Əbədiyaşar lider
Tarixi
şəxsiyyətlər əsrlərin və nəsillərin
yaddaşında əbədi yaşayırlar. Zaman ötdükcə onların xalqı və
vətəni üçün etdiklərinin,
ölkəsinin inkişafındakı xidmətlərinin əhəmiyyəti
daha çox nəzərə
çarpır. Azərbaycanın 1970-ci illərdən başlayan inkişafı, uğurları və
yüksəlişi ümummilli liderimiz, müdrik zəka sahibi Heydər Əliyevin adı ilə
bağlıdır. Böyük rəhbərin
hakimiyyətdə olduğu dövr Azərbaycan elminin,
təhsilinin, səhiyyə və mədəniyyətinin,
iqtisadiyyatının sürətli tərəqqisi ilə yadda qalmışdır. Bu illər milli-mənəvi
dəyərlərimizin qorunması, vətəndaşların
sosial həyat tərzinin
yaxşılaşdırılması, dünya
azərbaycanlılarının monolit bir qüvvə kimi təşkilatlanması,
gənclərimizin dövlətçiliyimizin tərəqqisi
prosesinə cəlb edilməsi Heydər Əliyev
strategiyasının uğuru kimi qeyd olunmalıdır.
Ulu
öndərimizin Azərbaycana birinci dəfə rəhbərlik
etdiyi dövr quruculuq salnaməsinə ən parlaq səhifələr
kimi daxil olub. Heydər Əliyevin Azərbaycan
iqtisadiyyatının inkişafındakı xidmətləri özünü hələ sovet
dövründə göstərib.
Azərbaycan
əsrin sonunda Heydər Əliyevin sayəsində ən
irimiqyaslı iqtisadi layihələrin mərkəzinə
çevrilib. Bu gün
tam əminliklə söyləmək olar ki, Azərbaycanın
dövlət suverenliyi və iqtisadi müstəqilliyi hələ 70-80-ci illərdə
təməli qoyulmuş potensiala
söykənir. Məhz o illərdə
ölkəmizin gələcəyi üçün
çox mühüm
addımlar atılıb. İnfrastruktur
yeniləşib, neft sənayesi yenidən qurulub, nəhəng kimya və
neft-kimya müəssisələri işə
düşüb. Elmi-mədəni tərəqqiyə
nail olunub, ölkəmizin
iqtisadi, sosial, elmi-texniki potensialı möhkəmləndirilib.
Bu gün neft potensialının reallaşmasında,
“Əsrin müqaviləsi”nin uğurla həyata
keçirilməsində mühüm yeri olan Dərin
Özüllər Zavodu kimi
dünya miqyaslı müəssisələr
inşa edilib. Bununla da böyük
öndərimiz hələ siyasi rəhbərliyinin
birinci mərhələsində yeni inkişaf
strategiyasını müəyyənləşdirib və az vaxtda onu
uğurla həyata keçirib.
Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 34 il ərzində xalq üçün, vətən üçün etdiklərini bəzən adi insan təfəkkürünün əhatə dairəsinə sığışdırmaq olmur. Böyük öndərimiz tariximizə xilaskar kimi daxil olub və respublikamıza rəhbərlik etdiyi hər iki dövrdə bu missiyanı çox böyük uğurla yerinə yetirib. Müasir Azərbaycan cəmiyyətinin formalaşması, müstəqil Azərbaycan dövlətinin qurulması birbaşa Heydər Əliyevin adı ilə bağlıdır. Təsadüfi deyil ki, ümummilli liderimiz azərbaycanlı olması ilə fəxr etdiyi kimi, hər bir azərbaycanlı da bu gün Heydər Əliyevin ən böyük əsəri olan müstəqil, inkişaf etmiş Azərbaycanın vətəndaşları olmaqdan qürur duyur, ulu öndərə sayğı və məhəbbətini onun ideyaları ətrafında daha da sıx birləşməklə nümayiş etdirir.
Azərbaycanı
hərtərəfli tərəqqi yoluna çıxaran
ümummilli lider Heydər Əliyevin müstəqil dövlətimizə
rəhbərlik etdiyi dövrün nailiyyətləri göz
önündədir: ictimai-siyasi sabitlik, güclü
iqtisadiyyat, möhkəm sosial təsisatlar, qüdrətli ordu,
regionda lider mövqe, beynəlxalq aləmdə
nüfuz–bütün bunlar Azərbaycanın həqiqətləridir.
Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli istiqamətində ən mühüm uğurlardan biri atəşkəsin əldə edilməsi olmuşdur. Belə bir faktı qeyd etməyə
dəyər ki, Heydər Əliyevin
ölkə iqtisadiyyatında köklü
dəyişikliklərə gətirib çıxaran və
müstəqil dövlətimizə beynəlxalq nüfuz qazandıran yeni neft strategiyasının həyata keçirilməsinə
məhz atəşkəsdən sonra
başlanmış və 1994-cü ilin
sentyabrında dünyanın iri
neflt şirkətləri ilə “Əsrin
müqaviləsi” adlandırılan ilk neft müqaviləsi imzalanmışdır. İndi ölkə iqtisadiyyatının
sürətli inkişafında mühüm
amilə çevrilmiş Heydər Əliyevin
neft strategiyası böyük
uğurla həyata keçirilir.
Dünyanın
məşhur siyasətçiləri, dövlət xadimləri
Heydər Əliyevi siyasət nəhəngi, siyasət
şahmatının mahir ustası adlandırırdılar. O,
tarixi perspektivləri qabaqcadan
görmüş, ən çətin məqamlarda
düzgün qərarlar qəbul etmək
bacarığı ilə çoxlarını heyran
qoymuşdur. Onu Franklin Ruzvelt, Uinston Çörçill,
Şarl de Qoll, Atatürk kimi nəhənglərlə müqayisə
edirlər.
Heydər Əliyev Azərbaycanı inkişaf etmiş dövlətlərin, millətini firavan həyat sürən xalqların cərgəsində görmək istəyirdi. Ömrünün son anınadək xalqının gələcək taleyi haqqında düşünürdü. Heydər Əliyev Vətən üçün, xalq üçün doğuldu, Vətənin, xalqın tərəqqisi, inkişafı, azadlığı, müstəqilliyi üçün cəsarətlə çalışdı. Bununla da xalqın gözündə, qəlbində dağ kimi ucaldı. Ona görə də xalqın öz sədaqətli, dahi övladına məhəbbəti sonsuzdur, əbədidir... Ulu öndər əsl ümumxalq məhəbbəti, sevgisi qazanmış tək-tək siyasətçilərdən, dövlət xadimlərindəndir. Bu dahi şəxsiyyət Azərbaycanı yox olmaqdan qurtardı, müstəqilliyimizi dönməz etdi, sabitlik və təhlükəsizliyin qarantı oldu, Azərbaycanı inkişafa, firavanlığa doğru addımlayan, dünya birliyində layiqli yerini tutmuş bir dövlətə çevirdi.
Ulu
öndər Heydər Əliyev siyasətçi və dövlət
xadimi kimi ən uca missiyanı gerçəkləşdirərək
müstəqil Azərbaycan dövlətinin memarı oldu və
bu tarixi öz əməlləri ilə yazdı. Onun həyatı
və fəaliyyəti Azərbaycan tarixinin
bir hissəsi və bəlağətsiz
deyə bilərik ki, bu
tarixin ən şanlı səhifələrindəndir.
Bu şəxsiyyətin həyatını
öyrənmək, onun gördüyü
işlərin, reallaşdırdığı layihələrin
tarixi əhəmiyyətini dərk etmək
özü böyuk bir tarix məktəbini
bitirmək deməkdir. Heydər Əliyev Azərbaycana rəhbərlik
etdiyi bir qərinədən
artıq dövrdə ölkənin həyatında, xalqın
taleyində elə bir əzəmətli rol oynayıb ki, bu, əsrlər boyu
unudulmayacaqdır. Azərbaycanın hər bir
bölgəsində Heydər Əliyevin quruculuq
fəaliyyətinin silinməz izləri var.
Heydər Əliyev həyatı boyu həmişə xalqa arxalanmışdı: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”.
Müstəqil
Azərbaycan dövlətinin keçdiyi sınaqlar, dövlətçiliyimizin
ən ağır günlərində Heydər Əliyevin
göstərdiyi qətiyyət bu sözlərdəki
gerçəkliyi dəfələrlə təsdiqləyib. Heydər
Əliyevin Azərbaycan üçün gördüyü işləri sadalamaqla
bitib-tükənən deyil. Dahi şəxsiyyət bu gün cismən sıralarımızda olmasa da, onun
möhtəşəm işləri, əməlləri, misilsiz xidmətləri hamımıza bəllidir
və gözümüz önündədir.
