qısa müddətdə
milli dövlətçilik doktrinasını irəli sürərək
onun sürətli icrasına başlamışdır. Üzləşdiyi çətinliklərə, maneələrə,
dövlət çevrilişi
cəhdlərinə cəsarətlə sinə gərərək,
fədakarlıq, işgüzarlıq, mübarizlik,
əyilməz iradə, dəmir məntiq, özünəinam
və siyasi uzaqgörənlik kimi fövqəl keyfiyyətlərdən məharətlə
bəhrələnən Heydər Əliyev xalqımızı vətəndaş
qarşıdurmasından, müstəqilliyimizi itirmək təhlükəsindən
qurtarmış, müasir tariximizə
dövlətçiliyimizin xilaskarı, qurucusu
kimi daxil olmuşdur. Ümummilli liderimizin siyasi cazibəsi,
fenomen yaddaşı, iti
məntiqi, gərgin siyasi vəziyyətlərdən
ustalıqla çıxmaq bacarığı, mürəkkəb
siyasi situasiyalarda
qərar vermək qabiliyyəti, uzaqgörənliyi, intellektual gücü, sabaha analitik
baxışı, güclü rəhbərlik
xüsusiyyəti və səriştəsi onun
siyasi portretinin parlaq cizgiləridir.
Müstəqil Azərbaycan dövlətinin təşəkkül tapmasında, şübhəsiz ki, ən böyük xidmət ümummilli lider, dünya miqyaslı dahi şəxsiyyət Heydər Əliyevə məxsusdur. Bugünkü azad və suveren Azərbaycan ulu öndərin şah əsəridir. Ölkə məhz onun müəyyən etdiyi siyasi kursla irəliyə doğru davamlı olaraq uğurlu addımlar atır. Azərbaycanın ən yeni tarixinin 40 ilə yaxın bir mərhələsi Heydər Əliyevin titanik fəaliyyəti ilə bağlıdır. Bu dahi şəxsiyyətə ehtiram və ümumxalq sevgisi əbədidir. Çünki bu böyük insan bütün həyatı boyu Azərbaycan xalqının inkişafı və tərəqqisi naminə mübarizə aparmış, bu yolda taleyin sərt sınaqlarından alnıaçıq, üzüağ çıxmışdır.
Ulu
öndər olduqca iti zəkaya, sağlam düşüncə
tərzinə malik bir insan idi. Heydər
Əliyev fenomeninə, onun tarixi
xidmətlərinə, xilaskarlıq və quruculuq
missiyasına müasir dünyanın
görkəmli dövlət xadimləri, siyasətçiləri
çox yüksək qiymət veriblər. İngiltərənin keçmiş baş naziri M.Tetçerin qənaətinə
görə, Heydər Əliyev zəmanəmizin ən
görkəmli siyasi xadimlərindən idi. Dünyanın ən məşhur
dövlət xadimlərinin portretlərinin müəllifi
görkəmli rəssam Nikos Safronov ulu öndərin 80
illik yubileyi münasibətilə
portretini çəkərkən dahi rəhbərlə ünsiyyətdə olmuş və bu qənaətə
gəlmişdir ki, Heydər Əlirza oğlu Əliyev Tanrının
yaratdığı möcüzədir, belə şəxsiyyətlər
min ildə bir dəfə
dünyaya gəlir.
Heydər
Əliyev sanki dünyaya elə xalqı üçün, onun
səadətə yetişməsi üçün gəlmişdi.
Haqqın, ədalətin bərpası, ölkənin
inkişafı üçün
çəkdiyi min bir
əziyyət onun tale
və ömür yolu
olmuşdur. Qısa zaman
kəsiyində ulu öndər
respublikanı yetərincə tanıdaraq ona
iqtisadi və siyasi nüfuz qazandırmışdır. Ulu öndər Azərbaycana rəhbərlik etdiyi bir qərinədən
artıq dövrdə ölkənin həyatında, xalqın
taleyində elə bir əzəmətli rol oynayıb ki, bu, əsrlər boyu
unudulmayacaqdır. Heydər Əliyev həyatı boyu həmişə xalqa
arxalanmışdır: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə,
ölkəmizin iqtisadi, siyasi,
mənəvi inkişafına xidmət olub.