Heydər Əliyev fövqəlbəşər bir düha kimi
xalqın əbədi məhəbbətini qazandı. Milyonlarla
insanın ümid çırağına
çevrilərək qəlblərdə əbədi yurd salmaq heç
də bütün rəhbərlərə,
liderlərə nəsib olmur. Hələ
sağlığında çanlı əfsanəyə çevrilmiş Heydər Əliyev ürəklərdə
özünə abidə ucaldıb. Onun parlaq ideyaları hələ uzun
illər boyu gələcəyə gedən
yollarımızı işıqlandıracaqdır. Bütün mənalı ömrünü
xalqa həsr edən bu
nurlu şəxsiyyətə bəslənilən
sevgi sonsuzdur. Qədirbilən xalqımız onun xidmətlərini heç
vaxt unutmayacaq, parlaq ideallarını öz
yolunda mayaka çevirəcəkdir. Heydər Əliyev irsi
hələ uzun illər
xalqımızın müstəqillik yolunu
işıqlandıracaqdır.
Heydər
Əliyev dünyanın nadir insanlarındandır. O,
hamının qəlbinə yol
tapmağı bacarır, yaddaşlarda dərin
iz qoyurdu. Təkrarsız,
heyrətamiz yaddaşa malik
Heydər Əliyev əsl rəhbərə xas
olan ensiklopedik biliyə
malik idi. Geniş və zəngin fəaliyyəti onu yalnız milli maraqlar çərçivəsinə
sığmayan, bəşəri dəyərlərin əxz
olunmasında fəal iştirak edən böyük bir siyasətçiyə,
dahi bir şəxsiyyətə
çevirmişdi. Bu
yenilməz şəxsiyyət həm də təvazökarlıq
simvolu idi. Ona görə
də təkcə bizim xalqımız deyil, bütün dünya bu görkəmli
dövlət xadiminə, əsrimizin siyasi
həyatında mühüm yer tutmuş, uzun və şərəfli yol
keçmiş, ən yüksək vəzifələrin
məsuliyyətini daşımış insana
dərin hörmət və ehtiram bəsləyir.
Ümummilli
liderimizin xalqın birliyi yolunda göstərdiyi misilsiz fəaliyyət
hər bir soydaşımız üçün örnək
olmalıdır. Biz Azərbaycanı
sevməyi Heydər Əliyevdən öyrənməliyik. “Azərbaycan
mənim ürəyimdir, nəfəsimdir” - deyən böyük öndərimiz millətimizin və
dövlətimizin əbədiyaşarlığı üçün əvəzsiz bir
siyasi xətt, ideoloji baza miras qoydu.
Heydər Əliyevin həyat və fəaliyyəti böyük bir məktəbdir
və daim öyrənilməlidir.
Vətənə
və xalqına xidmət nümunəsi olan bu böyük
şəxsiyyət həmişə xalqa arxalanır və
deyirdi: “Xalq mənim dayağım, gücüm və
inamımdır”. Xalq yolunda
canını fəda etmiş, bütün həyatı boyu
Vətənini və millətini düşünmüş,
onun əsgəri olmuş
ümummilli liderimiz əbədiyaşarlıq
qazanmışdır.
Heydər Əliyev və onun əməlləri daim yaşayacaq, Azərbaycan xalqı, bütün türk dünyası onu heç vaxt unutmayacaq. Bütün ömrünü xalqımızın tərəqqisinə və firavanlığına həsr etmiş ulu öndərin həyat və fəaliyyəti bizim üçün örnəkdir, güc mənbəyidir. Bu günkü Azərbaycanın sürətli inkişafının təməli məhz Heydər Əliyev tərəfindən yaradılıb. Bu siyasi kursa Azərbaycanda alternativ yoxdur. Xalqımız xoşbəxtdir ki, ümummilli liderimizin siyasi kursu bu gün onun layiqli siyasi varisi, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. İnanırıq ki, dövlətimiz ulu öndərimiz Heydər Əliyev dühasından bəhrələnən, onun siyasi kursunun ən ləyaqətli davamçısı cənab İlham Əliyevin dövlətçilik bacarığı və rəhbərlik qabiliyyəti sayəsində daha da inkişaf edəcək, müstəqilliyini və suverenliyini möhkəmləndirəcəkdir.
Azad ƏHMƏDOV
Respublika. - 2013.- 4 dekabr.- S.4.