Bu yolda gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan
almışam. Ən çətin anlarda,
ən mürəkkəb vəziyyətlərdə yalnız və
yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm,
iradə verib və bütün
uğurlarımı təmin edib”.
Müstəqil
Azərbaycan dövlətinin keçdiyi sınaqlar, dövlətimizin
ən ağır günlərində Heydər Əliyevin
göstərdiyi qətiyyət bu sözlərdəki
gerçəkliyi dəfələrlə təsdiqləyib. Ulu öndərin Azərbaycanla, xalqla bağlı arzuları bitib-tükənməz,
Vətənə, xalqa olan
məhəbbəti hədsiz hüdudsuz idi. Onun ürəyi Azərbaycan
qədər geniş idi.
O, dünyanın hansı ölkəsinə gedirdisə, Azərbaycanı,
onun problemlərini də ürəyində
aparırdı. Heydər Əliyev Vətən üçün,
xalq üçün doğuldu. Vətənin,
xalqın tərəqqisi, inkişafı, azadlığı, müstəqilliyi
üçün çalışdı.
Müqəddəs amalları və fəaliyyəti ilə
xalqın gözündə, qəlbində dağ
kimi ucaldı. Ona
görə də xalqın öz sədaqətli,
dahi övladına məhəbbəti sonsuzdur, əbədidir... Ümummilli
lider əsl ümumxalq
məhəbbəti, sevgisi qazanmış
tək-tək siyasətçilərdən, dövlət xadimlərindəndir.
O, respublikaya rəhbərlik etdiyi uzun illər ərzində
gördüyü nəhəng işləri
ilə xalqın qəlbində özünə əbədi
abidə ucaldıb. Ona görə də nə
qədər Müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var,
Heydər Əliyev də ürəklərdə
yaşayacaqdır. Bu isə əbədiyyət
deməkdir. Dahi və əzəmətli şəxsiyyətin yolunun davamı müstəqil Azərbaycan
dövlətinin gələcəyi, onun daha da güclənməsi,
ərazi bütövlüyünün bərpa
olunması, hər bir vətəndaş üçün firavan və
rahat həyat şəraitinin yaradılması
deməkdir. Heydər Əliyevin başladığı
işləri davam etdirmək, qurduğu dövləti yeni-yeni
uğurlara çatdırmaq onun ruhu
qarşısında ən ümdə borcumuzdur.
Bu
gün hər bir Azərbaycan vətəndaşı dərin
iftixar hissi ilə qeyd edir ki, müstəqil Azərbaycan
dövləti ümummilli liderimizin şah əsəridir, onun
öz xalqı qarşısında tarixi xidmətidir. Məhz
buna görə Heydər Əliyevin
adı tariximizin səhifələrinə
qızıl hərflərlə yazılmışdır.
Azərbaycan—Heydər
Əliyev əsrlər boyu qoşa səslənəcəkdir. Onun nurlu xatirəsi qəlbimizdə,
yaddaşlarda əbədi
yaşayacaqdır. O, bizim üçün
həmişə əziz olub, əziz olaraq da qalacaqdır. Ulu öndər müdriklik
simvoluydu.
Ümummilli
liderimiz bu gün cismən aramızda olmasa da, təsəllimiz
odur ki, Heydər Əliyevin sönməz ideyalarının
davamçısı olan layiqli siyasi varis, Azərbaycan
Prezidenti cənab İlham Əliyevin rəhbərliyi
altında gələcəyə addımlayırıq. Bu isə
o deməkdir ki, dövlətimiz etibarlı əllərdədir.
Rauf
ŞİRƏLİYEV
Respublika. - 2013.- 4 dekabr.- S.4.